Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə147/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   143   144   145   146   147   148   149   150   ...   208

ərzində Nyu-York fond birjasında qeydiyyatda idi. 1945-ci ildə Edvard S.Evans

vəfat edəndə o, Birləşmiş Ştatların ən mütərəqqi işgüzar adamlarından biri hesab

olunurdu. Sizə nə vaxtsa Qrenlandiyanın üzərindən uçmaq nəsib olsa, siz, ola

bilsin, Evans-Filddə – onun şərəfinə adlandırılan aeroportda yerə enəcəksiniz.

Bu əhvalatın mahiyyəti bundan ibarətdir: əgər Edvard S.Evans bu günün

“bölməsində” narahat olmağın sarsaqlıq olduğunu dərk etməsəydi, həyatda bu

dərəcədə təəssüratlandırıcı uğurlara çata bilməzdi.

Bizim eramızdan beş yüz il əvvəl Heraklit öz şagirdlərinə demişdi ki, “hər şey

dəyişir, bircə “dəyişikliklər qanunu” dəyişmir”. O həm də deyib: “Siz bir çaya iki

dəfə ayaq basa bilməzsiniz”. Çay hər saniyə dəyişir, eyni şey də ona girən adamla

baş verir. Həyat özü ilə daimi dəyişikliklər təcəssüm etdirir. Yeganə müəyyən

olan – bu gündür. Sonsuz dəyişikliklər və qeyri-aydınlıqlarla dolu olan gələcəyin

– heç kimin, görünür, öncədən deyə bilməyəcəyi gələcəyin problemlərini həll

etmək cəhdləriylə bu günün gözəlliyini zay eləmək lazım deyil.

Qədim romalılarda bunun üçün müvafiq söz var idi. Faktiki iki söz: Carpe

diem. “Bu gündən istifadə et”. Və ya: “Məqamı tut”. Bəli, məqamı tutun və ondan

məmnunluq tapmağa çalışın.

Con Reskin öz yazı stoluna üzərində bircə söz həkk olunmuş daş qoymuşdu:

“Bu gün”. Mənim yazı stolumun üstündə daş olmasa da, güzgümə cənab Uilyam

Oslerin həmişə öz stolunun üstündə saxladığı şeir yazılmış kağız yapışdırılıb. Bu

şeir məşhur hindistanlı dramaturq Kalidas tərəfindən yazılıb:

DAN YERİNƏ SALAM

Bu günə bir bax!

Axı həyat, həyatın məğzinin özü ondadır.

Varlığımızın həqiqəti və mahiyyəti büsbütün

Onun qısa kəsiyindədir:

Böyümək ləzzəti,

Hərəkət möhtəşəmliyi,

Nailiyyətin əzəməti.

Axı dünənki gün vur-tut bir yuxu,

Sabahkı gün isə yayğın görüntüdür.

Bu gün yaxşı yaşansa əgər,

Dünənki gün bizə xoşbəxt yuxu kimi görünür,

Hər sabakı gün isə – ümid görüntüsüdür.

Bu günlə yaşamağa çağırıram mən sizi!

Dan yerinə salam da məhz elə budur.

Beləliklə, narahatlıqla əlaqədar bilməli olduğunuz birinci məsələ bundan

ibarətdir: əgər siz narahatlığı öz həyatınızdan çıxarmaq istəyirsinizsə, cənab

Uilyam Osler kimi hərəkət edin:

Keçmişi və gələcəyi dəmir qapılarla ayırın. Hermetik bağlanmış bugünkü

bölmələrdə yaşayın.

Özünüzə bu sualları verin və onlara cavablar yazın:

1. Mən bu günün işlərini gələcəklə bağlı narahatlığa görə təxirə salırammı,

harada isə üfüqün arxasında görünən hansısa “qızılgüllərlə dolu sehrli bağça”

barədə xülyalara dalırammı?

downloaded from KitabYurdu.org




2. Keçmişdə baş verən və dönməz olaraq gedənlərə görə indiki zamanda

peşmançılıq çəkməklə həyatımı hərdən çətinləşdirirəmmi?

3. Mən hər səhər yatağımdan “məqamı tutmaq” və mənə ayrılan iyirmi dörd

saatı ən yaxşı şəkildə istifadə etmək qətiyyəti ilə qalxırammı?

4. Bu gün haqqında fikirləşməklə həyatdan daha çox şey ala bilərəmmi?

Bunu nə vaxt həyata keçirməyə başlayacağam? Növbəti həftə?.. Sabah?.. Bu gün?

İkinci fəsil

Narahatlıqla əlaqədar situasiyalardan çıxış tapmağa imkan verən

magik formula

Narahatlıqla bağlı situasiyalardan çıxış tapmağa imkan verən tez təsir

göstərən reseptə, dərhal, heç oxumağı da davam etdirmədən tətbiq etməyə

başlaya biləcəyiniz metoda sizin ehtiyacınız, yəqin ki, olar?

Belə olan təqdirdə, izin verin sizə havanın kondisionerləşdirilməsi üçün

qurğu buraxan müəssisəni yaradan istedadlı mühəndis Uillis H.Kerriyer

tərəfindən işlənib hazırlanmış metod haqqında danışım. Hazırda o, Nyu-York

ştatının Sirakyus şəhərində yerləşən, bütün dünyada tanınmış Kerriyer

korporasiyasına başçılıq edir. O, narahatlıq doğuran problemlərin həlliylə bağlı,

mənim haqqında eşitdiklərim arasında ən yaxşısı olan metod təklif edir. cənab

Kerriyer mənə bu haqda şəxsən özü bir dəfə biz onunla Nyu-Yorkda Mühəndislər

klubunda səhər yeməyi yeyəndə danışmışdı.

“Mən cavan oğlan olanda, – dedi cənab Kerriyer, – Nyu-York ştatında, Buffalo

şəhərindəki Dəmirçi kompaniyasında işləyirdim. Mənə Pittsburq kompaniyasının

Missuri ştatında, Kristal-Siti şəhərində yerləşən, güzgü şüşələri istehsal edən

zavodunda qazın təmizlənməsi qurğusunu quraşdırmaq tapşırılmışdı. Bu

zavodun qiyməti milyonlarla dollar idi. Yeni qurğu qazın qatışıqlardan

təmizlənməsi məqsədilə quraşdırılırdı ki, qaz maşınlara ziyan vurmadan yana

bilsin. Qazın təmizlənməsinin bu metodu yeni idi. Keçmişdə bu metod yalnız bir

dəfə sınaqdan çıxarılmışdı – özü də başqa şəraitdə. Kristal-Siti şəhərində

işlədiyim dövrdə nəzərdə tutulmayan çətinliklər meydana çıxdı. Bu qurğu

bütövlükdə işləyirdi, lakin bizim verdiyimiz zəmanətləri təmin etmirdi.

Mən iflasa uğramağımdan başımı itirmişdim. Özümü belə hiss edirdim ki, elə

bil kim isə məni başımdan vurub. Bütün içalatım ağrımağa başladı. Elə səksəkəli

olmuşdum ki, heç yata da bilmirdim.

Nəhayət, sağlam təfəkkür mənə dedi ki, həyəcan heç nə ilə kömək et-

məyəcək; onda öz problemimin rahat həlli üsulunu işləyib hazırladım. Bu üsul

özünü əla doğrultdu. Narahatlıqla mübarizənin bu metodunu artıq otuz ildən

çoxdur tətbiq edirəm. O lap sadədir. Ondan hər bir adam istifadə edə bilər.

Prosedura üç mərhələdən ibarətdir:

I mərhələ. Mən situasiyanı heç bir qorxusuz təhlil etdim və mövcud şəraitdə

baş verə biləcək ən pis halı təsəvvür elədim. Heç kim məni həbsxanaya salmağa

və ya güllələməyə hazırlaşmırdı. Bunda mən tamamilə əmin idim. Həqiqətən də,

vəzifəmi itirə biləcəyimlə bağlı müəyyən ehtimal var idi; bu da mümkün hesab

olunurdu ki, işəgötürənlərim yeni avadanlığı istifadə etməkdən imtina edəcək və

bizim bu işə yatırdığımız iyirmi min dolları itirəcəklər.

II mərhələ. Baş verə biləcək ən pisi təsəvvür edəndən sonra mən zərurət

yaranacağı təqdirdə bununla barışmağı qərara aldım. Özümə dedim: bu

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə