Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə124/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   120   121   122   123   124   125   126   127   ...   208

“Mən onu Napoleon adlandırardım, lakin Napoleon içdiyi andları pozaraq və

dənizdə qan tökərək öz imperiyasını yaratdı. Bu adam öz sözünü heç vaxt

pozmayıb. “Heç bir qisas” – budur onun möhtəşəm devizi və həyat prinsipi.

Budur, onun Fransada öz oğluna dediyi sonuncu sözlər:

“Mənim oğlum, sən nə vaxtsa Santo-Dominqoya qayıdacaqsan. Yadından

çıxart ki, Fransa sənin atanı öldürdü”.

Mən onu Kromvel adlandırardım, lakin Kromvel yalnız əsgər olub və onun

əsasını qoyduğu dövlət onunla birlikdə məzara gedib. Mən onu Vaşinqton

adlandırardım, lakin qüdrətli virginiyalı qulların sahibi idi.

Bu adam öz imperiyası ilə risk edirdi, lakin öz torpaqlarının ən uzaq

kəndində belə qullarla ticarətə icazə vermirdi.

Siz bu gün məni fanatik hesab edə bilərsiniz, zira siz tarixi gözlərinizlə deyil,

fikir qəliblərinizlə oxumusunuz. Lakin üstündən əlli il keçəndən sonra, həqiqət öz

sözünü alanda, tarixin muzası

50

Yunanıstan üçün Fokionun, Roma üçün Brutun,



İngiltərə üçün Hempdenin

51

, Fransa üçün Lafayetin adını yazanda, bizim daha



erkən sivilizasiyamızın parlaq və kamil çiçəyi kimi Vaşinqtonu, həmçinin də

bizim günortamızın yetişmiş barı kimi Con Braunu seçəndə, ardınca isə o, öz

qələmini günəşin işığına batıraraq onların hamısının adlarının üstündə parlaq

göy hərflərlə əsgərin, dövlət xadimi və əzabkeşin – Tussen-Luvertryuanın adını

yazanda həqiqət öz sözünü alacaqdır”.

Vaxt başa çatmaq üzrə olanda

O vaxta qədər axtarın, tədqiq edin, eksperimentləşdirin ki, yaxşı sonluq və

yaxşı giriş tapmış olasınız. Ardınca onları birləşdirin.

O natiq ki öz nitqini bizim tələskən və sürətli əsrimizin əhvali-ruhiyyəsinə

müvafiq olması üçün ixtisar etmir, o, dinləyicilər tərəfindən sevincsiz, bəzi

hallarda isə, sadəcə olaraq, mənfi qəbul olunacaqdır.

Başqa bir kimsə yox, Tarsdan olan müqəddəs Savl

52

aşağıda göstərilən



günahı etmişdi: o, moizə deyən vaxt dinləyicilərindən biri, “Yevtix adlı bir gənci”

yuxu aparır, o, pəncərədən yıxılır və az qalır boynu sınsın. Lakin Savl heç bundan

sonra da öz nitqini dayandırmadı. Hər şey ola bilər. Mənim yadımdadır ki, bir

natiq, həkim Bruklində universitet klubunda çıxış edirdi.

Uzun banket qurulmuşdu. Artıq xeyli natiq çıxış etmişdi. Onun növbəsi

çatanda artıq gecə saat iki idi. Əgər onda ədəb-ərkan, nəzakət və məsuliyyət hissi

olsaydı, o, yarım düjün cümlə deyər və bizə evimizə dağılışmağa imkan verərdi.

O, bunu etdimi? Yox, bircə o, bunu etməzdi. O, viviseksiya

53

əleyhinə qırx beş



dəqiqəlik tiradaya başladı. O, nitqinin heç yarısını deməyə macal tapmamış

dinləyiciləri artıq bu arzudaydılar ki, o, Yevtix kimi pəncərədən yıxılsın və

nəyinisə sındırsın, təki sussun.

Mister Lorimer “Saterdey İvninq Post” jurnalının redaktoru olanda mənə

danışmışdı ki, məqalələr populyarlığın zirvəsində olanda və oxucular davamını

tələb edəndə onu dayandırır. Bəs onda dayandırmaq nə üçün? Bunu etmək nə

üçün?

“Ona görə ki, – deyir Lorimer, – populyarlıq pikinin ardınca tezliklə doymaq



həddi gəlib çatır”.

Bu müdrik qeyd ictimaiyyət qarşısında çıxışlara da aiddir.

downloaded from KitabYurdu.org



Danışmağı o vaxt dayandırın ki, çıxışınızı davam etdirməyi dinləyicilər hələ

də bərk istəyirlər.

Məsihin nə vaxtsa söylədiyi ən möhtəşəm moizəni, dağüstü moizəsini beş

dəqiqə ərzində təkrar etmək olar. Linkolnun Gettisberqdə çıxışı cəmi on

cümlədən ibarət idi. Dünyanın yaradılmasının bütün tarixini həyat kitabında qətl

haqqında səhər qəzetində hekayəni oxumaq üçün tələb olunandan da az vaxt

ərzində oxumaq olar... Qısa olun! Qısa olun!

Nyasanın arxiyepiskopu doktor Conson Afrikanın ibtidai xalqları haqqında

kitab yazıb. O, qırx beş il ərzində onların arasında yaşayıb və onları müşahidə

edib. O yazır ki, əgər natiq kəndin qvanqvana adlandırılan toplantısında həddən

artıq uzun danışırsa, dinləyicilər onu “imetoşa!” qışqırtıları ilə susmağa məcbur

edirlər ki, bu, “kifayətdir!” deməkdir. Danışırlar ki, bir qəbilənin sakinləri natiqə

o bir ayağı üstə dayana biləcəyi vaxt qədər danışmağa icazə verirlər. Qaldırılmış

ayağın baş barmağı torpağa dəyəndə natiq çıxışını başa çatdırmalıdır.

Adi auditoriyanın dinləyiciləri daha nəzakətli və daha təmkinli ola bilsələr

də, uzun-uzadı nitqləri eyni dərəcədə sevmirlər.

Odur ki, onların taleyini yadda saxlayın, hərçənd bilirəm ki, siz bunu

unudacaqsınız.

Və necə çıxış etmək lazım olduğunu onlardan öyrənin.

Xülasə


1. Nitqin sonluğu, həqiqətən də, onun strateji cəhətdən ən vacib hissəsidir.

Sonda deyilən dinləyicilərin yadında, çox güman, daha uzun müddət qalacaq.

2. Çıxışınızı bu sözlərlə yekunlaşdırmayın: “Mənim bu məsələ ilə bağlı demək

istədiklərim təqribən bu qədər. Odur ki, yaxşı olar, bununla yekunlaşdırım”.

Çıxışınızı qurtarın, amma deməyin ki, mən çıxışımı qurtarıram.

3. Çıxışınızın sonluğunu çox dəqiq hazırlayın – necə ki, bunu Vebster, Brayt

və Qladston edirdilər. Onu məşq edin. Çıxışınızı necə yekunlaşdırmağa

hazırlaşdığınızı, demək olar, sözbəsöz bilin. Çıxışınızı aramla yekunlaşdırın. Onu

tamamlanmamış və diş-diş qənbər daşı halında dağınıq saxlamayın.

4. Sonluğun yeddi variantı budur:

a) xülasəni vermək, yenə təkrar etmək və çıxışınızda toxunduğunuz əsas

müddəaları qısa şəkildə söyləmək;

b) hərəkətə çağırış;

c) dinləyicilərə yerinə düşən kompliment etmək;

d) gülüş doğurmaq;

e) yerinə düşən poetik sətirləri iqtibas gətirmək;

f) İncildən sitat istifadə etmək;

g) kulminasiya yaratmaq.

5. Çıxışın yaxşı başlanğıcını və yaxşı sonluğunu hazırlayın və belə edin ki,

onlar bir-biriylə əlaqələndirilmiş olsun. Çıxışınızı həmişə o vaxt dayandırın ki,

dinləyicilər bunu istəməsinlər. Yadda saxlayın:

“Populyarlığın pikindən sonra tezliklə doymaq həddi yetişir”.

Onuncu fəsil

Çıxışınızın mahiyyətinin aydınlığına necə nail olmaq olar

Birinci Dünya müharibəsi dövründə bir tanınmış ingilis yepiskopu Kemp-

Aptonda savadsız əsgərlərin qarşısında çıxış etdi. Onları səngərə göndərməli

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə