Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə145/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   141   142   143   144   145   146   147   148   ...   208

bilməzdilər. “Mən ən yaxşı adamlarımı sərəncamımızda olan ən yaxşı hərbi

texnika ilə təmin etdim, – deyə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə

komandanlıq edən admiral Ernest C.Kinq bildirmişdi, – və onların qarşısında ən

ağıllı vəzifə qoydum. Edə biləcəyim nə vardısa, budur”.

“Əgər gəmini batırarlarsa, – deyə admiral Kinq davam edirdi, – mən onu

qaldıra bilməyəcəyəm. Əgər o batırılmış olarsa, mən bunun qarşısını ala

bilməyəcəyəm. Dünən baş verənlərə təəssüflənməkdənsə, mən öz vaxtımı, yaxşı

olar ki, sabahın problemlərinin həllinə sərf edim. Bundan başqa, əgər mən özümə

belə şeylərlə bağlı narahat olmağa izin versəm, elə də çox çəkmərəm”.

Həm müharibə, həm də dinclik dövründə düzgün və yanlış düşüncə tərzi

arasında fərq aşağıdakından ibarətdir: düzgün düşüncə tərzi səbəb və nəticələrin

təhlilinə əsaslanır ki, bu, məntiqi konstruktiv planlaşdırmaya aparır; yanlış

düşüncə tərzi çox vaxt gərginliyə və əsəb sarsıntılarına gətirib çıxarır.

İkinci Dünya müharibəsi dövründə hərbi formada olan bir cavan adam –

harada isə Avropada – faydalı dərsi mənimsəmişdi. Onun adı Ted Bengermino

idi. Bu adam hərbi şəraitdə özünü psixiki travmalara çatdırmışdı.

“1945-ci ilin aprelində mən, – deyə Ted Bengermino yazır, – həkimlərin

“yoğun bağırsağın iltibahı” adlandırdıqları xəstəliyə tutulacağımdan bərk narahat

olurdum. Bu azar mənə dözmək mümkün olmayan ağrı verirdi. Əgər həmin vaxt

müharibə qurtarmasaydı, əminəm ki, sağlamlığımı tamamilə itirəcəkdim.

Mən tamamilə əldən düşmüşdüm. 94-cü piyada diviziyasının dəfn

komandasında unter-zabit kimi xidmət edirdim. İşim döyüşdə həlak olanların,

itkin düşənlərin və hospitala qoyulanların hamısı üçün uçot kartlarını

doldurmaqla bağlı idi. Həmçinin həlak olmuş və elə döyüş gedə-gedə də tələm-

tələsik dərin olmayan məzarlarda basdırılmış həm müttəfiqlərin, həm də

düşmənlərin əsgərlərinin cəsədlərini qazıb torpaqdan çıxartmalı idim. Vəzifəmə

həm də həlak olanların şəxsi əşyalarını yığmaq və ölənlərin valideynlərinə, yaxın

qohumlarına göndərilməsinə göz qoymaq daxil idi. Ciddi səhvə yol verə

biləcəyimizlə bağlı qorxu məni daim qarabaqara izləyirdi. Bütün bunlara necə

tab gətirə biləcəyim məni bərk narahat edirdi. Mənə işgəncə verən bu fikir idi ki,

öz yeganə oğlumu – oğlum on altı aylıq idi, amma mən onu heç vaxt

görməmişdim – nə vaxt qucağımda saxlaya biləcəyəm. Başımı o qədər itirmiş və

heydən düşmüşdüm ki, çəkim otuz dörd funt azalmışdı. Havalanmaq həddində

idim. Öz əllərimə baxdım. Onlar skeletin qollarını xatırladırdı. Taleyimə evə əlil

qayıtmaq yazıldığı barədə fikirdən dəhşətə gəldim. Tam ümidsiz vəziyyətə

çatmışdım və uşaq kimi ağlayırdım. O qədər sarsılmışdım ki, hər dəfə tək qalanda

göz yaşları yanaqlarımla bulaq kimi axırdı. Ardendə döyüşdən sonra normal

adam ola biləcəyimə bütün ümidlərimi itirdiyimçün tez-tez ağlayırdım.

Əvvəl-axır hospitala düşdüm. Bir hərbi həkim mənə həyatımı büsbütün

dəyişən məsləhət verdi. Hərtərəfli müayinədən sonra o, bu qənaətə gəldi ki,

xəstəliyimin əsasında psixiki pozuntu durur. “Ted, – deyə o, mənə müraciət etdi,

– istəyirəm ki, sən öz həyatına qum saatına olduğu kimi baxasan. Sən bilirsən ki,

minlərlə qum dənəciyi qum saatının üst hissəsində olur və onların hamısı yavaş-

yavaş və nizamla ortadakı dar boğazdan keçir. Əgər sən və ya mən elə etsək ki,

müəyyən vaxt ərzində həmin deşikdən bir dənədən çox qum keçsin, onda saat

xarab olacaq. Sən, mən və qalan insanların hamısı da bu qum saatına bənzəyir.

downloaded from KitabYurdu.org



Biz səhər ayağa qalxanda həmin gün yerinə yetirməli olduğumuz yüzlərlə iş çıxır.

Və əgər biz həmin işləri bir-bir müəyyən vaxt kəsiyində yerinə yetirmək əvəzinə

(bir qum dənəciyinin dar deşikdən keçdiyi kimi), hamısını eyni vaxtda eləməyə

can atsaq, onda fiziki və ya psixiki qüvvəmizi laxlada bilərik”.

Mən həmin unudulmaz, hərbi həkimin məsləhət verdiyi gündən etibarən bu

fəlsəfəni həyada tətbiq edirəm. “Bir qum dənəciyi – bir vaxt vahidində... Bir iş –

bir müəyyən vaxt kəsimində”. Bu məsləhət məni müharibə dövründə xilas etdi; o,

mənə həmçinin də dinc həyatda kömək elədi. Mən Baltimorda Kommersiya

Kredit Kompaniyasında işləyirəm. İşimdə elə müharibə dövründə də qarşımda

peyda olan eyni problemlərlə üzləşdim – eyni vaxtda həddən çox işi yerinə

yetirməli idim, lakin onların öhdəsindən gəlmək üçün sərəncamımda vaxt

həddən artıq az idi. Bizim səhmlərimiz qiymətdən düşdü. Fəaliyyətimizə yeni

formalar tətbiq etməli idik. O vaxtlar yeni, açılan və bağlanan, ünvanlarını

dəyişən və sair səhmdar cəmiyyətləri təşkil olunurdu. Qeyzlənmək və

əsəbiləşmək əvəzinə, həkimin dediklərini xatırladım: “Bir qum dənəsi – bir vaxt

vahidində, bir iş – bir müəyyən vaxt kəsimində”. Bu sözləri özlüyümdə təkrar

edə-edə öz vəzifələrimi ən rasional surətdə yerinə yetirirdim. Artıq mən öz işimi

edərkən hərbi şəraitdə az qala axırıma çıxan özümü itirmək və çaşbaş qalmaq

halına düşmürdüm”.

Bizim həyat tərzimizin ən dəhşətli şərhlərindən biri budur – ölkəmizin

xəstəxanalarında çarpayıların, demək olar, yarısı əsəbi və psixiki pozuntulardan

əziyyət çəkən, qalaqlanan dünənki və qorxunc sabahkı günlərin həddən ziyadə

ağır yükünün sındırdığı pasientlər tərəfindən tutulmuşdur. Axı bu adamların

əhəmiyyətli dərəcədə əksəriyyəti həyatdan sakitcə həzz ala və xoşbəxt ola, onları

əhatə edənlərə fayda gətirə bilərdilər, əgər onlar İsa Məsihin “Sabahkı gün

haqqında narahat olmayın” tövsiyəsinə və ya Uilyam Oslerin “Bu günün

“bölməsində” yaşayın” məsləhətinə qulaq asmış olsaydılar.

Siz və mən indiki saniyədə iki əbədiyyətin kəsişməsində dayanmışıq: ucsuz-

bucaqsız keçmişin və dünyanın axırının ən sonuncu məqamına qədər irəli

uzanan gələcəyin. Biz, çox güman, həm bu, həm də digər əbədiyyətdə yaşaya

bilmərik – xeyr, heç saniyənin bir anı qədər də. Buna nail olmağa çalışmaqla biz

öz fiziki sağlamlığımızı və əqli qüvvəmizi sarsıda bilərik. Buna görə də gəlin

yaşaya bildiyimiz, çox güman, yeganə – indiki məqamdan yuxuya gedəcəyimiz

ana qədərki zaman kəsiyində yaşamaqla kifayətlənək. “Hər bir kəs özünün, necə

ağır olmasa da, yükünü gecə gələnə qədər aparmağa qadirdir, – yazırdı Robert

Luis Stivenson. – Bizlərdən istənilən birimiz öz işimizin hətta ən ağırını da bir

günün ərzində yerinə yetirməyə qabildir. Bizlərdən istənilən birimiz

ətrafımızdakılara münasibətdə qəlb zərifliyi, səbirlə, sevgi ilə, xoş niyyət və

mehribanlıqla gün batana qədər yaşaya bilər. Həyatın əsl mənası da məhz elə

bundan ibarətdir”.

Həqiqətən də, həyat bizdən yalnız bunu tələb edir. Lakin xanım E.K.Şilds

naümid vəziyyətə çatdırılmışdı və hətta intihar həddində idi – o, sübh açılandan

günəş qürub edənə qədər yaşamağı öyrənənə qədər.

“1937-ci ildə mən ərimi itirdim, – öz əhvalatını mənə danışan missis Şilts

demişdi. – Çox dərin qüssə içində idim. Yaşamaq üçün vəsaitim, demək olar, yox

idi. Keçmiş sahibkarıma, Kanzas-Siti şəhərindəki “Rouç-Fauler” firmasının

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə