Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə12/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   8   9   10   11   12   13   14   15   ...   208

şəhər bunu oxuyaraq gülməkdən uğunub gedirdi. Hissiyyatlı və qürurlu Şilds

hirsindən qaynayırdı. O, məktubu kimin yazdığını öyrəndi, sıçrayıb atını minərək,

çaparaq Linkolnun yanına gəldi və onu duelə çağırdı. Linkoln döyüşmək

istəmirdi. O, ümumiyyətlə, duellərin əleyhinə idi, lakin bu dəfə o, döyüşdən öz

şərəfinə xələl gətirməmək üçün imtina edə bilməzdi. Silah seçmək hüququ ona

verildi. Onun qolları çox uzun olduğundan və Vest-Loyatda təhsil aldığı illərdə

qılınc oynatmaq dərsləri aldığından o, silah qismində süvari qəməsini seçdi.

Növbəti gün onlar ölüm döyüşünə çıxmaqdan ötrü Xanımipi çayının sahilindəki

qumsal təpədə görüşdülər. Son anda sekundantlar duelin qarşısını almağa

müvəffəq oldular.

Bu, Linkolnun üzləşdiyi ən ağır şəxsi insidentlərindən biri idi. Lakin bu, onun

üçün insanlarla münasibət qurmaq sənətində dəyərsiz bir dərs oldu. Bundan

sonra o daha heç vaxt insanların ləyaqətini alçaldan məktublar yazmırdı. Və o

vaxtdan, demək olar, heç vaxt heç kimi məsxərəyə qoymur və heç nəyə görə

tənqid etmirdi.

Vətəndaş müharibəsi ərzində Linkoln Potomak ordusunun başında duran

generalları – Mak-Klelanı, Peki, Bernsaydı, Hukeri, Midi – bir-birinin ardınca

dəyişirdi və onların hər biri öz növbəsində Linkolnu naümid hala gətirən kobud

faciəvi səhvə yol vermişdi. Millətin yarısı (şimallılar nəzərdə tutulur)

qabiliyyətsiz generalları ittiham edirdi, lakin Linkoln “kimə isə kin saxlamadan,

hamıya qarşı xoş niyyətlə” təmkinini saxlayırdı. Onun ən sevimli ifadələrindən

biri budur: “Mühakimə etməyin ki, mühakimə olunmayasınız”.

Xanım Linkoln və başqaları cənubluları sərt mühakimə edəndə Linkoln

cavab verirdi: “Onları mühakimə etməyin, o cür şəraitdə biz də eynilə onlar kimi

olardıq”.

Mühakimə etməyə kiminsə haqqı vardısa da, bu, əlbəttə, Linkoln idi. Tək

bircə illüstrasiya gətirək.

Gettisberq yaxınlığındakı döyüş 1863-cü il iyul ayının ilk üç günü ərzində baş

vermişdi. İyulun 4-ü gecə bütün ətrafı selə-suya qərq edən leysan yağışda

general Li cənub istiqamətdə geri çəkilməyə başladı. Darmadağın edilmiş ordusu

ilə Potomaka çatanda Li qarşısında adlayıb keçilməsi barədə heç fikirləşmək belə

mümkün olmayan çayı və öz arxasında İttifaqın (şimal ştatlarının) ordusunu

gördü

10

. Li tələdə idi. O qaçıb canını qurtara bilmirdi. Və Linkoln bunu görürdü.



Bu, dəyəri olmayan, Göylərin özü tərəfindən göndərilmiş vəziyyət idi – bir zərbə

ilə Linin ordusunu əsir etmək və müharibəni başa çatdırmaq. Belə bir uğura

ümiddən həyəcanlanmış Linkoln general Midə hərbi şura çağırmadan dərhal

Linin üzərinə hücum etməyi əmr elədi. Linkoln öz əmrini teleqrafla göndərdi və

daha təsirli olmaq üçün vaxt itirmədən hərbi əməliyyatlara başlamaq tələbi ilə

Midin yanına xüsusi kuryer göndərdi.

Bəs general Mid nə etdi? Ona əmr edilənə tamamilə əks olanı. O, Linkolnun

əmrinə zidd olaraq Hərbi Şura çağırdı. O tərəddüd edirdi. O, Linin üzərinə

hücuma keçməkdən qəti şəkildə imtina etdi. Əvvəl-axır su çəkildi və Li öz

ordusunu Potomakın o tayına keçirdi.

Linkoln qəzəblənmişdi. “Bu nə deməkdir? – deyə o, öz oğlu Robertə müraciət

edərək hiddətlənirdi. – Qüdrətli Tanrı! Bu axı nə deməkdir! O artıq bizim

hökmümüzdə idi. Bircə əlimizi uzatmaq qalırdı və onlar bizim idilər. Ancaq mən

downloaded from KitabYurdu.org




bizim ordumuzu heç bir vəchlə yerindən tərpədə bilmədim. Yaranmış vəziyyətdə

Lini istənilən general darmadağın edə bilərdi. Əgər mən özüm ora getmiş

olsaydım, onu ələ keçirə bilərdim”.

Dəhşətli dərəcədə məyus olan Linkoln əyləşir və Midə aşağıdakı məktubu

yazır. Unutmayın ki, həyatının bu mərhələsində Linkoln ifadələrində son dərəcə

mülayim və təmkinli idi. 1863-cü ildə Linkolnun qələmi altından çıxan həmin

məktub çox ciddi töhmətə bərabərdir:

“Mənim əziz generalım, inanmıram ki, siz Linin qaçması ilə bağlı bədbəxtliyin

bütün miqyasını qiymətləndirmək iqtidarında deyilsiniz. O, bizim hökmümüzdə

idi və biz onu elə bir müqaviləyə məcbur etməli idik ki, bununla bizim digər

uğurlarımız nəzərə alınmaqla müharibə başa çata bilərdi.

İndi isə müharibə illərlə uzana bilər. Əgər siz Linin üzərinə ötən bazar ertəsi,

bunda heç bir risk olmayan bir şəraitdə hücuma qərar verə bilmədinizsə, bunu

çayın o tayında, özünüzlə sərəncamınızda olan qüvvələrin üçdə ikisindən çoxunu

apara bilməyəcəyiniz şəraitdə necə edəcəksiniz? Bunu gözləmək mənasız olardı

və mən sizdən hansısa bir əhəmiyyətli uğur heç gözləmirəm də. Sizin qızıl

imkanınız əldən qaçırıldı və mən bundan ölçüyəgəlməz dərəcədə kədərlənirəm”.

Siz necə zənn edirsiniz, bu məktubu oxuyandan sonra general Mid nə edərdi?

Mid isə bu məktubu heç görməmişdi də. Çünki Linkoln onu heç gön-

dərməmişdi. Məktub Linkoln öləndən sonra onun kağızları arasında tapılmışdı.

Zənn edirəm ki, bu, vur-tut mənim ehtimalımdır, başqa heç nə. Linkoln

pəncərədən baxıb və özlüyündə demişdi: “Bir dəqiqə. Bəlkə tələsməyə dəyməz.

Ağ Evin bir guşəsində oturaraq Midə ordunu hücuma atmaq əmrini vermək

asandır, ancaq əgər mən Gettisberq yaxınlığında olsaydım, Midin axırıncı həftə

ərzində gördüyü qədər qan görsəydim, yaralıların və can verənlərin iniltilərini,

qışqırıqlarını onun eşitdiyi qədər eşitmiş olsaydım, ola bilsin ki, mən də hücuma

bu qədər can atmazdım. Əgər məndə Middə olduğu kimi qətiyyətsiz xarakter

olsaydı, ola bilsin ki, mən də eynilə onun kimi hərəkət edərdim. Necə olmuş olsa

da, vaxt artıq əldən buraxılmışdır. Bu məktubu göndərməklə mən ürəyimi

boşaldacağam, lakin bu, Midi özünə haqq qazandırmaq üçün səbəblər axtarmağa

sövq edəcək, onu məni mühakimə etməyə vadar edəcək. Məktub onda ağır

hisslər oyadacaq, onun komandan kimi bundan sonra da istifadəsinə mane

olacaq və nəticədə onu ordudan istefa verməyə məcbur edəcəkdir”.

Beləliklə, artıq dediyim kimi, Linkoln məktubu bir kənara qoyur, çünki acı

təcrübəsindən bilirdi ki, kəskin tənqid, tənbeh, demək olar, həmişə heç nə ilə

qurtarır.

Teodor Ruzvelt deyirdi ki, o, prezident olaraq hansısa dolaşıq problemlə

üzləşəndə, adətən, kreslonun söykənəcəyinə yayxanır və Ağ Evdə onun

kabinetindəki iş stolunun üzərində asılmış Linkolnun böyük portretinə baxa-

baxa özündən soruşurdu: “Mənim yerimdə Linkoln nə edərdi? Bu problemi o,

necə həll edərdi?”

Siz növbəti dəfə kimisə möhkəm danlamaq qərarına gəlsəniz, cibinizdən beş

dollarlıq əsginaz çıxarıb Linkolnun təsvirinə baxın və özünüzdən soruşun: “Bu

vəziyyətdə bəs Linkoln necə hərəkət edərdi?”

Siz elə bir adam tanıyırsınızmı ki, onu dəyişmək, düzəltmək, daha yaxşı

etmək istəyərdiniz? Əgər belədirsə, bu çox gözəldir. Mən buna tamamilə valeh

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə