Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə152/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   148   149   150   151   152   153   154   155   ...   208

Haqqında danışdığım qonşum yol verdi ki, fond birjasında vəziyyət onun

qanına təsir etsin və bu, onu az qala öldürmüşdü.

Narahatlıq sizdə revmatizm və ya artrit meydana çıxara və sizi həmişəlik əlil

arabasına pərçimləyə bilər. Kornel Universitetinin professoru, tibb elmləri

doktoru Rassel L.Sesil artrit üzrə dünya miqyasında məşhur olan mütəxəssisdir.

O, artritin inkişaf etməsinə şərait yaradan əsas dörd şərti göstərmişdir:

1. Ailə həyatının dağılması;

2. Maliyyə faciəsi və ya hansısa bir dərd;

3. Tənhalıq və narahatlıq;

4. Uzun müddət ürəyə salınan kin-küdurət.

Aydın məsələdir ki, bu dörd emosional vəziyyət – artritin heç uzaqdan-uzağa

da yeganə səbəbləri deyil. Artritin müxtəlif səbəblərdən meydana çıxan bir çox

növləri mövcuddur. Lakin təkrar edirəm, artritin inkişafına gətirən ən çox

yayılmış şərtlər doktor Rassel L.Sesil tərəfindən göstərilən amillərdir. Məsələn,

dostum maliyyə böhranı dövründə elə ağır ziyan çəkdi ki, qaz kontoru onun

evində qazı bağladı, bank isə onu öz evini girovdan çıxarmaq hüququndan

məhrum etdi. Bu adamın həyat yoldaşı gözlənilmədən artrit pristupu keçirdi.

Dərman və pəhrizə baxmayaraq, ailənin maliyyə vəziyyəti düzəlməyənə qədər

artrit müalicə olunmurdu.

Narahatlıq dişlərin kariyesini meydana çıxara bilər. Doktor Uilyam

İ.L.Makqoniql Amerika Stomatoloji Assosiasiyasının toplantısında etdiyi çıxışında

demişdi ki, “narahatlığın, qorxunun, qərəzli münasibətin... doğurduğu

xoşagəlməz emosiyalar orqanizmdəki kalsiumun balansını poza və kariyes

meydana çıxara bilər”. Doktor Makqoniql bir pasient haqqında danışmışdı ki,

həyat yoldaşı qəfildən xəstələnməyənə qədər bu pasientin dişləri əla vəziyyətdə

idi. Həyat yoldaşının xəstəxanada olduğu üç həftə ərzində onun ağzında doqquz

karioz səth əmələ gəlmişdi. Bu, narahatlıqdan meydana çıxmışdı.

Siz nə vaxtsa mədəaltı vəzi xəstəliyinin aydın üzə çıxdığı bir adamla

rastlaşmısınız? Mən belə adamlarla rastlaşmışam və sizə deməliyəm ki, onlar

əsirlər, titrəyirlər və belə təsir bağışlayırlar ki, nədənsə ölümcül qorxublar.

Bütün orqanizmin həyat fəaliyyətini nizamlayan mədəaltı vəzin funksiyası

pozulub. Bu, ürəyin işini sürətləndirir və bütün orqanizm havaçəkəni açıq olan

qıpqırmızı qızarmış sobanı xatırladır. Cərrahiyyə əməliyyatı və ya müalicə yolu

ilə tədbirlər görülməsə, ölümlə nəticələnə bilər. Bu vaxt xəstənin “özünü

yandırması” baş verir.

Lap bu yaxınlarda mən bu xəstəlikdən əziyyət çəkən dostumla Filadelfiyaya

getmişdim. Biz ora dostumu bu tip xəstəliklərin müalicəsi ilə, demək olar, otuz

səkkiz il məşğul olan məşhur mütəxəssisə göstərməyə getmişdik.

Onun dostuma verdiyi birinci sual bu oldu: “Orqanizminizin bu vəziyyətini

hansı emosional sarsıntılar meydana çıxarıb?” O, dostumu xəbərdar etdi ki, əgər

narahat olmağa son qoymasa, onda ürək xəstəliyi, mədə xorası və diabet kimi

ağırlaşdırıcı hallar yarana bilər. “Bu xəstəliklərin hamısı, – dedi həkim, – yaxın

qohumlardır”. Sözsüz ki, onlar yaxın qohumdur, axı onların hamısını doğuran

narahatlıqdır!

downloaded from KitabYurdu.org



Merl Oberondan müsahibə alanda o, mənə dedi ki, narahat olmağa son

qoyub. O bilirdi ki, narahatlıq onun kinoaktrisa kimi əsas sərvətini – cəlbedici

xarici görkəmini dağıtmış olardı.

“İlk dəfə kinoya çəkilmək istəyəndə, – xanım Merl Oberon xatırlayırdı, –

həyəcanlanmış və qorxmuşdum. Mən Hindistandan indicə qayıtmışdım və

Londonda iş almağa çalışsam da, burada heç kimi tanımırdım. Bir neçə

prodüserin yanında oldum, lakin onlardan heç biri məni kinoya çəkilməyə dəvət

etmədi. Sərəncamımda olan elə də çox olmayan pul yavaş-yavaş tükənirdi. İki

həftə ərzində yalnız quru peçenye və su ilə dolanırdım. İndi mən, sadəcə olaraq,

narahat deyildim. Mən ac idim. Özümə dedim: “Bəlkə sən axmaqsan. Bəlkə

kinoya heç vaxt düşə bilməyəcəksən. Əvvəl-axır, axı sənin təcrübən də heç

yoxdur. Sən heç vaxt çıxış etməmisən. Sən yeganə nə iləsə cəlb edə bilərsənsə də

– bu da sənin gözəl sifətindir”.

Mən güzgüyə yaxınlaşdım. Və özümə baxanda narahatlığın xarici

görkəmimin başına nə oyun açdığını gördüm! Güzgüdə onun sifətimdə yaratdığı

qırışları gördüm. Güzgüdə həyəcanlı sifət ifadəsi gördüm. Onda mən özümə

dedim: “Sən buna dərhal son qoymalısan! Sən həyəcanlanmağı özünə qıya

bilməzsən. Sənin təklif edə biləcəyin yeganə nə varsa, bu da xarici görkəmindir,

amma narahat olmaqla gözəlliyini məhv edirsən!”

Narahatlıq kimi qadını qocaldan, onu acıqlı edən və onun gözəlliyini bu

qədər tez məhv edə bilən başqa nə isə çox azdır. Narahatlıq sifətə insanı özündən

itələyən ifadə verir. O, bizi alt və üst çənələrimizi bir-birinə sıxmağa məcbur edir

və bizim üzümüzü qırışlarla örtür. Narahatlıq sifətə qaşqabaqlı görkəm verir.

Narahatlıqdan bizim saçlarımıza dən düşə, bəzi hallarda isə onlar hətta tökülə də

bilər. Narahatlıqdan sifətin dərisi korlanır – onun üzərində müxtəlif səpmələr,

dermatit və çibanlar əmələ gəlir.

Ürək xəstəlikləri hazırda Amerikada bir nömrəli qatildir. İkinci Dünya

müharibəsi dövründə döyüş meydanlarında, demək olar, üçdəbir milyon

(amerikalı) kişi həlak olmuşdu. Lakin elə həmin müddətdə də ürək xəstəlikləri iki

milyon mülki şəxsi öldürmüş və ölümlə nəticələnən bu hadisələrin bir milyonunu

narahatlıq və fövqəladə gərgin həyatla bağlı meydana çıxan ürək xəstəlikləri

törətmişdir. Həqiqətən də, doktor Aleksis Karreli bu sözləri deməyə sövq edən

əsas səbəblərdən biri ürək xəstəliyi olmuşdur: “Narahatlıqla mübarizə aparmağı

bacarmayan işgüzar insanlar cavan ölürlər”.

Birləşmiş Ştatların cənubunda yaşayan zəncilər və çinlilər narahatlığın mey-

dana çıxardığı ürək xəstəliklərindən nadir hallarda əziyyət çəkirlər, çünki onlar

belə şeylərə sakit baxırlar. Həkimlər kənd təsərrüfatı fəhlələriylə müqayisədə

ürək çatışmazlığından iyirmi dəfə çox ölür. Həkimlər gərgin həyat tərzi

yaşayırlar və bunun bahasını da ödəyirlər.

“Tanrı bizim günahlarımızı bizə bağışlaya bilər, – demişdi Uilyam Ceyms, –

amma əsəb sistemi – heç vaxt”.

Bizim qarşımızda ən sarsıdıcı və ağlasığmaz fakt dayanır: öz həyatına

intiharla son qoyan amerikalıların sayı ən çox yayılmış infeksion xəstəliklərdən

ölənlərin sayından ilbəil daha çox olur.

Niyə? Əksər hallarda cavab birdir: “Narahatlığa görə”.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə