Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə113/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   109   110   111   112   113   114   115   116   ...   208

Lord Rozberi, adətən, sağ əlini qaldırır və onu kəskin surətdə endirirdi.

Natiqin fikirlərində və baxışlarında, hər şeydən qabaq, qüvvə olurdu və jestləri

ifadəli və təbii edən də məhz o idi.

Bədahətənlik... Şuxluq... Hərəkət üçün summun bonum

45

məhz onlardır.



Berk köntöy və jestlərində fövqəladə dərəcədə yöndəmsiz idi. Pitt əllərini

“yöndəmsiz təlxək kimi” yellədirdi. cənab Henri İrvinq bir ayaqdan axsaq idi və

çox qəribə hərəkətlər yerinə yetirirdi. Lord Makoley tribunada yöndəmsiz

görünürdü. Eyni şeyi Qrattan

46

və Parnell haqqında da demək olar.



“Bu, görünür, onunla izah edilir ki, – deyə lord Kerzon parlament natiqliyi

haqda Kembric Universitetində çıxış edərkən bildirmişdir, – dahi natiqlər fərdi

jestlərini yaradıb formalaşdırırlar. Gözəl xarici görkəm və zərif maneralar

möhtəşəm natiqə, şübhəsiz ki, kömək edir, lakin əgər o, gözəl deyilsə və

yöndəmsizdirsə, onda bunun elə də böyük əhəmiyyəti olmur”.

Çox illər bundan qabaq mən məşhur Cipsi Smitin moizəsini dinləmişdim.

Mən minlərlə adamı xristianlığa gətirən bu adamın nitqinin gözəlliyinə heyran

qalmışdım. O, jestlərdən istifadə edirdi, çoxlu jeslərdən, lakin öz hərəkətləri onun

nəzərinə çarpmırdı – nəfəs aldığı hava onun nəzərinə çarpmadığı kimi. Bu, ideal

haldır.


Əgər siz bu prinsipləri həyata keçirərsinizsə, onda jestlərdən istifadə

etdiyiniz sizin də nəzərinizə çarpmayacaqdır. Mən sizə jestikulyasiyanın hansısa

qaydalarını təklif edə bilmərəm, zira hər şey natiqin temperamentindən, onun

hazırlığından, entuziazmından, onun individuallığından, çıxışının predmetindən,

auditoriyadan və şəraitin təsadüflərindən asılıdır.

Faydalı ola biləcək məsləhətlər

Bununla belə, faydalı ola biləcək bir sıra məsləhət vermək məqsədəmüvafiq

olardı. Eyni bir jestin monoton olmaması üçün onu təkrarlamayın. Dirsəklərinizlə

qəfil, kəskin hərəkətlər etməyin. Siz dinləyicilərin qarşısında olanda

çiyinlərinizin hərəkəti daha əlverişli təəssürat yaradır. Öz jestlərinizi çox tez

dayandırmayın.

Əgər siz öz fikrinizi qeyd etmək üçün nişan barmağınızla jest edirsinizsə, bu

jesti cümlənin axırınadək saxlamaqdan qorxmayın. Buna çox tez-tez riayət

etmirlər ki, bu çox sadə və ciddi səhvdir. Nəticədə ifadəlilik təhrif olunur: xırda

sualların əhəmiyyəti artır, həqiqətən ciddi suallar isə onlarla müqayisədə trivial

təsir bağışlayır.

Siz dinləyicilər qarşısında nitq söyləyəndə yalnız təbii görünən jestlər edin.

Lakin təcrübə topladığınız mərhələdə özünüzü jestlərdən, əgər bu zəruridirsə,

istifadə etməyə məcbur edin. Özünüzü məcbur edin və tezliklə jestləriniz təbii

olaraq meydana çıxmağa başlayacaq.

Kitabı örtün. Jestləri çap olunmuş mətn üzrə öyrənmək qeyri-mümkündür.

Danışdığınız vaxt öz instinktləriniz təlimatçınızın deyə biləcəklərindən daha

etibarlı və daha qiymətlidir.

Əgər jestlər və onların istifadə olunması haqqında dediklərimizin hamısını

unutmusunuzsa, bir şeyi yadda saxlayın: əgər adam demək istədiyinə o qədər

aludə olubsa, əgər o, öz fikrini dinləyicilərin şüuruna çatdırmaq yanğısından elə

bir dərəcədə alışırsa ki, özünü unudaraq bədahətən danışır və hərəkət edir, onda

bu halda onun jestləri, çıxış etmək manerası, demək olar, nöqsansız olacaqdır.

downloaded from KitabYurdu.org



Əgər siz bunda şübhələnirsinizsə, hər hansı bir adama yaxınlaşın və onu vurub

yerə sərin. Həmin adam ayağa qalxanda siz onun deyəcəyi sözlərin, çox güman ki,

nöqsansız gözəl nitq nümunəsi olacağını görəcəksiniz.

Və mənim fikrimcə, budur nitq söyləməklə bağlı özümdə müdrik məsləhət

ehtiva edən bir situasiya.

Çəlləyi doldurun.

Tıxacı vurub çıxarın.

Siz təbiətin necə coşduğunu görəcəksiniz.

Xülasə

1. Karnegi Texnologiya İnstitutunun keçirdiyi eksperimentlər nəticəsində



müəyyən olunmuşdur ki, insanın işgüzar uğurlarında onun şəxsiyyəti dərin

biliklərindən qat-qat əhəmiyyətli rol oynayır. Bu həqiqət natiqlik sahəsində də

eyni cür doğrudur. Lakin şəxsiyyət o qədər ələkeçməz, hissolunmaz və sirlidir ki,

onun inkişafı ilə bağlı göstəriş vermək, demək olar, qeyri-mümkündür. Bununla

belə, bu fəsildə haqqında danışılan bəzi məsləhətlər natiqə ən yüksək uğurlar

qazanmaqda kömək edəcəkdir.

2. Yorğun olanda çıxış etməyin. Dincəlin, qüvvənizi bərpa edin, özünüzdə

ehtiyat enerji toplayın.

3. Çıxış etməzdən qabaq az yeyin.

4. Sizin enerjinizi sıxışdıra biləcək heç nə etməyin. Enerji maqnetik

xüsusiyyətlərə malikdir. Enerjili natiqin ətrafına adamlar payız taxılı sahəsinin

ətrafına yığılan vəhşi qazlar kimi toplaşırlar.

5. Səliqəli və zövqlə geyinin. Yaxşı geyindiyinizi dərk etməyiniz özü-

nəhörməti artırır, özünəinamı möhkəmləndirir. Əgər natiqin əynində kisə kimi

şalvar, təmizlənməmiş ayaqqabı varsa, saçı daranmayıbsa, əgər onun döş

cibindən avtoqələm və ya karandaşların ucu çıxırsa və yaxud qadının əl çantası

zövqsüzdürsə, içi nə iləsə doludursa, onda dinləyicilər natiqə onun, güman ki,

özünə etdiyi qədər az hörmət hiss edəcəklər.

6. Gülümsəyin. Auditoriyanın qarşısına sifətinizdə elə ifadə ilə çıxın ki, bu,

dinləyicilərə sizin onların qarşısında olmaqdan şad olduğunuzu demiş olsun.

Professor Overstrit deyir: “Bu cürəsi bu cür olanı doğurur”.

“Əgər biz öz dinləyicilərimizdə maraqlıyıqsa, onda zənn etməyə əsas var ki,

onlar da bizimlə eyni cür maraqlanacaqlar... Tez-tez elə olur ki, biz hələ heç

danışmağa başlamazdan əvvəl bizə tənə və ya bizi təqdir edirlər. Buna görə də

belə zənn etməyə əsas var ki, biz öz davranışımızla müsbət reaksiya meydana

çıxarmaq istəyirik”.

7. Dinləyiciləri bir yerə toplayın. Əgər onlar müxtəlif yerlərə səpələniblərsə,

onlara təsir göstərmək çox çətindir. Kompakt auditoriyanın iştirakçısı olaraq

adam əgər həmin adam tək olardısa və ya böyük zala səpələnmiş kiçik qrupun

bir dinləyicisi olarkən onda şübhə və ya irad doğuracaq məsələyə gülər,

alqışlayar və təqdir edərdi.

8. Əgər siz elə də böyük olmayan dinləyicilər qrupu qarşısında çıxış

edirsinizsə, onda onları kiçik otağa yığın. Hündür yerdə dayanmayın, onlarla bir

səviyyəyə enin. Öz çıxışınızı intim, qeyri-formal edin, onu söhbətə çevirin.

9. Zalda havanın təmiz olmasının qeydinə qalın.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə