Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə142/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   138   139   140   141   142   143   144   145   ...   208

47 Novaxudonasor (b.e.ə. III minillik) – qədim Babil padşahı

48 Genus homo (lat.) – insan nəsli

49 Kassio

50 Muza – qədim yunan mifologiyasında: incəsənət və elm ilahəsi

51 Hempden Con (1494?–1643) – I Karl tərəfindən tətbiq edilən gəmi

rüsumunu verməkdən imtina etmiş ingilis patriotu

52 Savl – Apostol Pavlın iudeylərdə adı

53 Viviseksiya – elmi məqsəd üçün heyvanların yarılması

54 Nebulyar kosmoqonik nəzəriyyə – 1877-ci ildə ingilis astronomu Ebni

ulduzların fırlanma sürətini müəyyən etmək üçün üsul tapmış və bu məqsədlə

Dopler effektini istifadə etməyi təklif etmişdi. Lakin 1928-ci ildə (üstündən 51 il

keçəndən sonra) iki astronom: O.Struve (ABŞ) və Q.Şayn (Rusiya) bu məsələni

praktiki olaraq həll etmişdi.

55 Patka – tam şirin olmayan nişastadan ibarət mürəkkəb maddə

56 Xəfənək – at və başqa heyvanlarda ciyər xəstəliyi

57 Kokker Edvard (1631–1675) – XVII əsrdə geniş yayılan hesab dərsliyinin

müəllifi. “Kokker üzrə olduğu kimi” ifadəsi, “sənətin bütün qaydalarına uyğun

olaraq” deməkdir.

58 “Ayılar” – qiymətlərin aşağı düşməsinə oynayan birja maklerləri.

“Öküzlər” – qiymətlərin qalxmasına oynayan birja maklerləri

59 Bard – qədim keltlərdə el şairi

60 P.Emerson. “Esse”. Q.Toro. “Uolden və ya meşədə həyat”.

61 Azərbaycan məsəli: çörək kəsdiyiniz adam

62 İngilis idioması olan “xiyar kimi soyuq” (cool as a cucumber) “təmkinli,

soyuqqanlı” deməkdir. Müəllif isə bu ifadənin birbaşa mənasını oynadır.

NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT

YAŞAMAĞA BAŞLAMAQ NECƏ OLAR

XXI əsrin ağlasığmaz qədər gur, mürəkkəb, problematik başlanğıcı!.. Bundan

insan qalaraq necə salamat çıxmalı? Yaxınlara və əziz insanlara özlərindən baş

çıxarmaqda necə kömək etməli? Necə özünü tapmalı? Necə narahat olmağa son

qoymalı və yaşamağa başlamalı?

İnsan münasibətləri sahəsində məşhur amerikalı mütəxəssis Deyl

Karneginin müdrik kitabı bizim həyatımızın bu və bir çox başqa vacib suallarına

cavab verir.

BU KİTAB NECƏ YAZILDI

VƏ NƏ ÜÇÜN

Otuz beş il əvvəl mən özümü Nyu-Yorkda ən bədbəxt oğlanlardan biri hesab

edirdim. Yük maşınları satırdım və dolanışığıma pulu bu yolla qazanırdım. Yük

downloaded from KitabYurdu.org



maşınının hərəkətini idarə edən mexanizmlərdən qətiyyən baş açmırdım, bir də

ki, bundan baş çıxarmağa heç can da atmırdım, çünki bu işi görən gözüm yox idi.

Mən 56-cı Qərb küçəsindəki mebelli otaqda – tarakanların qaynaşdığı otaqda

yaşamaqdan iyrənirdim. İndiyədək də yadımdadır ki, qalstuklarımı otağın

divarlarından asırdım və səhər təmiz qalstuk götürəndə tarakanlar qalstukların

altından çıxıb hərəsi bir yana qaçırdı. Mən ucuz, çirkli, çox güman, tarakanların

dolu olduğu kafelərdə iyrənə-iyrənə qidalanardım.

Hər axşam tənha qaldığım yuvama ümidsizlik, əlacsızlıq, aclıq və hiddətdən

meydana çıxan başağrısı ilə gəlirdim. Mən ona görə hiddətlənirdim ki, kollecdə

oxuduğum illərdə sevə-sevə bəslədiyim arzular dəhşətə çevrilmişdi. Məgər bu

həyatdır – fikirləşirdim. Həmişə gözlədiyim triumf bəs hanı? Yəni bütün həyatım,

doğrudan da, məhz elə bu cür keçməlidir, mən niyə görməyə gözüm olmayan işə

getməli, tarakanların dolu olduğu otaqda yaşamalı, ikrah doğuran xörək yeməli

və gələcək üçün heç bir ümidə malik olmamalıyam?.. Mən mütaliə etmək üçün

boş vaxtımın olmasını ehtirasla istəyir və yazacağım kitabların arzusu ilə ya-

şayırdım. Yazacağım kitablar haqqında hələ kollecdə oxuduğum vaxtlarda

fikirləşirdim.

Bilirdim ki, sevmədiyim işdən gedərək heç nə itirməyəcəyəm və çox şey əldə

edəcəyəm. Böyük pullar məni maraqlandırmırdı, mən öz həyatımı maraqlı etmək

istəyirdim. Qısaca deyilərsə, mən gəlib rubikona – cavan adamlar öz həyat

yollarını başlayanda bir çoxlarının qarşısına çıxan qərar qəbul etmək məqamına

yetişmişdim. Beləliklə, mən gələcəyimi tamamilə dəyişən bir qərar qəbul etdim.

O, məni xoşbəxt elədi və mənə sonrakı otuz beş ildə həyatımdan – ən utopik

ümidlərimi də üstələyən – məmnunluq gətirdi.

Mənim qərarım aşağıdakından ibarət idi: görməyə gözüm olmayan işdən

getməliyəm. Əgər mən Missuri ştatının Uorresberq şəhərinin Pedaqoji kollecində

dörd il təhsil almışamsa, deməli, yaşlıları axşam məktəblərində hazırlaşdırmaqla

həyatım üçün vəsait qazanmağımın mənası var. Onda mənim kitab oxumağa,

mühazirələrə hazırlaşmağa, roman və hekayələr yazmağa boş vaxtım olardı. Mən

“yazmaq üçün yaşamağa və yaşamaq üçün yazmağa” can atırdım.

Bəs axşamlar yaşlı adamlara mən hansı fənni tədris edim? Kollecdəki

məşğələlərimi xatırlayanda başa düşdüm ki, orada tədris olunan bütün

predmetlər arasında işgüzar münasibətlərdə – və ümumiyyətlə, həyatda – ən

vacib və faydalı olanı danışmaq sənətidir. Nəyə görə? Ona görə ki bu sənətə

yiyələnməyim sayəsində mən utancaqlığa və inamsızlığa güc gəldim, cəsarət və

insanlarla münasibətlər qurmaq bacarığını əldə etdim. Mən həm də dərk etdim

ki, yalnız öz nöqteyi-nəzərini müdafiə eləməyi bacaran adam başqalarına

rəhbərlik edə bilər.

Mən Kolumbiya və Nyu-York universitetlərinə natiqlik sənəti üzrə axşam

kurslarının müəllimi vəzifəsinə ərizə verdim. Lakin bu universitetlərdə mənim

köməyim olmadan keçinməyi qərara aldılar.

O vaxt mən çox kədərlənmişdim, lakin sonralar bəlli oldu ki, bunda mənim

bəxtim yaman gətirib və mən heç nə itirməmişəm. Cavan İnsanların Xristian

Assosiasiyasının (CİXA) axşam məktəblərində dərs deməyə başladım ki, mən

burada konkret nəticələrə çox tez nail olum. Qarşımda çətin vəzifə dayanırdı!

Yaşlı insanlar mənim məşğələlərimə diplom və ya sosial prestij naminə

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə