Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə160/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   156   157   158   159   160   161   162   163   ...   208

fəaliyyətlə doldurulmuşdu. Bu, adətən, təmiz havada keçirilirdi. Onlar balıq

tutmaqla, ovla, topla oynamaqla, qolf oyunu ilə, fotoşəkil çəkməklə, bağçılıq və

rəqslərlə məşğul olurdular. Yaşadıqları dəhşətləri xatırlamağa onların vaxtı

qalmırdı.

“Əmək terapiyası” – bu, psixiatriyada istifadə edilən, dərman qismində

əməyin təyin olunduğu termindir. Bu, yeni deyil. Qədim yunanıstanlı həkimlər

əmək terapiyasını bizim eramızdan hələ beş yüz il əvvəl təyin edirdilər.

Kvakerlər

68

əmək terapiyasını Filadelfiyada Ben Franklinin dövründə tətbiq



edirdilər. 1774-cü ildə kvakerlərin sanatoriyasını ziyarət edən bir nəfər ruhi

xəstə olan pasientlərin yun əyirdiklərini görəndə heyrətlənmişdi. O, bədbəxtlərin

istismar olunduğunu zənn etmişdi. Amma kvakerlər izah etdilər ki, pasientlər

gücləri çatan fəaliyyətlə məşğul olanda onların sağlamlığı, həqiqətən də,

yaxşılaşırdı. Bu, əsəbləri sakitləşdirirdi.

İstənilən psixiatr sizə deyər ki, iş – əmək fəaliyyəti – əsəb xəstəliyinə

tutulmuş adamlar üçün ən yaxşı dərmandır. Henri U.Lonqfello bunu cavan həyat

yoldaşını itirəndə başa düşmüşdü. Bir dəfə onun xanımı balaca surğuc tikəsini

şamın alovunda əritmək istəyəndə od qəfildən paltarına düşmüşdü. Lonqfello

həyat yoldaşının qışqırıqlarını eşitdi və onu xilas eləməyə çalışdı. Lakin artıq gec

idi. Qadın yanıqlardan vəfat etdi. Lonqfello bir müddət bu qorxunc hadisədən o

qədər sarsılmışdı ki, az qala havalanmışdı. Lakin, bəxtindən, üç uşağı onun

diqqətinə möhtac idi. Öz dərdinə baxmayaraq, Lonqfello onlar üçün həm ata, həm

də ana oldu. O, uşaqları gəzməyə aparır, onlara nağıllar danışır, onlarla oyunlar

oynayırdı. O, uşaqlarla ünsiyyətini özünün ölməz “Uşaq saatı” poemasında həkk

etdi. Eyni vaxtda da o, Danteni tərcümə eləməyə girişdi və bütün bu işlərin

sayəsində daim məşğul olurdu və öz dərdini tamamilə unutdu. Ruhi tarazlığını o

yalnız bu cür əldə edə bildi. Tennison ən yaxın dostu Artur Hallamı itirəndə

demişdi: “Mən özümü fəaliyyətdə itirməliyəm, əks-təqdirdə, xiffət məni

qurudacaqdır”.

Bizlərdən əksəriyyətimizə “özümüzü fəaliyyətin içində itirmək” çətin deyil,

axı biz bütün günü xidməti vəzifəmizi yerinə yetirir və dələ təkərdə olduğu kimi

fırlanırıq. Lakin bizim işdən sonrakı vaxtımız qalır, onlar isə ən qorxuludur. Biz

məhz dincəlməkdən həzz alanda və elə bil ki, özümüzü ən bəxtəvər insan

duymalı olanda pusquda duran narahatlıq iblisi bizim başımızın üstünü alır. Axı

həyatda heç nəyə nail olmadığımız, elə öz yerimizdə təpik döydüyümüzlə bağlı

düşüncələrə biz məhz elə həmin dəqiqələrdə dalırıq; bizə belə gəlir ki, rəis bizə

irad tutanda “nə isə demək istəyirmiş” və ya dazlaşmağa başlamağımızdan

pərişan oluruq.

Biz məşğul olmayanda beynimiz vakuum halına yaxınlaşmaq tendensiyasına

malikdir. Hər bir tələbə-fizik bilir ki, “təbiət boşluğa imkan vermir”. Bizim nə

vaxtsa görə biləcəyimiz vakuumun ən yaxın bənzəri – bu, qızma ilə yanan

elektrik lampasının içərisidir: bu lampanı sındırın – və təbiət nəzəri olaraq boş

olan bu məkanı doldurmaq üçün havanı güclə itələyib ora salacaq.

Heç nə ilə məşğul olmayan beyni dolduran da elə təbiətdir. Nə ilə? Bir

qanunauyğunluq kimi emosiyalarla. Niyə? Ona görə ki narahatlıq, qorxu, nifrət,

qısqanclıq və paxıllıq kimi emosiyalar ibtidai qüvvə və cəngəlliklərin dinamik

downloaded from KitabYurdu.org




enerjisi ilə hərəkətə gətirilir. Bu cür emosiyalar elə güclüdür ki, onlar bizim

qəlbimizdən sakit, xoşbəxt fikirlərin və hisslərin hamısını sıxışdırıb çıxarır.

Kolumbiya dairəsi, Müəllim Kollecində pedaqogika üzrə professor Ceyms

L.Mersell bu fikri aşağıdakı sözlərlə çox yaxşı ifadə edib: “Narahatlıq sizi xüsusilə

fəaliyyət göstərdiyiniz vaxt yox, günün işləri qurtarandan sonra gəmirib dağıdır.

Bu vaxt təxəyyülünüz guya məruz qaldığınız həyat uğursuzluqlarının sarsaq

mənzərələrini təsvir edir və ən xırdaca səhvi belə şişirdib böyüdür”.

“Həmin vaxt, – o davam edir, – beyniniz faydalı iş görmədən işləyən

mühərriki xatırladır. O, dəlisov sürətlə işləyir və diyircəkli yastıqların yanması və

ya onların tamamilə məhv olması təhlükəsi yaranır. Narahatlıqdan müalicə

olunmaq üçün konstruktiv nə isə bir iş görməklə özünü tamamilə məşğul etmək

zəruridir”.

Bu həqiqəti dərk etmək və onu praktikada tətbiq etmək üçün kollec

professoru olmaq mütləq deyil. Müharibə dövründə mən Çikaqodan olan bir

evdar qadınla tanış olmuşdum ki, o, özü üçün etdiyi kəşfi mənə danışmışdı:

“Narahatlıqdan ən yaxşı dərman – insanın bütün vaxtını və qüvvəsini alan

fəaliyyətdir”. Mən bu qadın və onun əri ilə Nyu-Yorkdan Missuridəki fermama

gedəndə qatarın vaqon-restoranında tanış olmuşdum (Əfsus ki, onların adlarını

soruşmadım – insanların adlarını və ünvanlarını göstərmədən nümunələr

göstərməyi xoşlamıram. Bu cür təfərrüatlar əhvalatın gerçək olduğuna dəlalət

edir.).

Bu cütlük danışdı ki, onların oğlanları silahlı qüvvələrə Perl-Harbordan



sonrakı gün daxil olmuşdu. Qadın öz yeganə oğlu barədə daim narahat olurdu,

bu, onun sağlamlığını, demək olar, sarsıtmışdı. O, indi haradadır? Təhlükəsiz

yerdədirmi? Yoxsa döyüşdədir? O, yaralı deyilmi? Həlak olubmu?

Öz narahatlığını necə üstələyə bildiyini ondan soruşanda qadın cavab verdi:

“Mən məşğul idim”. Demə, o, hər şeydən əvvəl, öz qulluqçusunu buraxır və bütün

ev işlərini özü etməyə başlayır. Lakin bunun o qədər də köməyi olmadı. “Bəla

bunda idi ki, – deyirdi o, – mən ev işlərini, demək olar, avtomatik surətdə

edirdim, beynim fəaliyyətsiz qalırdı. Buna görə də narahat olmaqda davam

edirdim. Yorğan-döşəyi səliqəyə salanda və qab-qaşığı yuyanda başa düşürdüm

ki, mənə başqa, günün hər saatında fiziki və zehni qüvvələrimin

cəmləşdirilməsini tələb edəcək iş lazımdır. Onda iri universal mağazada satıcı

işləməyə başladım”.

“Bu, mənə kömək elədi, dərhal aktiv fəaliyyətin burulğanına düşdüm: alıcılar

daim ətrafımda yığışır, qiymətləri soruşur, ölçülər və rənglərlə maraqlanırdılar.

Bilavasitə öz vəzifəmdən başqa nə isə barədə fikirləşməyə bir saniyə belə vaxtım

qalmırdı. Axşam düşəndə isə yalnız ayaqlarımdakı ağrılardan necə yaxa

qurtarmaq barədə fikirləşirdim. Şam yeməyindən dərhal sonra yatağa uzanır və

ölü kimi yuxuya gedirdim. Narahat olmaq üçün nə vaxtım, nə də halım var idi”.

O, özü üçün Con Kuper Pouisin yazdığı “Xoşagəlməzləri unutmaq sənəti”

kitabında haqqında danışdığını kəşf etmişdi: “Özünə tapşırılan işə büsbütün

aludə olanda insanın əsəblərini hansısa bir xoş təhlükəsizlik hissi, hansısa dərin

daxili rahatlıq, özünəməxsus bəxtəvər unutqanlıq sakitləşdirir”.

Bizim xoşbəxtliyimiz məhz elə bundadır. Dünyada ən məşhur səyahətçi

qadın olan Ousa Conson bu yaxınlarda mənə öz narahatlığını və qüssəsini necə

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə