Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə15/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   11   12   13   14   15   16   17   18   ...   208

düşdü və onun qoca anası on il ərzində məcməyilərlə ona yemək daşıyaraq

üçüncü mərtəbəyə və aşağıya səyahət edirdi. Lakin əldən düşmüş qoca qadın bir

gün xəstələnir və ölür. “Xəstə” bir neçə gün aclıqdan əzab çəkir, lakin sonra

qalxır, geyinir və yenidən normal həyata qayıdır.

Bəzi nüfuzlu mütəxəssislər bildirirlər ki, insanlar gerçəkliyin qəddar

aləmində onlara münasibətdə etiraf edilməyən özlərinin əhəmiyyət kəsb etməsi

hissinə dəlilik dumanında yiyələnmək üçün, həqiqətən də, havalana bilərlər. ABŞ

xəstəxanalarında psixi pozuntularla yatan xəstələrin sayı bütün başqa

xəstəliklərə mübtəla olmuş xəstələrin sayından çoxdur. Əgər yaşınız on beşdən

çoxdursa və Nyu-York ştatında yaşayırsınızsa, iyirmidən bir şansınız var ki,

həyatınızın yaxın yeddi ili ərzində siz psixiatrik xəstəxanaya düşə bilərsiz.

Havalanmanın səbəbi nədədir?

Bu cür geniş suallara heç kim cavab verə bilməz. Biz bilirik ki, bəzi, məsələn,

sifilis kimi xəstəliklər beyin hüceyrələrini məhv edir və dəliliyə gətirir. Psixi

xəstəliklərin yarısına qədəri bu cür, beyin zədələnməsi, alkoqol, toksinlər və

yaralanmalar kimi fiziki təsirlərin nəticəsi ola bilər. Lakin ikinci yarısı –

məsələnin dəhşətli tərəfi də məhz elə bundadır – dəli olmalarla bağlı halların

beyin hüceyrələrinin üzvi zədələnməsiylə heç cür bağlı deyildir: ölümdən sonra

keçirilən ekspertizalarda, onların beyin hüceyrələri mikroskopun altında öyrə-

niləndə bu hüceyrələri bizimlə sizdə olduğu kimi sağlam tapırlar.

Bu adamlar axı niyə dəli olurlar?

Mən bu sualı ən iri psixiatriya xəstəxanalardan birinin baş həkiminə

vermişəm. Psixi xəstəliklərin tədqiqatına görə ən yüksək fəxri adlar və

mükafatlar almış həmin alim mənə birbaşa dedi ki, insanların bir çoxu dəli

olaraq, havalanmış halda özlərinin gerçək aləmdə qazanmaq iqtidarında

olmadıqları əhəmiyyət kəsb etmək hissini əldə ediblər. Sonra o, mənə bu əhvalatı

danışdı:

“Məndə hazırda bir pasient xanım var ki, ərə getməsi onun üçün əsl faciəyə

çevrilmişdi. O, sevgi, seksual məmnunluq, övladlar və sosial hörmət istəyirdi.

Lakin həyat onun gözləntilərini aldatdı, əri onu sevmirdi.

Əri hətta onunla birlikdə bir süfrə arxasında oturmaqdan da imtina etmişdi

və yeməyini yuxarı mərtəbəyə gətizdirirdi. Onun uşaqları yox idi, cəmiyyətdə

mövqeyi yox idi. O havalandı. Öz təxəyyülündə o, ərindən boşanmışdı və yenidən

qızlıq familiyasını götürmüşdü. İndi o, əmin idi ki, bir ingiltərəli aristokrata ərə

gedib və onu xanım Smit çağırmağımızı təkid edirdi. Uşaqlara gəlincə isə, ona

belə gəlirdi ki, hər gecə bir uşaq doğur. Mən onu hər dəfə yanıma çağırtdıranda o,

mənə deyir: “Həkim, bu gecə mənim qız bebbim doğulub”.

Günlərin bir günü həyat onun ümid gəmisini gerçəkliyin iti qayalarına çırpıb

dağıtdı; dəliliyin günəşli, fantastik adalarında onun barkentinin yelkənlərini

açaraq arzularda oxunan küləyin musiqisi altında sağ-salamat diləklər limanına

yetirdi.

Faciəvidir? Düzü, heç bilmirəm. Onun həkimi mənə demişdi: “Mən ona

kömək əlimi uzada və sağlamlığını qaytara bilsəydim; əmin deyiləm ki, bunu edə

biləm... O, özünün indiki halında daha xoşbəxtdir”.

Havalananlar əsas etibarilə bizdən bəxtəvərdirlər. Onlar öz problemlərinin

hamısını həll ediblər. Onlar bir milyon dollarlıq çeki sizin üçün böyük həvəslə

downloaded from KitabYurdu.org



imzalayar və ya Ağa Xana

11

təqdim etmək üçün zəmanət məktubu verərlər.



Yaratdıqları fantastik dünyada onlar özlərinin bu qədər ehtirasla arzuladıqları,

əhəmiyyət kəsb etdikləri hissini tapıblar.

Əgər bəzi insanlar özlərinin əhəmiyyət kəsb etməsi hissinə o qədər

hərisdirlər ki, bunu əldə etmək üçün, həqiqətən də, dəli olurlar, onda onların

əhəmiyyət kəsb etdiklərini səmimi olaraq etiraf etməklə insan münasibətlərində

nə qədər möcüzəvi nəticələrə nail ola biləcəyimizi təsəvvür edin.

Mən tarixi bildiyim qədər, yalnız iki nəfər bir milyon dollar məbləğində illik

məvacibə malik olub: Uolter Kraysler və Çarlz Şvab.

Endrü Karnegi Şvaba ildə bir milyon dollar və ya gündə üç min dollardan çox

nəyə görə ödəyirdi? Nəyə görə? Bəlkə ona görə ki Şvab dahi idi? Xeyr. Bəlkə ona

görə ki o, poladın istehsalı ilə bağlı başqalarından çox bilirdi? Cəfəngiyatdır. Çarlz

Şvab özü mənə danışmışdı ki, onun işçilərinin bir çoxu polad istehsalı ilə bağlı

ondan xeyli çox bilir. Şvab demişdi ki, ona belə yüksək əməkhaqqını insanlara

rəhbərlik etmək bacarığına görə ödəyirdilər. Mən ondan bunu necə etdiyini

soruşdum. Budur onun sirri, onun özünün dediyi, bürüncdə əbədiləşdirilməli və

ölkənin hər bir evində və məktəbində, hər bir mağazasında və idarəsində

asılmalı olan sözlər. O sözlər ki, uşaqlar latın fellərinin qoşmalarını və ya Brazili-

yada yağıntıların illik miqdarını yadda saxlamaq əvəzinə, bunu yadda saxlama-

lıdırlar; o sözlər ki, bizim həyatımızı və şüurumuzu tamamilə dəyişəcək, əgər siz

onları rəhbər tutaraq yaşayacaqsınızsa:

“Malik olduğum ən dəyərli keyfiyyətin insanlarda entuziazm doğurmaq

bacarığının olduğunu hesab edirəm, – deyirdi Şvab, – və zənn edirəm ki, insanda

olan ən yaxşını inkişaf etdirməyə kömək edən üsul – bu, onun dəyərli olduğunun

etiraf olunması və mükafatlandırılmasıdır.

İnsanın özünəhörmət hissini yüksək vəzifədə olan tərəfindən tənqidə məruz

qalmaq kimi öldürən başqa heç nə yoxdur. Mən heç vaxt heç kimi tənqid

etmirəm. Adama işləmək üçün təkanverici motiv aşılamağa çox böyük əhəmiyyət

verirəm. Buna görə də insanda tərifə layiq olanı tapmağın qayğısına qalıram və

səhvlər axtarılmasına nifrət edirəm, nə isə mənim xoşuma gələndə, mən bunu

təqdir edəndə və tərif söyləyəndə səmimiyəm”.

Şvab məhz elə bu cür də hərəkət edirdi. Bəs orta statistik adam necə hərəkət

edir? Məhz onun əksinə. Nə isə onun xoşuna gəlməyəndə o, yerin altında və

üstündə söymədiyi heç nə qoymur, xoşuna gələndə isə susur.

“Dünyanın müxtəlif yerlərində bir çox nüfuzlu adamlarla bütün geniş

əlaqələrim və tanışlıqlarımla belə, – bildirirdi Şvab, – mənə belə adamı axtarmaq

lazım gələrdi ki, o, nə qədər qüdrətli və öz mövqeyindən nə dərəcədə razı olsa da,

tənqidlə müqayisədə tərifin təsiri altında işi daha yaxşı görməsin və daha çox səy

göstərməsin”.

Onun gizlətmədən açıb dedikləri Endrü Karneginin fenomenal uğurunun

əsas səbəblərindən biri idi. Karnegi onun həm ictimai, həm də şəxsi əlaqələrini

yüksək qiymətləndirirdi.

Və hətta başdaşısında da Karnegi köməkçilərini vəsf etməyi arzulamışdı. O,

özü üçün aşağıda göstərilmiş epitafiyanı qoşmuşdu: “Burada özündən ağıllı olan

insanları özünə tabe etdirməyi bacaran adam uyuyur”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə