Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə149/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   145   146   147   148   149   150   151   152   ...   208

Bu sualın cavabı aşağıdakı idi: “İşim məhv ediləcək – baş verə biləcək ən pis

iş budur. Həbsxanaya düşmək perspektivi məni hədələmir. Mənə ən fəlakətli

ziyan vura biləcək nə varsa – bu, ictimai qalmaqaldır”.

Ardınca özümə dedim: “Tutaq ki, işim məhv ediləcək”. Mən fikrən bu yekunla

barışdım. Bəs sonra nə olsun?

İşdir, əgər işim məhv edilmiş olsa, onda mən, ola bilsin, başqa iş axtarmalı

olacağam. Bu heç o qədər də pis deyil. Mən neft məhsulları üzrə kvalifikasiyalı

mütəxəssis idim – bir neçə firma var idi ki, onlar məni işə sevinclə qəbul

edərdilər... Üç gün və üç gecə ərzində olduğum ruhi düşkünlük vəziyyəti duman

kimi dağılmağa başladı. Emosiyalarım yavaş-yavaş səngidi. Təəccübümə rəğmən

indi mən fikirləşmək qabiliyyətində idim.

Mən üçüncü – baş verə biləcək ən pisin yaxşılaşdırılması mərhələsinə

keçmək üçün fikirlərimin kifayət qədər aydın olduğunu hiss elədim. Problemin

həlli yollarının axtarışında situasiyanı bir neçə nöqteyi-nəzərdən gözdən

keçirdim. Əgər mən işlərin vəziyyətini öz vəkilimə danışsaydım, o, çox güman,

haqqında fikirləşmədiyim çıxış yolunu tapa bilərdi. Bilirəm, bu fikrin ağlıma

əvvəl gəlmədiyinə inanmaq çətindir, amma mən problemin həlli barədə

fikirləşmir, yalnız narahat olurdum axı! Dərhal səhər vəkilimlə

məsləhətləşəcəyimi qərara aldım. Sonra yatmağa getdim və ölü kimi yuxuladım.

Bəs bütün bu əhvalat nə ilə qurtardı? Növbəti gün səhər vəkilim rayon

prokurorunun yanına getməyi və hər şeyi ona danışmağı məsləhət gördü. Mən

onun məsləhətinə əməl etdim. Başıma gələni danışıb qurtaranda təəccübümə

rəğmən prokurorun bu sözlərini eşitdim ki, şantaj edib pul almaq bizim

rayonumuzda artıq uzun aylar davam edirmiş və özünü “hökumət müfəttişi”

adlandıran adam polisin axtarışında olan fırıldaqçıdır. Mən peşəkar fırıldaqçıya

beş min dolları verim və ya verməyim üzərində fikirləşə-fikirləşə üç gün və üç

gecə əzab çəkəndən sonra bütün bunları böyük yüngüllüklə eşitdim.

Bu təcrübə mənə bütün ömrüm boyu dərs oldu. İndi qarşımda təxirə-

salınmaz problem meydana çıxanda “qoca Uillis H.Kerriyerin formulası”

adlandırdığım metodu tətbiq edirəm”.

Uillis H.Kerrier Kristal-Siti şəhərindəki zavodda qaztəmizləyici avadanlığın

quraşdırılması ilə bağlı əzablı günlər keçirdiyi həmin vaxtlarda Nebraska ştatının

Broken-Bou şəhərindən olan cavan adam vəsiyyətnaməsini tərtib edirdi. Onun

adı Erl P.Heni idi, onun onikibarmaq bağırsağında xora əmələ gəlmişdi. Üç həkim,

o cümlədən də xoralar üzrə məşhur mütəxəssis bildirmişdi ki, cənab Heninin

müalicəsi yoxdur. Həkimlər ona dietaya oturmağı və həyəcan keçirməməyi,

narahat olmamağı, tam sakitləşməyi məsləhət görmüşdülər. Bundan başqa, onlar

ona vəsiyyətnaməsini yazmağı da tövsiyə etmişdilər.

Xəstələnməyi Erl P.Henini əla və yaxşı məvacibli işdən imtina etməyə artıq

məcbur etmişdi. Beləcə, onun heç bir işi və üstünə yavaş-yavaş gələn ölümü

gözləməkdən başqa çarəsi qalmadı.

Onda o qərar qəbul etdi – orijinal və əla bir qərar. “İndi ki mənim ömrümə

belə az qalıb, – fikirləşdi o, – bu qısa vaxt ərzində həyatdan hər şeyi almağa

çalışmaq lazımdır. Mən həmişə dünya səyahətinə çıxmağı arzulamışam. Əgər

mənə bu qismətdirsə, onda onu lap elə indi etmək lazımdır”. Və o, paroxoda bilet

aldı.


downloaded from KitabYurdu.org


Həkimlər dəhşət içində idilər. “Biz sizi xəbərdar etməliyik, – dedilər onlar

cənab Heniyə, – əgər bu səyahətə çıxsanız, onda dənizdə dəfn edilmiş

olacaqsınız”.

“Yox, bu olmayacaq, – cavab verdi o. – Mən öz qohumlarımla danışmışam və

onlar məni Nebraska ştatında, Briken-Bou şəhərində ailə sklepimizdə dəfn

edəcəklər. Buna görə də mən tabut almağa hazırlaşıram və onu özümlə səyahətə

aparacağam”.

O, tabutu aldı, onu gəmiyə gətirtdi və səyahət zamanı vəfat edəcəyi halda nə

etmək barədə paroxod kompaniyasının rəhbərliyi ilə danışdı. Onlardan xahiş etdi

ki, bu halda onun meyiti layner vətənə qayıdana qədər soyuducu bölməyə

qoyulsun. O, bu səyahətə qoca Ömərin bu şeiri ilə ilhamlanaraq yola düşdü:

Bəndə, dünənki itkilər üçün göz yaşı tökmə,

Bugünkü işləri dünənin arşını ilə ölçmə,

Nə keçmiş, nə gələcək ana inanma,

İndiki məqama inan – indi xoşbəxt ol!

65

Səyahət dövründə o, quru qanuna əsla riayət etmirdi. “Mən bu səyahət



zamanı soda və buz qatılmış viski içir və uzun siqarlar çəkirdim, – deyə cənab

Heni indi mənim qarşımda olan məktubunda yazır. – Mən ən müxtəlif təamları

yeyirdim, o cümlədən də “buyerli”lərin məni mütləq öldürməli olan xörəklərini.

Mən uzun illər ərzində keçirmədiyim ləzzətlə əylənirdim! Biz tək bircə

qorxduğuma görə məni tabuta uzatmalı olan musson və tayfunlara düşdük, lakin

mən yalnız kəskin romantik hisslər keçirirdim.

Gəmidə olanda idman oyunları oynayır, mahnı oxuyurdum, təzə dostlar

tapdım, gecəyarıya qədər əylənirdim. Biz gəlib Çin və Hindistana çatanda mən

işlərin meydana çıxardığı həyəcanların, məni evdə təqib edən qayğıların Şərqdə

gördüyüm yoxsulluq və aclıqla müqayisədə cənnət olduğunu başa düşdüm.

Mənasız həyəcanlarımdan əzab çəkməyə son qoydum və özümü əla hiss elədim.

Amerikaya çəkimi doxsan funt artıraraq qayıtdım. Məndə mədə xorasının

olduğunu, demək olar, unutmuşdum. Özümü həyatımda heç vaxt bundan yaxşı

hiss eləməmişdim.

Tabutu dərhal geri, tabutçunun özünə satdım və yenə də işlərimə girişdim. O

vaxtdan bir dəfə də xəstələnməmişəm”.

Erl P.Heni bütün bunlar baş verən vaxt Uillis H.Kerriyer və onun narahatlıqla

mübarizə metodu haqqında heç vaxt eşitməmişdi. “Lakin indi mənə aydın oldu ki,

– deyə o, bu yaxınlarda mənə danışdı, – qeyri-şüuri olaraq eynilə həmin prinsipi

tətbiq etmişəm. Mən baş verə biləcək ən pis şeylə barışdım – mənimlə bağlı

söhbət ölümdən gedirdi. Ardınca, mənə buraxılan ömrün qalan qısa hissəsində

həyatdan ləzzət almaqla öz vəziyyətimi yaxşılaşdırmağa çalışdım... Əgər mən, –

deyə o, sözünü davam edirdi, – əgər mən səyahət zamanı narahatlıq hiss etmiş

olsaydım, onda, heç bir şübhə yoxdur ki, geriyə yolu mən tabutda uzanaraq ke-

çərdim. Amma süstləşdim və hər şeyi yaddan çıxartdım. Əldə etdiyim ruhi

sakitlik mənə həyatımı faktiki olaraq xilas edən enerji verdi”.

Beləliklə, bizim haqqında artıq danışdığımız magik formulaya əməl etməklə

Uillis H.Kerriyer dəyəri iyirmi min dollar olan kontraktı xilas edə bildi, Nyu-

Yorkdan olan biznesmen özünü şantajdan müdafiə etdi, Erl Heni isə faktiki

olaraq öz həyatını xilas edə bildi. Bəlkə bu formula sizə də bəzi problemlərinizin

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə