Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə11/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   7   8   9   10   11   12   13   14   ...   208

Köhnə alman ordusunda əsgərə şikayətə səbəb olan hadisədən dərhal sonra

şikayət etməyə icazə verilmirdi. O, ilk inciklik hissini cilovlamalı, onu “yatırtmalı”

və ya “soyutmalı” idi. Əgər o, şikayəti dərhal, hadisə baş verən gün verərdisə, onu

cəzalandırırdılar. Gündəlik həyatda da deyingən valideynlər, giley-güzarlı həyat

yoldaşları, söyüşkən sahibkarlar və başqalarının səhvlərini axtarmağın aşiqi

olan, tab gətirmək mümkün olmayan həvəskarların bütöv ordusu üçün də bu cür

qanun olmalıdır.

Tarixin səhifələrində siz həddən ziyadə ciddi tənqidin faydasız olduğuna

minlərlə nümunə taparsınız. Məsələn, götürün Teodor Ruzvelt və prezident Taft

arasındakı incikliyi. O incikliyi ki, ona görə Respublikaçılar Partiyasında

parçalanma baş verdi və Ağ Evə Vudro Vilson daxil oldu, Dünya müharibəsinə isə

tarixin axarını dəyişmiş olan parlaq mərdlik səhifəsi yazıldı. Hadisələrə ötəri bir

nəzər salaq.

Teodor Ruzvelt 1908-ci ildə Ağ Evi tərk edərkən Taftı prezident etdi, özü isə

Afrikaya şir ovuna yollandı. O qayıdanda isə onun qəzəbinin sərhədi yox idi. O,

Taftı mühafizəkarlıqda ittiham elədi və öz namizədliyini (üçüncü müddətə)

təmin etməyə çalışdı. T.Ruzvelt Öküzlər və Sığınlar Partiyasını

6

yaratdı və



bununla da Respublikaçılar Partiyasını, demək olar, dağıtdı. Nəticədə axırıncı

seçkilərdə Uilyam Qodfri Taft və Respublikaçılar Partiyası yalnız iki: Vermont və

Yuta ştatlarında irəli çıxa bildilər. Bu, qoca partiyanın öz tarixi ərzində ən

sarsıdıcı məğlubiyyəti idi.

Teodor Ruzvelt Taftı ittiham etdi, bəs prezident Taft özünü ittiham etdimi?

Əlbəttə, yox. Gözləri yaşla dolu Taft deyirdi: “Mən təsəvvür etmirəm ki, etdiyimi

yox, başqa cür necə hərəkət edə bilərdim”. Bəs günahkar kimdir? Ruzvelt, yoxsa

Taft? Düzünü desəm, bilmirəm və bilməyə də heç çalışmıram. Mənim can atdığım

əsas şey – bunu göstərməkdir ki, Ruzvelt tərəfdən edilən tənqid Taftı

məğlubiyyətdə məhz özünün günahkar olduğuna inandıra bilmədi. Tənqidin

yeganə nəticəsi bu oldu ki, Taft özünə haqq qazandırmağa çalışır və gözüyaşlı

təkrar edirdi: “Mən təsəvvür etmirəm ki, başqa cür necə hərəkət edə bilərdim”.

Yaxud “Tipot Doum Oyl” ilə bağlı qalmaqalı götürək

7

. Bu, yadınızdadırmı?



Həmin məsələ ətrafında qəzetlərin səs-küyü bir neçə il sakitləşmirdi. Bütün ölkə

lərzəyə gəlmişdi. Amerika cəmiyyətində hazırda yaşayan nəslin yaddaşında buna

bənzər hələ heç nə baş verməmişdi. Məsələnin sırf faktiki tərəfi belə idi: Albert

Folla – Qardinqin kabinetində Daxili İşlər nazirinə əvvəllər ABŞ Hərbi Dəniz

Donanmasının gələcəkdə istifadə etməsi üçün müəyyən olunmuş Elk-Hill və

Tipot Doum neft rezervasiyalarını özəl firmalara icarəyə vermək tapşırılmışdı.

Siz zənn edirsiniz ki, nazir Foll hərracdan satış təyin etmişdi? Xeyr. O, dadlı

tikəni utanıb-qızarmadan öz dostu Edvard L.Dogenə təqdim elədi. Bəs Dogen nə

etdi? O, nazir Folla lütfkarcasına ssuda adlandıraraq yüz min dollar verdi. Sonra

nazir Foll rezervasiyanın qonşuluğunda yerləşən istehsalatlar Elk-Hillin neft

ehtiyatlarını tükəndirməsin deyə konkurentləri qovdurmaq üçün Birləşmiş

Ştatların dəniz piyadalarını öz hökmü ilə rezervasiya rayonuna göndərdi. Öz

sahələrindən süngülərlə qovulan konkurentlər məhkəməyə şığıdılar və

içərisində yüz milyon dollarlıq “qalmaqallı “dəm” olan qarınlı Çaynikin

8

qapağı


düşdü”. Elə bir üfunət qalxdı ki, bütün ölkəni ürəkbulanması tutdu. Qardinqin

administrasiyası aşırıldı, Respublikaçılar Partiyası tam dağılma təhlükəsi altında

downloaded from KitabYurdu.org



idi; Albert Foll isə həbsxana barmaqlıqları arxasına düşdü. Foll çox sərt, nə

vaxtlarsa cəzaya məruz edilmiş ictimai xadimlərdən çox azının məhkum

olunduğu sərt cəza aldı. O peşman oldumu? Heç bir halda. Üstündən bir neçə il

ötəndən sonra Quver Herbert ictimaiyyət qarşısında çıxışında xatırlatdı ki,

prezident Qardinqin ölümü ruhi sarsıntıların və əzabların nəticəsi idi, çünki ona

öz dostu xəyanət etmişdi. Bunu eşitcək xanım Foll öz kreslosundan sıçrayaraq

qalxdı və yumruqlarını yellədə-yellədə hönkürtülü səslə qışqırdı: “Foll? Nə?

Qardinqə Foll xəyanət etmişdi? Yox! Mənim ərim heç vaxt xəyanət etməyib.

Bütün bu bina qızıl ilə dolu olardısa belə, mənim ərimi ədalətsiz hərəkət etməyə

sövq edə bilməzdi. Xəyanət olunmuş, bıçaq altına, çarmıxa göndərilmiş yeganə

adam varsa – bu, Folldur”.

Sizin qarşınızda – əməli işdə insan təbiətidir: günahkar kim olursa olsun,

ittiham edər, bircə özünü etməz. Biz hamımız bu cürük. Beləliklə, əgər sabah biz

sizinlə kimi isə tənqid eləmək tamahına aldansaq, Al-Kaponeni, “İki naqan” –

Kroulini, Albert Follu xatırlayaq.

Bu faktı etiraf edək ki, tənqid ev göyərçinləri kimidir, o, həmişə geri qayıdır.

Bu faktı etiraf edək ki, nöqsan tutmaq və ya mühakimə etmək niyyətində

olduğunuz persona, çox güman ki, özünə haqq qazandıracaq və sizi ittiham

edəcək, yaxud da yaxşı tərbiyə almış Taft kimi deyəcək: “Təsəvvür etmirəm ki,

etdiyimdən başqa hərəkəti mən nə cür edə bilərdim”.

1865-ci il aprelin 15-i şənbə günü səhər çağında Avraam Linkoln Butun ona

atəş açdığı Fordo-Teatrla üzbəüzdəki ucuz gəlir evinin

9

xırda otaqcığazında can



verirdi.

Linkolnun iri gövdəsi onun üçün çox qısa olan əyilmiş çarpayıda diaqonal

üzrə yayxanmışdı. Çarpayının üzərində Rouz Bernarın “Gözəl at” rəsminin ucuz

reproduksiyası asılmışdı. Qaz lampası isə qüssəli sarı işıqla bərq vururdu. Can

verənin çarpayısı önündə dayanan hərbi nazir Stenton dedi: “Burada dünyanın

nə vaxtsa gördüyü ən böyük hökmdarlardan biri uzanıbdır”.

Linkolnun insanlarla münasibətlərdə uğurunun sirri nədən ibarət idi? Mən

Avraam Linkolnun həyatını on il ərzində öyrənmişəm və bütöv üç ili sərasər

“İnsanların tanımadığı Linkoln” adlandırdığım kitab üzərində işləmişəm.

Düşünürdüm ki, Linkolnun şəxsiyyətini və onun şəxsi həyatını, ümumiyyətlə,

insanın imkanları daxilində olan dərəcədə dəqiq və qənaətləndirici şəkildə

öyrənməliyəm. Mən Linkolnun insanlarla münasibəti metodunu xüsusi olaraq

tədqiq etmişəm. O özünə başqalarını tənqid etmək həzzini rəva görürdümü? Bəs

necə, əlbəttə! Hələ cavan olanda İndiana ştatının Nidcin Qrik Veley qəsəbəsində

yaşayanda o təkcə tənqid etmir, hətta adamları məsxərəyə qoyan məktublar və

şeirlər yazırdı. Onları qəsəbə yollarında və elə yerlərdə qoyurdu ki, həmin yerdə

onu mütləq tapırdılar. Bu cür məktublardan biri bütöv həyat boyu uzanan acı

incikliyin səbəbi oldu.

Linkoln İllinoys ştatının Sprinqfild şəhərində vəkil işləyəndə də qəzetlərdə

dərc etdirdiyi məktublarda öz opponentlərinə açıq hücumlar etməkdə davam

edirdi. Bir dəfə o, bunu həddindən artıq təhqiramiz şəkildə etdi. 1842-ci ilin

payızında o, Ceyms Şilds adlı, əslən irland olan bir şöhrətpərəst, aqressiv

hərəkətlərə meyilli siyasətbazı nahaq yerə məsxərəyə tutdu. Linkolnun yazdığı

həcv “Sprinqfild djornel” qəzetində anonim məktub kimi dərc olundu. Bütün

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə