Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə112/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   108   109   110   111   112   113   114   115   ...   208

oynamır. Əvvəl-axır, ictimaiyyət qarşısında çıxışlarda ən vacib olanı əl və

ayaqların vəziyyəti yox, psixoloji aspektdir.

Yöndəmsiz əzilib-büzülmələr

təbii jesti əvəz edə bilməz

Bu, bizi tamamilə təbii olaraq jestlər probleminə yaxınlaşdırır ki, bundan

həddən artıq çox sui-istifadə edirlər. İctimaiyyət qarşısında çıxış sahəsində mən

ilk dərsi Orta Qərbin kolleclərində almışam. Mənim yadımda olduğu qədər,

həmin dərs əsas etibarilə jestikulyasiya ilə bağlı idi və bu yalnız faydasız yox,

hətta açıq-aşkar ziyanlı idi. Məni öyrədirdilər ki, əl sərbəst surətdə böyürdən

sallanmalıdır, ovuclar içəriyə, barmaqlar yarı sıxılmış olmalı, baş barmaq isə

ayağa toxunmalıdır. Mənə əli incə əyri cızaraq necə qaldırmaq, əvvəl nişan bar-

mağını, sonra orta, sonra isə çeçələ barmağı açaraq əlin biləyini klassik hərəkətlə

necə yellətmək lazım olduğunu öyrədirdilər.

Bu estetik və dekorativ hərəkət yerinə yetiriləndən sonra əl elə həmin incə

və qeyri-təbii əyrini cızmalıdır ki, yenidən ayağın böyrünə gəlib çatmış olsun.

Bütün bunlar köntöy və affektləşdirilmiş idi və bunda ağıllı və ya səmimi heç nə

yox idi. Mənə o hərəkəti eləməyi öyrədirdilər ki, bunu ağlı başında olan heç kim

heç yerdə və heç vaxt etməyibdir.

Hərəkətlərə mənim öz individuallığımı vermək üçün heç bir cəhd edilmirdi.

Heç kim məni mahmızlamağa çalışmırdı ki, mən jestikulyasiya etməyə bir istək

hiss etmiş olum; bu prosesi daha şux, təbii və qaçılmaz eləmək cəhdi yox idi. Heç

kim məni utancaqlıq qabığımı sındırmağa, eləcə də adam kimi danışmaq və

hərəkət eləmək üçün özümü buxovlanmamış, sərbəst hiss etməyə sövq etmirdi.

Bütün bu kədərli proses çap makinası kimi mexaniki, keçənilki quş yuvası kimi

cansız, Panç və Cudinin çıxışları kimi sarsaq idi.

XX əsrdə bu cür absurd əzilib-büzülmələrə öyrətdikləri ağlasığmaz iş kimi

görünür. Bununla belə, jestlər haqqında kitab yalnız bir neçə il əvvəl nəşr

olunmuşdur – adamları avtomatlaşdırmağa cəhd edən, bu və ya başqa cümləni

səsləndirərkən hansı jestlərdən istifadə etməyi, əlin biri ilə hansı, ikincisiylə

hansı jesti etməyi, hansı hallarda əli bir qədər yuxarı qaldırmaq, hansılarda orta

vəziyyətdə, hansılarda isə aşağıda saxlamağı, bu barmağı necə və o birisini necə

tutmaq lazım olduğunu öyrədən bütöv bir kitab. Mən iyirmi nəfərin eyni vaxtda

sinfin qarşısında necə dayandıqlarını görmüşəm. Onların hamısı həmin kitabdan

qəliz natiq mətnini oxuyurdu və onların hamısı mətnin eyni bir yerində tamamilə

eyni bir jesti edirdi və onların hamısı eyni cür sarsaq təsiri bağışlayırdı. Bütün bu

süni, vaxtı öldürən, mexaniki və ziyanlı sistem jestlərin reputasiyasını bir çox

adamın gözündə süquta uğratdı. Massaçusetsdə iri bir kollecin dekanı bu

yaxınlarda demişdi ki, onun təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxışlar

üzrə kurslar yoxdur, çünki o, ağıllı çıxış etməyi öyrədə bilən həqiqi praktiki kurs

heç vaxt görməyib. Mən bu dekanın nöqteyi-nəzərini tamamilə bölüşürəm.

Jestlərə həsr olunmuş cızma-qaranın onda doqquzu faydasızdır və hətta

bundan da pis – özü ilə yaxşı ağ kağızın və yaxşı qara tipoqraf boyasının israf

edilməsini təcəssüm etdirir. Kitabdan əxz olunan istənilən jest, çox güman ki,

eynilə həmin effekti verəcəkdir. Jestlər sizin təbiətinizdən, sizin ürəyinizdən,

beyninizdən, toxunulan məsələyə marağınızın səviyyəsindən, başqalarını öz

gördüyünüzü görməyə məcbur etmək istəyinizin gücündən, nəhayət, sizin fərdi

downloaded from KitabYurdu.org



instinktlərinizdən irəli gəlməlidir. Yeganə dəyərli jestlər – bu, ekspromt surətdə

meydana çıxan hərəkətlərdir. Adamın özü olmasının bir unsiyası bir ton

təlimatdan bahadır.

Jesti əyninizə smokinq kimi geyinmək mümkün deyil. O yalnız daxili

vəziyyətin zahiri ifadəsidir – öpüşlər, sancmalar, gülüş, dəniz xəstəliyi kimi.

Adamın jestləri diş fırçası kimi sırf şəxsi olmalıdır. Axı insanlar bir-birinə

bənzəmirlər və əgər onlar özlərini təbii apararlarsa, onda onların jestləri də

individual olacaqdır.

Heç iki nəfərə də eynilə bir manerada jestikulyasiya etməyi öyrətmək

mümkün deyil. Kiminsə hündürboylu, ləng hərəkətli, asta fikirləşən Linkolnu

sürətlə danışan, coşqun və eleqant Duqlasın jestlərini təkrarlamağa məcbur

etməyə çalışdığını təsəvvür edin. Bu, sarsaqlıq olardı.

Vəkil Qrendonun sözlərinə görə, “Linkoln əlləriylə yox, başı ilə, onu enerjili

surətdə müxtəlif tərəflərə hərəkət etdirməklə jestikulyasiya edirdi. Başın belə

hərəkəti özünün hansısa bir bəyanatını qeyd eləmək istəyəndə əhəmiyyət kəsb

edirdi. Hərdən bu istək əlin kəskin – elə bil o, elektrik qığılcımlarını alışan

materiala atırmış kimi – hərəkətiylə müşayiət olunurdu. O, əllərini heç vaxt

yellətmir və bəzi natiqlər kimi məkanı cırıb parça-parça etmirdi. O, səhnə

effektinə nail olmağa heç vaxt can atmırdı... Linkoln öz nitqini davam etdirdikcə

öz hərəkətlərində getdikcə daha sərbəst və asudə olur, hətta zəriflik, incəlik

meydana çıxırdı. O, istisnasız təbiiliyə malik idi və tamamilə ləyaqətli görünürdü.

O, dəbdəbəyə, nümayişkarlığa, döyülmüş ibarələrə və riyakarlığa nifrət

edirdi... O, ideyaları öz dinləyicilərinin başına yeridən vaxtda onun sağ əlinin

uzun sümüklü barmağında məna və ifadələrin dünyası yerləşirdi. Hərdən sevinc

və ya məmnunluq ifadə etmək üçün o, hər iki əlini təqribən əlli dərəcəlik bucaq

altında ovucları yuxarı halda, sanki onun xoşuna gələn obrazı qucaqlayırmış kimi

qaldırırdı. Əgər o, güclü ikrah hissini ifadə edirdisə – məsələn, quldarlığı

mühakimə edəndə – onda hər iki əlini ovucları düyünlənmiş halda, havanı

yararaq yuxarı qaldırmaqla iyrəndiyini ifadə edirdi ki, bu, həqiqətən də,

möhtəşəm idi. Bu, onun ən effektli jestlərindən biri idi və bu, onun nifrət

obyektini yerə çırpmaq və onu tapdayıb toza çevirməklə bağlı möhkəm qətiyyəti

demək idi. O, ayaqları üstə həmişə düz dayanırdı və heç vaxt bir ayağını o

birindən qabağa qoymurdu. Heç vaxt heç nəyə toxunmur və heç nəyə

söykənmirdi. Çıxış vaxtı pozasını çox nadir hallarda dəyişirdi. Heç vaxt

təmtəraqlı danışmırdı və heç vaxt səhnədə dala və qabağa gəzmirdi. O, əllərini

boşaltmaq üçün sol əli ilə tez-tez pencəyinin yaxasından baş barmağı yuxarı

halda tutur və sağ əlini jestikulyasiya üçün azad saxlayırdı”.

Sen-Qoden onu Çikaqoda Linkoln-parkda duran heykəldə məhz bu cür həkk

etmişdir.

Linkolnun metodu belə idi. Teodor Ruzvelt daha enerjili, qızğın, fəal idi və

sifəti onu bürüyən hissləri əks etdirirdi, yumruğu düyünlənirdi və onun bütün

bədəni özünüifadə vasitəsi idi. Brayan tez-tez açıq ovcundan, qabağa uzadılmış

əllərindən istifadə edirdi, Qladston tez-tez yumruğu ilə stola və ya ovcuna vurur,

ya da səs-küylə ayaqlarını yerə döyəcləyirdi.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə