Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə143/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   139   140   141   142   143   144   145   146   ...   208

gəlmirdilər. Bu adamlar yalnız bir məqsədlə gəlirdilər: onlar öz problemlərini

həll etmək istəyirdilər. Onlar mübahisə edərkən öz rəylərini müdafiə etmək

bacarığına yiyələnməyə və işgüzar iclaslarda çıxış edəndə onları huşlarını

itirmək dərəcəsinə çatdıran qorxudan yaxa qurtarmağa can atırdılar. Ticarət

agentləri dilə tutmaq mümkün olmayan müştərilərlə – belələri ilə görüşməzdən

əvvəl cəsarət toplamaq üçün kvartalın ətrafında üç dəfə dolanmayıb – iş görmək

bacarığını əldə etmək istəyirdilər. Onlar özlərini ələ almaq bacarığını və öz

qüvvəsinə inam hissini inkişaf etdirmək istəyirdilər. Onlar gördükləri işdə irəli

çıxmağa can atırdılar. Onlar daha çox pul qazanmaq və öz ailələrini təmin etmək

istəyirdilər. Hazırlaşmaları müqabilində onlar mütəmadi olaraq haqq

ödəyirdilər. Bu minvalla, əgər dərslər nəticə vermirdisə, onlar məşğələlərə

gəlmir və deməli, pul ödəmirdilər; mən isə təyin olunmuş maaş yox,

məşğələlərimdə iştirak edənlərin ödədikləri məbləğin müəyyən faizini

aldığımdan dolanışığımı təmin etmək üçün praktik olmalı idim.

O vaxt mənə belə gəlirdi ki, çox çətin şəraitdə dərs deyirəm, lakin indi başa

düşürəm ki, dəyərsiz təcrübə əldə etmişəm. Məndən öz şagirdlərimdə maraq

doğurmaq tələb olunurdu. Mən onlara öz problemlərini həll etməkdə kömək

etməli idim. Mən hər bir dərsi yaddaqalan və təəssüratlandırıcı etməli idim ki,

şagirdlərdə məşğələləri davam etdirmək istəyi meydana çıxsın.

Bu, aludəedici fəaliyyət idi. Və mən öz işimi sevdim. İşgüzar adamların

özlərinə inam hissini necə tez əldə etdikləri, onlardan bir çoxunun öz işlərində

necə sürətlə irəlilədikləri və “Dostları qazanmaq və insanlara təsir göstərmək

necə olar” qazanclarının artması məni heyrətə gətirirdi. Müvəffəqiyyət mənim

hətta ən nikbin gözləntilərimi də xeyli üstələdi. Hər axşam üçün mənə beş dollar

verməkdən imtina edən CİXA üç semestrdən sonra mənə gəlirdən hesablanan

faiz qismində hər axşam üçün otuz beş dollar ödəməyə başladı. İlk vaxtlar mən

yalnız natiqlik sənətini tədris edirdim, lakin tədricən, illər keçdikcə başa düşdüm

ki, yaşlı şagirdlərim dostlar qazanmaq və insanlara təsir göstərmək bacarığına da

eyni dərəcədə möhtacdırlar. Mən bu iş üçün yararlı olan dərs vəsaiti tapa

bilmədiyimdən insanların cəmiyyətdə münasibətləri haqqında kitabı özüm

yazdım. Kitab yazılmışdı – xeyr, o, adi qaydada yazılmamışdı. O ərsəyə gəlmişdi

və yaşlı dinləyicilərimin həyat təcrübəsi əsasında yaranmışdı. Mən onu

adlandırdım. Kitab istisnasız olaraq mənim dinləyicilərim üçün dərs vəsaiti kimi

yazılmış olduğundan, eləcə də mən heç kimin heç vaxt eşitmədiyi başqa dörd

kitab da yazdığımdan və onların belə geniş yayıla biləcəyini isə heç ağlıma da

gətirmədiyimdən məni hazırda sağ olan müəlliflər arasında ən heyrətlənmişi

hesab etmək olar.

İllər ötürdü və mən başa düşdüm ki, dinləyicilərimin ən böyük prob-

lemlərindən biri narahatlıqdır. Onların böyük əksəriyyəti işgüzar adamlar idi:

inzibatçılar, ticarət agentləri, mühəndislər, mühasiblər, bütün ixtisasların və

peşələrin nümayəndələri. Və onların əksəriyyətinin qarşısında problemlər

dururdu. Məşğələlərə xanımlar da gəlirdi: işləyənlər və evdar qadınlar. Və

onların da problemləri var idi. Tamamilə aşkar idi ki, narahatlığın aradan

qaldırılmasına kömək edəcək dərs vəsaiti zəruridir və mən yenə də müvafiq

kitab tapmağa cəhd etdim. Mən 5-ci avenyu və 42-ci küçənin tinində yerləşən

Nyu-York Mərkəzi Kitabxanasına yollandım və təəccübümə rəğmən aşkar etdim

downloaded from KitabYurdu.org



ki, kitabxanada “Narahatlıq” rubrikası altında siyahıda cəmi 22 kitab var.

“Qurdlar” rubrikası altında 189 kitabın olduğu da məni bərk heyrətləndirdi.

Qurdlar haqqında kitab narahatlıqla müqayisədə, demək olar, doqquz dəfə çox

idi


63

. Sarsıdıcıdır, elə deyilmi? Axı narahatlıq – bəşəriyyət qarşısında duran ən

vacib problemlərdən biridir və çox güman ki, ölkənin istənilən məktəbində və

kollecində “Narahatlığa necə son qoymalı?” kursları oxunmalıdır. Lakin mən

ölkənin heç bir tədris müəssisəsində bu məsələ ilə bağlı bir dənə də olsun dərs

vəsaiti tapa bilmədim. Təəccüblü deyil ki, Devid Siberi “Necə narahatlığı

üstələməli” kitabında yazırdı: “Biz yetkinlik mərhələsinə adlayarkən həyatın

sınaqlarına kitab qurdlarının baletdə çıxış etməyə hazır olmadığı qədər

hazırlıqsız oluruq”.

Və nəticədə nə olur? Bizim ölkəmizdə xəstəxana çarpayılarının yarısından

çoxunu əsəbi və emosional pozuntulardan əziyyət çəkən adamlar tutub.

Mən Nyu-York Mərkəzi Kitabxanasının rəflərində saxlanılan narahatlıq

haqqında həmin iyirmi iki kitabı oxudum. Bundan başqa, bu məsələ ilə bağlı

axtarıb tapa bildiyim kitabların hamısını aldım. Lakin kurslarımda dərs vəsaiti

qismində istifadə edə biləcəyim bir kitab da tapa bilmədim. Onda mən belə bir

kitabı özüm yazacağımı qərara aldım.

Mən bu kitab üzərində işə yeddi il bundan əvvəl başladım. Nə cür? Bütün

dövrlərin filosoflarının narahatlıq haqqında fikirlərini oxudum. Həmçinin

yüzlərlə tərcümeyi-hal oxudum – Konfutsidən tutmuş Çörçilə qədər. Müxtəlif

sahələr üzrə görkəmli insanlarla, məsələn, Cek Dempsi, general Omar Bredli,

general Mark Klark, Henri Ford, Eleonora Ruzvelt və Doroti Dikslə söhbətlər

apardım. Lakin bu yalnız başlanğıc idi.

Mən həmçinin bir iş də gördüm ki, bu, söhbət və mütaliədən daha vacib idi.

Mən narahatlıq problemi üzrə tədqiqatlar laboratoriyasında, demək olar, beş il

ərzində işlədim. Həmin laboratoriya bizim kursların nəzdində təşkil olunmuşdu.

Bu, dünyada, mənə məlum olduğu qədər, belə profilli birinci və yeganə

laboratoriyadır. Bizim fəaliyyətimiz aşağıdakından ibarət idi. Dinləyicilərimizə

narahatlıqla mübarizə ilə bağlı bir sıra qayda təklif edir və onlardan bu qaydaları

həyatda tətbiq etməyi, ardınca isə əldə olunan nəticələr barədə məşğələlərdə

məlumat verməyi xahiş edirdik. Başqa dinləyicilər narahatlıqla mübarizədə

keçmişdə istifadə etdikləri üsullar haqqında danışırdılar.

Nəticədə mən “Mən narahatlığı necə adladım” mövzusunda dünyada, belə

düşünürəm ki, istənilən bir kimsədən çox hekayə eşitmiş adam oldum. Bundan

başqa, ölkənin hər tərəfindən bu mövzu ilə bağlı mənə poçtla göndərilmiş

yüzlərlə əhvalat oxudum. Onlardan bir çoxu ABŞ və Kanadanın yüz yetmiş

şəhərində keçirilən kurslarımızda mükafatla təltif olunmuşdu. Beləcə, bu kitab fil

sümüyündən olan qüllədə yaradılmırdı. O həm də narahatlıqla necə mübarizə

aparmaq haqda akademik traktat da deyildir. Mən minlərlə yaşlı insanın

narahatlığı necə adladıqları ilə bağlı faktiki materiala əsaslanan, asan oxunan

qısa iş yazmağa çalışırdım. Bir şey aydındır: bu kitab praktiki vəsaitdir. Siz onu

öyrənməyə başlaya bilərsiniz.

Sevinclə sizə məlumat verirəm ki, bu kitabda şəxsiyyətləri heç kim

tərəfindən müəyyən edilə bilməyən, təxəyyülün məhsulu olan “mister B.” və ya

uydurulmuş “Meri və Con” haqqında hekayə tapmayacaqsınız. Kitab doğruçudur.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə