Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə150/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   146   147   148   149   150   151   152   153   ...   208

həllində kömək edə bilər? Bəlkə o, sizə həlli olmayan məsələlər kimi görünən

problemlərin adlanmasında da karınıza gəldi?

Beləliklə, ikinci qayda: əgər sizdə narahatlıqla əlaqədar olan situasiyalar

yaranırsa, Uillis H.Kerriyerin magik formulasını tətbiq edin:

1. Özünüzdən soruşun: “Baş verə biləcəklərin arasında ən pis olanı nədir?”

2. Özünüzü zərurət yaranacağı halda bununla barışmağa hazırlaşdırın.

3. Sonra isə situasiyanı necə dəyişmək lazım olduğu barədə sakitcə fikirləşin.

Üçüncü fəsil

Narahatlıq nə kimi nəticələrə

gətirə bilər

Narahatlıqla mübarizə aparmağı bacarmayan

işgüzar adamlar cavan ölürlər.

Doktor Aleksis Karrel

66

Bir neçə il əvvəl axşam vaxtı qonşum qapımın zəngini vurdu və dilə tutmağa



başladı ki, mən və ailəm özümüzə çiçək xəstəliyindən peyvənd etdirək. O, Nyu-

Yorkun bir çox mənzillərinin qapısının zəngini çalan minlərlə könüllüdən biri idi.

Qorxuya düşən insanlar peyvənd ediləcəklərini gözləyərək saatlarla növbədə

dururdu. Peyvənd məntəqələri təkcə bütün xəstəxanalarda yox, həmçinin

yanğınsöndürən, depo, polis idarələrində və iri sənaye müəssisələrində də

açılmışdı. İki min nəfərdən çox həkim və tibb bacısı topa-topa insanları peyvənd

edərək, gecə və gündüz özlərini əldən-ayaqdan salaraq işləyirdi. Belə bir

həyəcanın səbəbi nədədir? Nyu-Yorkda səkkiz nəfər çiçək xəstəliyinə tutulub,

onlardan ikisi vəfat edib. Demək olar, səkkiz milyonluq əhali arasında iki ölüm

halı.


Demək lazımdır ki, artıq otuz yeddi ildən çoxdur Nyu-Yorkda yaşayıram və

indiyə qədər heç kim qapımın zəngini buna görə vurmayıb ki, məni emosional

sarsıntıdan – son otuz yeddi ildə çiçək xəstəliyi ilə müqayisədə on min dəfə artıq

ziyan vurmuş xəstəlikdən xilas etsin.

Könüllülərdən heç kəs qapımın zəngini çalmayıb və məni bu barədə

xəbərdar etməyib ki, ABŞ-da yaşayan insanların hər on nəfərindən biri əksər

hallarda narahatlıq və emosional konfliktlərin meydana çıxardığı əsəb sisteminin

pozulması ilə xəstələnəcək. Beləliklə, mən bu fəsli yazaraq sizin qapınızın zəngini

vurmağa və sizi bu haqda xəbərdar etməyə can atıram.

Məşhur alim, səhiyyə üzrə Nobel mükafatı laureatı doktor Aleksis Karrel

deyib: “Narahatlıqla mübarizə aparmağı bacarmayan işgüzar adamlar cavan

ölürlər”. Lakin bu həm evdar qadınlara, həm veteranlara, həm də bənnalara

aiddir.

Mən bir neçə il əvvəl məzuniyyətimi doktor O.F.Qoberlə – Santa-Fe şəhəri



dəmir yolunun səhiyyə işçilərindən biri ilə birlikdə avtomobillə Texas və Nyu-

Meksiko ştatlarında səyahət etməklə keçirirdim. O, Meksika körfəzi, Kolorado və

Santa-Fe Xəstəxanaları Assosiasiyasında baş terapevt vəzifəsini tuturdu. Biz

narahatlığın insana təsiri barədə söhbət etdik və o dedi: “Həkimə müraciət edən

pasientlərin yetmiş faizi özləri də müalicə oluna bilərdi, əgər onlar qorxu və

narahatlıqdan yaxa qurtara bilsəydilər. Düşünməyin ki, mən onların

xəstəliklərini guya təxəyyül olunan xəstəlik hesab edirəm. Onların xəstəliyi diş

ağrısı kimi realdır və çox vaxt yüz qat ciddidir. Mən əsəb zəminində həzm

downloaded from KitabYurdu.org



prosesinin pozulması, yuxusuzluq, başağrıları və iflicin bəzi növləri haqqında

danışıram”.

“Bu xəstəliklər realdır. Mən nə dediyimi bilirəm, – demişdi doktor Qober, –

axı mən özüm də iyirmi il ərzində mədə xorasından əziyyət çəkmişəm.

Qorxu narahatlıq doğurur. Narahatlıq sizi qıcıqlanmış və əsəbi hala gətirir və

mədənizin əsəblərinə təsir göstərir və həqiqətən də, mədənizin şirəsinin

tərkibini dəyişir ki, bu da çox vaxt mədə xorasına gətirir”.

“Əsəb zəminində mədə pozuntusu” kitabının müəllifi doktor Cozef

F.Monteqyu da eyni şeyi deyir. O yazır: “Mədə xorası sizin nə yediyinizdən

meydana çıxmır. Xoralar sizin özünüzü yeyəndən meydana çıxır”.

Meyo klinikasının həkimi doktor U.S.Alvares deyib: “Xoralar çox vaxt

emosional stress əyrisinin qalxma və enmələrindən asılı olaraq açılır və çapıqla

örtülür”.

Bu qənaətə Meyo klinikasına mədə pozuntuları diaqnozu ilə qəbul edilmiş 15

000 nəfər pasientin müayinəsi əsasında gəlinmişdi. Pasientlərin hər beş

nəfərindən dördündə mədə xəstəliklərini meydana çıxaran fiziki səbəblər yox idi.

Mədə xəstəliklərini və mədə xorasını doğuran əsas faktorlar qorxu, narahatlıq,

nifrət, istisnasız eqoizm və real gerçəkliyə uyğunlaşmaq qabiliyyətinin olmaması

idi... Mədə xorası sizi öldürə bilər. “Layf” jurnalının verdiyi məlumata görə, mədə

xorası hazırda ölümcül xəstəliklər sırasında onuncu yerdədir.

Bu yaxınlarda mən Meyo klinikasında çalışan doktor Qarold S.Habeynlə

məktublaşırdım. O, Əmək gigiyenası sahəsində işləyən terapevt və cərrahların

Amerika Assosiasiyasının illik konfransında məruzə etmişdi və həmin məruzədə

orta yaş həddi 44,3 il olan 176 nəfər inzibati işçinin sağlamlıq vəziyyətinin

tədqiqatı barədə məlumat verilirdi. Demə, bu inzibatçıların üçdəbirindən çoxu

gərgin həyat tərzinə xas olan üç xəstəlikdən birindən əziyyət çəkir – ürək

xəstəlikləri, həzmetmə traktının xorası və ya yüksək qan təzyiqi. Siz bircə

fikirləşin, bizim işgüzar adamlarımızın üçdəbirindən çoxu heç qırx beş yaşına

belə çatmamış öz orqanizmini ürək xəstəlikləri, xoralar və yüksək təzyiqlə

dağıdır. Uğur onlara necə də baha başa gəlir!

Və onlar heç uğura çatmırlar da. Xidmət üzrə irəliləməyin bahasını mədə

xorası və ya ürək xəstəliyi ilə ödəyən insanın uğur qazandığını hesab etmək

olarmı? Hətta bütün dünyanın sahibi olmağa və bunun müqabilində sağlamlığı

itirməyinə dəyərmi? Axı bütün dünyanın sahibi olan adam eyni vaxtda yalnız bir

yataqda yata və gündə cəmi üç dəfə yeyə bilər. Hətta kankanın da həmin şeyi

etmək imkanı var və o, yüksək vəzifəli inzibati işçidən, ola bilsin ki, daha yaxşı

yatır və daha böyük iştaha ilə yeyir. Düzünü deyim ki, mən dəmir yolu

kompaniyasını və ya siqaret istehsal edən firmanı idarə etməyə can ataraq qırx

beş yaşımda sağlamlığımı bərbad hala gətirməkdənsə, Alabamın sahələrində

icarəyə torpaq götürüb işləməyə və bancoda çalmağa üstünlük verərdim.

Siqaret haqqında danışanda siqaret buraxan, bütün dünyada tanınan

firmanın bir mülkiyyətçisi barədə xatırladım. Bu yaxınlarda o, Kanadanın

meşələrində istirahət etdiyi vaxt ürək çatışmazlığından vəfat etmişdi. O,

milyonların sahibidir və altmış bir yaşında vəfat etdi. İşlərdə, necə deyərlər, uğur

qazanmaq üçün o, çox güman, ömrünün uzun illərini sərf etmişdi.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə