Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə110/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   106   107   108   109   110   111   112   113   ...   208

nəfərin qarşısında da min nəfər dinləyici qarşısında olduğu kimi yaxşı danışa

bilərəm, əgər həmin on iki nəfər mənim ətrafımda və bir-birinə toxunan qədər

yaxın dayanıblarsa. Hətta min dinləyici də, əgər onların bir-biriləri arasında

məsafə dörd futdursa, boş zal kimi təsir bağışlayacaqdır... Öz dinləyicilərinizi bir

yerə toplayın və siz minimum səy göstərməklə onları inandıra biləcəksiniz”.

Böyük auditoriyada olan adam öz individuallığını itirə bilər. O, kütlənin bir

hissəsinə çevrilir və bu halda ona təsir göstərmək – o, ayrıca bir individuum

olduğu vəziyyətlə müqayisədə – xeyli asanlaşır. Adam elə söhbətlərlə bağlı

güləcək və alqışlayacaq ki, həmin söhbətlər ondan yan keçərdi, əgər o, natiqə

qulaq asan yarım düjün dinləyicidən biri olsaydı.

Adamları vahid bütöv halında hərəkətə gətirmək bunu individual şəkildə

etməkdən qat-qat asandır. Döyüşə gedən adamlar, məsələn, ən təhlükəli və

comərd tapşırıqları yerinə yetirməyə can atırlar, çünki onlar bir yerdə olmaq

istəyirlər. Alman əsgərləri sonuncu müharibə dövründə bəzən döyüşə bir-birinin

əllərindən tutaraq gedirdilər.

Kütlələr! Kütlələr! Kütlələr! Onlar özləri ilə maraqlı təzahür təcəssüm

etdirirlər. Möhtəşəm islahatların və xalq hərəkatlarının hamısı kütlə psi-

xologiyasının köməyi ilə həyata keçirilibdir. Everet Din Martin bu mövzuda

maraqlı “Kütlənin davranışı” kitabını yazıb.

Əgər biz elə də böyük olmayan dinləyici qrupu qarşısında çıxış etməyə

hazırlaşırıqsa, bu halda elə də böyük olmayan otaq seçməliyik. Dinləyiciləri

böyük zalda oturtmaqdansa, kiçik otaqda stulları bir-birinə sıx qoymaq daha

yaxşıdır.

Əgər sizin dinləyiciləriniz zalda dağınıq oturublarsa, onda onlardan qabağa

keçməyi və sizə yaxın əyləşməyi xahiş edin. Çıxışınıza başlamazdan əvvəl buna

nail olun.

Tribunaya yalnız auditoriya kifayət qədər böyük və bununla əlaqədar

yüksəklikdə dayanmaq zərurəti həqiqətən də olduğu halda qalxın. Öz

auditoriyanızla bir səviyyədə olun. Öz dinləyicilərinizin yanında dayanın. Hər

hansı bir formal atmosferdən qaçmağa çalışın. İlıq kontakt qurun və çıxışınızı

söhbətə çevirin.

Mayor Pond pəncərələri qırırdı

Zalda havanın təmiz olmasına fikir verin. İctimaiyyət qarşısında çıxış

prosesində oksigen qırtlaq, udlaq və qırtlaq qapağı qədər vacibdir. Siseronun

gözəl natiqliyi, myuzik-holldan “Rokkets” qadın ansamblının məlahəti havası

kiflənmiş zalda, çətin ki, auditoriyanı gərginlikdə saxlaya bilərdi. Ona görə də

mən başqa natiqlərin sırasında auditoriya qarşısında çıxış etməli oluramsa, bu

halda, demək olar, çıxışımdan əvvəl həmişə dinləyicilərdən yerlərindən qalxmağı

və iki dəqiqə dincəlməyi xahiş edirəm; həmin vaxtda isə pəncərələri açıram.

Məşhur bruklinli moizəçi Henri Uord Biçer populyar lektor kimi öz

şöhrətinin zirvəsində olan dövrdə mayor Ceyms B.Pond onun impressariosu

qismində on dörd il ərzində Birləşmiş Ştatların və Kanadanın bütün ərazisini

gəzmişdi. Dinləyicilər toplaşmazdan qabaq Pond həmişə Biçerin çıxış edəcəyi

zala, kilsəyə, yaxud teatra gəlir və işıqlandırılmanı, kresloları, temperaturu,

ventilyasiyanı diqqətlə yoxlayırdı. Pond yorulmaq bilməyən və hay-küyçü qoca

ordu zabiti idi və öz hakimiyyətini istifadə etməyi sevirdi. Buna görə də, əgər

downloaded from KitabYurdu.org



zalda həddindən artıq isti və ya qoxumuş hava olardısa və pəncərələri aça

bilmirdisə, onda kitabları pəncərələrə vızıldadır, şüşəni sındıraraq çilik-çilik

edirdi. Spercen güman edirdi ki, “moizəçiyə oksigen, demək olar, ilahi xeyir-duası

kimi zəruridir”.

Qoy işıq olsun, sifətinizə nur çilənsin

İşdir, siz spritizmin nümayiş olunması ilə məşğul deyilsinizsə, onda, əgər bu

mümkündürsə, zalı işığa qərq edin. Bildirçini əhliləşdirmək yarıqaranlıq,

termosun içərisi kimi tutqun görkəmi olan zalda entuziazm meydana

çıxarmaqdan asandır.

Devid Belaskonun səhnədə rejissura haqqında kitabını oxuyun və siz adi

natiqin düzgün işıqlandırmanın istisnasız dərəcədə mühüm əhəmiyyət kəsb

etməsi barədə azacıq da olsa təsəvvürünün olmadığını biləcəksiniz.

Qoy işıq düz sizin üzünüzə vursun. Adamlar sizi görmək istəyirlər. Sizin sifət

cizgilərinizdə peyda ola biləcək cüzi dəyişikliklər özünüifadənin bir hissəsi, həm

də çox vacib hissəsidir. Bəzən bunlar sizin sözlərinizdən də artıq əhəmiyyət kəsb

edir. Əgər siz düz lampanın altında dayanıbsınızsa, onda sizin sifətinizə kölgə

düşə bilər, amma düz işıqlandırma cihazının qabağında dayanıbsınızsa, onda

sizin sifətiniz parıldayacaqdır. Buna görə də öz çıxışınızı başlamazdan əvvəl

işıqlandırma cəhətdən ən uduşlu olan yeri seçməyiniz daha ağıllı olmazdımı?

Səhnədə lazım olmayan heç nə

Çıxış edəndə stolun arxasında əyləşməyin. Adamlar sizi başdan-ayağa qədər

görmək istəyirlər. Onlar sizi tam görmək üçün hətta boyunlarını da uzadacaqlar.

Hansısa bir xoşqəlbli adam səhnəyə üstündə qrafin və stəkan olan stol

qoyacaqdır. Amma boğazınızda quruluq hiss etmiş olsanız, bir çimdik duz və ya

bir tikə limon ona gətirəcək ki, tüpürcək Niaqara şəlaləsinin gücü ilə ayrılmağa

başlayacaq.

Sizə nə su lazımdır, nə qrafin. Sizə lektorun çıxış etdiyi yüksəklikdə, adətən,

qalaq-qalaq yığılan başqa faydasız əşyalar da lazım deyildir.

Avtomobil firmalarının Brodveydə salonları çox gözəldir, yaxşı tərtib edilib

və göz oxşayır. Parisdə iri parfümeriya və zərgərlik firmalarının mağazaları

dəbdəbəli və bədii zövqlə quraşdırılıb.

Niyə? Ona görə ki bu, gəlirli biznesi təmin edir. Bu cür tərtibatı görəndə

adamda firmaya daha çox hörmət, etibar yaranır.

Elə bu səbəbdən də natiq gözoxşayan fonda çıxış etməlidir.

Mebelin, ümumiyyətlə, olmaması, məncə, ideal variant olardı. Çıxış edənin

arxasında diqqəti cəlb edən heç nə olmamalıdır. Böyürlərdə də heç nə

olmamalıdır. Tünd-göy rəngli pərdə daha çox məsləhət görülür.

Bəs lektorun arxasında, adətən, nə olur? Coğrafi xəritələr, diaqramlar və

cədvəllər, hərdən isə çoxsaylı toz basmış stullar, özü də onlardan bəziləri çevrilib

və bir-birinin üstünə qoyulub. Nə alınır? Ucuz, pinti, nizamsız şərait. Odur ki,

bunların hamısını yığışdırmaq lazımdır.

Henri Uord Biçer deyirdi: “İctimaiyyət qarşısında çıxışda ən vacib olan

adamdır”. Buna görə də çıxış edən qoy İsveçrənin mavi göylərinin fonunda

ucalan qarlı Yunqfrau zirvəsi kimi yaxşı görünsün.

Səhnədə qonaq olmamalıdır

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə