Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə105/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   101   102   103   104   105   106   107   108   ...   208

Siz belə bir fənd tətbiq edə bilərsiniz: həqiqətən də, sual vermək və onları

cavablandırmaq. Məsələn, çıxışınızın ortasında soruşun: “Bunu necə sübut

edəcəyimi siz bilmək istəyirsinizmi? Mənim inandırıcı sübutlarım var, budur

onlar...” Ardınca da təsəvvür etdiyiniz suallara cavab verin. Bu cür şeyləri çox

təbii surətdə etmək olar. Bu, danışığın monotonluğunu pozar, çıxışın

qavranmasını daha asanlaşdırar, nitqi xoş və canlı edər.

Səmimilik, ruh yüksəkliyi və dərin inamınız da sizə kömək edər.

Adam öz hisslərinin təsiri altında olanda onun əsl mahiyyəti üzə çıxır.

Bəndlər dağılır. Onun emosiyalarının alovu bütün maneələri yandırır. O, sərbəst

və təbii danışır.

Beləliklə, materialın ifadə olunma manerası haqqında sualı müzakirə edərək

biz kitabın əvvəlki səhifələrində artıq dəfələrlə qeyd etdiyimiz bu qənaətə

gəlirik: çıxışa qəlbinizi qoymaq lazımdır.

“Dostumun bir dəfə Londonda kilsədə keçirilən mərasimdə iştirak etdiyi

haqqında danışdığını, – deyə dekan Braun Yel İlahiyyat Məktəbində moizə sənəti

haqqında oxuduğu mühazirədə söyləmişdi, – heç vaxt unutmayacağam. Moizəçi

Corc Makdonald idi. Həmin səhər o, Müqəddəs Kitabdan mətn qismində

yəhudilərə ismarışın on birinci fəslini oxumuşdu. Moizəni söyləmək vaxtı

gələndə o dedi:

“Siz bu şərəfli insanlar haqqında eşitmisiniz. Mən sizə imanın nə olduğunu

izah etməyə çalışmayacağam. İlahiyyat professorları bunu məndən yaxşı edərlər.

Mən bura gəlmişəm ki, sizə inanmaqda kömək edim”.

Bunun ardınca isə bu adamın əbədi həqiqətlərə inamının o qədər sadə,

hissiyyatlı və möhtəşəm nümayişi gəldi ki, öz dinləyicilərinin hamısının beyninə

və qəlbinə onu asanlıqla gətirdi. Çünki o, dediklərinə qəlbini qoydu, dedikləri

onun özünün daxili həyatının əsl gözəlliyinə əsaslanırdı.

“O qəlbini qoydu”. Məhz bundadır sirr. Lakin mən bilirəm ki, belə

məsləhətlər o qədər də işə yaramır. Onlar qeyri-aydın, qeyri-müəyyən təsir

bağışlayır.

Tələbə aydın və anlaşılan məsləhətlər istəyir, ona müəyyən, əli ilə yapışa

biləcəyi nə isə lazımdır. Ona eynilə avtomaşını sürmək qaydaları kimi qaydalar

lazımdır.

Onun istədiyi bax budur və mən ona bunu vermək istəyərdim. Onda ona asan

olardı və mən də yüngülləşərdim. Belə qaydalar mövcuddur, lakin onların xırda

bir çatışmazlığı var: onlar təsir göstərmirlər. Onlar nitqi hər cür təbiilikdən,

sərbəstlikdən məhrum edir, onu cansız və quru edir. Bu, mənə yaxşı bəllidir,

cavan illərimdə mən onlara riayət etməyə cəhd edərək əbəs yerə çoxlu enerji sərf

etmişəm. Onlar bu səhifələrdə olmayacaqdır. Coş Billinqs şən vaxtında qeyd

etdiyi kimi, “belə çox şey bilməyin mənası yoxdur, əgər onlar göründüyü kimi

deyillərsə”.

Kütləvi nitqlərdə bu qaydalardan

istifadə edirsinizmi?

İndi biz çıxışa təbiilik verən bir neçə fəndi nəzərdən keçirəcəyik ki, onlar

sizin üçün daha aydın, daha canlı olsun. Mən bunu etməyin lazım olduğunda

tərəddüd edirdim, amma dəqiq deyə bilərəm ki, kimsə deyəcək: “Ah, deməli,

məsələ bundadır!.. Bircə gərək özünü buna məcbur edəsən və onda hər şey də

downloaded from KitabYurdu.org



qaydasında olacaq”. Xeyr, bu, elə deyil. Əgər siz özünüzü MƏCBUR ETSƏNİZ,

nitqiniz taxta kimi quru və mexaniki olacaqdır.

Siz dostlarınızla söhbətlərdə bu qaydaların əksər hissəsini hələ dünən –

bunu naharı necə həzm edirsinizsə, o cür də qeyri-şüuri surətdə tətbiq etmisiniz.

Onları bax elə bu cür də tətbiq etmək lazımdır. Başqa üsul yoxdur. Və kütləvi

nitqlərdə bu, sizin, artıq deyildiyi kimi, təcrübə toplama prosesində köməyinizə

gələcəkdir.

Birincisi, mühüm sözləri vurğulayın və

mühüm olmayanları ona tabe etdirin

Danışıqda biz sözdə yalnız bir hecanı vurğulayırıq, qalanını isə ötəri, onları

tez, taksinin bir topa avaranın yanından keçib getdiyi kimi ötüb-keçməyə

çalışırıq. Məsələn, MassaÇUsets, bədBƏXTlik, ətRAfımız. Demək olar ki, eyni şey

cümlə ilə də baş verir. Bir və ya iki söz cümlənin üzərində Nyu-Yorkda Beşinci

avenyudakı “Empayr Steyt Bildinq” göydələni kimi yüksəlir.

Mən heç də hansısa qəribə, yaxud qeyri-adi təzahürü qələmə almıram.

Qulaq verin. Siz bunu ətrafınızda həmişə eşidə bilərsiniz. Siz özünüz bunu

hələ dünən yüz dəfələrlə və hətta min dəfələrlə etmisiniz. Siz, heç bir şübhə

yoxdur ki, bunu sabah yüz dəfə edəcəksiniz.

Misal göstərim. Aşağıdakı sitatı oxuyun, iri hərflərlə çap olunmuş sözləri

vurğu ilə səsləndirin və qalanlarının üstündən ötəri keçin. Nə alınacaq?

“Yapışdığım hər şeydə MƏN UĞUR QAZANIRDIM, çünki mən bunu

İSTƏYİRDİM.

MƏN HEÇ VAXT TƏRƏDDÜD ETMƏMİŞƏM və bu, mənə hamıdan çox

ÜSTÜNLÜK verdi”.

Napoleon

Bu sətirləri yalnız bu cür yox, başqa cür də oxumaq olar. Ola bilsin ki, başqa

bir natiq onları fərqli səsləndirmiş olsun. İfadəli olmaq üçün dəmir qaydalar

mövcud deyildir. Hər şey şəraitdən asılıdır.

Aşağıdakı sətirləri hündürdən oxuyun – ifadəli, fikri aydın və inandırıcı

etməyə çalışaraq. Məgər siz bunda əmin olmayacaqsınız ki, mühüm sözləri qeyd

edir və digərlərinin üzərindən ötəri keçirsiniz?

Əgər sən özünü darmadağın olmuş hesab edirsənsə,

sən, həqiqətən də, darmadağın edilmisən.

Əgər sən fikirləşirsən ki, cürət etməyəcəksən,

deməli, cürət etməyəcəksən.

Əgər sən udmaq istəyirsənsə, lakin bunu edə bilməyəcəyini

fikirləşirsənsə,

onda, demək olar ki, dəqiq uduzacaqsan.

Həyatın döyüşlərində qalib gələn həmişə

ən güclü və ya ən sürətli olmur,

Lakin tez və ya gec qalib gələn,

bunu bacaracağını hesab edən olur.

Anonim müəllif

“Xarakterin möhkəm, qətiyyətli olmaqdan vacib cizgisi, görünür, mövcud

deyildir. Qüdrətli adam olmaq istəyən və ya bu həyatda bu və ya başqa cür öz

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə