Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə156/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   152   153   154   155   156   157   158   159   ...   208

qərarınıza yenidən baxmayasınız. Nəzərdə tutduğunuz plandan çəkilməyin.

Tərəddüdlərin içərisində itib qalmayın. Nəticədə yalnız yeni-yeni tərəddüdlər

meydana çıxa bilər. Geriyə boylanmayın.

Mən bir dəfə Oklahomanın ən görkəmli neft sənayeçilərindən biri, Ueyt

Fişerdən öz qərarlarını necə həyata keçirdiyini soruşdum. O, belə cavab verdi:

“Fikirləşirəm ki, problemlərimizin üzərində həddən çox düşünüb-daşınmağımız

başımızı itirməyə gətirə və narahatlıq doğura bilər. Elə bir məqam çatır ki,

sonrakı təhlil və düşüncələr yalnız ziyan gətirir. Ona görə də qərar qəbul etməli

və heç vaxt geriyə boylanmadan hərəkətə keçməliyik”.

Hazırda sizi narahat edən problemləri həll etmək üçün Heylen Litçfildin

metodunu niyə də tətbiq etməyəsiniz?

Özünüzə 1 №-li sualı verin: Məni hazırda narahat edən nədir?

(Lütfən, bu suala verdiyiniz cavabı karandaşla aşağıda yazın. Bunun üçün boş

yer ayrılmışdır.)

Sual № 2: Nə edə bilərəm?

Sual № 3: Problemi həll etmək üçün nə etməyə hazırlaşıram?

Sual № 4: Nəzərdə tutduğum hərəkətləri nə vaxt həyata keçirməyə

başlamalıyam?

Beşinci fəsil

İşdə meydana çıxan narahatlığın

əlli faizini necə ləğv etməli

Əgər siz işgüzar adamsınızsa, onda tamamilə mümkündür ki, özlüyünüzdə

deyəsiniz: “Bu fəslin başlığı cəfəngdir. Mən öz işimlə artıq iyirmi ildir məşğulam

və özümdən başqa bütün cavabları kim bilər? İşdə meydana çıxan narahatlığın

əlli faizindən necə yaxa qurtarmağı mənə öyrətməklə bağlı fikir – absurddur!”

Bu narazılıq tamamilə ədalətlidir – əgər mən bir neçə il əvvəl bu fəslin adını

oxusaydım, ola bilsin, özüm də eynilə bunları düşünərdim. Bu ad çox şey vəd

edir, vədlərin isə qiyməti elə də böyük deyil.

Gəlin tamamilə açıq olaq, işdə meydana çıxan narahatlığın əlli faizindən yaxa

qurtarmağa mən sizə, ola bilsin, kömək edə bilməyəcəyəm. Əvvəl-axır, bunu

özünüzdən başqa heç kim edə bilməyəcək. Lakin mən sizə başqalarının bunu

necə etdiklərini göstərə bilərəm, qalan hər şey isə öz əlinizdədir.

Yəqin, yadınızdadır ki, bu kitabın əvvəlində mən bütün dünyada məşhur olan

Aleksis Karrelin sözlərini sitat gətirmişdim: “Narahatlıqla mübarizə aparmağı

bacarmayan işgüzar adamlar cavan ölürlər”.

Narahatlıq özündə bu qədər təhlükə ehtiva etdiyindən mən əgər onun heç

olmasa on faizini adlamaqda sizə kömək edə bilsəm, zənn edirəm ki, məmnun

qalacaqsınız... Doğru deyilmi? Çox gözəl. Mən sizə bir inzibatçı haqqında

danışacağam ki, o nəinki narahatlığın əlli faizindən azad ola bilmiş, hətta

keçmişdə işgüzar problemləri həll etməyə çalışaraq iclaslara sərf etdiyi vaxtın

yetmiş faizinə də qənaət etmişdir.

Mən sizə hansısa bir “mister” Cons və ya “mister X”, yaxud da “Ohayodan

tanıdığım bir cavan oğlan” haqqında danışmağa hazırlaşmıram. Bu cür dumanlı

əhvalatları yoxlamaq mümkün deyil. Söhbət real insandan, ABŞ-da ən iri

nəşriyyatlardan olan “Saymon ənd Şuster”in təsisçilərindən biri və direktoru –

Leon Şimkindən gedir.

downloaded from KitabYurdu.org



Budur, Leon Şimkinin özü haqqında danışdıqları:

“Mən on beş il ərzində iş vaxtımın yarısını iclaslarda keçirirdim. Biz

problemlərin müzakirəsiylə məşğul olurduq. Biz başımızı sındırırdıq ki, filan və

ya behman şeyi etmək, yoxsa ümumiyyətlə, heç nə etməmək lazımdır? Əvvəl-axır

əsəblərimiz son həddədək gərilir, kreslolarımızda vurnuxa-vurnuxa qalır, dala-

qabağa gedir, mübahisə edir və çıxışını heç cür tapa bilmədiyimiz ovsunlanmış

dairəyə düşürdük. Gecə üçün özümü tamamilə əldən düşmüş hiss edirdim. Hesab

edirdim ki, bütün ömrüm elə belə də keçəcək. Bu minvalla on beş il işləmişdim və

ağlıma heç vaxt gəlmirdi ki, bundan qat-qat yaxşı üsul var. Bu iclaslara sərf

etdiyim vaxtın dörddə üçünü azad etməyin və əsəb gərginliyini dörddə üç qədər

azaltmağın mümkün olduğunu kimsə mənə demiş olsaydı, onu kabinetdən bayıra

çıxmayan, göylərdə pərvazlanan nikbin hesab edərdim. Lakin mən bir plan

işləyib hazırladım ki, o məhz bu nəticələri də verdi. Mən onu artıq səkkiz ildir

tətbiq edirəm. O, mənim həyatımda çevriliş həyata keçirdi, öz iş qabiliyyətimi

artırdım, sağlamlıq və xoşbəxtlik qazandım.

Bütün bunlar sehr kimi görünür. Lakin bu metod, əgər siz onun necə həyata

keçirildiyini bilirsinizsə, bütün sehrli fokuslar kimi qeyri-adi dərəcədə sadədir.

Sirr aşağıdakından ibarətdir. Hər şeydən əvvəl, dərhal iclasların keçirilmə

qaydasını dəyişdim. İclaslar, bir qayda olaraq, başlarını itirmiş köməkçilərimin

işimizdəki çatışmazlıqlar haqqında ətraflı söhbətləriylə başlayırdı. İclaslar

həmişə eyni bir sualla qurtarırdı: “Bəs biz nə etməliyik?” Mən işgüzar

problemlərin müzakirəsinin yeni qaydasını tətbiq etdim. Əgər əməkdaşlardan

kimsə mənə müzakirə etmək üçün problem təqdim etmək istəyirdisə, onda

həmin əməkdaşdan əvvəlcə aşağıdakı dörd suala cavab verilən qeyd hazırlamaq

tələb olunurdu:

Sual 1: Problem nədən ibarətdir?

(Keçmişdə biz iclaslarda mübahisələrə bir və ya iki saat itirirdik, hərçənd

bizdən heç birimiz problemi aydın ifadə edə bilmirdi. Çətinliklərimizi müzakirə

edərək səsimiz batana qədər mübahisə edir, amma özümüzə əziyyət verib

problemimizin konkret olaraq nədən ibarət olduğunu yazılı şəkildə ifadə

etmirdik.)

Sual 2: Problemi doğuran nədir?

(Arxaya boylananda və karyeramın ayrı-ayrı mərhələlərini xatırlayanda

iclaslarımıza nə qədər vaxtın hədər yerə sərf olunduğu məni dəhşətə gətirir. Ən

əsası isə, biz problemin əsasında duran şərtləri aydınlaşdırmağa heç cəhd də

etmirdik.)

Sual 3: Problemin mümkün həll yolları hansılardır?

(Ötən illərdə, adətən, bizlərdən kimsə problemin həll yolunu təklif edirdi. Bir

başqası onunla mübahisə edirdi. Bir qayda olaraq, ehtiraslar qızışırdı. Çox vaxt

elə olurdu ki, müzakirə olunan mövzudan kənarlaşırdıq və bəlli olurdu ki, heç

kəs özünə əziyyət verib problemin həlli üçün edilən təklifləri qeyd etməyib.)

Sual 4: Nə təklif edirsiniz?

(Mən iclasda elə adamla qarşılaşmışam ki, o, yaranmış vəziyyətlə bağlı

saatlarla danışaraq elə hey mıs-mıs deyir, mümkün həll yollarının hamısını dərk

etməyə və “Mən bu həll yolunu təklif edirəm” deməyə heç cəhd də etmirdi.)

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə