Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə136/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   132   133   134   135   136   137   138   139   ...   208

bir çoxu məktəbi bitirəndən sonra özünün uzun ömür yolunu birtəhər keçərək

heç öz söz ehtiyatını zənginləşdirməyə, sözlərin mənasının müxtəlif çalarlarına

yiyələnməyə və sözləri səlis və aydın tələffüz etməyə şüurlu surətdə cəhd belə

etmirlər. Onlar iş yerində və küçədə eşitdikləri çeynənmiş cümlələri işlətməyə

vərdiş edirlər. Bunda təəccüblü heç nə yoxdur ki, onlar tez-tez tələffüzün ənənəvi

qaydalarını, bəzən isə hətta ingilis dili qrammatikasının əsas qaydalarını belə po-

zurlar. Və əgər alim dərəcəsi olan adamlar bu cür səhvlər edirlərsə, onda öz

təhsilini iqtisadi çətinliklər üzündən yarımçıq qoymağa məcbur olanlardan nə

gözləmək olar?

Çox illər bundan əvvəl mən Roma Kolizeyində düşüncələrə dalaraq

dayanmışdım. Tanımadığım, ingilis müstəmləkələrindən birində yaşayan bir

ingilis mənə yaxınlaşdı. Özünü təqdim elədi və Əbədi Şəhərdə öz həyatı haqqında

danışmağa başladı. O heç üç dəqiqə də danışmamışdı ki, kobud qrammatik

səhvlərə yol verməyə başladı. Həmin səhər o, yataqdan qalxaraq çəkmələrini

təmizləmiş və nöqsansız təmiz pal-paltar geyinmişdi ki, özünəhörmət hissinə

dəstək versin və ünsiyyətdə olacağı adamların etimadını qazansın. Amma cüzi də

olsun cəhd etməmişdi ki, öz ifadələrini nöqsansız qursun və cümlələri düzgün

tələffüz eləsin. Məsələn, o, qadınla söhbət edəndə şlyapasını qaldırmasaydı,

xəcalət çəkərdi, amma o, qrammatika qaydalarını pozduğundan və diqqətli

dinləyicilərin eşitmə hissini təhqir etdiyindən heç utanmadı və ümumiyyətlə,

buna heç fikir də vermədi. Bununla da o, özünün kim olduğunu və cəmiyyətdə

tutduğu yeri müəyyən etdi. Onun qeyri-düzgün ingilis dili bütün aləmə

təkzibolunmaz surətdə sübut edir ki, o, mədəni insan deyildir.

Harvard Universitetinin rektoru olmuş doktor Çarlz U.Elliot bildirmişdir:

“Kişi və qadının təhsilinin zəruri hissəsi kimi mən yalnız bir mənəvi qazancı

tanıyıram. Mənim nəzərdə tutduğum doğma dilin dəqiq və incəliklə istifadə

olunmasıdır”. Bu, mühüm bəyanatdır.

Onun üzərində düşünün.

Lakin soruşa bilərsiniz ki, sözləri gözəl və dəqiq işlətmək üçün onları necə

mənimsəmək olar? Xoşbəxtlikdən, söhbət istifadə etmək lazım olan vasitə

haqqında gedəndə burada sirli və çoxbilmiş heç nə yoxdur. Bu vasitə polişinelin

sirridir. Linkoln onu heyrətamiz uğurla istifadə edirdi. Heç bir amerikalı heç vaxt

sözlərin bu qədər uğurlu birləşməsini yaratmamışdı və nəsrdə misilsiz musiqi

kimi səslənən təkrarolunmaz ifadələr deməmişdi: “Kinlə heç kəsə, hamıya şəfqət

qəlbiylə”. Anası – hər hansı görkəmli qabiliyyətləri olmayan qadın, atası isə –

sadə savadsız dülgər olan Linkolna söz vergisi təbiətdən bəxş edilmişdimi? Belə

bir ehtimalı qəbul etmək üçün əsas yoxdur. Linkolnu konqresə seçəndə o,

Vaşinqtonda rəsmi anketi doldurarkən təhsiliylə bağlı suala yalnız bir sifətin

(cümlə üzvü) köməyi ilə cavab vermişdi: “Qeyri-kifayətdir”. Bütün həyatı ərzində

o, məktəbə heç bir il də getməmişdi. Bəs onun müəllimi kim idi? Kentukkinin

meşələrində Zaxariya Birni və Kaleb Xezel, İndiana ştatının Pindcin-Krik

qəsəbəsində Ezel Dörsi və Endrü Krouford – bunların hamısı pionerlərin bir

məskənindən digərinə köçən, oxumağı, yazmağı və hesabı öyrənməyi toyuq,

qarğıdalı və buğdaya dəyişməyə hazır olan şagirdlər tapanda özlərini zorla

dolandıra bilən sərgərdan müəllimlər idi.

downloaded from KitabYurdu.org




Linkoln onlardan təvazökar maddi yardım və kiçik mənəvi dəstək aldı. Eyni

qədər də o, öz ətrafından əxz etmişdi.

Linkolnun İndiana ştatının səkkizinci məhkəmə dairəsində ünsiyyətdə

olduğu fermerlər və tacirlər, vəkillər və işləri məhkəmədə olanlar sözün magik

vergisinə malik deyildilər. Lakin Linkoln – bu, yadda saxlamağına dəyən vacib

faktdır – əqli qabiliyyətlərinə görə özünə tay və ya ondan aşağı olanlarla

ünsiyyətə vaxt itirmirdi. O, özünə dostları intellektual elita, bütün dövrlərin

müğənniləri və şairləri arasından seçirdi. O, Bernsin, Bayronun və Brouninqin

əsərlərindən bütöv səhifələri sinədəftər sitat deyə bilərdi.

O, Berns haqqında mühazirə yazmışdı. Bayronun şeirlərinin bir nüsxəsini öz

kabinetində, ikincisini isə evində saxlayırdı. Öz rəsmi kabinetində saxladığı nüsxə

onun tərəfindən o qədər çox istifadə olunmuşdu ki, onu ələ götürən kimi “Don

Juan” poemasının başlandığı səhifədən açılırdı. O hətta Ağ Evdə olarkən Vətəndaş

müharibəsinin faciəvi yükü onun qüvvəsini tükədəndə və onun sifətində dərin

qırışların əmələ gəlməsinə gətirəndə də yataqda uzanaraq Qudun şeirlərini oxu-

mağa vaxt tapırdı. Hərdən o, gecənin bir aləmində oyanır və kitabı açaraq

xüsusilə xoşuna gələn şeirləri oxumağa başlayırdı. O, yataqdan əynində bircə

gecə köynəyi və şapşapı ilə qalxaraq astaca zallardan keçib öz katibinin yanına

gəlir və şeirləri bir-birinin ardınca ona oxumağa başlayırdı. Prezident olanda o,

Şekspirdən böyük hissələri əzbərdən deməyə, hansısa bir aktyorun ifa

manerasını tənqid etməyə və bu və ya başqa əsərlə bağlı öz şərhini verməyə vaxt

tapırdı. “Mən Şekspirin bəzi pyeslərini yenə də oxudum, – deyə o, aktyor Hekketə

yazırdı. – Mən bunu xüsusi hazırlığı olmayan istənilən oxucudan çox etmirəm:

“Lir”, “III Riçard”, “VIII Henri”, “Hamlet” və xüsusilə də “Makbet”. Düşünürəm ki,

“Makbetə” tay ola biləcək heç nə yoxdur. Bu, heyrətamizdir!”

Linkoln poeziyaya sadiq idi. O, şeirləri yalnız yadda saxlamır və onları şəxsi

söhbətlərdə olduğu kimi camaat arasında təkrar etmir, həm də özü şeir yazmağa

cəhd edirdi. Öz bacısının toyunda özünün uzun poemalarından birini oxudu.

Sonralar, ömrünün ortalarında o, bir dəftəri özünün orijinal əsərləriylə

doldurmuşdu, lakin yaradıcılığının bu nümunələrindən o qədər utanırdı ki, hətta

ən yaxın dostlarına da onları oxumağa heç vaxt icazə vermirdi.

“Bu özüöyrənən, – deyə Robinson özünün “Linkoln ədib kimi” kitabında

yazır, – öz beynini həqiqi mədəniyyətin nümunələriylə zənginləşdirmişdi. Onu

dahi və ya talant adlandırın, lakin onun nailiyyətləri prosesi Erazm

Rotterdamskinin təhsili ilə bağlı professor Emertonun dediyi bu sözlərlə

xarakterizə oluna bilər: “Məktəbdə oxumaq artıq ona gərək deyildi – o, həmişə

yeganə effektiv olan pedaqoji metoda riayət edərək öyrənirdi: daim biliklərin

artırılmasına və praktiki fəaliyyətə yönəlmiş öz tükənməz enerjisinə

söykənərək”.

Bu yöndəmsiz, İndiananın Pidcin-Krik qəsəbəsində fermalarda bir günü otuz

bir sentə qarğıdalını dənələmək və donuzu kəsib-doğramaqla məşğul olan ilk

məskənçi Gettisburqda fani insanın nə vaxtsa söylədiyi ən gözəl nitqlərdən birini

söyləmişdi. Orada yüz yetmiş min adam döyüşürdü. Yeddi mini öldürülmüşdü.

Bununla belə, Linkoln öləndən dərhal sonra Çarlz Samner dedi ki, Linkolnun

nitqi bu döyüşlə bağlı yaddaş itən vaxtlarda da yaşayacaq və nə vaxtsa bu döyüş

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə