Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə158/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   154   155   156   157   158   159   160   161   ...   208

oxuyun. Son nəticədə bu, vaxta qənaət etməyə və müəyyən nəticələrə nail

olmağa gətirəcək.

3. Kitabı oxuyarkən tez-tez dayanın. Bu və ya başqa məsləhəti necə və nə

vaxt tətbiq edə biləcəyinizi özünüzdən soruşun. Belə mütaliə üsulu sizin üçün

dovşanı qovan ov iti kimi irəli şütüməkdən çox-çox faydalı olacaq.

4. Kitabı oxuyanda əlinizə qələm, yaxud karandaş götürün və istifadə edə

biləcəyiniz məsləhətlə qarşılaşanda böyürdən xətt qoyun. Əgər bu xüsusilə

qiymətli məsləhətdirsə, onda hər bir ifadənin altından xətt çəkin və ya dörd

üstəgəl işarəsi qoyun: + + + +. Qeyd etmək kitabı qat-qat maraqlı və sonralar onu

sürətlə gözdən keçirməyə kömək edir.

5. Mən on beş il ərzində iri sığorta konserninə başçılıq edən bir nəfəri

tanıyırdım. O, kompaniyasının bağladığı sığorta kontraktlarını hər ay təkrarən

oxuyurdu. Bəli, o, eyni kontraktları aybaay, ilbəil oxuyur. Niyə? Çünki təcrübə

ona öyrədib ki, bu, kontraktlarda nə yazıldığını aydın yadda saxlamağın yeganə

üsuludur.

Bir dəfə mən natiqlik sənətiylə bağlı kitabın üzərində iki ilə yaxın işlədim.

Lakin şəxsən öz kitabımda nə yazdığımı unutmamaq üçün onu təkrarən oxumaq

lazım gəldi. Biz insanlar heyrətamiz dərəcədə unutmaq qabiliyyətinə malikik.

Beləliklə, əgər siz bu kitabdan real və uzunmüddətli fayda əldə etmək

istəyirsinizsə, onu yalnız səthi oxumağın kifayət edəcəyini düşünməyin. Kitabı

təfərrüatlı surətdə öyrənəndən sonra hər ay bir neçə saat sərf edərək onu

təkrarən oxumaq lazımdır. O, sizin stolüstü kitabınız olmalıdır. Siz onu hər gün

görməlisiniz. Onu bacardıqca tez-tez gözdən keçirin. Yaxın gələcəkdə həyatınızın

kamilləşdirilməsini mümkün edəcək imkan qoy sizi ruhlandırsın. Yadda saxlayın,

bu qaydaların istifadə olunması yalnız onları daim tətbiq etməklə vərdişə çevrilə

bilər. Onda siz bu qaydaları qeyri-şüuri surətdə tətbiq edəcəksiniz. Başqa yol

yoxdur.

6. Bernard Şou bir dəfə qeyd etmişdi: “Əgər siz adamı nəyə isə



öyrədirsinizsə, o, heç vaxt heç nəyi öyrənməyəcək”. Şou haqlı idi. Öyrənmək –

fəal prosesdir. Beləliklə, əgər siz bu kitabda haqqında danışılan prinsipləri

mənimsəmək istəyirsinizsə, onları əməldə istifadə edin. Onları istənilən müvafiq

vəziyyətdə tətbiq edin. Əgər onları yerinə yetirməyəcəksinizsə, bunlar tezliklə

yadınızdan çıxacaq. Yalnız praktikada tətbiq olunan biliklər yaddaşda qalır.

Sizin üçün bu məsləhətləri həmişə istifadə etmək, çox güman, çətin olacaq.

Burada göstərilən qaydaların hamısını praktikada tətbiq etmək hətta mənə,

kitabın müəllifinə də çox vaxt çətin olur. Beləliklə, bu kitabı oxuyarkən yadda

saxlayın ki, siz yalnız informasiya almağa can atmırsınız. Siz özünüzdə yeni

vərdişlər formalaşdırmağa çalışırsınız. Həqiqətən də, siz yeni həyat tərzi

aparmağa cəhd edirsiniz. Bunun üçün vaxt, inadkarlıq və gündəlik praktika tələb

olunur.


Beləliklə, bu kitabın səhifələrinə tez-tez üz tutun. Onu narahatlıqla mübarizə

üzrə dərs vəsaiti hesab edin. Hər hansı mürəkkəb problemlə üzləşəndə

həyəcanlanmayın, öz-özlüyündə aşkar olduğu təsiri bağışlayan hərəkətə əl

atmayın, impulsiv hərəkət etməyin. Bu cür hərəkətlər, adətən, yanlış olur. Bunun

yerinə yenə də bu səhifələrə müraciət edin və xətlədiyiniz fəsilləri bir daha

downloaded from KitabYurdu.org




gözdən keçirin. Ardınca isə həmin yeni qaydaları mənimsəməyə çalışın. Siz

görəcəksiniz ki, həyatınızda möcüzələr baş verir.

7. Həyat yoldaşınıza vəd edin ki, bu kitabda təklif olunan prinsiplərdən birini

pozduğunuzu aşkar edəcəyi halda ona bir dollar verəcəksiniz. Ayıq-sayıq olun,

yoxsa o, sizi tamamilə müflis edər.

8. Lütfən, kitabı səhifələyin və Uoll-Stritdən olan bankir H.P.Hauellin və qoca

Ben Franklinin öz səhvlərini necə düzəltdiklərini oxuyun. Bu kitabda müzakirə

edilən qaydaları yerinə yetirib-yetirmədiyinizi yoxlamaq üçün H.P.Hauellin və

qoca Ben Franklinin metodlarını niyə də istifadə etməyəsiniz. Və onda siz iki

nəticəyə nail olacaqsınız.

Birincisi, öyrənmək prosesi sizi özünə çəkib aparacaq ki, bu, özlüyündə həm

cəlbedici, həm də dəyərsizdir.

İkincisi, siz narahatlığı üstələmək və yaşamağa başlamaq qabiliyyətinə

yiyələnəcəksiniz. Bu qabiliyyət həmişəyaşıl dəfnə ağacı kimi böyüməyə

başlayacaq.

9. Gündəlik tutun – burada siz bu kitabda danışılan prinsiplərin tətbiqində öz

nailiyyətlərinizi qeyd etməlisiniz. Səliqəli olun, adları, tarixləri, nəticələri yazın.

Bu cür qeydlərin aparılması sizi daha artıq səy göstərməyə ruhlandıracaq; bu

qeydlər o vaxt xüsusilə maraqlı və heyrətamiz olacaq ki, üstündən çox illər

ötəndən sonra siz onları təsadüfən aşkar edəcəksiniz!

Xülasə

1. Narahatlığın adlanmasının prinsiplərini mənimsəməklə bağlı özünüzdə



dərin, sizi daban-dabana təqib edən arzu formalaşdırın.

2. Növbəti fəslə keçməzdən əvvəl hər fəsli iki dəfə oxuyun.

3. Mütaliə etdiyiniz vaxt tez-tez dayanın ki, hər bir məsləhəti necə tətbiq edə

biləcəyinizi özünüzdən soruşa biləsiniz.

4. Hər bir vacib fikrin altından xətt çəkin.

5. Bu kitabı hər ay təkrarən oxuyun. Bu kitabdan özünüzün gündəlik

problemlərinizin həllində kömək edən dərs vəsaiti kimi istifadə edin.

6. Bu prinsipləri əlinizə düşən istənilən imkanda tətbiq edin.

7. Öyrənmək prosesini şən oyuna çevirin, bunun üçün dostlarınızdan kiməsə

sizi bu prinsiplərin pozulmasında tutacağı halda bir dollar verəcəyinizi vəd edin.

8. Hər həftə nə kimi uğurlara nail olduğunuzu yoxlayın. Hansı səhvlərə yol

verildiyini, nədə inkişaf əldə olunduğunu, gələcəyə özünüz üçün nə kimi dərs

çıxardığınızı özünüzdən soruşun.

9. Bu prinsipləri necə və nə vaxt tətbiq etdiyinizi göstərən gündəliyi bu

kitabın sonundakı təmiz səhifələrdə aparın.

67 Rus dilinə S.Marşakın tərcüməsində (bax: С.Я.Маршак. Əsərlər toplusu 8

cilddə. M., “Художественная литература”, 1968– 1970, c. 3, səh. 678)

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə