Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə155/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   151   152   153   154   155   156   157   158   ...   208

Brichauz! Yapon gestaposunun işgəncələr kamerası! Dostlarım var idi ki,

onlar bircə bu həbsxanaya düşməkdənsə, həyatlarına intiharla son qoymağa

üstünlük vermişdilər. Başqa dostlarım orada on gün sorğu-sual və işgəncələrdən

sonra həlak olmuşdular. Və indi də həmin həbsxana mənim özümü hədələyirdi!

Mən nə cür hərəkət etdim? Bundan bazar günü günorta vaxtında xəbər

tutmuşdum. Hər şeydən göründüyü kimi, ümidsizliyə qapanmaq üçün mənim hər

cür əsasım var idi. Və mən ümidsizliyə də qapanmış olardım, əgər öz

problemlərimin həll olunmasında müəyyən metodu mənimsəmiş olmasaydım.

Uzun illər ərzində hər dəfə həyəcanlı vəziyyətdə olanda öz yazı makinamın

yanına gedir və iki sualı, həmçinin də onların iki cavabını yazırdım.

1. Məni narahat edən nədir?

2. Bununla bağlı nə edə bilərəm?

Əvvəllər mən bu sualların cavablarını yazırdım. Lakin tezliklə nöqteyi-

nəzərimi dəyişdim. Aşkar etdim ki, sualların və cavabların yazılması problemin

təhlilini asanlaşdırır. Beləliklə, bazar günü günorta vaxtlarında mən CİXA-nın

Şanxay şöbəsində öz otağıma getdim və çap makinasını çıxardım. Bunu yazdım:

1. Məni narahat edən nədir?

Qorxuram ki, sabah səhər məni Brichauza aparalar.

Ardınca ikinci sualı yazdım:

2. Nə edə bilərəm?

Cavab axtarışlarında çox vaxt keçirdim və mövcud şəraitdə davranışımın və

hər bir halda onların mümkün nəticələrinin dörd variantını yazdım.

1. Hər şeyi yapon admiralına izah eləməyə cəhd edə bilərəm. Lakin o, “in-

giliscə danışmır”. Əgər tərcüməçiyə müraciət etməyə çalışsam, admiral yenə də

hirslənə bilər. Onun qəzəbi mənim ölümümə gətirə bilərdi. Axı o, qəddar idi və

özünə mənimlə danışmaq əziyyətini verməkdənsə, məni Brichauza atmağa daha

tez razı olardı.

2. Qaçmağa cəhd edə bilərəm. Lakin onlar hər an məni izləyirlər. Mən hər

dəfə CİXA-da öz otağıma gedəndə və oradan çıxanda məlumat verməli idim. Əgər

qaçmağa cəhd etsəm, onda, çox güman, onlar məni tutacaq və güllələyəcəklər.

3. Otağımda qala və kontora bir daha getməyə bilərəm. Əgər belə hərəkət

edərəmsə, onda bu, yapon admiralında şübhə oyada bilər. Mümkündür ki, o, bura

əsgərləri göndərsin, onlar da məni ələ keçirəcək və mənə bir söz belə deməyə

imkan vermədən Brichauza göndərəcəklər.

4. Kontora həftənin birinci günü həmişə olduğu kimi gedə bilərəm. Admiral,

ola bilsin, o qədər bərk məşğul olacaq ki, etdiyim heç onun yadına da

düşməyəcək. Əgər o, bu haqda fikirləşsə də, çox ola bilsin, onun qəzəbi

soyuyacaq və məni rahat qoyacaq. Bu halda mən ziyan çəkməyəcəyəm. Əgər o,

bu hadisəni xatırlasa da, ona nə isə izah etməyə ümidim olacaq. Beləliklə, birinci

gün həmişə olduğu kimi səhər işə gələrək və heç nə olmayıbmış kimi hərəkət

edərək mən həbsxanadan qurtulmaq üçün iki imkan əldə etmiş oluram.

Bütün situasiyanı düşünüb-daşınandan və dördüncü hərəkət planını – birinci

gün səhər heç nə olmayıbmış kimi kontora getmək – qəbul edən kimi özümdə

böyük yüngüllük hiss elədim.

Növbəti gün səhər işə gələndə yapon admiralı ağzında siqar kabinetimdə

oturmuşdu. O, sınayıcı nəzərlərlə həmişə olduğu kimi mənə baxdı, amma heç nə

downloaded from KitabYurdu.org



demədi. Altı həftədən sonra, şükür Tanrıya ki, o, Tokioya getdi və bununla da

həyəcanlarım qurtardı. Artıq dediyim kimi, həyatımı, hər şeydən göründüyü

kimi, bütün bazar günü ərzində oturub edə biləcəyim mümkün hərəkətləri və

onların ehtimal olunan nəticələrini yazmağım sayəsində xilas edə bildim. Bütün

bunlar mənə sakit şəkildə qərar qəbul eləməyə kömək etdi. Əgər mən situasiyanı

bütünlüklə dərk etməmiş olsaydım, ola bilsin, əsəbiləşər və tərəddüd edər və

qızğınlıqdan düşünüb-daşınmadan, tələsik hərəkət edə bilərdim. Əgər

problemimi hərtərəfli düşünüb-daşınmasaydım və qərar qəbul etməsəydim,

məni həyəcan bürüyər və bütün bazar gününü narahatlıq içində keçirərdim.

Həmin gün gecəni yatmazdım. Birinci gün səhər işə narahat və ruhdan düşmüş

görkəmdə gələrdim; tək bircə bu, yapon admiralında şübhə oyada və onu

hərəkətə keçməyə məcbur edə bilərdi.

Həyat təcrübəsi məni düşünülüb-daşınmış müəyyən qərarın necə böyük

fayda gətirdiyinə inandırdı. İnsanları əsəb pozuntularına gətirən və onların

həyatını cəhənnəmə çevirən məhz, necə deyərlər, “ovsunlanmış dairədən”

qurtulmaq üçün zəruri hərəkət planını tutmağı bacarmamaqdır. Mənə belə gəlir

ki, aydın, müəyyən bir qərar qəbul edəndə narahatlığımın əlli faizi yox olur;

yerdə qalanın qırx faizi isə, adətən, mən bunu həyata keçirməyə başlayanda yox

olur.

Beləliklə, mən aşağıda göstərilənləri edəndə narahatlığımın təqribən doxsan



faizini adlayıram:

1. Məni narahat edən situasiyanı dəqiq təsvir etmək.

2. Edə biləcəyim hərəkətləri yazmaq.

3. Qərar qəbul etmək.

4. Həmin qərarı dərhal həyata keçirmək”.

Heylen Ritçfild hazırda ABŞ firmalarının maraqlarını təmsil edən Starr, Park

ənd Frimen korporasiyasının Uzaq Şərq şöbəsinin direktorudur.

Həqiqətən də, artıq dediyim kimi, Heylen Litçfild hazırda Asiyada ən nüfuzlu

amerikalı biznesmenlərdən biridir. O, mənə etiraf etdi ki, uğura əhəmiyyətli

dərəcədə, narahatlıqla bağlı problemlərin təhlilinin haqqında yuxarıda danışılan

metodu sayəsində nail olmuşdur.

Onun metodunun uğurunun səbəbi nədədir? Bu metod təsirli olması və

konkretliyi, həmçinin də problemin mahiyyətinə varmağı ilə fərqlənir.

Beləliklə, yuxarıda haqqında danışılanların hamısına yekun vuraraq mən sizə

əvəzlənməsi qeyri-mümkün olan üçüncü qaydanı deyim: “Problemin həlli

məqsədilə hərəkət edin”.

Əgər siz nəzərdə tutduğunuz hərəkət planının həyata keçirilməsinə

başlamasanız, onda faktların toplanması və onların düşüncə süzgəcindən

keçirilməsi “boş qabda olanı içində heç nə olmayan digər qaba tökmək” demək

olacaqdır. Belə olan halda hər şey qüvvələrinizin mənasız yerə israfına gətirir.

Uilyam Ceyms demişdir: “Qərar qəbul olunduğu və onun həyata keçirilməsi

nəzərdə tutulduğu vaxtdan etibarən üzərinizə düşən məsuliyyətlə bağlı narahat

olmağınıza tamamilə son qoyun və nəticənin qayğısını çəkin”. Bu halda Uilyam

Ceyms “narahatlıq” kəlməsinin sinonimi kimi “qayğısını çəkin” ifadəsini işlədib. O

nəzərdə tuturdu ki, faktların dərk olunmasına əsaslanan qərar qəbul edəndən

sonra dərhal hərəkətə keçmək lazımdır. Dayanmayın, ara verməyin ki, öz

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə