Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə134/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   130   131   132   133   134   135   136   137   ...   208

Əgər bu metod müasir bioqraflara yarayırsa, onda o, deməli, müasir

natiqlərə də yarayır.

Bir nümunəni də götürək. Təsəvvür edin ki, siz Niaqara şəlaləsinin hər gün

məqsədsiz surətdə israf etdiyi potensial qüvvənin nəhəng rəqəmləriylə bağlı

məlumat vermək istəyirsiniz. Təsəvvür edin ki, bunu dediniz, sonra da əlavə

etdiniz ki, əgər bu istifadə edilsəydi və bunun nəticəsində əldə edilən gəlirlər isə

həyat üçün zəruri olan əşyaların alınmasına sərf olunsaydı, onda həmin pula çox

sayda adamı geyindirmək və yedirtmək mümkün olardı. Həmin məlumatı bu

üsulla daha maraqlı etmək mümkün olardımı? Xeyr və bir daha xeyr. Aşağıda

göstərilən hissə qat-qat maraqlı olmazdımı? Biz onu Edvin S.Slassonun “Deyli

Sayens Nyus Bulleten” qəzetində dərc olunmuş məqaləsindən götürmüşük.

“Bizə deyirlər ki, ölkəmizdə dilənçi günündə və aclıqda yaşayan bir neçə

milyon adam var, həmin vaxtda isə Niaqara şəlaləsi hər saat ərzində boş-boşuna,

dəyəri 250 min kündə çörəyin qiymətinə ekvivalent olan enerji israf edir. Biz öz

təsəvvürümüzdə hər saat ərzində uçurumdan aşağı düşən və burulğanda

qayğanağa çevrilən altı yüz min gözəl təzə yumurta görə bilərik. Əgər çit parça

toxucu dəzgahlardan Niaqara çayı kimi dörd min fut enində axınla çıxsaydı, onda

bu eynilə həmin mülkiyyətin ekvivalenti olardı. Əgər eynilə o cür kitab axını

Karnegi kitabxanasına tökülsəydi, bu kitabxana yaxşı kitablarla bir və ya iki

saatın ərzində dolardı. Biz özümüzə hər gün Eri gölündən üzüaşağı üzən və yüz

altmış fut hündürlükdən düşərək içərisində olanların hamısı ilə birlikdə qayalara

çırpılıb dağılan çox böyük universal mağaza təsəvvür edə bilərik. Bu istisnasız

olaraq maraqlı və ovsunlayıcı, kütlə üçün elə bu lakin ondan bahalı olmayan

qədər cəlbedici tamaşa olardı. Bununla belə, bəzi adamlar belə bir layihənin

həyata keçirilməsinin bədxərclik olacağına əsaslanaraq düşən suyun enerjisinin

istifadə olunmasına qarşı hazırda etiraz edirlər”.

Mənzərə yaradan sözlər

Maraq doğurmaq üçün istisnasız dərəcədə mühüm əhəmiyyət kəsb edən,

lakin saya alınmayan bir metod mövcuddur. Ortabab natiq, görünür, onun

mövcud olduğunu heç ağlına da gətirmir. O, çox güman, bunun haqqında heç

fikirləşməyib də. Mən şəkillər və obrazlar yaradan sözlərin istifadə olunması

metodunu nəzərdə tuturam. Danışan adam bizim gözlərimizin önündən keçən

obrazların bütöv bir qalereyasını yaradanda onu dinləmək asan olur. Dumanlı,

banal və solğun simvolları istifadə edən natiq auditoriyanı mürgüləməyə məcbur

edir.

Obrazlar. Obrazlar. Obrazlar.



Onlar elə sizin nəfəs aldığınız hava qədər sərbəstdir. Öz hekayənizi və ya

söhbətinizi onlarla zənginləşdirin və sizi dinləmək daha maraqlı olacaq və siz

insanlara daha çox təsir göstərəcəksiniz.

İllüstrasiya qismində indicə “Deyli Sayens Nyus Bulleten”dən Niaqara

haqqında sitat gətirilmiş hissəni götürək. Onlar hər cümlədə gözə dəyir və onlar

Avstraliyada dovşanlar qədər çoxdur; iki yüz əlli min kündə çörək, uçurumdan

dərəyə düşən altı yüz min yumurta, burulğanda nəhəng qayğanaq, toxucu

dəzgahlardan dörd min fut enində çıxan çit parça, kitab selinin altında olan

Karnegi kitabxanası, qayalara çırpılan iri universal mağaza, hündürdən düşən su.

downloaded from KitabYurdu.org




Bu cür hekayəyə və ya məqaləyə diqqət yetirməmək kinoteatrın gümüşü

ekranında kinofilmin səhnələrinə azacıq da olsun diqqət verməmək kimi çətin

olardı.

Herbert Spenser stilin fəlsəfəsi haqqında öz məşhur essesində təxəyyüldə



rəngarəng şəkillər doğuran sözlərin əsas əhəmiyyət kəsb etdiyini çoxdan qeyd

etmişdir:

“Biz ümumiyyətlə və bütövlükdə yox, konkret fikirləşirik... Biz “əgər ölkədə

adətlər, ənənələr və əyləncə növləri qəddarlığı və barbarlığı ilə fərqlənirlərsə,

onda cinayət qanunvericiliyi də öz yırtıcılığı ilə seçiləcək” kimi cümlələrin

işlədilməsindən qaçmalıyıq. Bu cümlənin yerinə biz belə yazmalıyıq: “İnsanlar

vuruşmalardan, öküzlərin döyüşlərindən və qladiatorların müharibələrindən

ləzzət aldıqları üçün onlar dar ağacından asmaq, odda yandırmaq və payaya

taxılmaq kimi cəza tədbirləri tətbiq edirlər”.

Təxəyyüldə şəkillər doğuran cümlələr İncilin səhifələrində və Şekspirin

əsərlərində alma şirəsini əhatəyə almış arılar qədər boldur. Məsələn, banal

müəllif bildirə bilərdi ki, hər şeyin kamil olduğu yerdə istənilən əşya artıq ola

bilərdi. Bu cür fikri Şekspir necə ifadə etmişdi? O, bunu obrazlı cümlənin, ölməz

ifadənin köməyi ilə edirdi:

“... Qızıl onluğu qızıl suyuna salmaq

Və zanbaqlara əhəng çəkmək

Və buza parıltı və bənövşəyə ətir vurmaq...”

“Kral Con”, IV hərəkət, 2-ci səhnə.

Sizin nə vaxtsa nəzərinizə çarpıbmı ki, nəsildən-nəslə keçən atalar sözlərinin

hamısı gözəçarpan obrazlar doğurur? “Göydəki durnadansa əldəki arıquşu

yaxşıdır”. “Damcılamağa başladısa – yağışı gözlə”. “Atı çaya sürüb gətirmək olar,

amma içməyə onu məcbur edə bilməzsən”.

Siz artıq uzun əsrlərdir yaşayan, lakin həddən artıq tez-tez işlədilən analoji

müqayisələr tapa bilərsiniz: “tülkü kimi hiyləgər”, “lavaş kimi yastı”, “qənbər

kimi möhkəm”.

Linkoln obrazlı terminologiyanı daim işlədirdi. Ağ Evdə aldığı uzun,

mürəkkəb, bürokratik hesabatlar onu təngə gətirəndə onları solğun sözlərlə yox,

obrazlı ifadələrin köməyi ilə tənqid edirdi ki, bunları yaddan çıxarmaq, demək

olar, qeyri-mümkündür. “Mən adamı at almağa yollayanda, – demişdi o, – atın

quyruğunda neçə tük olduğunu mənə danışmasını istəmirəm. Mən yalnız atın

eksteryerini bilmək istəyirəm”.

Dinləyicilərdə maraq doğurmaq üçün

təzadların əhəmiyyəti

Makoleyin I Karlı necə mühakimə etdiyi ilə tanış olun. Buna diqqət yetirin ki,

Makoley obrazlı nitqi təkcə istifadə etmir, həm də əks-ittihamları da dəf etməyə

can atır. Kəskin təzadlar, demək olar, həmişə diqqəti cəlb edir və bu abzasın

əsasını məhz onlar təşkil edir:

“Biz onu bunda ittiham edirik ki, o, tacqoymada içdiyi andı pozub. Bizə isə

deyirlər ki, o, nikah mərasimində verdiyi anda sadiqdir! Biz onu bunda ittiham

edirik ki, o, öz xalqını amansız və düşünüb-daşınmadan hərəkət edən din

xadimlərinin əllərinə verib, onun müdafiəsi isə bəyan edir ki, o, balaca oğlunu öz

dizlərinin üstünə qoyub və onu öpüb! Biz onu buna görə damğalayırıq ki, o,

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə