Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə133/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   129   130   131   132   133   134   135   136   ...   208

Ardınca natiq bu həyat qəzasını həmkarı, özü ilə bağlı bütün gözləntiləri

üstələyən adamın əhvalatı ilə müqayisə elədi. Bu oğlan çox ünsiyyətcil idi və onu

hamı sevirdi. Bir müddət sonra onda şöhrətpərəstlik və böyük işlər görmək

yanğısı təzahür etsə də, bununla belə, o, çertyojçu vəzifəsindən başladı. Amma o,

həmişə cüzi imkanları da diqqətlə izləyirdi. O vaxtlar Buffaloda Panamerikan

sərgisinin təşkil olunması planları işlənirdi. O bilirdi ki, orada mühəndis talantı

tələb oluna bilər, buna görə də Filadelfiyada öz işini atdı və Buffaloya gəldi. Xarici

görkəminin xoşagələn və ünsiyyətcil olması sayəsində Buffaloda tezliklə bir

nəfərlə, əhəmiyyətli siyasi təsir imkanları olan xadimlə tanış oldu. Onlar tərəf-

müqabil oldular və podratçı işlərdə iştirak etməyə başladılar. Onlar telefon

kompaniyası üçün böyük işlər həyata keçirdilər və həmin adamı əvvəl-axır

firmaya yüksək məvacibli işə qəbul etdilər. O, multimilyonçu oldu, “Uestern

Yunion” şirkətinin əsas mülkiyyətçilərindən birinə çevrildi.

Biz burada çıxış edənin hekayətini yalnız ümumi cizgilərdə bildirdik. O,

maraqlı və rəngarəng məlumat vermişdi, onu bir sıra məzəli və kövrək detallarla

müşayiət etmişdi... O elə hey danışır və danışırdı – bu, elə bir adam idi ki, adətən,

üç dəqiqəlik çıxış üçün material yığıb toplaya bilmirdi – və o, söhbətini

qurtaranda yarım saat ərzində danışdığına çox heyrətlənmişdi. Onun çıxışı o

qədər maraqlı idi ki, söhbət hamıya çox qısa göründü. Bu, onun üçün birinci əsl

triumf idi.

Demək olar, hər kəs bu hadisədən özü üçün fayda hasil edə bilər.

Adi çıxış qat-qat daha uğurlu ola bilər, əgər o, insani nöqteyi-nəzərdən

maraqlı, əhvalatlarla tamamlanarsa. Natiq yalnız bir neçə problemi nəzərdən

keçirməyə çalışmalı və onları konkret hadisələrlə izah etməlidir. Əgər çıxışın

qurulmasının bu metodundan istifadə olunarsa, onda o, həmişə diqqəti cəlb

edəcək.


Mümkündürsə, belə əhvalatlarda mübarizə aparmaq, onun nəyin uğrunda

aparıldığı və qazanılan qələbələr barədə danışılsın. Biz hamımız döyüşlər və

vuruşmalarla son dərəcə bərk maraqlanırıq. “Aşiq olanı bütün dünya sevir” –

belə bir köhnə məsəl var. Bu, doğru deyil. Bütün dünyanın sevdiyi nə isə varsa,

bu da mübarizədir. O görmək istəyərdi ki, iki aşiq qadının ürəyi uğrunda necə

mübarizə aparır.

Bu müddəanın izahı qismində, demək olar, istənilən romanı, jurnal

hekayəsini oxuyun, yaxud da gedib istənilən kinematoqrafik drama tamaşa edin.

Maneələrin hamısı keçəndə və bərbəzəkli bədnam qəhrəman, necə deyərlər,

xanım qəhrəmanı öz ağuşuna alanda auditoriya öz şlyapa və paltosunu

axtarmağa başlayır. Hönkür-hönkür ağlayan qadınlar üstündən beş dəqiqə

keçməmiş var gücləri ilə qeybətə başlayırlar.

Jurnallarda dərc etdirilən prozanın, demək olar, hamısı bu formula üzərində

əsaslanır.

Oxucunu qəhrəmanı və ya qadın qəhrəmanını sevməyə məcbur edin. Onu

kişi və ya qadın olmasından asılı olmayaraq, nəyəsə can atmağa vadar edin. Belə

edin ki, həmin “nə isə”nin əlçatmaz olduğu təəssüratı yaransın. Kişi və ya qadın

qəhrəmanın mübarizə apardıqlarını və öz məqsədlərinə nail olduqlarını göstərin.

Bizneslə və ya azad peşə ilə məşğul olan adamın, demək olar, adlanmaz

maneələrə qarşı necə mübarizə apardığı və qalib gəldiyi haqda hekayə həmişə

downloaded from KitabYurdu.org



ruhlandırıcı və maraqlı olur. Bir dəfə jurnal redaktoru mənə dedi ki, istənilən

adamın həyatının əsl tarixçəsi həmişə maraqlı olur. Əgər kimsə mübarizə

aparıbsa (bizlərdən axı kim mübarizə aparmayıb), onda onun həyat əhvalatı,

əgər o, düzgün danışılarsa, maraqlı olacaqdır. Bu haqda heç bir şübhə ola bilməz.

Konkret olun

Bu sətirlərin müəllifinin apardığı kurslarda bir dəfə fəlsəfə elmləri doktoru

və bir köntöy, lakin enerjili, otuz il əvvəl öz gənclik illərini Britaniya Hərbi Dəniz

Qüvvələrində keçirmiş kişi məşğul olurdu.

Eleqant alim universitet professoru, onun kurs üzrə həmkarı, yeddi dəniz

arxasına üzmüş adam isə kiçik bir furqonun mülkiyyətçisi idi. Amma nə qədər

qəribə olsa da, məşğələlər vaxtı sonuncunun çıxışları dinləyicilərdə universitet

professorunun nitqlərindən xeyli böyük maraq doğururdu. Nəyə görə? Professor

gözəl ingilis dilində danışırdı, mədəni insan idi və incə maneralı, eləcə də məntiq

və düşüncə aydınlığına malikdi. Lakin onun çıxışlarında bir əhəmiyyətli detal

çatışmırdı: konkretlik. Onlar həddən artıq dağınıq, həddən artıq ümumi idi.

Furqonun mülkiyyətçisi isə dərhal işə keçirdi. Onun nitqi müəyyən və konkret

olurdu. Bu keyfiyyət onun comərdliyi və danışıq üslubunun təzəliyi ilə birlikdə

çıxışlarını çox cəlbedici edirdi.

Mən bu nümunəni ona görə gətirmədim ki, bu, universitet professorları və ya

furqon mülkiyyətçiləri üçün tipik haldır, xeyr, ona görə gətirdim ki, maraq

doğurmaq bacarığı – aldığı təhsildən asılı olmayaraq, adamın malik olduğu

bacarıq – konkret və müəyyən danışmaq keyfiyyəti kimi bəxtəvərliyə malik

olanlara qismət olur.

Bu prinsip o qədər vacibdir ki, onu sizin beyninizdə möhkəmlətmək üçün bir

neçə nümunə göstərək. Biz ümid edirik ki, siz onu heç vaxt yaddan çıxarmayacaq,

ona heç vaxt barmaqarası münasibət göstərməyəcəksiniz.

Məsələn, nə daha maraqlıdır: Martin Lyuterin hələ uşaq olarkən “tərs və

çətin tərbiyə olunan” olduğunu bildirmək və ya onun özünün etiraf etdiyi,

müəllimlərin onu tez-tez çubuqla “gündə on beş dəfə” kötəklədiyini demək?

“Tərs və çətin tərbiyə olunan” kimi sözlər, demək olar, diqqəti cəlb etmir,

kötəklənmənin sayı barədə məlumatı isə qəbul eləmək xeyli asandır.

Tərcümeyi-halın yazılmasının köhnə üsulu bundan ibarət idi ki, çoxsaylı

ümumi yerlərin, Aristotelin adlandırdığı və haqlı olaraq adlandırdığı kimi, “ağlı

zəif olanlar üçün sığınacaq” olan məkanların adları çəkilirdi. Yeni metod isə

özləri özünə cavabdeh olan konkret faktların göstərilməsindən ibarətdir. Köhnə

üsluba məxsus olan bioqraf yazırdı ki, Con Dou “yoxsul, lakin vicdanlı

valideynlərdən” dünyaya gəlib. Yeni metoda görə isə demək lazım idi ki, Con

Dounun atası özünə bir cüt qaloş almağı rəva görmürdü və buna görə də qar

yağanda o, ayaqlarının quru və isti qalması üçün çəkmələrinə kisə tikələri

dolamalı olurdu.

Lakin yoxsul olmasına baxmayaraq, o, südə heç vaxt su qatmırdı, xə-

fənək


56

xəstəliyi olan atı satanda isə onu heç vaxt sağlam kimi qələmə vermirdi.

Bu faktlar göstərir ki, onun atası “yoxsul, amma vicdanlı” olub, doğru deyilmi? Və

ifadə etməyin bu metodu “yoxsulluğun və vicdanlılığın”, sadəcə olaraq,

konstatasiya edilməsindən qat-qat daha maraqlıdır.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə