Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə120/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   116   117   118   119   120   121   122   123   ...   208

Başlanğıc və sonluq. Onlar, demək olar, istənilən fəaliyyət növündə ən

çətinidir. Məgər ictimai fəaliyyət sahəsində də gözəl peyda olmaq və bundan az

olmayan gözəlliklə arenadan getmək ən çətin iş deyilmi? İşgüzar söhbətdə ən

çətin məsələ –başlanğıcda həmsöhbəti özünə yaxınlaşdırmaq və sonda uğura nail

olmaqdır.

Çıxışın yekunu, həqiqətən də, özü ilə nitqin strateji cəhətdən ən mühüm

hissəsini təcəssüm etdirir. Natiqin sonluqda dediyi, onun axırıncı sözləri natiq

artıq çıxışını başa vurandan sonra da dinləyicilərin qulaqlarında səslənir və ən

çox yadda qalan da məhz elə bunlardır. Lakin natiqliyə yenicə başlayanlar bu

faydalı faktorun mühüm əhəmiyyətini nadir hallarda dərk edirlər. Çox vaxt

istəyərdik ki, onların çıxışlarının finalı daha yaxşı olsun.

Onların ən tipik səhvləri hansılardır? Gəlin onlardan bəzilərini nəzərdən

keçirək və onları düzəltməyin yollarını tapmağa çalışaq.

Birincisi, belə natiqlər var ki, onlar nitqlərini aşağıdakı kimi yekunlaşdırırlar:

“Budur, bu da mənim bu məsələ ilə bağlı demək istədiyim təqribən hər şey.

Odur ki, bununla yekunlaşdırmağım yaxşı olardı”.

Bu, sonluq deyil. Bu, səhvdir.

Dərhal görünür ki, natiq – diletantdır. Bu cür səhv, demək olar ki,

bağışlanmazdır.

Əgər bu, sizin demək istədiyiniz hər şeydisə, niyə də elə bununla

yekunlaşdırmaya və yekunlaşdırmağa hazırlaşdığınız barədə söhbətsiz-filansız

yerinizə əyləşməyəsiniz. Əyləşin, bunun demək istədiyinizin hamısı olub-

olmadığı barədə qənaətə gəlməyi isə sakitcə və ədəb-ərkanla dinləyicilərinizin

öhdəsinə buraxın.

Belə natiqlər olur ki, onlar ürəklərində olanın hamısını deyirlər, lakin çıxışı

necə yekunlaşdırmalı olduqlarını bilmirlər. Deyəsən, hələ Coş Billinqs öküzü

buynuzundan yox, quyruğundan yapışmağı məsləhət görmüşdü, çünki bu halda

onu buraxmaq daha asan olacaq. Öküzün buynuzundan yapışan natiq ondan

çəkilmək istəyir, lakin o, nə qədər səy göstərsə də, arxasında gizlənmək üçün

yararlı çəpər və ya ağac tapa bilmir. Buna görə də o, əvvəl-axır sehrli dairədə

olduğu kimi vurnuxmağa başlayır, dediklərini təkrar etməyə məcbur olur və özü

haqqında mənfi təəssüratlar qoyur...

Belə vəziyyətdə bəs nə kömək edə bilər? Hərdən çıxışın sonluğunu

əvvəlcədən planlaşdırmaq lazımdır, doğru deyilmi? Artıq dinləyicilərin qarşısına

çıxdığınız, əsəbi gərginlik vəziyyətində olduğunuz, sizin fikirlərinizin nə haqda

danışdığınıza yönəlməli olduğu bir vaxtda öz nitqinizin sonluğunu düşünmək

məgər ağıllı işdir? Sağlam təfəkkür məsləhət görür ki, çıxışınızın sonluğunun

əvvəlcədən, sakit və tələsiklik olmayan şəraitdə hazırlanması arzuolunandır.

Hətta Vebster, Brayt, Qladston kimi ingilis dilini gözəl bilən görkəmli natiqlər

də hesab edirdilər ki, öz çıxışlarının axırıncı sözlərini əvvəlcədən yazmaq və

bunları əzbərdən öyrənmək onlar üçün zəruridir.

Natiqliyə yenicə başlayan əgər bu deyilənlərə riayət edərsə, onda o, buna

nadir hallarda heyifsilənmiş olacaqdır. O, çıxışını məhz hansı sözlərlə

tamamlamalı olduğunu çox dəqiq bilməlidir. O, çıxışın sonluğunu bir neçə dəfə

məşq etməlidir, mütləq deyil ki, hər dəfə təkrar edəndə eyni sözlərdən istifadə

etsin, lakin öz fikirlərini konkret cümlələrdə ifadə etməlidir.

downloaded from KitabYurdu.org



Natiq improvizə edilmiş nitq söyləyəndə çıxışı bəzən əhəmiyyətli surətdə

dəyişmək, ixtisar etmək lazım gəlir ki, nitq onun dinləyicilərinin reaksiyasına

müvafiq gəlsin. Buna görə də sonluğun iki və ya üç variantının əvvəlcədən

hazırlanması, həqiqətən də, ağıllı iş olardı. Əgər onlardan biri yaramayarsa,

başqası uyğun gələ bilər.

Natiqlərin bəzisi öz çıxışlarının sonuna, ümumiyyətlə, gəlib çata bilmir.

Haradasa ortalarda onlar sürətlə və rabitəsiz danışmağa və elə bil yanacağı,

demək olar, qurtaran mühərrik kimi yanıb-sönməyə başlayırlar və bir necə

naümid sıçrayışdan sonra tamamilə dayanırlar. Qəza. Belələrinə, əlbəttə, daha

ciddi hazırlaşmaq lazımdır və daha çox təcrübə toplamaq zəruridir – ehtiyat

benzin olmalıdır.

Natiqliyə yenicə başlayanların bir çoxu çıxışlarını həddən artıq kəskin qurur.

Onlarda aramlı olmaq və öz nitqini yekunlaşdırmaq bacarığı çatışmır. Onlarda

sonluq faktiki olaraq yoxdur; onlar, sadəcə olaraq, qəfildən danışmağı

dayandırırlar. Bu, xoşagəlməz təəssürat doğurur və dinləyicilər görürlər ki,

qarşılarına çıxan diletantdır.

Əgər sizin tanışınız söhbət əsnasında qəfildən öz nitqini kəssəydi və sizinlə

nəzakətlə vidalaşmadan, qaçaraq otağı tərk etsəydi, siz nə düşünərdiniz?

Hətta Linkoln kimi natiq də prezident postuna keçdiyi vaxt etdiyi çıxışının

ilkin variantında bu səhvə yol vermişdi.

Həmin nitq ağır dövrdə söylənilmişdi. Narazılığın və nifrətin qasırğa

buludları artıq ətrafda topalaşmağa başlayırdı. Üstündən bir neçə həftə keçəndən

sonra qan seli və dağıntılar fırtınası ölkənin üstünə gəldi. Cənubun sakinləri üçün

nəzərdə tutulan yekun sözlərlə çıxış edərkən Linkoln öz çıxışını aşağıdakı kimi

tamamlamaq niyyətində idi:

“Vətəndaş müharibəsi kimi çox vacib problemin həlli sizin əllərinizdədir,

mənim narazı həmvətənlərim, mənim əlimdə deyil. Hökumət sizin üstünüzə

hücum çəkməyəcəkdir. Əgər siz özünüz təcavüzkar olmasanız, bizim heç bir

münaqişəmiz olmayacaqdır. Mən hökuməti qoruyub saxlayacağım və müdafiə

edəcəyimlə bağlı ən təmtəraqlı and içdiyim halda, siz onu məhv edəcəyinizlə

bağlı göylər qarşısında heç bir and içməmisiniz. Siz onun üstünə hücum

çəkməkdən özünüzü saxlaya bilərsiniz. Mən isə onu müdafiə etməkdən yayına

bilmərəm. Ən vacib sualın həlli məndən yox, məhz sizdən asılıdır: sülh olacaqdır,

yoxsa qılınc!”

Linkoln bu nitqi öz naziri Syuarda göstərdi və o da tamamilə ədalətli olaraq

bildirdi ki, yekun sözlər həddən artıq kəskin, birbaşa, təhrikedicidir. Syuard

çıxışın sonluğunu özü dəyişməyə çalışdı; o faktiki olaraq iki variant yazdı.

Linkoln onlardan biri ilə razılaşdı və xırda dəyişikliklərlə onu ilkin olaraq

hazırladığı nitqin axırıncı üç cümləsinin yerinə istifadə etdi. Nəticədə onun

prezident postuna keçərkən etdiyi birinci nitqi özünün təhrikedici kəskinliyini

itirdi və dostcanlılığın, həqiqi gözəlliyin və poetik ibarəbazlığın zirvəsinə çatdı:

“Mən öz çıxışımı həvəssiz tamamlayıram. Biz düşmən deyilik, dostuq.

Biz düşmən olmamalıyıq. Hansısa ehtiraslar qızışa bilər, lakin bunlar bizim

dostluq bağlarımızı pozmamalıdır. Hər bir döyüş meydanından və hər bir

patriotun məzarından bizim ucsuz-bucaqsız torpağımızın hər yerində yaşayan

hər bir ürəyə və hər bir ocağa uzanan yaddaşın sirli simləri – əgər onlara bir

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə