Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə129/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   125   126   127   128   129   130   131   132   ...   208

Mühüm ideyaları müxtəlif sözlərlə təkrar edin

Napoleon ritorikada yeganə ciddi prinsip kimi yalnız təkrarı hesab edirdi. O

bilirdi ki, ideya yalnız onun özünə aydın olduğuna görə qalan hamı üçün də ani

olaraq anlaşılan olmayacaq. O bilirdi ki, təzə ideyaların dərk olunması üçün vaxt

lazımdır və bilirdi ki, insanın təxəyyülü onun üzərində cəmlənməlidir. Qısaca

deyilərsə, o bilirdi ki, onları təkrar etmək lazımdır, amma eyni bir sözlərlə yox.

Bu, dinləyicilərin xoşuna gəlməzdi və onlar haqlı olardılar. Lakin təkrar təzə

cümlələrin köməyi ilə edilirsə, əgər o, qulaq üçün dəyişirsə, onda dinləyiciləriniz

bunu heç vaxt təkrar hesab etməyəcəklər.

Konkret nümunəni götürək. Mərhum cənab Brayan deyirdi:

“Siz dinləyicilərinizi hansısa məsələni başa düşməyə məcbur edə

bilməyəcəksiniz, əgər özünüz onu başa düşmürsünüzsə. Onu özünüz nə qədər

aydın təsəvvür edirsinizsə, həmin məsələni başqalarına da bir o qədər aydın başa

sala bilərsiniz”.

Burada axırıncı cümlə birinci cümlənin özündə ehtiva etdiyi fikrin

təkrarından başqa bir şey deyil. Lakin bu cümlələr səsləndiriləndə sizin onların

təkrar olduğunu görməyə vaxtınız çatmır.

Siz yalnız hiss edirsiniz ki, söhbətin predmeti daha aydındır.

Öz kurslarımda məşğələlərin gedişində mən belə nitqləri tez-tez eşitməli

oluram ki, əgər natiq onlarda haqqında yuxarıda danışılan təkrar etmək

prinsipini istifadə etmiş olsaydı, həmin çıxışlar qat-qat aydın olardı. Natiqliyə

təzəcə başlayanlar buna, demək olar, tam surətdə saymazyana yanaşırlar. Amma

heyif!

Ümumi kateqoriyalardan və



konkret nümunələrdən istifadə edin

Öz nitqinizin aydın olmasına nail olmaq üçün ən etibarlı və sadə üsul –

ümumi kateqoriyalardan və konkret nümunələrdən istifadə etməkdir. Bu

anlayışların arasında fərq nədən ibarətdir? Adından göründüyü kimi, onlardan

biri ümumi, digəri isə konkretdir.

İzin verin onların arasındakı və onların istifadə olunmasında fərqi konkret

nümunələrlə nümayiş etdirim. Belə bir müddəanı götürək: “Azad peşə sahibi

olan elə kişi və qadınlar var ki, onlar çox böyük pul qazanırlar”.

Bu müddəa aydındırmı? Bunu deyənin məhz nəyi nəzərdə tutduğu barədə

siz səlis təsəvvür aldınızmı? Xeyr və öz müddəasının dinləyicilərin təxəyyülündə

məhz nə kimi təsəvvür doğurduğuna heç natiqin özü də əmin ola bilməz. Ozak

dağlarında işləyən kənd həkimi kiçik şəhərdə beş min dollar gəlirə işləyən ailə

həkimini təsəvvür edə bilər. Bəxti gətirən dağ-mədən mühəndisi öz peşəsində

çalışan, ildə yüz min dollar qazanan adamlar haqqında düşünə bilər. Bu mülahizə

çox yayğın və qeyri-müəyyəndir və onu daha konkret etmək lazımdır. Çıxış

edənin məhz hansı peşələri nəzərdə tutduğunu və “çox böyük pul” sözləriylə nə

demək istədiyini göstərmək üçün bir neçə izahedici təfərrüat əlavə etmək

lazımdır.

“Vəkillər, peşəkar boksçular, musiqi bəstələyən bəstəkarlar, roman yazanlar,

dramaturqlar, rəssamlar, aktyorlar, kişi və qadın müğənnilər var ki, onlar

Birləşmiş Ştatların prezidentindən çox qazanırlar”.

downloaded from KitabYurdu.org




Hə, bax indi dinləyici natiqin nəyi nəzərdə tutduğu haqda aydın təsəvvür

almadımı? Lakin o, konkret familiya çəkmədi.

O, konkret nümunələrdən deyil, ümumi kateqoriyalardan istifadə etdi. O,

“kişi və qadın müğənniləri dedi; müğənni Roza Ponselin, Kristen Fleqstadın və ya

Lili Ponsun adlarını çəkmədi.

Beləliklə, bu bəyanat hələ də az və ya çox dərəcədə qeyri-müəyyən qalmaqda

davam edir. Biz onu aydınlaşdırmaq üçün konkret nümunələri yadımıza sala

bilmirik. Bəs natiq bunu bizim üçün etməməlidir? Əgər o, aşağıda göstərilən

abzasda olduğu kimi konkret nümunələrdən istifadə etmiş olsaydı, məgər onun

bəyanatı qat-qat artıq aydın olmazdı?

“Görkəmli vəkillər olan Semuel Antermeyer və Maks Styuer ildə bir milyon

dollar qazanırlar. Məlumdur ki, Cek Dempsinin illik gəliri yarım milyon dollara

çatır. Cavan və savadsız zənci boksçu Co Lyuis yaşı vur-tut iyirmidən bir az çox

olanda ildə beş yüz min dollardan çox qazanırdı. Deyirlər ki, İrvinq Berlinin

retqaym stilində musiqi əsərləri ona ildə yarım milyon dollar gətirir. Sidney

Kinqsli müəlliflik hüququ haqda qanuna uyğun olaraq, öz pyeslərinə görə həftədə

on min dollar alır. Herbert Uels öz avtobioqrafiyasında etiraf etmişdir ki, ədəbi işi

ona üç milyon dollar gətirib. Dieqo Rivyera öz rəsmləri ilə hər il yarım milyon

dollardan çox qazanıb. Katarina Karnell kinofilmlərdə iştirakına görə həftədə beş

min dollar qonorardan dəfələrlə imtina edib”.

İndi dinləyicilər natiqin nə demək istədiyi ilə bağlı istisnasız olaraq aydın və

canlı təsəvvür aldılar.

Konkret olun. Dedikləriniz müəyyən olsun. Müəyyənlik nitqinizi daha aydın,

inandırıcı və maraqlı edər.

Dağkeçisi ilə yarışmayın

Professor Uilyam Ceyms müəllimlərin qarşısında etdiyi çıxışlarından birində

qeyd etmişdi ki, mühazirələrin gedişində yalnız bir məsələni nəzərdən keçirmək

lazımdır, onun nəzərdə tutduğu mühazirə isə bir saat davam etmişdi. Bununla

belə, mən bu yaxınlarda bir natiqi dinləmişdim ki, çıxışının vaxtı üç dəqiqə ilə

məhdudlaşmışdı. Lakin o, çıxışını bizim diqqətimizi on bir müxtəlif suala cəlb

etmək istədiyi ilə başladı. Beləliklə, hər suala on altı saniyə yarım ayrılırdı.

Dərrakəli adamın belə bir absurd cəhd edə biləcəyi ağlasığmaz təsir bağışlayır.

Doğrudur, mən burada son dərəcə nadir halı göstərirəm, amma bu

tendensiya belə bir dərəcədə olmasa da, demək olar, hər bir yeni başlayan natiq

üçün maneədir. O, Kuk kompaniyasının turistə Parisi bir günə göstərən gidini

xatırladır. Bu, Amerika Təbiət Tarixi Muzeyini otuz dəqiqəyə gəzməyə cəhd

etmək kimi bir şeydir. Nəticədə nə aydınlıq olacaq, nə də həzz. Bir çox çıxışlar bu

səbəbdən aydın olmur ki, natiq ona ayrılan vaxt ərzində toxunulan məsələlər

üzrə, təsəvvür olunduğu kimi, dünya rekordu vurmağa çalışır. O, bir sualdan

başqasına dağkeçisinə xas olan sürət və çevikliklə sıçrayır.

Çıxışların əksəriyyəti qısa olmalı, onlara müvafiq olan material hazırlamaq

lazımdır. Məsələn, əgər siz həmkarlar ittifaqları haqqında danışmaq

istəyirsinizsə, onda üç və ya altı dəqiqə ərzində onların nə üçün yarandığını,

onların istifadə etdikləri metodlar, onların yetirdikləri pisliklər və sənayedə

münaqişələri necə həll etmək lazım olduğu barədə danışmağa cəhd etməyin. Heç

bir vəchlə. Belə ki, əgər bunu etməyə çalışarsınızsa, onda nə danışdığınız barədə

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə