Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə108/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   104   105   106   107   108   109   110   111   ...   208

d) Sizin üçün vacib olan sözləri deməzdən əvvəl və onlardan sonra pauza

edirsinizmi?

Yeddinci fəsil

İctimaiyyət qarşısında çıxış və

şəxsiyyət

Karnegi Texnologiya İnstitutu bir dəfə yüz nəfər görkəmli biznesmenə

onların intellektual səviyyəsini yoxlamaq üçün test təklif etmişdi. Testlər

müharibə dövründə orduda istifadə olunanları xatırladırdı.

Alınan nəticələr instituta bunu bəyan etməyə əsas verdi ki, uğur qazanmaq

üçün şəxsiyyət yüksək intellektdən daha vacibdir.

Bu çox vacib – biznesmen üçün çox vacib, təhsil sahəsinin işçisi üçün çox

vacib, azad peşə sahibi olan adamlar üçün çox vacib, natiq üçün çox vacib

müddəa idi.

İctimaiyyət qarşısında çıxışlarda şəxsiyyət, əgər çıxış üçün hazırlaşmaq lazım

olduğunu hesaba almasaq, yəqin ki, ən vacib faktordur. Elbert Habbard deyib:

“Gözəl nitqdə sözlər yox, nitqin manerası vacibdir”. “Manera üstəgəl ideya”

demək daha düzgün olardı. Lakin şəxsiyyət – bu, yayğın və ələkeçməz

bənövşənin ətri kimi təhlilə yaxın durmayan bir “nə isə”dir. İnsanda olan hər şey,

istər fiziki, ruhi, əqli, psixoloji, istərsə də onun üstünlük verdikləri, təmayülləri,

temperamenti, düşüncə tərzi, enerjisi, təcrübəsi, təhsili, onun bütün ömrü –

bütün hər şey şəxsiyyətdə çulğaşır. Şəxsiyyət Eynşteynin nisbilik nəzəriyyəsi

qədər mürəkkəbdir və şəxsiyyət bu nəzəriyyə qədər də az başa düşülür.

Şəxsiyyət irsi qanunauyğunluqların və əhatə edən mühitin nəticəsidir və onu

dəyişmək və ya yaxşılaşdırmaq fövqəladə dərəcədə çətindir. Bununla belə, əgər

səy göstərilərsə, biz onu müəyyən dərəcəyədək bərkidə və onu daha güclü, daha

cəlbedici edə bilərik. Hər halda, təbiətin bizə verdiyi qəribə, şəxsiyyət

adlandırılan təzahürdən maksimum almağa cəhd edə bilərik. Bu sual bizim hər

birimiz üçün istisnasız dərəcədə vacibdir. Şəxsiyyətin təkmilləşdirilməsi üçün

imkanlar məhdud olsa da, bu imkanlar kifayət qədər böyükdür ki, onların

müzakirə və tədqiq edilməsi mümkünsüz iş hesab olunsun. Əgər siz öz

individuallığınızdan maksimuma nail olmaq istəyirsinizsə, onda öz

dinləyicilərinizin qarşısında dincəlmiş halda çıxış etməlisiniz. Yorğun natiq heç

bir maqnetik, cazibədar xüsusiyyətlərə malik olmur.

Həddən artıq yayılmış səhvi – natiqin çıxışa hazırlaşmağı və plan tərtib

etməyi ən son məqama qədər təxirə salması və sonra isə əldən çıxardığı vaxtı

qabaqlamağa cəhd edərək ağlasığmaz templə işləməsindən ibarət olan səhvi

etməyin. Əgər siz belə etmiş olarsınızsa, onda orqanizminizdə bir çox ziyanlı

maddələr yığılacaq, beyniniz yorulacaq və bu, nitqinizdə çox xoşagəlməyən

ləngimələrə gətirəcək, sizi tormozlayacaq, beyin və əsəb sisteminizi zəiflədərək

həyat qüvvənizi tükəndirəcəkdir.

Siz gündüz saat dörddə vacib xəbərlə komitənin iclasında çıxış edə-

cəksinizsə, onda, əgər mümkündürsə, yüngül qəlyanaltı etməli və dincəlməlisiniz.

Fiziki, zehni cəhətdən dincəlmək və əsəblərin sakitləşdirilməsi – sizə lazım olan

bax budur. Məşhur müğənni, xanım Ceraldin Farrat öz yeni tanışlarını çox vaxt

bununla təəccübləndirirdi ki, erkən vidalaşır və onlar axşamın qalan hissəsini

müğənninin əri ilə söhbət etməklə keçirməli olurdular. Öz sənətinin tələbləri ona

downloaded from KitabYurdu.org



məlum idi. Xanım Nordike deyirdi ki, primadonna olmaq – qadına xoş olan hər

şeydən imtina etmək deməkdir: ictimai fəaliyyətdən, dostlardan, iştahalı

təamlardan.

Sizə vacib xəbərlə çıxış etmək lazım gələndə aclıq hissindən ehtiyat edin. Az

yeyin, elə bil ki, müqəddəssiniz. Henri Uord Biçer bazar günləri, adətən, axşam

saat beşdə süd ilə kreker yeyir və bundan sonra heç nə yemirdi.

“Əgər mən axşam oxumalı oluramsa, – deyirdi xanım Melba, – onda nahar

etmirəm, yalnız çox yüngül qəlyanaltı edirəm. Qəlyanaltı balıqdan, cücədən və ya

bişirilmiş alma ilə “şirin ətdən”

44

ibarət olur, bunun üstündən bir stəkan su



içirəm. Mən operadan və ya konsertdən sonra evə qayıdanda axşam yeməyindən

qabaq güclü aclıq hissi keçirirəm”.

Özüm peşəkar natiq olana və hər axşam möhkəm yeyəndən sonra iki saatlıq

nitq söyləməyə cəhd edənə qədər Melba və Biçerin nə qədər müdrikcəsinə

hərəkət etdikləri heç vaxt ağlıma gəlmirdi. Təcrübə mənə göstərdi ki, əvvəl

“dəniz dilindən” filedən, ardınca fransızca qızardılmış kartofdan, salatdan,

tərəvəzlərdən, eləcə də desertdən ləzzət alıb, bunun ardınca isə, bir saatdan

sonra dinləyicilərin qarşısında uğurla çıxış edə bilmərəm. Mənim beynimdə

sirkulyasiya etməli olan qan aşağıya, mədəyə düşərək bifşteks və kartofla

mübarizəyə başlayır. Paderevski haqlı idi: o deyirdi ki, konsertdən əvvəl ürəyi

istədiyini yeyən vaxtlarda onun daxilində yerləşən vəhşi onu, barmaqlarının ucu

da daxil olmaqla, büsbütün ələ keçirir, onun ifasını darıxdırıcı və ifadəsiz edirdi.

Niyə bir natiqdə o birisi ilə

müqayisədə daha yaxşı alınır

Sizin enerjinizi aşağı sala biləcək heç nə etməyin. Enerjiniz maqnetik

xüsusiyyətlərə malikdir. Həyat qüvvəsi, şuxluq və entuziazm mənim ictimai

çıxışlar sahəsində natiqlərə və müəllimlərə ilk növbədə vərdiş etdirmək

istədiyim keyfiyyətlərdən ən vacibləridir. İnsanlar enerjili, özü ilə elə bil enerji

generatorunu təcəssüm etdirən natiqi vəhşi qazlar payız taxılı əkilmiş sahəyə

tökülüşdükləri kimi, dərhal əhatə edirlər.

Londonda Qayd-parkda açıq havada çıxış edən natiqlərin nümunəsində bu

qaydanın öz təsdiqini necə tapdığını mən tez-tez görmüşəm. Mərmər Arkanın

qarşısındakı meydança ən müxtəlif natiqlərin görüş yeridir. İstənilən bazar günü,

günün ikinci yarısında bura gəlmək və Roma Papasının “Günahsızlığın katolik

doktrinasının” izahını dinləmək, Karl Marksın iqtisadi nəzəriyyəsini təbliğ edən

sosialistə, iki arvadı olan müsəlmanın nə üçün haqlı olduğunu başa salan hindliyə

və s. qulaq asmaq olar. Bir natiqin ətrafında yüzlərlə dinləyici dayandığı halda, o

birisinin yanında adamların yalnız kiçik bir topasıdır. Niyə? Müxtəlif natiqlərin

fərqli cəzbetmə qüvvəsini izah etmək üçün çıxışın mövzusunu əsas gətirmək

həmişə kifayət edə bilərmi? Xeyr. Bir çox hallarda bu, natiqin özündən asılıdır:

bu, hamıdan çox onun özü üçün əhəmiyyət kəsb edir və deməli, o daha

maraqlıdır. O daha enerjili və emosional danışır. O, özündən həyat qüvvəsi və ruh

yüksəkliyi şüalandırır. Bu cür natiqlər həmişə diqqəti cəlb edirlər.

Geyim sizə necə təsir göstərir

Universitetin rəhbərliyi ilə psixologiya üzrə mütəxəssis bir qrup adama

suallar göndərmişdilər. Burada respondentlərə geyimin onlara necə təsir

göstərdiyi barədə sual verilirdi. Rəyi soruşulanlar yekdilliklə cavab verdilər ki, öz

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə