Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə103/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   99   100   101   102   103   104   105   106   ...   208

haqqında necə danışıldığındadır. Kvintilian bunu lap çoxdan, İngiltərə hələ

Romanın əyalət müstəmləkələrindən biri olduğu dövrdə demişdi.

Köhnə məsəllərin əksəriyyəti kimi bunu cum grano salis

41

qəbul etmək



lazımdır; lakin, bununla belə, yaxşı təqdim olunarsa, çox zəif çıxış böyük

təəssürat yarada bilər. Kolleclərdə keçirilən müsabiqələrdə mən tez-tez

görürdüm ki, ən yaxşı materialı olan natiq heç də həmişə qələbə çalmır. Daha çox

qalib o kəs olurdu ki, o, başqalarından yaxşı danışmağı bacarır və onun materialı

başqalarının materialından daha yaxşı səsləndirilirdi.

“Nitqdə üç şey əhəmiyyət kəsb edir, – deyə bir dəfə lord Morli bildirmişdi, –

kim danışır, necə danışır və nə danışır. Və bu üç şeydən ən az əhəmiyyət kəsb

edəni üçüncüdür”. Bu, şişirtmədir? Bəli, lakin onun arxasından həqiqətin işığı

süzülür.

Edmund Berk məntiq, arqumentasiya və quruluşuna görə o qədər kamil

nitqlər yazırdı ki, bunları indi onun ölkəsinin kolleclərinin yarısında klassik

nümunələr kimi öyrənirlər. Lakin Berk heç yerə yaramayan natiq idi. O, öz fikir

dürlərini təqdim eləmək, onları maraqlı və inandırıcı etmək qabiliyyətinə malik

deyildi. Buna görə də İcmalar Palatasında onu “nahar zəngi” adlandırırdılar. O,

tribunaya qalxanda palatanın üzvləri öskürməyə başlayır, ayaqlarını döyəcləyir

və zalı topa-topa tərk edirdilər.

Əgər siz polad gilizli gülləni bir kəsə var gücünüzlə atsanız, onun heç

paltarını da cırmayacaqsınız. Lakin siz barıtı donuz piyindən hazırlanmış şamın

oduna tutarsınızsa, siz həmin güllə ilə şam taxtasını deşə bilərsiniz. Təəssüflə

deməliyəm ki, donuz piyindən şam tipli bir çox çıxışlar polad gilizli, lakin ləms

halda deyilən nitqlərdən güclü təəssürat yaradır.

Buna görə də öz danışıq maneranıza çox ciddi göz qoyun.

Çıxış etmək manerası nədir

Universal mağaza sizin aldığınız malı çatdıranda nə edir? Məgər sürücü

paketi sizin həyətinizdə ataraq çıxıb gedir? Məgər nəyisə çatdırmaq – onu təqdim

etməklə eynidir? Teleqramı gətirən poçtalyon onu bilavasitə ünvanlandığı adama

çatdırır. Bəs bu, natiqlərin hamısına müyəssər olurmu?

Mənə izin verin, çıxış edən minlərlə adam üçün tipik olan bir nümunə

göstərim.

Bir dəfə necə oldusa, Myurrendə, İsveçrə Alplarındakı yay kurortunda

dincəlirdim. Mən Londonun bir kompaniyasına məxsus olan hoteldə yaşayırdım

və həmin kompaniya qonaqların qarşısında çıxış etmək üçün, adətən, iki lektor

göndərirdi. Əvvəl tanınmış ingilis yazıçı xanımı gəldi. O, “Romanın gələcəyi”

mövzusunda danışırdı. O etiraf etdi ki, mövzunu özü seçməyib və belə alındı ki,

haqqında danışdıqları özünü bunlar haqda danışmağa dəyməyən qədər az

maraqlandırırdı. O, tez-tələsik hansısa ayrı-ayrı qeydləri səsləndirdi və

dinləyicilərin qarşısında onlara heç bir maraq göstərmədən, gah onların başı

üstündən, gah öz qeydlərinə, gah da döşəməyə baxa-baxa dayanmışdı. O, öz

sözlərini elə bil havasız məkana monoton səslə, laqeyd görkəmlə tullayırdı.

Belə çıxış etmək, ümumiyyətlə, çıxış etməmək deməkdir. Bu, öz-özünlə

söhbətdir. Və dinləyicilərlə heç bir kontakt yoxdur. Yaxşı çıxış üçün isə ən əsası –

məhz auditoriya ilə kontaktın hiss olunmasıdır. Dinləyicilər hansısa ismarışın

bilavasitə natiqin beynindən və ürəyindən onların şüuruna və ürəklərinə

downloaded from KitabYurdu.org




çatdırıldığını hiss etməlidirlər. İndicə qələmə aldığım nitq eyni müvəffəqiyyətlə

qumlu susuz Qobi səhrasında da söylənə bilərdi. Və həqiqətən də, nitq elə

səslənirdi ki, sanki canlı adamlar qrupu qarşısında deyil, belə bir yerdə səslənir.

Materialın təqdim olunması eyni vaxtda həm çox sadə, həm də mürəkkəb

prosesdir. Bu prosesi çox vaxt yanlış başa düşür və yanlış həyata keçirirlər.

Yaxşı çıxışın sirri

Yaxşı çıxışın necə olmalı olduğu barədə çoxlu cəfəngiyat və boş laqqırtı

yazılıb. Onu hər cür qaydalar və rituallarla hörüb-toxuyub və ona nə isə sirlilik

veriblər. Köhnədəbli elokvensiya

42

– bu dəhşət, ilahi və insani olana söyüş nitqə



yöndəmsiz görkəm verirdi. Kitabxanaya və ya kitab mağazasına yollanan işgüzar

adamlar orada natiqlik sənəti haqda tamamilə yararsız olduğu bəlli olan kitablar

tapırlar. Başqa sahələrdə nail olunan tərəqqiyə baxmayaraq, bəzi şagirdləri

indinin özündə də Vebsterin və İnqersollun yüksək bəlağətli, bizim dövrümüzün

ruhundan uzaq olan köhnəlmiş nitqlərini deklamasiya etməyə məcbur edirlər.

Vətəndaş müharibəsi dövründən etibarən ABŞ-da ictimaiyyət qarşısında

çıxışların tamamilə yeni məktəbi meydana çıxmışdır. Nitq zamanın ruhuna

müvafiq olaraq teleqram kimi sadə və aydın olmuşdur. Müasir auditoriya nə

vaxtsa dəbdə olan söz atəşfəşanlığına dözməyəcəkdir.

Müasir auditoriya – qoy işgüzar iclasda toplaşan on beş və ya tentin altında

min nəfər olsun – istəyir ki, natiq şəxsi söhbətdə olduğu kimi sadə və sanki bir

nəfərlə danışdığı manerada çıxış etsin.

Həmin manerada, amma həmin səs gücü ilə yox, əks-təqdirdə, onu, sadəcə

olaraq, eşitməyəcəklər. Qırx nəfər dinləyicinin qarşısında çıxış edən natiq təbii

təsir bağışlamaq üçün bir nəfərlə söhbət etdiyindən qat-qat çox enerji sərf

etməlidir. (Eyni prinsip üzrə, binanın damında qoyulan heykəlin də ölçüləri

böyük olmalıdır ki, yerdə dayanan müşahidəçi onu adi ölçülü fiqur kimi qəbul

edə bilsin.)

Mark Tven Nevadada filiz yataqlarından birində mühazirəsini başa

çatdıranda qoca qazmaçılardan biri ona yaxınlaşdı və soruşdu:

“Bu, sizin danışığınızın təbii manerasıdır?”

Auditoriyaya məhz bu lazımdır: bir qədər həyəcanlı “təbii danışıq manerası”.

Birləşmiş xeyriyyə fondunun iclasında dəqiqliklə elə danışın ki, elə bil Con

Henri Smitin özü ilə danışırsınız. Axı fondun üzvləri – onlar Con Henri Smitlərin

cəmindən başqa bir şey deyildir. Həmin kişi və qadınlarla ayrı-ayrılıqda söhbət

əsnasında yerinə düşən fəndlər onlarla kollektiv kimi söhbətdə məgər işə

yaramır?

Mən indicə bir yazıçı xanımın çıxışını qələmə almışdım. Bu xanımın çıxış

etdiyi elə həmin zaldaca mənə bir neçə gündən sonra məşhur fizik cənab Oliver

Lodcu dinləmək həzzi qismət oldu. Onun mövzusu “Atomlar və aləmlər” idi. O,

buna yarım əsrdən çox düşüncə və zəhmətini, təcrübə və tədqiqatlarını həsr

etmişdi.


Dedikləri onun ürəyindən, beynindən gəlirdi, onun həyatının bir hissəsi idi,

bu, onun demək çox istədiyi bir şey idi. O, tamamilə unutmuşdu ki (mən buna

görə Tanrıya minnətdarlıq edirdim), dinləyicilərə yalnız atomlar haqqında

danışmaq, dəqiq, aydın və inandırıcı şəkildə danışmaq lazımdır. O, səmimi-

qəlbdən çalışırdı ki, biz onun gördüklərini görək və onun duyduqlarını hiss edək.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə