Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə13/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   9   10   11   12   13   14   15   16   ...   208

olmuşam. Ancaq niyə də siz özünüzdən başlamayasınız? Bu, başqalarını yaxşı

etməkdən, hətta sırf eqoistik nöqteyi-nəzərdən də müqayisəolunmaz dərəcədə

sərfəli və xeyirlidir.

“Adam özünə qarşı müharibəni başlayanda, – demişdi Brouninq, – o artıq

nəyə isə dəyər”.

Özünükamilləşdirmə sizin vaxtınızı, çox güman, yeni ilə qədər alacaq.

Ardınca siz bayramlarda yaxşıca dincələ bilərsiniz, yeni ili isə başqa adamlarla

islah etməyə həsr edərsiniz. Ancaq özünükamilləşdirmə hər şeydən əvvəl

olmalıdır.

“Qonşunu onun damının üstündəki hisə görə söymə, – deyirdi Konfutsi, –

əgər sənin öz evinin kandarı təmizlənməyibsə”.

Cavan olduğum və var-qüvvəmlə insanlarda özüm haqda təsəvvür

yaratmağa çalışdığım dövrlərdə mən Riçard Qardinq Devisə – o vaxt Amerikanın

ədəbi üfüqündə nəzərəçarpan fiqur olan yazıçıya çox axmaq bir məktub

yazmışdım.

Əvvəldən mən onun haqqında jurnal məqaləsindən məlumat topladım və

Devisdən onun iş metodu barədə məlumat verməsini xahiş etdim. Bundan bir

neçə həftə qabaq isə mən hansısa bir şəxsdən məktub almışdım və həmin

məktub indi göstərəcəyim ifadə ilə qurtarırdı: “Diktə olunub, amma oxunmayıb”.

Bu, məndə çox güclü təəssürat doğurmuşdu. Mən zənn edirdim ki, yazıçı ciddi,

boş vaxtı olmayan və əhəmiyyətli insan olmalıdır. Mənim azacıq da olsa

əhəmiyyətli heç bir məşğuliyyətim yox idi. Lakin mən Riçard Qardinq Devisdə

özüm haqda güclü təəssürat yaratmağı çox istəyirdim. Buna görə də öz qısa

məktubumu bu sözlərlə bitirdim: “Diktə olunub, amma oxunmayıb”.

Devis özünə cavab məktubu ilə əziyyət vermədi. O, sadəcə olaraq, mənim

məktubumu geri göndərdi, altındakı qeydlə: “Sizin əbləh üslubunuzu yalnız sizin

əbləh maneralarınız üstələyə bilər”.

Şübhəsiz, mən səhvə yol vermişdim və ola bilsin ki, töhmətə layiq idim. Lakin

insan olaraq mən incimişdim. Və inciklik o qədər ağrılı idi ki, üstündən on il

keçəndən sonra Riçard Qardinq Devisin öldüyü barədə oxuyanda mənim

şüurumda qığılcımlanan yeganə fikir – mənə nə qədər utanc gətirsə də etiraf

etməliyəm – onun mənə yetirdiyi ağrı haqqında xatirələr qaldı.

Əgər sabah biz onilliklər ərzində ağrıdan və ölümə qədər uzana bilən inciklik

yetirmək istəsək, özümüzə tənqid neştərini işə salmağa izin vermiş olsaq da,

gəlin hesab etməyək ki (adətən, olduğu kimi), biz ədalətli hərəkət edirik.

İnsanlarla münasibətlərimizdə yadımızda saxlayaq ki, biz qeyri-məntiqli

varlıqlarla – emosional, köhnə fikir qəlibləriylə çəpərlənmiş, qürur və

şöhrətpərəstlik hissləriylə hərəkətə gətirilən varlıqlarla ünsiyyətdəyik. Tənqid –

bu, təhlükəli, qürurun barıt zirzəmisində partlayışa səbəb ola biləcək oyundur.

Bəzən bu cür partlayış ölümü sürətləndirir. Misal üçün, general Leonard Vud

tənqid atəşinə tutulurdu. O, Fransaya göndərilən ekspedisiya ordusunun

komandanı vəzifəsinə təyin olunmadı. Bu, onun qüruruna zərbə oldu, onun

ömrünü qısaltdı. Acı tənqid buna səbəb oldu ki, həssas Tomas Qardi – ingilis

ədəbiyyatını zənginləşdirmiş gözəl roman ustalarından biri ədəbi yaradıcılıqdan

həmişəlik əl çəkdi.

Tənqid ingilis yazıçısı Tomas Çattertonu özünüqəsdə sövq elədi.

downloaded from KitabYurdu.org



Gənclik çağında istedadı ilə seçilməyən Bencamin Franklin insanlarla

münasibətlərdə o qədər diplomatik, o qədər ünsiyyətcil oldu ki, Amerikanın

Fransada səfiri təyin olundu. Onun uğurunun sirri nədədir?

O, bu barədə belə deyərdi:

“Mən heç kim haqqında pis rəy yürütməyə meyilli deyiləm və hər kəslə bağlı

yalnız onun barəsində mənə bəlli olan yaxşı şeyləri danışıram”.

Axmaq adam tənqid, mühakimə və narazılıq ifadə edə bilər. Və axmaqların

əksəriyyəti belə də edir.

Lakin başa düşmək və bağışlamaq üçün xarakterə yiyələnmək, özünənəzarət

formalaşdırmaq zəruridir.

“Qüdrətli insan öz qüdrətliliyini, – demişdi Kardeyl, – kiçik insanlara nə cür

münasibət göstərməyində büruzə verir”.

İnsanları mühakimə etmək əvəzinə, onları, sadəcə olaraq, başa düşməyə

çalışaq. Onların nə üçün başqa cür yox, məhz belə hərəkət etdiklərini dərk

eləməyə çalışaq. Bu, olduqca faydalı və maraqlıdır. Bu, qarşılıqlı anlaşma,

dözümlülük və alicənablıq doğurur. “Hər şeyi başa düşmək – hər şeyi

bağışlamaq”.

Doktor Consonun dediyi kimi: “İnsanın günləri başa çatmayana qədər Tanrı

onu mühakimə etmir”.

Bəs niyə biz sizinlə mühakimə etməliyik?

İkinci fəsil

İnsanlarla ünsiyyətin ən böyük sirri

Kimisə hər hansı bir şeyə inandırmağın bu dünyada yalnız bircə yolu var.

Sizə bunun üzərində düşünmək lazım gəlmişdimi? Bəli, tək bircə yol – bu,

başqasını bunu eləmək istəyinə məcbur etməkdir.

Yadda saxlayın, başqa yol yoxdur.

Əlbəttə, siz tapançanı adamın qabırğasına dirəyib, onu saatını sizə verməyə

“məcbur edə” bilərsiniz. Siz işçinizi işdən qovmaqla hədələyərək onu birdəfəlik

itaət aktına – nə qədər ki siz üzünüzü ondan çevirməmisiniz – məcbur edə

bilərsiniz. Siz kəmər və ya hədə ilə övladınızı istədiyinizi eləməyə məcbur edə

bilərsiniz. Lakin bu kobud metodlar son dərəcə arzuolunmaz nəticələr verə bilər.

Başqalarının sizi nəyisə etməyə inandıra biləcəyi yeganə üsul –istədiyinizi

sizə təklif etməkdir.

Bəs siz nə istəyirsiniz?

Vyanalı məşhur doktor, iyirminci əsrin ən görkəmli psixoloqlarından biri

olan Ziqmund Freyd deyir ki, sizin hərəkətlərinizin hamısı öz mənbəyini iki

motivdən alır: seksual meyildən və qüdrətli olmaq arzusundan.

Amerikalı filosof, professor Con Dyün bunu bir qədər başqa cür ifadə edir.

Doktor Dyün deyir ki, insanın can atdığı ən dərin hiss “əhəmiyyət kəsb etmək

arzusudur”. Bu çox vacibdir. Bu kitabda siz bu haqda çox eşidəcəksiniz.

Siz axı nə istəyirsiniz? İstədiyiniz elə də çox deyil. Lakin sizin istədiyiniz

həmin o elə də çox olmayanı ehtirasla, bundan imtina olunması fikrini yaxına

belə buraxmayan təkidlə arzulayırsınız.

Normal yaşlı insanların, demək olar, hamısının istədiyi bunlardır:

1. Sağlamlıq və təhlükəsizlik.

2. Qida.


downloaded from KitabYurdu.org


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə