Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə140/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   136   137   138   139   140   141   142   143   ...   208

eramızdan min il əvvəl yaşamış dəmirçini və onun həyat yoldaşı Yanuanı

xatırlayırıq.

Yeddinci ay, iyul Yuli Sezarın şərəfinə adlandırılmışdır. Buna görə də

imperator Avqust özünün geri qalmasını istəməyərək növbəti ayı avqust

adlandırdı. Lakin o vaxtlar səkkizinci ayda cəmi otuz gün var idi, Avqust isə

istəmirdi ki, onun adı ilə adlandırılan ay Yuli Sezarın şərəfinə adlandırılmış

aydan qısa olsun. O, fevraldan bir günü götürdü və onu avqusta əlavə etdi. Bu

şöhrətpərəst oğurluğun izlərini siz bu gün evinizdə asılan təqvimdə görə

bilərsiniz. Həqiqətən də, siz öyrənirsiniz ki, sözlərin tarixçəsi çox maraqlıdır.

Böyük lüğətdə aşağıdakı sözlərin əmələ gəlməsini tapmağa çalışın: atlas,

boykot, koloss, sendviç, lunatik, maliyyə... Onların tarixçəsini öyrənin. Bunun

sayəsində onlar ikiqat rəngarəng, ikiqat maraqlı olacaqlar. Və onda siz onlardan

daha böyük həvəs və maraqla istifadə edəcəksiniz.

Bir cümlənin yüz dörd dəfə təkrar köçürülməsi

Nəzərdə tutduğunuzu dəqiq deməyə və fikirlərinizin ən incə nüanslarını

ifadə etməyə çalışın. Bu, həmişə asan olmur, hətta təcrübəli yazıçılar üçün də.

Xanım Fannı Herst mənə danışmışdı ki, hərdən o, öz cümlələrini əllidən yüz

dəfəyə qədər təkrar köçürür. O dedi ki, bizim söhbətimizdən cəmi bir neçə gün

əvvəl bir cümlə yüz dörd dəfə yenidən yazılmışdı. Xanım Meybl Herbert Urner

mənə bildirmişdi ki, bir neçə qəzetdə dərc olunacaq qısa bir hekayədə bir və ya

iki cümləni ixtisar etmək üçün bəzən olur ki, bütün gününü sərf edir.

Mürəbbi Morris danışırdı ki, Riçard Hardinq Devis yerinə düşən və düzgün

sözü tapmaq üçün daim işləyirdi.

“Onun bədii prozasında hər bir ifadə onun təklif edə biləcəyi saysız-hesabsız

ifadələrin arasında ən yerinə düşəni idi.

İfadələr, abzaslar, səhifələr, hətta bütöv hekayələr yenə və yenə köçürülürdü.

O ixtisar etmək prinsipi üzrə işləyirdi. Əgər o, avtomobilin darvazanın qarşısında

döndüyünü təsvir etmək istəyirdisə, onda əvvəl bunu uzun və təfsilatlı surətdə,

ən xırda, xristian dünyasında ən diqqətli adamın da bu hadisə ilə bağlı yadda

saxlaya bilməyəcəyi detalı belə gözdən qaçırmadan qələmə alırdı. Sonra o, özünü

bu qədər gücə salaraq yadına saldığı həmin detalları bir-birinin ardınca atırdı.

Hər ixtisardan sonra o, özündən soruşurdu: “Mənzərə saxlanılırmı?” Əgər

mənzərə saxlanılmırdısa, onda o, indicə atdığı detalı bərpa edir və başqa detalları

ixtisar etməyə başlayırdı və sair və ilaxir. Bu, o vaxtadək davam edirdi ki,

Herkules səylərindən sonra oxucu üçün yalnız onun hekayə və romantik əhvalat-

larının həmişə bu qədər məftunedici şəkildə bəzədildiyi, hər bir xırda detalı ilə

tamamlanmış gur və dəqiq mənzərələri qalırdı”.

Bizlərdən əksəriyyətimiz sözün üzərində cidd-cəhdlə işləmək üçün nə vaxta,

nə də istəyə malikik. Bu epizodlar ona görə göstərilib ki, məşhur yazıçıların

düzgün qələmə almaq tərzinə və fikri düzgün ifadə etməyə nə qədər böyük məna

verdikləri diqqətinizə çatdırılmış olsun. Bu, sizi ruhlandırmaq, sizdə dilin fəal

işlədilməsinə güclü maraq doğurmaq üçün edilir. Cümləni deyərkən natiqin

çatdırmaq istədiyi fikrin məhz düşündüyü çalarını ifadə etmək üçün məhz hansı

sözü seçmək üzərində fikirləşməsi, əlbəttə, düzgün olmazdı. Lakin o, fikrin dəqiq

ifadə olunmasını gündəlik ünsiyyət prosesində o vaxta qədər özündə işləyib

downloaded from KitabYurdu.org




düzəltməlidir ki, bu, qeyri-şüuri surətdə baş versin. O, bunu etməlidir, bəs o,

bunu edirmi? Xeyr.

Deyirlər ki, Milton səkkiz min sözdən istifadə edirdi, Şekspir isə – on beş

mindən. İngilis dilinin normativ lüğətinə yarım milyondan əlli min az söz

daxildir. Lakin adamların əksəriyyəti, əldə olan məlumatlara görə, təqribən iki

min sözlə keçinir. Onun ehtiyatında müəyyən sayda fel, onları birləşdirmək üçün

kifayət qədər sayda bağlayıcı söz, bir ovuc isim və bir neçə sürtülmüş sifət vardır.

O, əqli cəhətdən həddən artıq tənbəldir və ya o, həddən artıq məşğuldur ki,

özündə ifadə tərzinin dəqiqliyini və səlisliyini işləyib formalaşdırsın. Nəticədə

bəs nə alınır? İzin verin bir nümunə göstərim. Bir dəfə mən Kolorado

platosundakı Böyük Kanyonun yanında bir neçə unudulmaz gün keçirmişdim.

Gün ərzində mən bir xanımın çau-çau cinsli it haqqında, orkestrin ifa etdiyi

musiqi əsəri haqqında, insan xarakteri haqqında və Böyük Kanyonun özü

haqqında danışarkən eyni bir sifət işlətdiyini eşidirdim. Bu, “gözəl” sifəti idi.

Bəs bu qadın nə deməli idi? Rojenin “Söz xəzinəsi” (P.Roget. «Treasury of

Words») lüğətindən “gözəl” sözünün sinonimlərini istifadə etməli idi. Bu, onun

tam lüğətinin (P.Roget. «Thesaurus of Words and Phrases») çox böyük fayda

verən ixtisar olunmuş nəşridir. Əgər bu kitab mənim stolumun üstündə deyilsə,

şəxsən mən heç vaxt yazmağa oturmuram. Mən onu adi lüğəti işlətdiyimdən on

dəfə çox istifadə edirəm.

Bu kitabın yaradılmasına Roje neçə il ağır əmək həsr etmişdir. Bununla belə,

bu kitab daim sizin yazı stolunuzun üstündə olacaq və bahalı olmayan qalstuka

verdiyiniz məbləğin müqabilində bütün ömrünüz boyu sizə xidmət edəcəkdir.

Bu, kitabxana rəflərində saxlanmaq üçün alınan kitablardan deyil. Bu, daim

işlədilməli olan alətdir. Çıxışlarınızda dediyiniz fikirləri qeyd edəndə və ya

cilalayanda ondan istifadə edin.

Öz məktublarınızı diktə eləyəndə və öz komitənizin hesabatını tərtib edəndə

bu kitabdan istifadə edin. Ondan hər gün istifadə edin və o, sizin sözləri işlətmək

bacarığınızı ikiqat, üçqat artıracaq.

Sürtülmüş cümlələrdən qaçın

Yalnız dəqiq olmağa yox, həm də təravətli və orijinal sözlərdən istifadə

etməyə çalışın. Şeyləri öz adı ilə adlandırmağa səy göstərin.

Məsələn, nə vaxtsa, dünya suya qərq olandan dərhal sonra hansısa bir

orijinal zəka ilk dəfə bu müqayisəni istifadə etdi: “xiyar kimi soyuq”

62

. O vaxtlar



bu istisnasız olaraq yaxşı səslənirdi, çünki tamamilə yeni bir ifadə idi. Hətta

məşhur Valtasar ziyafəti dövründə də bu ifadə, ola bilsin, özünün ilkin təravətini

saxlamaqda davam edirdi və onu banketlərdə edilən çıxışlarda istifadə etmək

olardı. Lakin öz orijinallığı ilə fəxr edən hansı adam bu qədər vaxt keçəndən

sonra bir də onu təkrar edər?

Budur, sizin qarşınızda soyuğun ifadəsi üçün bir düjün müqayisə. Bunlar

xiyarla bağlı sürtülmüş müqayisədən heç də az ifadəli deyildir, bununla yanaşı,

həm də daha təzə və məqbuldur;

Qurbağa kimi soyuqdur.

Səhərlər qrelka kimi soyuqdur.

Şiş (kabab çəkmək üçün) kimi soyuqdur.

Sərdaba kimi soyuqdur.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə