Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə116/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   112   113   114   115   116   117   118   119   ...   208

Doğrudur, sizdə əvvəlki cümlədə qeyd etdiyim element çatışmır (alqışlar), lakin

düşünürəm ki, onu Metropoliten Layf İnşurans kompaniyasının ruhu

kompensasiya edəcəkdir (sürəkli alqışlar).

Üzrxahlıqdan başlamayın

Təzə-təzə başlayanın çıxışının başlanğıcında yol verdiyi ikinci kobud səhv

onun üzrxahlıq etməsindən ibarətdir: “Mən natiq deyiləm... Mən çıxışa

hazırlaşmamışam... Mənim deməyə sözüm yoxdur...”

Heç bir vəchlə! Heç bir vəchlə! Kiplinqin şeirlərindən biri bu sözlərlə

başlanır: “İrəliyə hərəkət etməyin mənası yoxdur”. Natiq öz çıxışını bu tərzdə

başlayanda dinləyicilərdə məhz belə bir hiss meydana çıxır.

Bu və ya başqa cür olsa da, əgər siz hazırlıqlı deyilsinizsə, bu, sizin köməyiniz

olmadan da bizlərdən bəzilərinin nəzərinə çatacaqdır. Başqaları isə bunu

sezməyəcək. Belədirsə, onların diqqətini buna cəlb etmək nəyə lazımdır? Sizin

hazırlaşmağı lazım bilmədiyiniz və “mətbəx plitənizin üstündə təsadüfən tapılan

istənilən bayat xörəyin onlara yarayacağı” fikrini dinləyicilərinizə təlqin etməklə

onları təhqir etmək nəyə lazım? Xeyr, heç bir vəchlə! Biz sizin üzrxahlıqlarınızı

dinləmək istəmirik. Biz bura gəlmişik ki, bizi məlumatlandırsınlar və maraqlan-

dırsınlar, maraqlandırsınlar, bunu yadda saxlayın.

Siz dinləyicilərin qarşısına çıxan kimi onlar həmin saniyədəcə öz

diqqətlərini, təbii ki, mütləq sizə verirlər. Onu növbəti beş saniyə ərzində

saxlamaq elə də çətin deyil, lakin onu növbəti beş dəqiqə ərzində saxlamaq heç

də asan deyil. Əgər siz onu itirərsinizsə, onu qaytarmaq sizə ikiqat çətin

olacaqdır. Ona görə də öz çıxışınızı artıq birinci cümlədən hansı isə bir maraqlı

məlumatdan başlayın. İkinci və ya üçüncü yox, elə BİRİNCİ cümlədən.

“Bunu necə etmək olar?” – soruşacaqsınız siz. Etiraf edim ki, bu elə də asan

deyil.


Bu məqsəd üçün material toplamağa çalışarkən biz müxtəlif dolambac və

əyri-üyrü cığırlarla getməliyik, zira sizdən, dinləyicilərinizdən, mövzudan,

toplanmış materialdan, situasiyadan və s. elə çox şey asılıdır ki. Bununla belə, biz

ümid edirik ki, bu fəslin yerdə qalan hissəsində nəzərdən keçiriləcək və

illüstrasiyalaşdırılacaq məsləhətlər sizə müəyyən fayda gətirəcək və qiymətli

olacaqdır.

Maraq doğurun

Houell Hili Filadelfiyanın “Penn Atletik” klubunda öz çıxışını bax belə

başlamışdı. O, sizin xoşunuza gəlirmi, o, sizin diqqətinizi dərhal cəlb edirmi?

“Səksən iki il əvvəl, təqribən elə ilin bu vaxtlarında Londonda taleyinə

ölməzlik yazılan bir kitab nəşr olundu. Çoxları onu “dünyada ən möhtəşəm

balaca kitabça” adlandırırdılar. O, ilk dəfə işıq üzü görəndə Strenddə və ya Pell-

Melldə qarşılaşan dostlar bir-birindən soruşurdular: siz onu oxumusunuzmu? Və

cavabında həmişə eşidilirdi: “Bəli, oxumuşam, qoy Tanrı ona yar olsun”.

Kitab işıq üzünə çıxan gün min nüsxəsi satılmışdı. İki həftə ərzində tələb on

beş minə çatdı. Həmin vaxtdan sonra kitab saysız-hesabsız yeni nəşrlərə tab

gətirib. Bir neçə il əvvəl C.P.Morqan həmin kitabın əlyazmasını əfsanəvi məbləğə

alıb və hazırda əlyazma onun digər qiymətsiz sərvətləri arasında Nyu-Yorkun bu,

Morqanın öz kitabxanam adlandırdığı məftunedici rəsm qalereyasında saxlanılır.

Axı bu, dünya miqyasında məşhur olan nə kitabdır belə? “Yeni il mahnısı”.

downloaded from KitabYurdu.org



Dikkensin...”

Siz belə bir başlanğıcı uğurlu hesab edirsinizmi? O, sizin diqqətinizi cəlb

etdimi, əhvalat nəql edildikcə sizin ona marağınız artırdımı? Niyə? Bu, onunla

bağlıdırmı ki, əhvalat sizin marağınızı qıcıqlandırmışdı və sizi gərginlikdə

saxlayırdı?

Maraqlanmaq! Kim ona mübtəla deyil!

Mən meşədə quşlar görmüşəm ki, onlar sırf maraq xətrinə məni müşahidə

edərək bir saat ətrafımda uçublar. Mən Alp dağlarında bir ovçu tanıyıram ki, o,

dağkeçisi tutmaq üçün mələfəni yerə sərib onun altında ora-bura sürünərək bu

heyvanların marağını qıcıqlandırırdı. İtlər, pişiklər, bütün heyvan növləri, o

cümlədən də məşhur genus homo

48

maraqlanmaq hissinə malikdir.



Buna görə də elə birinci cümlədən öz dinləyicilərinizin marağını oyadın və

onlar sizi diqqətlə dinləyəcəklər.

Bir yazıçı polkovnik Tomas Lourens və onun Ərəbistanda macəraları barədə

mühazirəsini aşağıdakı kimi başlayırdı:

“Lloyd Corc deyir ki, o, polkovnik Lourensi bizim zamanın ən romantik və

koloritli şəxsiyyətlərindən biri hesab edir”.

Bu cür başlanğıcın iki üstünlüyü vardır. Birincisi, məşhur adamın

dediklərindən sitat həmişə böyük diqqət cəlb edir.

İkincisi, o maraq doğurur. “Niyə romantik və niyə koloritli? – təbii sual

meydana çıxır. – Mən onun haqqında əvvəllər heç vaxt eşitməmişəm. O, görəsən,

nə edib?”

Tomas Lourens haqqında mühazirəsini Louell Tomas belə başlayırdı:

“Bir dəfə Yerusəlimdə Kristian-Stritlə gedirdim və əynində şərq hökmdarının

dəbdəbəli paltarı olan bir nəfərlə rastlaşdım. Onun böyründə qızıldan əyri qılınc

asılmışdı ki, beləsini yalnız Məhəmməd Peyğəmbərin nəslinin nümayəndələri

gəzdirirdi. Amma bu adam ərəbə qətiyyən oxşamırdı. Onun gözləri mavi idi,

ərəblərin gözləri isə həmişə qara və ya qonur olur”.

Belə başlanğıc sizin diqqətinizi pərçimləyir, elə deyilmi? Siz davamını

eşitmək istəyirsiniz. Bəs o kim idi? O, niyə ərəb kimi geyinmişdi? O, nə ilə məşğul

idi? Onun başına nə iş gəlmişdi?

Öz çıxışını “Siz bilirsinizmi ki, quldarlıq müasir dünyanın on yeddi ölkəsində

mövcuddur?” sualı ilə başlayan bir lektor yalnız öz dinləyicilərinin marağını

oyatmır, həm də onları sarsıdırdı: “Quldarlıq? Bizim dövrümüzdə? On yeddi

ölkədə? Doğru sözə heç oxşamır. Hansı dövlətlərdir bunlar? Onlar harada

yerləşir?”

Çox vaxt elə olur ki, auditoriyanın marağını nəticədən başlamaqla və

dinləyiciləri səbəbi eşitməklə bağlı kəskin istək duymağa məcbur etməklə

oyatmaq mümkün olur.

Məsələn, mənim dinləyicilərimdən biri öz çıxışını belə bir bəyanatla

başlamışdı:

“Bizim qanunverici orqanlarımızdan birinin üzvü bu yaxınlarda çıxış etmişdi

və çömçəquyruğun istənilən məktəb binasından iki mildən yaxın məsafədə

qurbağaya çevrilməsini qadağan edən qanunun qəbul edilməsini təklif etmişdi”.

Siz gülümsəyirsiniz. Natiq zarafat edir? Bu nə cəfəngiyatdır. Bu, həqiqətən

olubmu?

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə