Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə154/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   150   151   152   153   154   155   156   157   ...   208

66 Karrel Aleksis (1873–1944) – fransalı cərrah və patofizioloq. 1904–1939-

cu illərdə ABŞ-da işləyib.



II Hissə

NARAHATLIĞIN TƏHLİLİNİN BAŞLICA METODLARI

Dördüncü fəsil

Narahatlıq problemlərini necə təhlil və həll etmək olar

Altı xidmətçim vardır.

Fərasətli, çox zirək.

Gördüyüm hər bir şeyi –

Onlardan öyrənim gərək.

Onlar mənim işarəmlə

Ehtiyac olanda gəlir.

Adları: Niyə və Nə üçün,

Harada, Nə, Nə vaxt və Kimdir.

Redyard Kiplinq

67

Bu kitabın birinci hissənin ikinci fəslində Uillis H.Kerriyerin haqqında



danışılan magik formulası narahatlıqla bağlı olan problemlərin hamısını həll edə

bilərmi? Əlbəttə, yox.

Belə olan halda bəs nə etməli? Bu sualın cavabı aşağıdakından ibarətdir: biz

narahatlığın müxtəlif növləriylə mübarizə apara bilmək üçün hazırlaşmalıyıq.

Bunun üçün problemin təhlilinin üç mərhələsini öyrənmək lazımdır.

Birinci qaydanı nəzərdən keçirək: faktları toplayın.

Faktların əldə olunması nə üçün bu qədər vacibdir? Axı bizim əlimizdə fakt

yoxdursa, bu halda biz problemləri dərrakə ilə həll etməyə heç cəhd də edə

bilmərik. Faktlar əlimizdə olmasa, biz yalnız panika içində vurnuxmağa qabilik.

Bu, mənim fikrimdir? Xeyr, bu, Kolumbiya Universitetinin Kolumbiya kollecinin

iyirmi iki il ərzində dekanı olmuş mərhum Herbert E.Hoksa məxsusdur. Doktor

Hoks iki yüz min tələbəyə narahatlıqdan yaxa qurtarmağa kömək etmişdir. Bir

dəfə o, mənə demişdi: “Təşviş – narahatlığın əsas səbəbkarıdır”. O, fikrini belə

ifadə etmişdi: “Dünyadakı narahatlıqların yarısı öz qərarlarını şərtləndirərək

kifayət qədər informasiya əldə etməzdən əvvəl qərar qəbul eləməyə cəhd

göstərən adamlar tərəfindən meydana çıxarılır”.

O demişdi: “Əgər mənim qarşımda gələn həftənin ikinci günü saat üçdə həll

etməli olduğum problem durursa, növbəti həftənin ikinci günü gələnə qədər mən

həmin problemi həll eləməyə heç cəhd də etmirəm. Həmin vaxta qədər isə

diqqətimi bu problemlə bağlı olan faktların toplanması üzərində cəmləyirəm.

Mən narahat olmuram, mən panikaya düşmürəm. Mən yuxumu itirmirəm. Mən

diqqətimi, sadəcə olaraq, faktların toplanması üzərində cəmləşdirirəm. İkinci gün

downloaded from KitabYurdu.org



gəlib çatan vaxt üçün, əgər mənim sərəncamımda faktların hamısı varsa,

problem, adətən, öz-özünə həll olur!”

Mən Hoksdan soruşdum ki, bu, özünün narahatlıqdan tamamilə yaxa

qurtarması deməkdirmi. “Bəli, – cavab verdi o, – düşünürəm ki, indi mənim

həyatım narahatlıqdan, demək olar, tamamilə azaddır. Mən başa düşdüm ki, əgər

insan öz vaxtını faktların toplanmasına həsr edirsə və bunu qərəzsiz, obyektiv

surətdə həyata keçirirsə, onun narahatlığı biliklərin işığında, adətən, yox olur”.

Mənə izin verin təkrar edim:

“Əgər insan öz vaxtını faktların toplanmasına həsr edirsə və bunu qərəzsiz,

obyektiv surətdə həyata keçirirsə, onun narahatlığı biliklərin işığında, adətən,

yox olur”.

Bəs bizim əksəriyyətimiz necə hərəkət edirik? Faktlarla tanış olmaq üçün

heç olmasa cüzi də olsa, səy göstərməyə çalışırıqmı? Tomas Edison əbəs yerə tam

ciddiliyi ilə deməmişdir: “İnsan hər şeyə getməyə hazırdır, təki ağlını əziyyət

çəkməyə vadar etməsə”. Əgər biz faktları toplamaq əziyyətini öz üzərimizə

götürürüksə də, bu halda da yalnız artıq bildiyimizi təsdiq edən faktları ovlayırıq.

Biz qalan faktların hamısına saymazyana yanaşmağa meyilliyik! Bizi yalnız o

faktlar qane edir ki, onlar öz hərəkətlərimizə haqq qazandırır, istəklərimizə

uyğun gəlir və keçmişdə mənimsədiyimiz köhnə fikir qəliblərinin doğru

olduğunu təsdiq edir!

Andre Moruanın ifadə etdiyi kimi: “Arzularımıza müvafiq olan hər şeyin

düzgün olduğu təsəvvür olunur. Onlara zidd olan hər şey bizi hiddətləndirir”.

Belə olan halda təəccüblüdürmü ki, problemlərimizin həlli yollarının

axtarışında çox böyük çətinliklərlə üzləşirik? Əgər biz “iki üstəgəl iki beşə

bərabərdir” ehtimalından çıxış etmiş olardıqsa, onda ən sadə hesab misalını həll

etmək də bizim üçün, çox güman, bundan asan olmazdı. Lakin dünyada belə

insanlar hələ çoxdur ki, onlar iki üstəgəl ikinin beşə və ya beş yüzə bərabər

olduğunda təkidlidir, həyatı özləri və başqaları üçün cəhənnəmə döndərirlər!

Bəs əgər belədirsə, biz nə etməliyik? Biz emosiyaların təfəkkür prosesimizə

cəlb olunmasına yol verməməli və Hoksun ifadə etdiyi kimi, faktları qərəzsiz və

obyektiv surətdə toplamalıyıq.

Amma bu vəzifəni yerinə yetirmək asan deyil, əgər narahatlıq bizi gəmirirsə.

Biz narahat olan vaxt emosiyalarımız çox fəal olur. Mən sizə öz problemlərinizi

kənar şəxsin mövqeyindən dərk etməyin iki faydalı üsulunu təklif edirəm. Bu,

onları tam aydınlığı və obyektiv olaraq nəzərdən keçirməyə kömək edir.

1. Faktları toplayan zaman mən təsəvvür edirəm ki, informasiyanı özüm

üçün yox, başqa bir adam üçün toplayıram. Bu, informasiyaya dərrakə və

qərəzsiz yanaşmağımda kömək edir. Bu, mənə emosiyaları sıxışdırıb çıxarmağa

kömək edir.

2. Məni həyəcanlandıran problemlə əlaqədar olan faktları aydınlaşdırmağa

çalışarkən hərdən özümü ikinci tərəfin adından çıxış etməyə hazırlaşan

hüquqşünas kimi təsəvvür edirəm. Başqa sözlə, özümə qarşı çıxış etməyə, arzu-

istəklərimə zidd olan faktların hamısını toplamağa çalışıram – müraciət etmək,

nəzərə almaq istəmədiyim faktların hamısını.

downloaded from KitabYurdu.org



Sonra “lehinə” və “əleyhinə” olan hər şeyi qeyd edirəm – əgər söhbət eyni bir

problemdən gedirsə. Bir qayda olaraq, nəticədə qənaətə gəlirəm ki, həqiqət iki

kənar hədlərdəki nöqteyi-nəzərlərin arasında haradasa ortadadır.

Mənim düşüncəmin mahiyyəti bundadır. Əvvəlcədən faktlarla tanış olmadan

bu və ya digər problemin ağıllı həllini bilmək vergisi nə mənə, nə sizə, nə

Eynşteynə, nə də Birləşmiş Ştatların Ali Məhkəməsinə verilib. Tomas Edison

bunu bilirdi. O vəfat edəndən sonra onun iş otağından üzləşdiyi problemlərlə

bağlı faktlarla dolu olan iki mindən çox qeyd kitabçası tapılmışdı.

Beləliklə, problemlərimizin həll olunması üçün zəruri olan birinci qayda:

“Faktları toplayın”. Hoksdan nümunə götürəcəyik. İnformasiyanı öncədən

qərəzsiz surətdə toplamadan problemlərimizi həll eləməyə heç cəhd də

etməyəcəyik.

Lakin biz dünyadakı faktların hamısını axtarıb tapa bilərik və onları təhlil və

dərk etməyənə qədər (ikinci qayda), onlar bizə azacıq da kömək etməyəcək.

Öz acı təcrübəmin əsasında başa düşdüm ki, faktları əvvəlcədən qeyd edəndə

onları təhlil etmək qat-qat asan olur. Həqiqətən də, faktların kağız üzərində adicə

qaydada yazılması və qarşımızda duran problemin aydın ifadə olunması onun

ağılla həll edilməsinə əhəmiyyətli dərəcədə kömək edir. Çarlz Ketterinq hesab

etdiyi kimi: “Yaxşı ifadə olunmuş problem

– yarısı artıq həll edilmiş problemdir”.

Mənə izin verin, bu metodun praktikada necə həyata keçirildiyini sizə

göstərim. Çinlilər deyirlər ki, bir şəkil on min sözə dəyər. Zənn edək ki, mən sizə

bir adamın indi haqqında danışdığımızı işdə necə tətbiq etdiyini göstərirəm.

Gəlin Heylen Litçfildin başına gələn hadisəni nəzərdən keçirək. Mən bu

insanla artıq bir neçə ildir tanışam. O, Uzaq Şərqdə ən uğurlu amerikalı

biznesmenlərdən biridir. cənab Litçfild Çində 1942-ci ildə, yaponlar Şanxayı işğal

edən vaxt yaşamışdı. O, qonağım olanda orada başına gələn bu hadisəni mənə

danışmışdı.

“Yaponlar Perl-Harboru ələ keçirəndən tezliklə sonra, – Heylen Litçfild öz

əhvalatını danışmağa başladı, – onlar kütləvi qaydada Şanxaya axışdılar. Mən

Şanxayda Asiya Sığorta Kompaniyasının işlər müdiri idim. Bizim yanımıza

admiral rütbəsində olan hərbi likvidçi göndərilmişdi. Mənə fondlarımızın

likvidləşdirilməsində ona kömək etmək əmr olunmuşdu. Bu halda mənim

seçimim yox idi. Mən ya yaponlarla əməkdaşlıq etmək, ya da... Məni ölüm

gözləyirdi.

Mənə əmr olunanı adlaya bildim, çünki seçimim yox idi. Lakin admirala

verilən siyahıya dəyəri 750 000 dollar olan qiymətli kağızı daxil etmədim.

Bunları ona görə saxladım ki, həmin kağızlar Honkonq təşkilatımıza məxsus idi

və Şanxay fondlarına onların heç bir aidiyyəti yox idi. Bununla belə, yaponların

etdiyimi aşkar edəcəkləri təqdirdə başıma gələ biləcəyindən qorxurdum. Və

tezliklə onlar bunu aşkar etdilər.

Bu fakt aşkar ediləndə mən kontorda yox idim, lakin baş mühasibim həmin

vaxt orada idi. O, mənə dedi ki, yapon admiralı qeyzlənmişdi. O, ayaqlarını yerə

döyəcləyir, söyür və məni oğru, xain adlandırırdı. Mən yapon ordusuna qarşı

çıxış etmişəm. Mən bunun nə demək olduğunu bilirdim. Məni Brichauza ata

bilərdilər.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə