Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə111/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   107   108   109   110   111   112   113   114   ...   208

Bir dəfə mən Londonda, Ontario əyalətində olanda Kanadanın baş naziri

orada çıxış edirdi. Birdən uzun şüvüllə silahlanmış xidmətçi bir pəncərədən o

birisinə keçə-keçə zalın havasını dəyişməyə başladı. Nə baş verdi? Dinləyicilərin,

demək olar, hamısı bir nəfər kimi müəyyən vaxt ərzində çıxış edəni saya almır və

diqqətlə xidmətçiyə sanki o, nəsə bir möcüzə göstərirmiş kimi baxırdılar.

Dinləyicilər hərəkət edən əşyalara baxmaq təhriki ilə mübarizə aparmağı

bacarmır və ya etmirlər ki, bunlar eyni şeydir. Əgər çıxış edən bu həqiqəti yadda

saxlamış olarsa, o, özünü bəzi xoşagəlməz hallardan və lazımsız dilxorçuluqdan

xilas edə bilər.

Birincisi, o, barmaqlarını fırlatmaqdan, paltarının ora-burasını düzəltməkdən

və diqqəti çıxışından ayıran başqa əsəbi hərəkətlərdən özünü saxlaya bilər.

Mənim yadımdadır ki, Nyu-Yorkun zallarından birində dinləyicilər tanınmış bir

natiq danışa-danışa əli ilə nəsə döyəcləyəndə düz yarım saat ərzində onun

əllərinə baxıblar.

İkincisi, natiq, əgər bu mümkündürsə, öz dinləyicilərini elə bir şəkildə

oturtmalıdır ki, onlar gecikənlərin zala daxil olduqlarını görməsinlər və bununla

da fikirləri yayınmasın.

Üçüncüsü, natiqlə birlikdə səhnədə heç kim olmamalıdır. Raymond Robins

bir neçə il əvvəl Bruklində bütöv bir silsilə mühazirə oxumuşdu. Başqaları ilə

birlikdə səhnəyə mən də dəvət olunmuşdum. Bunun natiqə münasibətdə

ədalətsizlik olacağını hesab edərək bu dəvətdən imtina etdim. Birinci axşam fikir

verdim ki, səhnədə əyləşənlərin bir çoxu bütün vaxtı yerlərində qurcalanır,

ayaqlarını ayaqlarının üstünə aşırır və bu kimi hərəkətlər edirdi. Buna görə də

auditoriya nəzərlərini tez-tez natiqdən ayırıb həmin adama yönəldirdi. Mən bunu

Robinsə danışdım və sonrakı axşamlarda o, səhnədə artıq tək olurdu.

Devid Belasko səhnəyə qırmızı rəngli güllərin qoyulmasına icazə vermirdi,

çünki onlar diqqəti həddən artıq çox cəlb edir. Əgər belədirsə, onda natiq

danışdığı vaxt hansısa bir narahat adamın üzü dinləyicilərə tərəf əyləşməsinə

niyə icazə verməlidir? O, buna yol verməməlidir və o, ağıllıdırsa, onda buna yol

verməz də.

Əyləşmək məharəti

Məsləhət görülür ki, natiq çıxış edənə qədər dinləyicilərlə üzbəüz

əyləşməsin. Dinləyicilərin qarşısında köhnə deyil, təzə eksponat qismində peyda

olmaq məgər daha yaxşı deyilmi?

Lakin sizə əyləşmək lazımdırsa, onda biz bunu necə etmək lazım olduğunu

bilməliyik.

Sizə belə adamları görmək nəsib olubmu ki, onlar stul axtarışında öz

ətraflarına baxır, bunu yatmağa hazırlaşan ingilis yarış itini xatırladan

hərəkətlərlə müşayiət edirlər? Onlar öz ətraflarında fırlanır, nəhayət, stulu

tapanda isə bükülür və sanki qumla dolu kisə kimi ona çökürlər.

Necə əyləşmək lazım olduğunu bilən adam stula arxası ilə çevrilir, onu

ayaqları ilə tapır və sərbəstliklə, öz bədəninin hərəkətlərinə ciddi nəzarət edə-

edə stula oturur.

Təmkinlilik

Biz indicə paltarınızı dartışdırmamağı və ya zinət əşyalarınızı oynatmamağı

məsləhət görmüşdük, çünki bu, dinləyicilərin diqqətini yayındırır. Lakin bir

downloaded from KitabYurdu.org



səbəb də var. Bu cür davranış sizin zəifliyiniz və sizdə özünənəzarətin olmaması

təəssüratını yaradır. Sizin zahiri görkəminizə heç nə əlavə etməyən hər bir

hərəkət sizin haqqınızda təəssüratları yalnız pisləşdirir.

Neytral hərəkətlər mövcud deyildir. Qətiyyən. Buna görə də sakit dayanın və

öz fiziki vəziyyətinizə nəzarət edin. Bu, sizin psixiki və fiziki cəhətdən təmkinli

olduğunuzla bağlı təsəvvür yaradacaqdır.

Siz dinləyicilərin qarşısına çıxandan sonra danışmağa başlamağa tələsməyin,

zira bu, diletantlara xasdır. Dərindən nəfəs alın.

Öz dinləyicilərinizə göz gəzdirin və əgər haradansa səs-küy gəlirsə, o

kəsilməyənə qədər pauza edin.

Sinənizi gərin, hərçənd bunu dinləyicilərin qarşısına çıxmazdan əvvəl də

etmək olar. Niyə də bunu hər gün, təklikdə olanda etməyəsiniz? Onda siz bunu

qeyri-şüuri surətdə dinləyicilərin qarşısında da edəcəksiniz.

“Heç on nəfərdən biri də özündə, – deyə Lyuter H.Qalik “Effektiv ömür”

kitabında yazır, – ona ən yaxşı zahiri görkəm verən qədd-qamət formalaşdırmır...

Boynunuzu köynəyinizin yaxalığına sıxın”.

O, hər gün yerinə yetirmək üçün bax bu məşqi məsləhət görür: “Yavaş-yavaş

və mümkün olan qədər dərindən nəfəsinizi çəkin. Elə həmin məqamda da

boynunuzu köynəyinizin yaxalığına sıxın və onu bu vəziyyətdə saxlayın. Bu məşq

hətta qüvvə ilə edilmiş olsa belə, sizə ziyan gətirməyəcəkdir. Onun məqsədi belin

bilavasitə çiyinlərin arasında yerləşən hissəsini düzəltməkdən ibarətdir. Bu, sizin

sinənizin həcmini genişləndirər”.

Bəs siz əllərinizlə nə etməlisiniz? Onlar barədə unudun. Əgər onlar təbii

şəkildə yanlardan sallanarsa, bu, ideal olar. Əgər onlar sizə banan salxımı kimi

görünürsə, elə düşünməyin ki, heç olmasa kimsə onlara azacıq da olsa diqqət

yetirir və ya onlara hansısa bir maraq büruzə verir.

Əllərinizin kənardan görünüşü o vaxt lap yaxşı olar ki, onlar boşalmış halda

sizin böyürlərinizdə sallanmış olsun. Bu halda onlar minimum diqqət cəlb edəcək

və hətta sizə münasibətdə tənqidi köklənmiş adam da onların bu vəziyyətini

bəhanə edə bilməyəcəkdir. Bundan başqa, bu vəziyyətdə onları azad surətdə və

maneəsiz, eləcə də təbii şəkildə hərəkət etdirməklə, əgər zərurət yaranarsa, öz

nitqinizi müşayiət etmək mümkün olacaqdır.

Təsəvvür edin ki, siz çox həyəcanlısınız və zənn edirsiniz ki, əgər siz

əllərinizi arxanızda saxlasanız, onları cibinizə salsanız, yaxud tribunanın üstünə

qoysanız, bu, sizə utancaqlığınızı adlamağa kömək edəcəkdir. Siz bu halda nə

etməlisiniz? Sağlam təfəkkürdən istifadə edin. Mənə bu nəslin bir sıra görkəmli

natiqini dinləmək nəsib olmuşdur. Onların bir çoxu, hətta əksəriyyəti çıxış

etdikləri vaxt hərdən əllərini ciblərinə salardı. Brayan, Çonsi M.Depyu, Teddi

Ruzvelt belə edirdilər. Hətta Dizraeli kimi zərif, incə moda həvəskarı da hərdən

bu təhrikin öhdəsindən gələ bilirdi. Lakin əgər yaddaşım məni aldatmırsa, göylər

yerə düşmürdü və hava haqqında məlumatlara görə, növbəti gün günəş vaxtında

çıxırdı.


Əgər adamın deməyə sözü varsa və əgər o, bunu yoluxucu inamla deyirsə,

onda onun həmin məqamda əlləri və ya ayaqları ilə nə etdiyinin böyük

əhəmiyyəti, sözsüz ki, olmayacaqdır. Əgər onun başı ideyalarla, ürəyi isə

həyəcanla doludursa, onda bu ikinci dərəcəli detallar əsas etibarilə böyük rol

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə