Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə104/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   100   101   102   103   104   105   106   107   ...   208

Və nəticə necə oldu? O, əla məruzə etdi. Bunda həm məlahət, həm də qüvvə

var idi. Lodc istisnasız olaraq istedadlı natiq idi. Lakin mən bunda əminəm ki, o

özünü natiq hesab etmirdi. Mən əminəm ki, ona qulaq asanlardan yalnız çox azı

onu natiq hesab edirdi.

Əgər siz, bu kitabın oxucuları, ictimaiyyət qarşısında çıxış edərkən

dinləyicilər sizin natiqlik sənətini öyrəndiyinizi hiss edəcəklərsə, bununla

müəllifə şərəf gətirməyəcəksiniz. Müəllif sizin o qədər təbii danışmağınızı

istəyərdi ki, hazırlıq keçdiyiniz dinləyicilərinizin heç ağlına da gəlməsin. Yaxşı

pəncərə özünə diqqət cəlb eləmir. O yalnız işığı keçirir. Yaxşı natiq də belədir. O,

elə təbiidir ki, onun danışıq manerası dinləyicilərin nəzərinə çarpmır, onlar

yalnız haqqında söhbət gedən predmeti görürlər.

Henri Fordun sirri

“Fordun maşınlarının hamısı tamamilə eynidir, – deyərdi onların yaradıcısı, –

lakin tamamilə eyni iki adam mövcud deyil. Hər bir yeni həyat

– günəşin altında nə varsa, digəri ilə eyni deyildir, bu, əvvəllər də dəqiqliklə eyni

olmamış və bundan sonra da heç vaxt olmayacaqdır. Cavan insan özünə məhz

belə də baxmalıdır – o, özünü başqa adamlardan fərqləndirən individuallığının

həmin o yeganə qığılcımını axtarmalı və onu bütün qüvvəsi ilə alovlandırmalıdır.

Cəmiyyət və məktəb həmin qığılcımı söndürməyə cəhd edə bilər, onlar hamının

başını bir daraqla qırxmaq istəyirlər, mən isə deyirəm: qığılcımın sönməsinə

imkan verməyin – bu, sizin mühüm rol oynamaq üçün yeganə dayağınızdır”.

Bu, auditoriya qarşısında çıxış edən natiqə münasibətdə ikiqat düzgündür.

Dünyada sizin kimi, sizinlə eyni olan ikinci bir adam yoxdur. Yüz milyonlarla ada-

mın iki gözü, burnu və ağzı var, lakin onların heç birinin görkəmi dəqiqliklə sizin

kimi deyil; onlardan heç biri dəqiqliklə sizin sifət cizgilərinizə, sizdə olan

təfəkkür tərzinə malik deyildir. Ola bilər ki, onlardan az bir qismi sizin kimi

danışa və öz fikirlərini ifadə edə bilər – əgər siz təbii danışarsınızsa. Başqa sözlə,

sizin individuallığınız var. Bu, sizin üçün natiq olaraq ən dəyərli sərvətdir. Ondan

bərk yapışın. Onu bəsləyin. İnkişaf etdirin onu.

Bu, sizin nitqinizə qüvvə və səmimilik gətirəcək həmin qığılcımdır. “Bu,

mühüm rol oynamaq üçün sizin yeganə əsl dayağınızdır”.

Cənab Oliver Lodc ona görə başqaları kimi danışmırdı ki, özü başqaları kimi

deyildi. Bu adamın danışmaq manerası onun saqqalı və daz başı kimi

individuallığının bir hissəsi idi. Əgər o, Lloyd Corcu təqlid etməyə çalışsaydı,

onun nitqi qəlp səslənərdi, heç nə alınmazdı.

Amerikada nə vaxtsa baş tutan ən məşhur diskussiya 1858-ci ildə senator

Stiven Duqlas və Avraam Linkoln arasında İllinoysun preriyalarında yerləşən

şəhərlərdə yer almışdı. Linkoln hündürboylu və hərəkətləri yöndəmsiz idi.

Duqlas bəstəboy və eleqant idi.

Bu adamların xarakterləri, əqli qabiliyyətləri və təbiətləri də onların zahiri

görkəmləri kimi müxtəlif idi.

Duqlas mədəni, yüksək dairələrin adamı idi. Linkoln isə ayağında təkcə

corabla qonaqları qarşılamaq üçün eyvana çıxmağa qadir olan qadir olan

insanlara bənzəyirdi.

downloaded from KitabYurdu.org



Duqlasın jestləri incə idi, Linkolnun jestləri isə – köntöysayağı. Duqlas yumor

hissindən tamamilə məhrum idi. Linkoln isə lətifələri bənzərsiz ləzzətlə

danışırdı.

Duqlas müqayisələrə çox nadir hallarda əl atardı, Linkoln analoqiya və

nümunələrdən həmişə istifadə edirdi. Duqlas yekəxana və hökmlü idi. Linkoln –

təvazökar və qəlbiyumşaq. Duqlasda canlı, parlaq ağıl var idi, Linkolnda əqli

proses əhəmiyyətli dərəcədə yavaş gedirdi. Duqlas qasırğanın yeli kimi sürətli

idi, Linkolnsa daha sakit, dərin və ehtiyatlı.

Bu xadimlərin hər ikisi tamamilə müxtəlif olsa da, yaxşı natiq idi. Çünki

onların öz individuallıqlarını qoruyub saxlamağa onlardakı mərdlik və sağlam

təfəkkür kömək etmişdi. Əgər onlardan biri o birisini təqlid etməyə çalışsaydı,

onda o, şaqqıltı ilə yıxılardı. Lakin öz istedadlarından tam həcmdə istifadə edərək

hər ikisi orijinal və güclü oldu. Onları siz də təqlid etməyə çalışın.

Bu cür məsləhətlər vermək asandır, bəs onlara riayət etmək də asandır?

Sözsüz ki, xeyr. Marşal Foş hərbi sənət haqqında dediyi kimi, “onun mahiyyəti

kifayət qədər sadədir, lakin, bədbəxtçilikdən, onu həyata keçirmək mürəkkəb

işdir”.

Auditoriya qarşısında təbii olmaq üçün praktika lazımdır. Aktyorlar bunu



bilirlər. Dörd yaşında balaca uşaq olanda siz əgər cəhd etsəydiniz, çox güman,

estradaya dırmaşa və dinləyicilərə “təbii” surətdə nə isə danışa bilərdiniz. Amma

iyirmi dörd və ya qırx dörd yaşında, onda necə, siz tribunaya qalxanda,

danışmağa başlayanda nə baş verə bilər? Siz həmin, dörd yaşınız olan vaxtdakı

təlatümsüz təbiiliyinizi qoruyub saxlaya biləcəksinizmi? Ola bilsin, lakin mərc

qoşmağa hazıram ki, buxovlanmış halda olacaqsınız, öz səsinizlə

danışmayacaqsınız və ilbiz kimi öz evinizdə gizlənəcəksiniz.

Adamlara öz fikirlərini ifadə etməyi öyrətmək onlara hansısa əlavə key-

fiyyətlər vermək deyildir. Bu proses əsas etibarilə buxovlanmanı aradan

qaldırmaqdan, adama özünü sərbəst hiss etməkdə, onu küçədə kimsə vurub yerə

yıxanda olduğu kimi təbii danışmağa kömək eləməkdən ibarətdir.

Yüz dəfələrlə olub ki, mən danışanı saxlayır və ona yalvararaq “adam kimi

danışmağı” xahiş etmişəm. Yüz dəfələrlə olub ki, dinləyicilərimi “adam kimi”

danışmağa və onları təbii olmağa məcbur etmək cəhdlərindən evə yorğun və

əsəbi cəhətdən tükənmiş halda qayıtmışam. İnanın mənə, bu, göründüyü qədər

də asan deyil.

Və bu, affektar

43

təbiiliyə yiyələnməyin dünyada yeganə üsulu – təcrübə



keçməkdir. Və siz təcrübə keçəndə və buxovlanmış manerada danışdığımızı hiss

edəndə dayanın və kəskin şəkildə özünüzə deyin:

“Eşit, nə baş verir? Ayıl. Adam ol!” Sonra isə auditoriyada bir kəsi, arxada

əyləşən bir kəsi, tapa bildiyiniz ən adi zahiri görkəmi olan bir kəsi seçin və ona

müraciət edərək danışın. Çıxış etdiyiniz yerdə başqa adamların olduğunu

unudun. Həmin adamla söhbət edin. Təsəvvür edin ki, o, sizə sual verib, siz isə

ona cavab verirsiniz. Əgər o ayağa qalxıb sizə müraciət etsəydi və siz ona cavab

verməli olsaydınız, bu, sizi dərhal və qaçılmaz olaraq şəxsi söhbət tonunda, daha

təbii, daha sadə danışmağa vadar edəcəkdi.

Buna görə də təsəvvür edin ki, bu məhz elə belədir.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə