Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə144/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   140   141   142   143   144   145   146   147   ...   208

O, sənədli materiala əsaslanıb. “Elm özü ilə, – demişdi fransız filosofu Valeri, –

özünü doğrultmuş reseptlərin toplusunu təcəssüm etdirir”. Mənim kitabım da

özünü doğrultmuş, zamanın sınağından çıxmış və öz həyatımızı narahatlığın

caynağından xilas etməyə imkan verən reseptlərin toplusudur. Amma izin verin

sizi xəbərdar edim: siz kitabda təzə nə isə aşkar etməyəcəksiniz, amma gündəlik

həyatda, adətən, istifadə olunmayanı burada tapacaqsınız. Bu halda bizə təzə nə

isə heç tələb də olunmur. Kamil həyatı necə yaşamaq lazım olduğunu biz artıq

kifayət qədər bilirik. “Qızıl qaydanı” və Dağüstü moizəni biz hamımız oxumuşuq.

Bizim bəlamız savadsızlıqda yox, hərəkətsizlikdədir. Bu kitabın məqsədi – bir çox

qədim inkarolunmaz həqiqətləri bir daha illüstrasiya etmək, modernləşdirmək

və şöhrətə mindirmək, eləcə də sizi yerinizdən tərpətmək və onları tətbiq

eləməyə məcbur etməkdir.

Bu kitab sizə lazımdır, amma ona görə lazım deyil ki, onun necə yazıldığını

biləsiniz. Sizə fəaliyyət göstərmək lazımdır. Hə də, gəlin başlayaq. Əvvəl kitabın

birinci iki hissəsini oxuyun və əgər bundan sonra narahat olmağınıza son

qoymaq və həyatdan ləzzət almaq üçün sizə imkan verən yeni qüvvə və yeni

ilham aldığınızı hiss etməsəniz, onda bu kitabı zibil qutusuna atın. Belə olan

təqdirdə, o, sizin üçün faydasızdır.

Deyl Karnegi

63 İngiliscədə, narahatlıq – worry, qurd – worm



I Hissə

NARAHATLIQ HAQQINDA BİLMƏLİ OLDUĞUMUZ ƏSAS FAKTLAR

Birinci fəsil

Bu günün “bölməsində” yaşayın

1871-ci ilin yazında bir cavan oğlan əlinə kitab götürdü və öz gələcəyini

tamamilə dəyişən on yeddi sözü oxudu. O, tələbə-həkim olanda və Monrealda

ümumi profilli xəstəxanada praktika keçəndə onu aşağıdakı problemlər narahat

edirdi: buraxılış imtahanlarını necə versin, işləməyə hara getsin, öz həkimlik

praktikasını necə təşkil etsin, yaşamaq üçün vəsaiti necə qazansın.

Həmin gənc tələbə-həkimin 1871-ci ildə oxuduğu on yeddi söz ona öz

dövrünün ən məşhur terapevti olmağa kömək elədi. O, Con Hopkins

Universitetinin nəzdində, bütün dünyada məşhur olan Tibb Məktəbini təşkil etdi.

O, Oksfordda səhiyyə üzrə Kral Professoru adına – Britaniya imperiyasında tibb

üzrə alimin təltif oluna biləcəyi ən yüksək ada layiq görüldü. O, İngiltərənin kralı

tərəfindən zadəgan adına yüksəldildi. Və vəfat edərkən onun həyat tarixçəsindən

bəhs edən iki böyük, 1466 səhifədən ibarət cild buraxıldı.

Onun adı Uilyam Osler idi. Aşağıda Tomas Karleylin yazdığı, Uilyam Oslerə öz

həyatını azad etməyə kömək etmiş həmin on yeddi söz verilir:

downloaded from KitabYurdu.org



“Bizim hər birimizin əsas vəzifəsi – gələcəyin dumanlı uzaqlarına boylanmaq

yox, hazırda gördüyümüz istiqamətdə qüvvəmizi əsirgəmədən fəaliyyət

göstərməkdir”.

Üstündən qırx iki il keçəndən sonra, sakit yaz axşamında, universitet

parkında zanbaqların gül açdığı bir vaxt ser Uilyam Osler Yel Universitetinin

tələbələrinə müraciət etdi. Belə hesab edirlər ki, – demişdi o, – onun kimi bir

insan – dörd universitetin professoru və populyar kitabın müəllifi “xüsusi

keyfiyyətli beynin” yiyəsi olmalıdır. Bu, doğru deyil, bildirmişdi o. Demə, onun

dostları da bunu bilirdilər ki, o, “ən ortabab qabiliyyətlərə” malik imiş.

Bəs onun uğurunun sirri nədədir? O, həmin gün tələbələrə demişdi ki,

həmişə bu günün başqa günlərdən heç nə keçirməyən şəkildə ayrılmış

“bölməsində” yaşamağa can atdığı üçün uğura nail olub. O, nəyi nəzərdə tuturdu?

Ser Uilyam Osler Yel Universitetində çıxışından bir neçə ay əvvəl böyük

okean laynerində Atlantik okeanında səyahət etmişdi və bu gəminin kapitanı

körpücükdə dayanaraq düyməciyi basa bilərdi və həmin andaca mexanizmlərin

səsi eşidilir və gəminin ayrı-ayrı bölmələri hermetik şəkildə qapanmağa

başlayırdı ki, onlara su keçməsin. “Bizlərdən hər birimiz özü ilə, – demişdi doktor

Osler tələbələrə həmin müraciətində, – nəhəng laynerdən qat-qat gözəl

mexanizm təcəssüm etdiririk və həyata qədəm qoyaraq biz daha uzaq səfərə

üzməyə yollanırıq. Mən bunda təkid edirəm ki, hamınız sizə verilmiş mexanizmə

nəzarət etməyi və onu fırtınalardan müdafiə etməyi, yəni onun ayrı-ayrı

bölmələrini vaxtında bir-birindən təcrid etməyi öyrənməlisiniz. Öz səyahətinizin

təhlükəsizliyini siz yalnız bu halda təmin edəcəksiniz. Körpücükdə dayanın və

heç olmasa gəminin əsas bölmələrinin iş qabiliyyətli vəziyyətdə olmasını təmin

edin. Düyməciyi basın və siz həyatınızın hər bir mərhələsində dəmir qapıların

keçmişi – ölü dünənki günləri sizdən necə təcrid etdiyini eşidəcəksiniz. Başqa

düyməni basın və metal pərdə gələcəyi – hələ doğulmayan sabahkı günləri təcrid

edəcəkdir. Onda siz tam təhlükəsizlikdəsiniz – hazırkı gün üçün!.. Keçmişi təcrid

edin. Qoy ölü keçmiş öz meyitlərini dəfn etsin... Axmaqlar üçün məzara gedən

yolu işıqlandıran dünənki günləri təcrid edin... Sizin hazırda öz çiyinlərinizə

götürdüyünüz keçmişin yükünün üzərinə əlavə edilən gələcəyin yükü – bu hətta

ən güclüləri də yolda büdrəməyə məcbur edir. Keçmişi etdiyiniz kimi, gələcəyi də

o cür hermetik təcrid edin... İndiki gündədir gələcək... Yoxdur sabah. İnsanın xilas

günü – bu gündür. Enerjinin mənasız yerə sərf olunması, ruhi əzablar, əsəbi

narahatlıq – bütün bunlar gələcəyin dərdini çəkən adamın arxasınca daban-

dabana gedir... Beləliklə, gəminin bölmələrinin hamısını bərk-bərk qapadın,

laynerin burun və arxa hissələrini dəmir arakəsmələrlə ayırın. Keçmişdən və

gələcəkdən “hermetik arakəsmələrlə” ayrılmış vaxt kəsiyində yaşamaq vərdişini

özünüzdə tərbiyə edin”.

Məgər doktor Osler demək istəyirdi ki, sabahkı günə hazırlaşmaq üçün biz

heç bir səy göstərməməliyik? Xeyr. Heç də belə deyil. O, bu çıxışda yorulmaq

bilmədən yalnız bunu bildirir ki, sabahkı günə hazırlaşmağın ən yaxşı yolu – öz

qüvvə və qabiliyyətlərinin bu günün işinin ən yaxşı şəkildə yerinə yetirilməsi

üzərində cəmləşdirməkdir.

Müharibə dövründə bizim hərbiçilərimiz gələcək üçün planlar tərtib

edirdilər, lakin onlar narahat olduqlarını üzə vurmağa özlərinə izin verə

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə