Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə14/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   10   11   12   13   14   15   16   17   ...   208

3. Yuxu.

4. Pul və onunla alınan şeylər.

5. Öz gələcəyinə əminlik.

6. Seksual məmnunluq.

7. Öz övladlarının xoşbəxtliyi.

8. Özünün əhəmiyyət kəsb etməsi hissi.

Bu istəklərin hamısını qane etmək mümkündür – qida və yuxuya olan

ehtiyac qədər dərin və vacib olan biri istisna olmaqla. Freyd onu belə adlandırır –

“qüdrətli olmaq istəyi”, Dyün isə – “əhəmiyyət kəsb etmək istəyi”.

Linkoln bir dəfə məktubunu bu sözlərlə başlamışdı: “Hər kəsin xoşuna gəlir

ki, onu tərifləsinlər”. Uilyam Ceyms demişdi: “Öz dəyərinin etirafını qazanmaqla

bağlı ehtiraslı istək insan təbiətinin ən dərin prinsipidir”. Diqqət yetirin, o, “istək”

və ya “güclü istək” deməyib. O deyib “ehtiraslı istək”.

Bu, insanın ürəyinin işgəncə həddində doymaq bilməyən aclığıdır və onu

doyduran nadir adam qəlblərə yiyələnəcək və hətta “mürdəşir də onun öldüyü

gün məyus olacaqdır”.

Özünün əhəmiyyət kəsb etdiyini dərk eləmək tələbatı – bu, insan varlığı ilə

heyvanat arasında əsas fərqlərdən biridir. Misal üçün, mən kənd uşağı olanda

atam təmiz dyürok-cersey cinsli donuz və ağbaşlı cins inək yetişdirirdi. Biz öz

inəklərimizi və donuzlarımızı, adətən, Orta Qərbin bütün ərazisində keçirilən

kənd yarmarkalarına, eləcə də heyvan və heyvan inventarları sərgilərinə

çıxarırdıq. Biz təqribən iyirmi dəfə birinci mükafatı qazanmışdıq. Atam mükafat

alınmış mavi lentləri ağ muslindən olan uzun parçaya sancmışdı və evimizə

dostlar, yaxud qonaqlar gələndə onu çıxarıb göstərirdi. Parçanın bir ucunu atam

tuturdu, o biri ucunu mən; biz öz mavi lentlərimizi qonaqlara bu şəkildə nümayiş

etdirirdik.

Donuzlar özlərinin təltif olunduqları lentlərlə maraqlanmırdılar. Ancaq

mənim atam maraqlanırdı. Həmin mükafatlar onda özünün əhəmiyyət kəsb

etməsi hissini artırırdı.

Əgər bizim əcdadlarımız özünün əhəmiyyət kəsb etdiyini bilməklə bağlı

alovlu niyyətə malik olmasaydılar, sivilizasiyanın baş tutması qeyri-mümkün

olardı. Bunsuz biz heyvanlar kimi olardıq.

Baqqal dükanını işlədən savadsız və ehtiyac içində boğulan bir adamı 50

sentə aldığı, içərisində ev xırda-xuruşu olan çəlləyin dibində tapdığı hüquq

məsələləri üzrə kitabları öyrənməyə sövq edən məhz özünün əhəmiyyət kəsb

etdiyini hiss eləmək istəyi idi. Siz həmin baqqal dükanını işlədən adam haqqında,

çox güman, eşitmisiniz. Onun adı Linkoln idi.

Məhz özünün əhəmiyyət kəsb etdiyini hiss eləmək istəyi Dikkensi ölməz

romanlar yaratmağa ruhlandırdı. Bu hiss cənab Kristofer Reni özünün daş

haqqında simfoniyasını yaratmağa ruhlandırdı. Bu istək Rokfelleri onun heç vaxt

xərcləyib qurtara bilməyəcəyi milyonları yığmağa və sizin şəhərinizdə yaşayan

ən varlı adamı öz ölçülərinə görə onun ehtiyaclarını qat-qat üstələyən ev

tikdirməyə məcbur etdi.

Bu istək sizi son dəblə geyinməyə, ən son marka avtomobil sürməyə və nə

qədər valehedici övladlarınız olduğu ilə bağlı öyünməyə vadar edir.

downloaded from KitabYurdu.org




Məhz bu istək bir çox yeniyetmələri qanqster və quldur olmağa cəlb edir.

“İndiki gənc cinayətkar özü haqda düşünməkdən havalanıb deyirdi: Nyu-Yorkun

baş polis komissarı Malruney və həbs olunandan sonra xahiş elədiyi ilk şey

sensasiyalı məlumatlarla onu qəhrəmana çevirən qəzet olur. O, qəzet səhifəsini

La-Qradi, Eynşteyn, Lindberq, Toskanini və ya Ruzveltin portretləriylə bölüşən

öz şəklinə istənilən qədər tamaşa edir, “isti yerə” – elektrik stuluna düşmək

perspektivi ona hələ uzaqda olan və boş şey kimi görünür”.

Əgər siz mənə özünüzün əhəmiyyət kəsb etdiyiniz hissinə necə yiyə-

ləndiyinizi desəniz, mən sizin kim olduğunuzu deyərəm. Bu, sizin xarakterinizi

müəyyən edir. Bu, sizin ən əhəmiyyətli səciyyəvi əlamətinizdir. Misal üçün, Con

D.Rokfeller heç vaxt görmədiyi və heç vaxt da görməyəcəyi milyonlarla yoxsul

insanın qeydinə qalaraq Pekində müasir xəstəxananın inşa olunmasına pul ianə

edəndə özünün əhəmiyyət kəsb etdiyini hiss elədi. Dillinger isə, əksinə, özünün

əhəmiyyət kəsb etməsi hissini banditizmdə, bankların qarət olunmasında və

qətllər törətməkdə tapdı. Bir dəfə polis onu təqib edən vaxt o bir aptekə soxulur

və qışqırır: “Mən Dillingerəm!” O, bəşəriyyətin bir nömrəli düşməni olması ilə

fəxr edirdi. “Mən sizə toxunmayacağam”, – demişdi onda.

Dillinger və Rokfeller arasında əsas fərq özlərinin əhəmiyyət kəsb etdikləri

ilə bağlı fərdi hissə nəyin sayəsində yiyələnmələrindədir. Məşhur adamların

özlərinin əhəmiyyət kəsb etmələri hissini qazanmağa necə çalışdıqları

əhvalatları ilə tarix zəngindir. Hətta Corc Vaşinqton da istəyirdi ki, ona “Birləşmiş

Ştatların əlahəzrət prezidenti” titulu verilsin. Kolumb “Okeanın admiralı və

Hindistanın prezidenti” tituluna inadkarlıqla can atırdı. Qüdrətli Yekaterina

“İmperator Ülyahəzrətlərinə” yazılmayan məktubları açmaqdan imtina edirdi.

Xanım Linkoln Ağ Evin sahibəsi olanda xanım Qrantın üstünə aslan kimi atılaraq

çığırmışdı: “Siz mən olan yerdə mən bunu sizə təklif etməzdən əvvəl oturmağa

necə cürət edirsiniz?!”

Bizim milyonçularımız admiral Birdin Antarktidaya ekspedisiyasını maliy-

yələşdirməyə buz dağları silsiləsinə özlərinin adının veriləcəyi şərtilə kömək

edirdilər. Viktor Hüqo buna ümid bəsləyirdi ki, nə az, nə də çox, Parisin adı onun

şərəfinə dəyişdiriləcəkdir. Hətta Şekspir, möhtəşəmlərdən möhtəşəmi, öz adının

parıltısına, nəsli üçün gerb nişanı qazanmağa nail olmağa çalışırdı.

Bəzən adamlar diqqət cəlb eləmək və bununla da özlərinin əhəmiyyət kəsb

etdikləri hissinə yiyələnmək üçün özlərini çarəsiz xəstə kimi göstərirlər. Misal

üçün, xanım Mak-Kinli. O, özünün əhəmiyyət kəsb etməsi hissindən öz ərini,

Birləşmiş Ştatların prezidentini mühüm dövlət işlərini saya salmadan və onu

yatağının yanında dörd saat tərpənmədən oturmağa məcbur etməklə həzz alırdı.

Bu qadın onu daxildən yandıran özünə yüksək diqqət yanğısını diş həkimi

gələndə ərini yanında qalmağa vadar etməklə yatırdırdı. Bir dəfə isə Mak-Kinli

Con Qremlə təyin olunmuş görüşü keçirmək üçün onu dantistin yanında tək

qoyduğuna görə mərəkə qoparmışdı.

Meri Roberts Reynhard bir dəfə mənə çiçəklənən sağlam cavan qadın

haqqında danışmışdı ki, o, əhəmiyyət kəsb etdiyini hiss eləmək üçün özünü

əlacsız xəstə yerinə qoymuşdu. Günlərin birində həmin qadın, çox güman, yaşa

dolduğuna görə bu faktı etiraf etməli oldu ki, daha heç vaxt ərə getməyəcək.

Tənhalıq illəri uzanır, onun öz gözləntiləri ilə bağlı ümidləri azalırdı. O yatağa

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə