Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə135/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   131   132   133   134   135   136   137   138   ...   208

sağlam və əhəmiyyət kəsb edən mülahizələrə əsaslanaraq, hüquqları müdafiə

edəcəyini vəd edəndən sonra “Hüquqlar haqqında petisiya”nı pozmuşdur, bizə

isə deyirlər ki, o, duaları səhər saat altıda dinləməyə adət edib!

Məhz bu kimi mülahizələr, eləcə də I Karlın vandeyk manerasında geyinməsi,

onun gözəl sifəti və ucu bizə bənzər saqqalı, səmimi olaraq zənn etdiyimiz kimi,

onun indiki nəsildə populyarlığını şərtləndirmişdir”.

Maraq yoluxucudur

İndiyə qədər biz auditoriya üçün maraq kəsb edə bilən materialların müxtəlif

növlərini nəzərdən keçirirdik. Burada deyilmiş təkliflərin hamısına mexaniki

surətdə əməl etmək və Kokker üzrə

57

olduğu kimi çıxış etmək olar, amma bu



çıxış ləms və darıxdırıcı olacaq. Dinləyicilərin diqqətini ələ almaq və onu

saxlamaq – bu, incə emosiyalar və əhvali-ruhiyyə ilə bağlı olan vəzifədir. Bu,

buxar maşınını istismar etməyə heç nə ilə oxşamır və burada heç bir dəqiq

göstəriş vermək mümkün deyil.

Yadda saxlamaq lazımdır ki, maraq yoluxucudur. Əgər maraq sizin özünüzə

hopmuşdursa, onda o, dəqiq ki, dinləyicilərinizi də bürüyəcəkdir. Bir müddət

əvvəl Baltimorda mənim kurslarımın məşğələlərində bir centlmen ayağa qalxdı

və dinləyicilərə bildirdi ki, Çesapiks körfəzində dəniz xanı balığının ovlanmasının

indiki metodları əvvəlki kimi tətbiq olunarsa, onda bu balıq yox olacaq və bu,

vur-tut bir neçə ildən sonra baş verəcəkdir! O, öz predmetini bilirdi.

Bu, onun üçün vacib idi və o, bu haqda çox ciddi şəkildə danışırdı.

Onun həm xarici görkəmi, həm də manerası bunu təsdiq edirdi. O danışmağa

başlayanda mənim heç ağlıma da gəlməzdi ki, həmin körfəzdə bu növ balıq var.

Mənə belə gəlir ki, həmin məqamda dinləyicilərin əksəriyyəti bunu bilmirdi və

ona görə də maraq göstərmirdilər. Amma natiq çıxışını qurtarmazdan qabaq

bizlərdən hər biri onun qayğısının hansısa bir payını özündə hiss elədi. Dəniz

xanı balığının qanunun köməyi ilə qorunması üçün yerli hakimiyyətə müraciət

imzalamaq istəyi, mənə belə gəlir ki, bizim hər birimizin ürəyindən keçirdi.

Bir dəfə mən o vaxt İtaliyada səfir olan Riçard Uoşbern Çaylddan yazıçı kimi

uğurunun sirrinin nədən ibarət olduğunu soruşdum. O cavab verdi: “Həyat məni

o qədər narahat edir ki, mən sakit qala bilmirəm. Mən insanlara bunun haqqında

danışmağa, sadəcə olaraq, borcluyam”. Belə müəllifi həyəcansız dinləmək və ya

oxumaq qeyri-mümkündür.

Necə olmuşdusa, mən Londonda bir natiqin çıxışını dinləmişdim. O, çıxışını

qurtaranda iştirak edənlərdən biri, tanınmış ingilis yazıçısı E.F.Benson qeyd etdi

ki, çıxışın axırı onun xoşuna gəldi, özü də birinci hissədən xeyli çox xoşuna gəldi.

Mən ondan bunun səbəbini soruşanda o cavab verdi:

“Belə təəssürat yaranırdı ki, natiq öz çıxışının axırında daha maraqlı idi, mən

isə entuziazmla və maraqla danışan natiqə həmişə inanıram”.

Hamı bu cür hərəkət edir və siz bunu yadda saxlamalısınız.

Xülasə

1. Bizi adi şeylər haqqında qeyri-adi faktlar maraqlandırır.



2. Bizi hər şeydən çox özümüz maraqlandırırıq.

3. Başqasını özü və öz maraqları haqqında danışmağa sövq edən və diqqətlə

dinləməyi bacaran adam hər yerdə yaxşı həmsöhbət hesab olunacaq, hətta özü az

danışsa da.

downloaded from KitabYurdu.org



4. Adamların həyatından etibarlılıq çələngi ilə əhatə olunmuş şayiə və

nağıllarla dinləyicilərin diqqətini, demək olar, həmişə qazanmaq və saxlamaq

olar. Natiq az sayda sualları nəzərdən keçirməli və onları dinləyicilər üçün sırf

insani nöqteyi-nəzərdən maraq kəsb edən hekayələrlə aydınlaşdırmalıdır.

5. Konkret olun. “Yoxsul, lakin vicdanlı” sistemi üzrə çıxış edən natiqlər

məktəbinə qoşulmayın. Martin Lyuterin uşaqlıqda çətin tərbiyə olunan və tərs

olduğu barədə danışanda bunu adi şəkildə demək lazım deyil. Bu barədə

məlumat verin, ardınca isə deyin ki, müəllimlər onu gündə on beş dəfə

kötəkləyirdi. Bu göstərici sizin bəyanatınızı yalnız aydın etməyəcək, onu həm də

təəssüratlandırıcı və maraqlı edəcəkdir.

6. Öz nitqinizi obrazlar yaradan cümlələr, həmçinin də gözləriniz önündə

şəkillərin bütöv bir silsiləsini doğuran sözlərlə zənginləşdirin.

7. Maraq yoluxucudur. Maraq, əgər o çıxış edənin özünə hopubsa,

auditoriyanı, tamamilə dəqiq ki, bürüyəcəkdir. Lakin mövcud qaydalara mexaniki

qaydada riayət etmək yolu ilə dinləyicilərin marağını qazanmaq qeyri-

mümkündür.

On ikinci fəsil

Cümlə qurmaq üslubunuzu

yaxşılaşdırın

Yaşamaq üçün işi və vəsaitləri olmayan bir ingilis Filadelfiyanın küçələriylə

iş axtara-axtara gəzirdi. O, tanınmış biznesmen Pol Gibbonsun kontoruna girdi və

onu dinləməyi xahiş elədi. Gibbons tanımadığı, görkəmi açıq-aşkar onun xeyrinə

olmayan adamı şübhə ilə gözdən keçirdi. Pal-paltarı köhnə və çox geyilmiş idi,

onun bütün görkəmində maliyyə iflasının izləri açıq-aydın özünü büruzə verirdi.

Qismən maraqdan, qismən də yazığı gəldiyindən Gibbons onu dinləməyə razılıq

verdi. Əvvəl Gibbons ona on dəqiqə ayırmağı qət etmişdi, amma dəqiqələr

saatlara çevrildi, söhbət isə hələ də davam edirdi. Görüş bununla başa çatdı ki,

Gibbons “Dillon Rid” kompaniyasının Filadelfiyadakı filialının işlər müdirinə zəng

etdi və bu şəhərin aparıcı maliyyəçilərindən biri olan Teylor naməlum adamı

lençə dəvət etdi və ona uyğun iş tapdı. Görkəmindən açıq-aşkar iflasa uğradığı

məlum olan adam belə qısa vaxt ərzində bu uğura necə nail oldu?

Sirri açmaq olar: ingilis dilini bilməsi sayəsində.

Demə, Oksfordu bitirəndən sonra o, işgüzar tapşırıqla Amerikaya gəlibmiş.

Lakin burada onun işi düz gətirmir və bunun nəticəsində o yaşamaq üçün hər

şeyini itirərək düzdə qalır. Amma gözə dəyən görün nə idi: onun nitqi o qədər

nöqsansız və incə idi ki, onu dinləyənlər tezliklə onun dabanı getmiş çəkmələri,

nimdaş paltosu və tüklü sifəti barədə unudurdular. Onun danışıq üslubu özü

üçün elə bil yüksək işgüzar dairələrə buraxılış vəsiqəsi oldu.

Bu adamın əhvalatı müəyyən dərəcədə qeyri-adidir, lakin o, əsas həqiqəti

illüstrasiya edir ki, bu məhz budur: hər gün bizim barəmizdə necə danışığımıza

görə mühakimə yürüdürlər. Sözlərimiz bizim ziyalılığımızı göstərir: onlar

diqqətli adama bizim hərləndiyimiz dairələrdən xəbər verir; onlar bizim

təhsilimizin və mədəniyyətimizin səviyyəsini göstərir.

Həm sizdə, həm də məndə ətraf dünya ilə cəmi dörd kontakt üsulumuz

vardır. Bizim haqqımızda nə etdiyimiz, xarici görkəmimiz, bizim nə dediyimiz və

bunu necə dediyimizin əsasında mühakimə yürüdürlər. Bununla belə, insanların

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə