Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə101/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   97   98   99   100   101   102   103   104   ...   208

uğurun birinci və əsas şərti – səbirdir. Bu, eynilə bizim sahədə də uğurun əsas

şərtlərindən biridir.

Marşal Foş dünyanın indiyə qədər gördüyü ən qüdrətli ordularından birini

qələbəyə ruhlandırmışdı və o deyirdi ki, yalnız bir məziyyətə malik olub, heç vaxt

ümidsizliyə qapılmayıb.

Fransızlar 1914-cü ildə Marneyə tərəf geri çəkiləndə general Joffr

tabeçiliyində olan iki milyon əsgər və generallara hücumu dayandırmağı və geri

çəkilməyə başlamağı əmr etdi. Dünya tarixində ən həlledicilərdən biri olan bu

yeni döyüşün şiddətləndiyi vaxt Joffrun ordusunun mərkəzinə komandanlıq edən

general Foş ona hərb tarixinə həkk olunmuş məktub göndərdi: “Mənim

mərkəzim geri çəkilir. Mənim sağ cinahım geri çəkilir. Vəziyyət əladır. Hücum

edəcəyəm”.

Həmin hücum Parisi xilas etdi.

Odur ki, ən çətin, hətta sizin mərkəzinizin çəkildiyi, sağ cinahınızın isə geriyə

üz tutduğu bəlli olan ümidsiz vəziyyətə düşdüyünüz təsəvvürü yarananda da

“vəziyyət əladır” demək lazımdır. Hücum edin! Hücum edin! Hücum edin və siz

özünüzdə olan ən qiymətli şeyi xilas etmiş olarsınız – öz mərdliyinizi və özünüzə

inamı.


“Vəhşi kayzer” zirvəsinə qalxmaq

Bir neçə il qabaq mən Avstriya Alplarında “Vəhşi kayzer” adını daşıyan

zirvəyə qalxmağı qət etdim. “Əvvəldən deyilmişdi ki, bu, çətin zirvədir və

həvəskar alpinistlərə bələdçi lazımdır. Bizim bələdçimiz yox idi, buna görə də bir

nəfər bizdən uğur qazanacağımıza ümid edib-etmədiyimizi soruşdu.

– Əlbəttə, – deyə biz cavab verdik.

– Siz niyə belə fikirləşirsiniz? – təkrar soruşdu o.

– Başqaları axı bələdçisiz ötüşüb, – dedim mən, – deməli, bu, mümkün olan

işdir, mən isə nədənsə yapışanda bunu heç vaxt məğlubiyyət fikriylə etmirəm.

Bir alpinist kimi mən ən zəif, naşı idim. Lakin insan nədən yapışsa da – bu

qoy ictimaiyyət qarşısında çıxış etmək cəhdi və ya Everestin zirvəsinə hücum

olsun – fərqi yoxdur, onun psixologiyası məhz elə bu cür də olmalıdır.

Uğur haqqında fikirləşin, özünüzü tam ələ almış halda auditoriya qarşısında

danışan vəziyyətdə təsəvvür edin.

Bunu etmək tamamilə sizin iqtidarınızdadır. Öz uğurunuza inanın. Ona

möhkəm inanın və onda siz uğura nail olmaq üçün zəruri olanı edəcəksiniz.

Admiral Dyupon öz artilleriyasını Çarston limanına nə üçün daxil etmədiyini

əsaslandırmaq üçün yarım düjün ən inandırıcı səbəb gətirdi. Admiral Farraqut

onun dediklərini axıra qədər diqqətlə dinlədi.

– Axı bir səbəb də var ki, siz onu heç xatırlamadınız, – deyə o qeyd etdi.

– Hansı? – soruşdu admiral Dyupon.

– Siz bunu edə biləcəyinizə inanmırdınız, – oldu cavab.

Tələbələrin çoxunun ictimaiyyət qarşısında çıxışlarda məşq etmək sayəsində

əldə etdikləri ən dəyərli cəhət – bu, özünə inamın artması, özünün nəsə edə

bilmək qabiliyyətinə inamının möhkəmlənməsidir. Bəs istənilən işdə uğura nail

olmaq üçün bundan da vacibi ola bilərmi?

Qələbə çalmaq iradəsinin yiyəsi olun

downloaded from KitabYurdu.org




Mən burada müdrik Elbert Habbarddan sitat gətirmək ləzzətindən özümü

məhrum edə bilmirəm. Bircə əgər orta təfəkkürlü adam – kişi və ya qadın – onun

özündə ehtiva etdiyi müdrikliyi mənimsəyə, yaxud praktikada tətbiq edərsə,

həmin adam daha xoşbəxt olar, onun həyatı asanlaşar.

“Siz evdən çıxanda çənənizi dartın, başınızı dik tutun və dərindən nəfəs alın.

Günəşin işığını özünüzə hopdurun, dostlarınızı təbəssümlə salamlayın və əllə hər

dəfə görüşəndə bunu ürəkdən edin.

Diqqətli olun və qorxmayın ki, sizi düzgün başa düşməyəcəklər və öz

düşmənləriniz barədə fikirləşərək dəqiqələri hədər sərf etməyin. Etmək

istədiyinizi beyninizdə möhkəm bərkitməyə çalışın və onda siz kənara sapmadan

düz məqsədə gedəcəksiniz. Fikirlərinizi həyata keçirmək istədiyiniz böyük,

faydalı işlərin üzərində cəmləyin və onda günlər keçdikcə siz öz istəyinizin

yerinə yetməsi üçün tələb olunan imkanlardan mərcan polipi

39

ona lazım olan



maddələri dəniz suyundan götürən kimi, qeyri-şüuri surətdə istifadə edəcəksiniz.

Oxşamaq istədiyiniz bacarıqlı, ciddi, faydalı adamın şəklini beyninizdə çəkin və

bu fikir sizi saatbasaat həmin adama çevirəcəkdir...

Fikir hər şeydən yüksəkdədir. Düzgün əqli mövqeni qoruyub saxlayın –

mərdlik, açıqlıq və həyatsevərlik. Düzgün fikirləşmək – deməli, yaratmaq

deməkdir. Hər şey arzu-istək sayəsində gəlir və hər bir səmimi dua cavab alır. Biz

ürəyimizin can atdığına bənzər oluruq. Çənənizi qabağa dartın və başınızı dik

tutun. Biz – xrizalida görkəmində tanrılarıq”

40

.

Napoleon, Vellinqton, Li, Qrant, Foş – böyük sərkərdələrin hamısı etiraf



edirdi ki, uğuru hər şeydən çox müəyyən edən – ordunun qələbə iradəsi və qalib

gəlmək bacarığına onun inamıdır.

“Doxsan min nəfər məğlub, – demişdi marşal Foş, – yalnız buna görə doxsan

min nəfər qalibin qabağından geri çəkilir ki, onlar ruhdan düşüblər, artıq

qələbəyə inanmırlar, çünki mənəvi düşkünlüyə qərq olublar, onların mənəvi

müqaviməti qırılmışdır”.

Başqa sözlə, həmin doxsan min nəfər geri çəkilən əsgər fiziki cəhətdən

darmadağın olmayıb – onlar buna görə məğlub olublar ki, mənəvi cəhətdən

darmadağın ediliblər, ona görə məğlub olurlar ki, mərdliklərini və özlərinə inamı

itiriblər. Belə bir ordu heç nəyə ümid edə bilməz. Belə bir adamın da ümid

edəcəyi heç nə yoxdur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş baş kapellanı Freyzer Birinci Dünya

müharibəsi dövründə hərbi keşiş olmaq istəyən şəxslərlə söhbətlər aparırdı.

Hərbi donanmanın keşişi vəzifəsini uğurla yerinə yetirmək üçün hansı insani

keyfiyyətlərin lazım olduğunu ondan soruşanda o cavab vermişdi: göylərin

vergisi, başını itirməmək, dözüm və mərdlik.

İctimaiyyət qarşısında çıxışlarda uğur qazanmaq üçün də eyni keyfiyyətlər

lazımdır. Onları öz deviziniz edin. Robert Servisin aşağıdakı şeiri qoy sizin döyüş

himniniz olsun:

Əgər sən səhrada azmısansa,

Və dəhşət səni uşağı bürüyən kimi bürüyübsə,

Və ölüm sənin düz gözlərinə baxırsa,

Və sən qan içindəsənsə, onda belə hallarda olduğu kimi,

Qalır tətiyi çəkmək və... ölmək.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə