Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə139/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   135   136   137   138   139   140   141   142   ...   208

ayrılmış torpaq tikəsini can-başla və əməksevərliklə əkməsə, gündəlik çörəyini

tapa bilməyəcəkdir.

Onda olan qüvvənin təbiətdə tayı yoxdur və onun nəyə qadir olduğunu

bilmək yalnız özünə verilib, bu isə o, özünü sınaqdan çıxarmayana qədər aydın

olmayacaqdır”

60

.



Lakin ən yaxşı müəllifləri biz axıra saxlamışıq. Onlar bəs kimdir? cənab Henri

İrvinqdən ən yaxşı yüz kitabın siyahısını tərtib etməyi xahiş edəndə o cavab

vermişdi: “Yüz kitabdan ibarət olan siyahını tərtib etməzdən əvvəl mənə izin

verin ikisini öyrənim – İncili və Şekspiri”.

Ser Henri haqlı idi. İngilis ədəbiyyatının bu iki mənbəyindən için. Çox və tez-

tez için.

Öz axşam qəzetinizi bir kənara tullayın və deyin: “Şekspir, mənim yanıma gəl

və bu axşam mənə Romeo və onun Cülyettası haqqında, Makbet və onun

şöhrətpərəstliyi haqqında danış”.

Əgər siz bu məsləhətlərə əməl edərsinizsə, onda qazancınız nə olacaq?

Tədricən, nəzərə çarpmadan, lakin qaçılmaz olaraq sizin danışıq maneranız daha

gözəl və incə olacaqdır. Siz tədricən yol yoldaşlarınızın şöhrətini, gözəlliyini və

möhtəşəmliyini müəyyən dərəcədə özünüzdə əks etdirmiş olacaqsınız. “Mənə de

ki, sən nə oxuyursan, – demişdi Höte, – və mən sənə kim olduğunu deyim”.

Təklif etdiyim bu mütaliə proqramı iradənin müəyyən gücünü, eləcə də vaxta

daha ciddi qənaət olunmasını tələb edəcək... Siz Emersonun esselərinin və

Şekspirin pyeslərinin cib nəşrlərini ala bilərsiniz.

Mark Tvenin sözlərdən istifadə etməyinin sirri

Mark Tven sözlərin istifadə edilməsində öz fitri qabiliyyətini necə inkişaf

etdirə bilmişdi? O, cavan oğlan olduğu vaxt dilicanla Missuridən Nevadaya qədər

yolu dəhşətli dərəcədə asta və çox böyük əzab-əziyyətlə keçmişdi. Həm

sərnişinlər, həm də atlar üçün qidanı, bəzən isə hətta suyu da özləriylə daşımaq

lazım gəlirdi. Əlavə yük bəlaya gətirə bilərdi. Baqaj üçün çəkinin hər unsiyasına

görə haqq ödənilirdi və bununla belə, Mark Tven özü ilə Vebsterin lüğətini

aparırdı ki, onu aşırımlarında, günəşin yandırdığı səhrada, eləcə də yolkəsənlərin

və hinduların qaynaşdığı yerlərdə də oxusun. O, sözün hökmdarı olmağı

qarşısına məqsəd qoymuşdu. Və bu işdə Mark Tvenə onun üçün xarakterik olan

cəsarəti, sağlam təfəkkürü kömək etdi.

Həm Pitt, həm lord Çetem lüğəti iki dəfə öyrənmişdi; hər bir səhifəni və hər

bir sözü. Brouninq onu hər gün mütaliə edir, bundan ləzzət alır və fayda görürdü.

“Linkoln ala-toranlıqda oturaraq, – deyə onun bioqrafları Nikoli və Hey yazırlar, –

lüğəti oxumağı sevirdi və bunu nə isə görmək mümkün olan vaxta qədər edirdi”.

Göstərdiyimiz bu hallar heç də istisna deyil. Hər bir görkəmli yazıçı və hər bir

görkəmli natiq eyni şeyi edir.

Vudro Vilson ingilis dili sahəsində istisnasız biliklərə malik idi. Onun

yazdıqlarında nələr isə – Deklarasiyanın bölmələri, Almaniyaya qarşı müharibə –

ədəbiyyatda öz yerini, şübhəsiz, tutacaqdır.

Sözləri yerbəyer etməyi necə öyrəndiyi haqqında onun özü bunu danışıb:

“Mənim atam ailəmizin üzvlərindən heç kimə sözləri qeyri-düzgün istifadə

etməyə izin vermirdi. Uşaqlardan hansısa biri tərəfindən danışanda yol verdiyi

istənilən səhv dərhal düzəldilirdi; istənilən naməlum söz o dəqiqə izah edilirdi;

downloaded from KitabYurdu.org




bizim hər birimiz danışığımızda elə bir söz işlətməyə şirnikləndirilirdik ki, onu

hafizəmizdə möhkəmlədə bilək”.

Cümlələrinin dəqiq strukturuna və danışığının gözəlliyinə görə tez-tez

təriflənən bir nyu-yorklu natiq sərrast sözün seçilməsi bacarığının bu yaxınlarda

etdiyi söhbətlərin birində yerinə düşən sirrini açmışdı. O mütaliə edəndə və ya

söhbət əsnasında hər dəfə naməlum sözlə üzləşəndə onu xüsusi kitabçasına

yazırdı.

Sonra o yatmağa uzanmazdan əvvəl öz lüğətinə baxır və həmin sözü

cəbbəxanasına daxil edirdi. Əgər bu minvalla o, gün ərzində heç bir material

toplaya bilmirdisə, Fernaldın “Sinonimlər, antonimlər və sifətlər /qramm./”

işindən bir və ya iki səhifəni öyrənərək, tam sinonim qismində bir-birini

qarşılıqlı surətdə əvəz edə biləcəyini hesab etdiyi sözlərin mənasını qeyd edirdi.

Hər gün bir təzə söz – onun devizi budur. Bu o deməkdir ki, o, fikirləri ifadə

etmək üçün bir il ərzində əlavə olaraq üç yüz altmış beş silaha yiyələnirdi. Bu

təzə sözlər qeyd kitabçasında toplanır, onların mənası isə gün ərzində boş

vaxtlarda gözdən keçirilir. O diqqət yetirib ki, təzə söz onun danışıq dilinə həmin

sözü üç dəfə işlədəndən sonra düşür.

İstifadə etdiyiniz sözlərin romantik tarixçəsi

Lüğəti yalnız sözlərin mənasını dəqiqləşdirmək üçün yox, həm də onun

mənşəyini axtarıb tapmaq üçün istifadə edin. Sözlərin mötərizə arasında

izahından sonra onun etimologiyası verilir. Heç bir saniyə də olsa düşünməyin ki,

hər gün işlətdiyiniz sözlər vur-tut darıxdırıcı və laqeyd səslərdir. Onlar nur və

romantika ilə doludur.

Məsələn, siz “qəndlə bağlı telefonla baqqala zəng edin” kimi prozaik ifadəni

bir çox başqa dillərdən və sivilizasiyalardan əxz etdiyimiz sözləri işlətmədən

deyə bilmirsiniz. “Telefon” iki yunan sözündən ibarətdir: “uzaqda olan” mənasını

verən “tele” və “səs” demək olan “fon”. “Baqqalçı” sözü ərəbcədə “bakkal” –

“tərəvəz taciri” sözündən əmələ gəlib. İngilislər “qənd” sözünü fransızlardan əxz

ediblər, fransızlar isə ispanlardan götürüblər. İspanlar öz növbəsində onu ərəb

dilindən mənimsəyiblər, ərəblər isə – farslardan. Fars sözü olan “şəkər” sanskrit

“karkara”dan əxz edilmişdir ki, bu, “şirniyyat” deməkdir.

Siz “kompaniya” üçün işləyə və ya onun mülkiyyətçisi ola bilərsiniz.

“Kompaniya” sözü köhnə fransız, “kompanyon” demək olan sözdən əmələ

gəlmişdir; “kompanyon” sözünün hərfi mənası isə belədir: “com” – “ilə” və

“panis” – “çörək”, yəni kompanyon – birlikdə çörək yediyiniz adam

61

.



Faktiki olaraq “kompaniya” özü ilə özlərinə çörək pulu qazanmağa çalışan

adamların birliyini təcəssüm etdirir. “Sizin cibinizdə olan “dollar”, hərfi mənada,

“taler” – “dərə” deməkdir; dollarlar ilk dəfə XVI əsrdə müqəddəs İoahim

dərəsində zərb olunmuşdur.

“Yanvar” sözü Romada yaşamış, ixtisası qıfıl və qıfıllar üçün bolt hazırlamaq

olan Etruss dəmirçisinin adından əmələ gəlmişdir. O vəfat edəndə onu bütpərəst

tanrısı etdilər və iki sifətlə təsvir edirdilər. Belə ki, o, eyni zamanda müxtəlif

tərəflərə baxa bilirdi və bu, qapıların açılması və bağlanması ilə əlaqədar idi.

Buna görə də bir ilin axırında və o birinin başlanğıcında duran ay “yanvar”, yəni

“Yanusun ayı” adlandırıldı. Bax buna görə biz yanvar haqqında danışanda bizim

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə