Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə159/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   155   156   157   158   159   160   161   162   ...   208

III Hissə

NARAHAT OLMAQ VƏRDİŞİ SİZƏ ZİYAN GƏTİRMƏZDƏN ƏVVƏL ONU NECƏ

ÜSTƏLƏMƏLİ

Altıncı fəsil

Narahatlığı qəlbinizdən necə sıxışdırıb çıxarmalı

Marion C.Duqlasın bir neçə il əvvəl öz həyat əhvalatını danışdığı həmin

axşamı mən heç vaxt unutmayacağam. O, mənim kurslarıma gəlirdi (onun əsl

adını çəkmirəm, çünki şəxsi səbəblərdən xahiş etmişdi ki, onun haqqında

məlumat verməyim). Onun bir dəfə məşğələlərdə danışdığı əsl tarixçəsi budur. O

danışırdı ki, ailəsinə faciə üz vermişdi, özü də bir yox, iki dəfə. Birinci dəfə o, dəli

kimi sevdiyi beş yaşlı qızını itirdi. O və həyat yoldaşı fikirləşirdilər ki, bu dərdə

dözə bilməyəcəklər. “Lakin üstündən on ay keçəndən sonra, – o danışırdı, – Tanrı

bizə başqa balaca qız bəxş etdi və o da beş gündən sonra öldü.

Bu ikiqat zərbə bizim axırımıza çıxdı. Mən nə yata bilirdim, nə yeyə, nə

dincələ, nə də özümü toxtada bilirdim. Əsəblərim tamam pozulmuşdu və həyata

inamı itirdim”.

Nəhayət, o, həkimlərə müraciət etdi. Həkimlərdən biri ona yuxu dərmanları

təyin elədi, bir başqası səyahətə çıxmağı tövsiyə etdi. O, bu məsləhətlərin hər

ikisini yerinə yetirməyə çalışırdı, amma heç nə alınmırdı. O danışırdı: “Məndə

belə hiss var idi ki, bədənim sanki mancanağın arasındadır və o, getdikcə daha

bərk sıxılır”. Onun üzərini dərd almışdı. Əgər nə vaxtsa hüzn sizi mənəvi

cəhətdən iflic etmişdirsə, onun nələr keçirdiyini başa düşərsiniz.

“Lakin şükür olsun Tanrıya ki, mənim bir uşağım qalırdı: dördyaşlı oğlum. O,

mənə problemimi həll etməyə kömək elədi. Bir dəfə günortaçağı öz-özümə

yazığım gələ-gələ tənha oturduğum vaxt o, mənə müraciət etdi: “Ata, sən mənə

qayıq düzəldəcəksən?” Qayıq düzəltməyə mənim qətiyyən həvəsim yox idi;

əslində isə heç nə edə bilmirdim. Amma oğlum – çox inadkar uşaqdır. Təslim

olmaq məcburiyyətində qaldım. Oyuncaq qayığın düzəldilməsi üç saat vaxtımı

aldı. Qayıq hazır olanda başa düşdüm ki, uzun aylar ərzində ilk dəfə ruhi sakitlik

vəziyyətində idim.

Bu kəşf məni letargiya halından çıxardı və situasiyanı dərk etməyə məcbur

elədi. Uzun aylar ərzində ilk dəfə idi ki, fikirləşirdim. Başa düşdüm ki,

planlaşdırma və ölçüb-biçmə ilə bağlı fəaliyyətlə məşğul olduğumuz vaxt

narahatlığı adlamaq mümkündür. Beləliklə, qayığı düzəltmək dərdimi

yüngülləşdirdi. Özümü həmişə məşğul etməyi qərara aldım.

Növbəti axşamı otaqları gəzməyə, düzəldilməsi tələb olunan işlərin siyahısını

tutmağa başladım. Çox şeyin təmirə ehtiyacı var idi: kitab rəfləri, pilləkənin

pillələri, pəncərələrin ikinci çərçivələri, pərdələr, qapının dəstəkləri, qıfıllar, axan

su kranları. Ağlasığmaz görünə bilər ki, iki həftə ərzində özüm üçün 242 iş aşkar

etdim.


Son iki il ərzində bu işlərin əksəriyyətini yerinə yetirdim. Bundan başqa, öz

həyat tonusumu stimullaşdıran fəaliyyətlə məşğul olmağa başladım. Həftədə iki

dəfə Nyu-Yorkda yaşlılar üçün təhsil kurslarına gedirəm. Doğma şəhərimdə

ictimai fəaliyyətlə məşğulam və hazırda məktəblərin idarə olunması üzrə

downloaded from KitabYurdu.org



komissiyanın sədri seçilmişəm. Çox sayda iclasda iştirak edirəm. Qırmızı Xaçın

fonduna pul yığılmasına kömək edir və digər fəaliyyət növləriylə məşğul oluram.

İndi o qədər bərk məşğulam ki, narahat olmağa vaxtım belə yoxdur”.

Narahat olmağa vaxtım yoxdur! Uinston Çörçill müharibənin ən qızğın

çağında sutkada on səkkiz saat işləyəndə məhz bu haqda demişdi. Onun üzərinə

düşən çox böyük məsuliyyətlə bağlı narahat olub-olmadığını Çörçildən

soruşanda o cavab vermişdi: “Mən həddən çox məşğulam ki, narahat olmaq üçün

vaxtım qalsın?!”.

Avtomobil üçün avtomatik starterin ixtira olunması üzərində işləyəndə Çarlz

Ketterinq də eyni vəziyyətə düşmüşdü. Sonralar cənab Ketterinq “Ceneral

Motors” firmasının vitse-prezidenti olmuşdu. O, təqaüdə yalnız bu yaxınlarda

çıxmışdı. cənab Ketterinq “Ceneral Motors” firmasının bütün dünyada məşhur

olan elmi tədqiqatlar üzrə korporasiyasına başçılıq edirdi. Amma öz fəaliyyətinin

başlanğıcında o, elə yoxsul idi ki, laboratoriyasını tövlədə qurmağa məcbur

olmuşdu. O, ərzağın haqqını ödəmək üçün pulu həyat yoldaşının pianoda çalmaq

dərslərindən aldığı min beş yüz dollardan götürmək məcburiyyətində qalmışdı.

Bir qədər də sonra öz sığortasını girov qoyaraq beş yüz dollar borc almağa vadar

oldu. Mən onun həyat yoldaşından belə bir ağır dövrdə narahat olub-olmadığını

soruşdum. “Hə, – cavab verdi o, – elə bərk həyəcanlanmışdım ki, heç gözümə

yuxu da getmirdi, amma cənab Ketterinq sakit idi. O, öz işinə həddən artıq bərk

aludə olmuşdu ki, hələ bir narahat da olaydı”.

Böyük alim Paster deyirdi ki, “ruhi sakitliyi kitabxanalarda və labora-

toriyalarda tapmaq olar”. Niyə məhz orada? Ona görə ki kitabxanalarda və

laboratoriyalarda, adətən, insanlar elmi problemlərlə həddən ziyadə bərk məşğul

olurlar və onların özləriylə bağlı narahatlığa vaxtları olmur. Alimlər əsəb

pozuntularını nadir hallarda keçirirlər. Onların bu “ləzzəti” dadmağa vaxtları

yoxdur.

Məşğul olmaq kimi adi bir şey nə üçün narahatlığı sıxışdırıb çıxarmağa



kömək edir? Bu, psixologiyanın müəyyən etdiyi ən əsas qanunlardan biri ilə izah

olunur. Həmin qanun aşağıdakından ibarətdir: istənilən, hətta ən parlaq insan

beyni üçün eyni bir zaman kəsiyində bir fikirdən artıq nə isə barədə düşünmək

qeyri-mümkündür. Siz buna o qədər də əmin deyilsiniz? Nə etmək, onda gəlin

eksperiment keçirməyə cəhd edək.

Tutaq ki, siz kreslonun söykənəcəyinə yayılırsınız, gözlərinizi yumur və eyni

vaxtda Azadlıq heykəli və sabah səhər nə edəcəyiniz barədə fikirləşməyə cəhd

edirsiniz (Bunu etməyə çalışın.).

Siz görəcəksiniz ki, bu və o biri barədə eyni vaxtda yox, növbə ilə fikirləşmək

mümkündür. Aydın məsələdir ki, eyni şey bizim emosiyalarımız sahəsində də baş

verir. Biz maraqlı işlə bağlı ruhi gümrahlıq, entuziazm keçirə və eyni zamanda da

sıxıntılı əhvalda ola bilmirik. Emosiyaların bir növü o birini sıxışdırıb çıxarır.

Orduda işləyən psixiatrlara müharibə dövründə möcüzələr törətməyə məhz bu

sadə kəşf imkan vermişdi.

Əsgərlər döyüş meydanından yaşadıqları elə dəhşətli sarsıntılarla

qayıdırdılar ki, onları “psixonevrotik” adlandırır, hərbi həkimlər onlara dərman

qismində “özünü nə iləsə məşğul etməyi” təyin edirdilər.

Yaşadıqlarından əsəb sistemləri sarsılan bu insanların həyatının hər dəqiqəsi

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə