Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə130/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   126   127   128   129   130   131   132   133   ...   208

dinləyicilərinizin heç birində aydın təsəvvür yaranmayacaq. Hər şey dolaşıq

olacaq, haqqında danışılan predmet qeyri-səlis konturlar alacaq, təəssürat

həddən artıq qırıq-qırıq olacaq və bütün məlumat həddən artıq ümumi səciyyə

daşıyacaqdır.

Həmkarlar ittifaqlarının fəaliyyətiylə bağlı hansısa bir bölməni götürmək və

onu ətraflı nəzərdən keçirmək və illüstrasiya etmək məgər daha ağıllı olmazmı?

Bəli, daha ağıllı olardı. Və bu cür çıxış vahid təəssürat qoyacaq. O aydın

olacaq, onu dinləmək və yadda saxlamaq asan olacaq.

Lakin sizə toxunulan mövzunun bir neçə hissəsini nəzərdən keçirmək lazım

gələrsə, onda deyilənləri çıxışın sonunda qısa şəkildə cəmləmək məsləhət

görülür. Gəlin bunun necə edildiyinə baxaq. Aşağıda bu bəhsin xülasəsi verilir. Bu

xülasənin oxunması bizim haqqında danışdığımız ideyanın daha aydın və

anlaşılan olmasına kömək edirmi?

Xülasə


1. Aydın olmaq çox vacib, həm də çox çətindir. Məsih deyirdi ki, o, insanları

hədislərlə öyrətməyə məcbur idi, çünki onlar “görə-görə görmür və eşidə-eşidə

eşitmir və dərk etmirlər”.

2. Məsih naməlum olanı onu məlum əşya və ya təzahürlə əlaqələndirməklə

anlaşılan edirdi. O, Tanrı dərgahını acıtma ilə, dənizə atılan torla, mirvari axtaran

tacirlərlə müqayisə edirdi. “Get və bu cür də elə”. Əgər siz Alyaskanın ərazisinin

böyüklüyü ilə bağlı aydın təəssürat yaratmaq istəyirsinizsə, onda onun ərazisinin

kvadrat millərlə sahəsi barədə məlumatları demək lazım deyil; onun ərazisində

yerləşdirmək mümkün olan ştatları sadalayın və onun əhalisinin sayını çıxış

etdiyiniz şəhərin əhalisinin sayı ilə müqayisə edin.

3. İnsanların qarşısında çıxış edərkən öz peşənizlə bağlı olmayan xüsusi

terminlərdən qaçın. Linkolnun metoduna riayət edin və öz fikirlərinizi o qədər

sadə dillə izah edin ki, bunlar istənilən oğlan və ya qız uşağı üçün anlaşılan olsun.

4. Əmin olun ki, haqqında danışmaq istədiyiniz predmet özünüzə gündüz

günəşinin işığı kimi aydındır.

5. Dinləyicilərin görmə duyğusundan istifadə edin. Bu mümkün olanda

eksponatlardan, şəkillərdən, illüstrasiyalardan istifadə edin. Müəyyənləşdirin.

Əgər siz “sağ gözünün üstündə qara xal olan foksteryeri” nəzərinizdə

tutmusunuzsa, “it” sözünü dilinizə gətirməyin.

6. Öz əsas fikirlərinizi təkrar deyin, amma eyni cümlələri iki dəfə işlətməyin.

Cümlələri dəyişdirin, lakin fikrinizi dinləyicilərə bunu sezməyə imkan vermədən

təkrar deyin.

7. Abstrakt müddəalarınızı ümumi kateqoriyaları konkret nümunə və

hadisələrlə müşayiət etməklə anlaşılan edin.

8. Həddən çox suala toxunmağa cəhd etməyin. Elə də böyük olmayan çıxışda

böyük mövzunun bir və ya iki sualından çoxunu lazımi şəkildə nəzərdən

keçirmək qeyri-mümkündür.

9. Çıxışınızı haqqında danışdığınız müddəaların qısa xülasəsi ilə tamamlayın.

On birinci fəsil

Dinləyicilərinizi necə

maraqlandıra bilərsiniz

downloaded from KitabYurdu.org




Sizin indiki məqamda oxuduğunuz səhifə, baxdığınız bu kağız vərəqi

tamamilə adidir, doğru deyilmi?

Bu cür səhifələri siz istənilən qədər görmüsünüz. O, darıxdırıcı və maraqsız

təsir bağışlayır. Lakin mən sizə onun haqqında nə isə qeyri-adi bir şey danışsam,

onda sizi, demək olar, dəqiqliklə maraq götürəcək. Gəlin baxaq! Sizə belə gəlir ki,

bu səhifə bütöv materialdan hazırlanıb, amma gerçəklikdə o daha çox hörümçək

torunu xatırladır. Fizik bilir ki, o, atomlardan ibarətdir.

Bəs bu atom nə böyüklükdədir? Onuncu fəsildə biz bildik ki, bir damla suda

olan atomların sayı Aralıq dənizindəki suyun damlalarının sayı qədərdir. Bildik

ki, bir damla suda olan atomların sayı bizim bütün planetimizdə bitən ot

saçaqları qədər çoxdur. Bəs bu kağızın ibarət olduğu atomlar nədən təşkil

olunub? Daha da kiçik, elektron və proton adlandırılan zərrəciklərdən. Həmin

elektronlar atomun mərkəzi protonunun ətrafında, nisbi olaraq desək, Ayın Yerə

qədər uzaqlığında olan məsafədə fırlanır. Və bu xırdaca kainatın elektronları öz

orbitlərində təsəvvür olunmaz, saniyədə təqribən on min mil sürətlə fırlanmaqda

davam edir. Odur ki, əlinizdə tutduğunuz bu kağız vərəqinin tərkibinə daxil olan

elektronlar siz bu səhifəni oxumağa başladığınız andan etibarən Nyu-Yorkla

Tokio arasındakı məsafəyə bərabər olan yol qət edib...

Cəmi iki dəqiqə əvvəl siz, yəqin, fikirləşirdiniz ki, bu kağız vərəqi cansız

əşyadır, tərpənmir, darıxdırıcı və ölüdür. Gerçəklikdə isə bu, Yaradanın

sirlərindən biridir. Bu əsl enerji tsiklonudur.

Yəqin, indi də sizi maraq götürəcək ki, təzə və qeyri-adi faktı öyrəndiniz.

Adamları necə maraqlandırmağın bir sirri məhz burada gizlənib. Bu, bizim

adamlarla gündəlik ünsiyyətimizdə işlətməli olduğumuz vacib həqiqətdir.

Tamamilə yeni olan maraqlı deyil; tamamilə köhnə olan bizi cəlb etmir. Biz

istəyirik ki, bizə köhnə haqqında təzə nə isə danışsınlar. Məsələn, Burjedəki

məbədi və ya Mona Lizanı təsvir etməklə siz İllinoysdan olan fermeri

maraqlandıra bilməzsiniz. Bunlar onun üçün həddən artıq yenidirlər və onun

köhnə maraqları ilə heç bir bağlılığı yoxdur. Amma siz Hollandiyada fermerlərin

dəniz səviyyəsindən aşağıda olan torpaqları necə əkdiklərini və hasar rolunu

oynayan kanallar çəkdiklərini, həmçinin də darvaza kimi xidmət göstərən

körpülər tikdiklərini danışmaqla onu maraqlandıra bilərsiniz. Həmçinin siz ona

hollandiyalı fermerlərin inəkləri qışda yaşadıqları evdə saxladıqlarını və

inəklərin hərdən butalı pərdələrin arxasından qarın necə yağdığına tamaşa

etdiklərini danışanda ağzını açaraq diqqət kəsiləcək. İnək və çəpərlər barədə

onun məlumatı var idi, lakin bu, köhnə təzahürlərə yeni baxışdır. “Butalı pərdə!

İnək üçün! Lənət şeytana!” – deyə o heyrətlənəcək. Və o, bu əhvalatı öz dostlarına

danışmağa başlayacaq.

Bax bu isə başqa bir əhvalatdır. Siz onu oxuyanda onun sizi maraqlandırıb-

maraqlandırmayacağına diqqət yetirin. Əgər maraqlandıracaqsa, bilirsinizmi bu,

niyə baş verdi?

Sulfat turşusu sizə necə təsir göstərir

Mayelərin əksəriyyəti pint, kvart, qallon və ya barellə ölçülür. Biz, adətən,

kvart çaxır, qallon süd və barel patka

55

haqqında danışırıq. Təzə neft fontanı



vuranda biz deyirik ki, quyu gündə filan qədər barel neft verir. Amma elə böyük

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə