Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə106/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   102   103   104   105   106   107   108   109   ...   208

izini qoymaq istəyən yeniyetmə yalnız minlərlə maneəni adlamağı qət etməməli,

həm də minlərlə uğursuzluq və məğlubiyyətə baxmayaraq, qalib gəlməlidir”.

Teodor Ruzvelt

İkincisi, səsinizin tonunu dəyişin

Sizin səsinizin tonu söhbət əsnasında daim dəyişir: gah yüksəlir, gah enir,

gah da yenə qalxır. O, dənizin səthi kimi daim təlatümdədir. Niyə? Heç kim bilmir

və bu, heç kimi maraqlandırmır. Effekt yaxşı alınır və bu, təbiidir. Bizə bunu

öyrənmək heç vaxt lazım gəlməyib – bu, bizə hələ uşaqlıq vaxtımızda, bizim

iradəmizdən kənar, öz-özünə gəlmişdi.

Lakin biz, işdir, auditoriya qarşısında danışmağa çıxsaq, ola bilsin ki, bizim

səsimiz Nevadadakı şoranlıq səhrası kimi darıxdırıcı, yastı və yeknəsəq olsun.

Əgər görsəniz ki, monoton səslə danışırsınız – adətən, hündür səslə – bir

saniyəlik dayanın və özünüzə deyin: “Sən elə bil heykəl kimi danışırsan. Bu

adamlarla SÖHBƏT ELƏ. Adam kimi danış. Özünü təbii apar”.

Bu cür özünətəlqin sizə kömək edəcəkmi? Ola bilər ki, bir az kömək etsin.

Pauza öz-özlüyündə faydalı olacaqdır. Siz təcrübi yolla özünüzə xilas yolu

işləyib hazırlamalısınız.

Səsinizi qəfildən endirmək və yüksəltməklə siz özünüzün seçdiyiniz istənilən

cümlə və ya sözün ümumi fonda, bağınızdakı həmişəyaşıl dəfnə ağacı kimi

seçilməsinə nail ola bilərsiniz. Məşhur bruklinli keşiş-konqreqasionalist, doktor

S.Parks Kedmen bunu tez-tez edirdi. Eyni şeyi cənab Oliver Lodc, eləcə də Brayan

edirdi. Həmin şeyi Ruzvelt də edirdi.

Demək olar ki, hər bir yaxşı natiq bu cür hərəkət edir.

Aşağıda göstərilən nümunələri oxuyarkən qeyd olunmuş sözləri səsinizi

əhəmiyyətli qədər endirərək oxumağa çalışın. Sizdə nə alınacaq?

“Mənim yalnız bir məziyyətim var – heç vaxt naümid olmuram!”

Marşal Foş

“Təhsilin ən böyük məqsədi – bilik yox, hərəkətdir”.

Herbert Spenser

“Mən səksən altı il yaşamışam. Mən adamların, yüzlərlə adamın uğurun

zirvəsinə necə qalxdığını görmüşəm. Uğur qazanmaq üçün zəruri olan

elementlərin hamısından ən vacibi, ən əsası – inamdır”.

Kardinal Gibbons

Üçüncüsü, nitqinizin tempini dəyişin

Balaca uşaq danışanda, yaxud biz adi söhbət edəndə nitqin tempi daim

dəyişir. Bu xoşa gəlir. Bu, təbiidir. Bu, qeyri-şüuri surətdə baş verir. Bu, ifadəlilik

verir. Bu, mahiyyət etibarilə hansı isə bir fikri fərqləndirməyin ən yaxşı

üsullarından biridir.

Uolter B.Stivens yazdığı, Missuri ştatının Tarix Cəmiyyəti tərəfindən nəşr

etdirilmiş “Linkoln reportyorun gözü ilə” kitabında danışır ki, Linkoln öz

sözlərinə xüsusi inandırıcılıq gətirmək istəyəndə onun istifadə etdiyi sevimli

metodlarından biri belə idi.

“O, bir neçə sözü çox tez səsləndirir, qeyd etmək istədiyi sözə və ya cümləyə

çatanda isə nitqini yavaşıdır və həmin sözü təzyiqlə deyir, ardınca isə ildırım

sürətiylə cümləni tamamlayırdı...

downloaded from KitabYurdu.org




Bu cür metod mütləq diqqəti cəlb edir. Misal gətirim. Mən kardinal

Gibbonsun aşağıda göstərilən fikrini ictimaiyyət qarşısında çıxışlarımda tez-tez

sitat gətirirdim. Mən mərdlik ideyasını qeyd etmək istəyirdim və buna görə də

qeyd olunmuş sözlərdə nitqimi yavaşıdır, onları elə səsləndirirdim ki, sanki

özüm də onların təəssüratı altındayam və bu elə bu cür idi. Bu sitatı, lütfən,

hündürdən, elə həmin metodu tətbiq etməklə oxuyun və bundan nə alınacağına

baxın.

Ölümündən bir qədər əvvəl kardinal Gibbons demişdi:



“Mən səksən altı il yaşamışam. Mən adamların, yüzlərlə adamın zirvəyə necə

qalxdığını görmüşəm. Uğura nail olmaq üçün zəruri olan elementlərin

hamısından ən əsas olanı inamdır. Heç kim möhtəşəm bir şey həyata keçirə

bilməz, əgər onda mərdlik yoxdursa”.

“Otuz milyon dollar” sözlərini sürətlə və saymazyana səsləndirməyə cəhd

edin ki, məbləğin çox kiçik olduğu təəssüratı yaransın. İndi isə yavaş-yavaş,

hisslə “otuz min dollar” deyin, elə deyin ki, sanki siz bu məbləğin iri olmasından

sarsılmısınız. Məgər sizdə belə alınmadı ki, otuz min otuz milyondan böyük təsir

bağışladı?

Dördüncüsü, mühüm fikirlərdən əvvəl və

sonra pauza saxlayın

Çox vaxt elə olurdu ki, Linkoln nitqinin ortasında dayanırdı. Mühüm ideyaya

yaxınlaşanda və onun öz dinləyicilərinin şüuruna dərin sirayət etməsini

istəyəndə Linkoln qabağa əyilir və müəyyən vaxt ərzində heç nə demədən

onların düz gözlərinə baxırdı. Bu qəfil susma elə qəfil səs kimi də təəssürat

yaradırdı – o diqqəti cəlb edirdi. Hamı bundan sonra nə gələcəyini diqqətlə,

gərginlik içində gözləyirdi. Məsələn, onun Duqlasla məşhur diskussiyası sona

yaxınlaşanda və əlamətlərin hamısı onun məğlub olacağından xəbər verəndə o

ruhdan düşür, vaxtaşırı onu çoxdankı, vərdiş olunmuş melanxoliya bürüyür, bu,

onun sözlərinə kövrək pafos verirdi.

Linkolnun bioqraflarından birinin yazdığı kimi, özünün yekun nitqlərindən

birini söyləyərkən o, qəfildən “dayandı və yorğun, dərin oturan, həmişə

axıdılmayan göz yaşları ilə dolu olduğu təəssüratı yaradan gözləriylə yarılaqeyd,

yarıdostcanlı çoxsaylı sifətlərə baxa-baxa, bir müddət susaraq dayandı. Əllərini

sanki onlar ümidsiz mübarizədən yorulubmuş kimi çarpazlayaraq özünə xas olan

rəvan səslə dedi:

“Mənim dostlarım, Birləşmiş Ştatların senatına kimin: mənim və ya hakim

Duqlasın seçiləcəyi vacib deyil. Bizim bu gün sizin qarşınızda qoyduğumuz

möhtəşəm sual istənilən adamın şəxsi maraqları, yaxud siyasi fiquru

məsələsindən əhəmiyyətli dərəcədə uzağa gedir. Və mənim dostlarım (burada o,

yenə də pauza etdi və dinləyicilər onun hər bir kəlməsini tuturdular), həmin sual

hətta bizim ikimizin də – hakim Duqlasın və mənim – heysiz, zəif, kəkələyən

səsimiz məzarda susanda da həyati və yandırıcı olacaqdır”.

Bu sadə sözlər və onların necə deyildiyi bütün ürəklərə dərin sirayət etdi”.

Linkoln qeyd etmək istədiyi cümlələrdən sonra da pauza saxlayırdı.

O, həmin cümləni vurğu ilə deyir, onların mənası dinləyicilərin şüuruna

sızana və öz missiyasını yerinə yetirənə qədər susaraq dayanırdı.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə