Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə122/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   118   119   120   121   122   123   124   125   ...   208

olaraq zənn edirlər ki, əgər həmin məqamlar onların öz təsəvvürlərində

tamamilə aydındırsa, onda bu məqamlar dinləyicilər üçün də eyni dərəcədə

aydın olmalıdır.

Heç də belə deyil. Natiq öz ideyalarının üzərində müəyyən vaxt ərzində

düşünüb, lakin onun dinləyiciləri üçün bunların hamısı yenidir; onlar

dinləyicilərin üstünə qırma gülləsi kimi yağır. Bunlardan bəziləri onlara toxuna

bilər, lakin əksəriyyəti yan keçir. Dinləyicilər Yaqo

49

kimi “çox şeyi xatırlaya,



lakin heç nəyi dəqiq xatırlamaya” bilərlər.

Bir irlandiyalı siyasi xadim, deyirlər ki, çıxışlarla bağlı aşağıdakı məsləhəti

vermişdi: “Əvvəl publikaya danışın ki, ona nə danışmaq istəyirsiniz; sonra

danışmağa başlayın, ardınca isə ona artıq nə danışdığınızı danışın”. Elə də pis

fikir deyil. Həqiqətən də, çox vaxt məsləhət görürlər ki, “artıq danışdığınız barədə

danışasınız”.

Bunu, əlbəttə, qısaca, tez etmək lazımdır, yəni deyilənin yalnız icmalını və ya

xülasəsini vermək lazımdır.

Baxın, buna yaxşı bir nümunə. Natiq Çikaqo dəmir yolları sistemində rəhbər

işçilərdən biri idi:

“Qısa deyilərsə, cənablar, bu bloklaşdırıcı qurğunun istifadə olunması üzrə

şəxsi təcrübəmiz, onun şərqdə, qərbdə və şimalda tətbiq olunma təcrübəsi, onun

işinin əsasına qoyulan ağıllı prinsiplər, qəzaların qarşısının alınması sayəsində

bir il ərzində qənaət olunan vəsaitlər – bütün bunlar mənə həmin qurğunun

dərhal bizim cənub şöbəmizdə tətbiq edilməsini ən ciddi və qəti şəkildə məsləhət

görməyə imkan verir”.

Onun nə etdiyini siz sezə bildinizmi? Siz bunu onun nitqinin qalan hissəsinə

hətta qulaq asmadan belə görə və hiss edə bilərsiniz. O, bir neçə cümlədə əlli beş

söz istifadə etməklə öz nitqində işlətdiyi əsas müddəaların praktiki olaraq

hamısını cəmləşdirdi.

Məgər sizə belə gəlmir ki, bu cür xülasə kömək edir? Əgər kömək etdiyini

düşünürsünüzsə, onda bu metodla silahlanın.

Hərəkətə çağırış

İndicə sitat gətirilən sonluq hərəkətə çağırış edən çıxışın sonluğu üçün

parlaq illüstrasiyadır. Natiq nəyin edilməsini istəyirdi: öz dəmir yolunun cənub

şöbəsində bloklaşdırıcı qurğuların quraşdırılmasını. O, öz çağırışını qənaət

olunacaq vəsaitlərlə, həmçinin də bunun qəzaların qarşısını alacağı faktı ilə

əsaslandırdı. Natiq hərəkət tələb edirdi və o, bunu da aldı. Bu, təlim xarakterli

çıxış deyildi. Bu, müəyyən dəmiryol kompaniyasının direktorlar şurasında

səslənmişdi və bloklaşdırıcı qurğunun quraşdırılmasını, yəni nəyə çağırış

edilirdisə, onu təmin etdi.

Qısa səmimi kompliment

“Qüdrətli Pensilvaniya ştatı yeni zamanın gəlişini sürətləndirmək uğrunda

hərəkata başçılıq etməlidir. Bu, dəmirin və poladın qüdrətli istehsalçısı olan ştat,

ərazisində dünyanın ən iri dəmir yolu kompaniyasının olduğu və bizim kənd

təsərrüfatı ştatlarımız arasında üçüncü yerdə dayanan ştat – bizim

kommersiyamızın əsasını təşkil edir.

downloaded from KitabYurdu.org




Bu ştatın qarşısında hələ heç vaxt belə möhtəşəm perspektivlər açılmamışdı,

onun rəhbəredici rolu yerinə yetirməsi üçün imkan hələ heç vaxt belə parlaq

olmamışdı”.

Çarlz Şvab Nyu-Yorkda “Pensilvaniya” cəmiyyətində öz çıxışını bu sözlərlə

bitirmişdi. Onun dinləyiciləri özlərini məmnun, xoşbəxt, nikbin əhvali-ruhiyyədə

hiss edirdilər. Bu, çıxışa yekun vurmağın müsbət qiymətə layiq olan üsuludur,

lakin effektli olmaq üçün o, səmimi olmalıdır. Heç bir kobud riyakarlıq, heç bir

ekstravaqantlıq olmamalıdır. Bu cür sonluq, əgər onda səmimilik yoxdursa, saxta

təsir bağışlayacaqdır, son dərəcə saxta. Adamlar onu qəlp pul kimi qəbul etmək

istəməyəcəklər.

Yumoristik sonluq

Corc Kouenn deyirdi: “Siz dinləyicilərinizlə vidalaşanda onları gülən

vəziyyətdə qoyub gedin”. Əgər sizdə bunu etmək üçün qabiliyyət, eləcə də zəruri

olan material varsa, bu çox yaxşıdır. Bəs bunu necə etmək olar? Hamlet dediyi

kimi, sual bax bundadır. Hər bir adam öz yolu ilə getməlidir.

Təsəvvür etmək çətindir ki, Con Ueslinin sərdabası ilə bağlı təmtəraqlı

tədbirdə metodik kilsəsinin toplantısının iştirakçılarına nitqlə müraciət edən

Lloyd Corc onları gülə-gülə qoyub gedəydi.

Lakin onun bunu necə ağıllı etdiyinə, öz çıxışını necə hamar və gözəl

bitirdiyinə diqqət yetirin:

“Mən şadam ki, siz onun sərdabasının təmiri işini öz əlinizə götürmüsünüz.

Bunu alqışlamaq lazımdır. O, elə bir insan idi ki, səliqəsizliyə və təmizliyin

olmamasına xüsusilə nifrət bəsləyirdi. Mənə belə gəlir ki, bunu məhz o deyib:

“Qoy heç kim heç vaxt cır-cındır içində olan metodist görməsin”.

Beləsini siz məhz onun sayəsində heç vaxt görməmisiniz (gülüş). Onun

məzarını səliqəsiz vəziyyətdə qoymaq ikiqat qədirbilməzlik olardı. O, kilsədən

çıxanda və Derbşirdən olan bir qız qaçaraq qapıya yaxınlaşıb “Qoy Tanrı sizə yar

olsun, cənab Uesli!” – deyə qışqıranda onun qıza nə dediyi yəqin xatirinizdədir. O

cavab vermişdi: “Qadın, xeyir-duanın qiyməti daha artıq olardı, əgər sənin sifətin

və önlüyün daha təmiz olsaydı” (gülüş). Səliqəsizliyə onun münasibəti bax bu cür

idi. Onun məzarını səliqəsiz vəziyyətdə qoymayın.

Əgər o, bunu elə vəziyyətdə görsəydi, bu, onu daha çox kədərləndirərdi.

Onun qeydinə qalın. Bu, əlamətdar və müqəddəs sərdabadır. Bu məsuliyyət –

sizin üzərinizdədir” (alqışlar).

Poetik sətirli sonluq

Çıxışı yekunlaşdırmağın heç bir üsulu yumor, yaxud poeziya kimi yararlı

deyil, əgər onlar yerinə düşürsə. Həqiqətən də, əgər sizə çıxışınızın sonluğu üçün

yerinə düşən şeir tapmaq müyəssər olursa, bu, demək olar ki, idealdır. Bu,

çıxışınıza arzuolunan ətir, nəciblik, fərdilik, gözəllik vermiş olardı.

Harri Loder “Rotari” klubunun amerikalı deleqatlarının Edenburq

qurultayında çıxışını aşağıdakı şəkildə tamamladı:

“Siz evə qayıdanda isə sizlərdən bəziləriniz qoy mənə poçt açıqcası

göndərsin. Əgər bunu siz etməsəniz, mən sizə açıqca göndərəcəyəm. Bu

açıqcanın mənim tərəfimdən göndərildiyini siz asanlıqla başa düşəcəksiniz;

çünki onun üstündə marka olmayacaqdır (gülüş). Amma mən onun üstündə nə

isə yazacağam və təxminən orada bax bu olacaqdır:

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə