Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə162/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   158   159   160   161   162   163   164   165   ...   208

Əlacsızlıqdan elə bir həyat tərzi sürməyə başladım ki, bu, mənə yuxu-

suzluqdan və narahatlıqdan yaxamı qurtarmağa imkan verdi. Özümü işlə

yüklədim. Öz üzərimə bütün qabiliyyətlərimin cəmləşdirilməsini tələb edən işlər

götürdüm. Beləcə, narahatlıq üçün vaxtım qalmırdı. Adətən, gündə yeddi saat

işləyirdim. İndi isə gündə on beş və on altı saat işləməyə başladım. Kontorumuza

hər gün saat səkkizdə gəlirdim və demək olar, gecəyarıya qədər orada qalırdım.

Üzərimə yeni vəzifələr, yeni məsuliyyət götürdüm. Gecəyarı evə gələndə o qədər

əldən düşmüş olurdum ki, dərhal yatağa girir və bir neçə saniyədən sonra

yuxulayırdım.

Mən bu proqrama üç ay ərzində əməl etdim. Bu müddət ərzində narahat

olmaq vərdişimə üstün gələ bildim və yenə də gündə yeddi-səkkiz saat işləməyə

başladım. Bu hadisə on səkkiz il əvvəl baş vermişdi. O vaxtdan mən artıq

yuxusuzluqdan əziyyət çəkmirəm və narahat olmaqdan yaxamı qurtarmışam”.

Corc Bernard Şou haqlı idi. O, bütün bunlara xülasə verərək demişdi:

“Bədbəxtçiliklərimizin sirri bundadır ki, xoşbəxt olub-olmadığımız üzərində

fikirləşmək üçün boş vaxtımız həddən artıq çoxdur”.

Beləliklə, gəlin bu barədə düşüncələrimizə son qoyaq. Qollarınızı çırmayın və

işlə məşğul olun, qanınız daha aktiv dövr etməyə başlayacaq; beyniniz daha

sürətlə işləməyə başlayacaq. Və çox tezliklə həyat tonusunuz yüksələcək ki, bu da

sizə narahatlığı unutmağa kömək edəcəkdir. Özünüzü məşğul edin. Həmişə

məşğul olun. Bu, yer üzərində ən ucuz və ən yaxşı dərmanlardan biridir.

Narahat olmaq vərdişi sizə ziyan gətirməzdən əvvəl onu üstələmək üçün

birinci qaydanı yerinə yetirin:

Özünüzü məşğul edin. Narahatlıqdan əziyyət çəkən adam özünü işdə

tamamilə unutmalıdır, əks-təqdirdə, o, naəlaclıqdan quruyar.

Yeddinci fəsil

Boş-boş şeylərin sizi sarsıtmasına

imkan verməyin

Bu yerdə, çox güman ki, ömrümün sonuna qədər yaddan çıxarmayacağım bir

əhvalat yadıma düşdü: onu mənə Nyu-Cersi ştatının Meyplvud şəhərində

yaşayan Robert Mur danışmışdı.

“Ömrümün ən vacib dərsini 1945-ci ilin mart ayında aldım, – deyə o

söhbətinə başladı. – Mən bu dərsi Hind-Çin sahilləri yaxınlığında dənizin 276 fut

dərinliyində almışdım. “Bayya S.S. 318” sualtı qayığının bortunda olan səksən

səkkiz nəfərdən biri də mən idim. Radarın köməyi ilə biz aşkar etdik ki, sualtı

qayığımıza elə də böyük olmayan yapon konvoy gəmisi yaxınlaşır. Səhər havanın

işıqlanan vaxtı olardı, biz hücuma keçmək üçün dərinliyə baş vurduq.

Periskopdan baxanda yapon keşik gəmisini, tanker və mina-çəpərləyici gəmisini

gördüm. Keşikçi gəmisinə üç torpedo buraxdıq, lakin hədəfə dəymədik.

Torpedonun hər birinin mexanizmində nə isə sıradan çıxmışdı. Keşikçi gəmi ona

nəyin hücum etdiyini bilmədiyindən öz kursu ilə getməkdə davam edirdi. Biz

axırda gedən gəmiyə, mina-çəpərləyici gəmisinə hücum etməyə hazırlaşırdıq ki,

o, qəfildən döndü və düz bizim üstümüzə gəlməyə başladı (yapon təyyarəsi bizi

altmış fut dərinlikdə aşkar etmişdi və mövqeyimizi radio ilə yapon mina-

çəpərləyiciyə bildirmişdi). Biz 150 fut dərinliyə endik ki, sualtı qayığımızın yerini

müəyyən etmək mümkün olmasın və üzərimizə dərinlik mərmiləri ilə hücum

downloaded from KitabYurdu.org



ediləcəyinə hazırlaşdıq. Lyuklara əlavə boltlar taxdıq; sualtı qayığımızın

hərəkətinin tamamilə səssiz olması üçün isə ventilyatorları, soyutma sistemini və

elektrik cihazlarının hamısını söndürdük.

Üç dəqiqədən sonra qarşımızda cəhənnəmin qapıları açıldı. Yan-yörəmizdə

altı dərinlik mərmisi partladı və partlayış dalğası bizi okeanın dibinə, 276 fut

dərinliyə atdı.

Dəhşət içində idik. Belə dərinlikdə hücuma məruz qalmaq təhlükəli, 500 fut

dərinlikdə isə bu, demək olar, ölümcül hesab olunur. Bizə isə 250 futdan azacıq

çox dərinlikdə hücum etmişdilər. Odur ki, hər hansı bir təhlükəsizlikdən heç

söhbət də gedə bilməzdi. Yapon mina-çəpərləyicisi on beş saat ərzində dərinlik

mərmilərini atmaqda davam edirdi. Əgər mərmilər sualtı qayığın on yeddi fut

həndəvərində partlayırlarsa, onda gəmidə çatlar əmələ gəlir. Əlli fut

həndəvərimizdə partlayan dərinlik mərmilərini saymaq çətin idi. Bizə

“özümüzün təhlükəsizliyimizi təmin etmək” – çarpayılarımızda sakitcə uzanmaq

və öz üzərimizdə nəzarəti itirməmək əmr olunmuşdu. Elə qorxmuşdum ki, güclə

nəfəs ala bilirdim. “Bu, ölümdür, – deyirdim özlüyümdə yenə və yenə, – bu, ölüm-

dür!..” Ventilyatorlar və soyuducu sistem söndürüldüyündən sualtı qayığın

içərisində temperatur 100 dərəcədən

69

keçmişdi, lakin qorxunun təsirindən



mənə soyuq idi, məni heç əynimə geyindiyim sviter və xəz altlıqlı gödəkcə də

qızışdırmırdı. Soyuqdan titrəyirdim. Dişlərim taqqıldayırdı. Dərimin üzərində

soyuq, yapışqan tər əmələ gəlirdi. Hücum on beş saat davam elədi. Sonra qəfildən

kəsildi. Çox güman, yapon mina-çəpərləyicisi dərin mərmi ehtiyatını tamam

istifadə etmiş və üzüb getmişdi. Bu on beş saat hücum sanki on beş milyon il kimi

uzanırdı. Həmin vaxt ərzində bütün həyatım xatirəmdə canlandı. Ömrümdə

etdiyim pis nə var idisə və barəsində narahat olduğum xırda xoşagəlməzliklərin

hamısı yadıma düşdü. Dəniz donanmasında xidmətə qədər bankda klerk işlə-

yirdim. Mən çox işləmək lazım gəldiyinə, əməkhaqqımın isə çox miskin olduğuna

və vəzifədə irəliləyişimə, demək olar, heç bir ümidim olmadığına görə narahat

olurdum. Yaşadığım ev mənə məxsus deyildi, özümə təzə maşın, öz həyat

yoldaşıma gözəl paltarlar ala bilmədiyimə görə narahat olurdum. Öz rəisimə –

daim deyinən və məndə nöqsan axtaran qocaya necə də nifrət edirdim!

Yadımdadır, çox vaxt axşam evə hirsli, narazı gəlir və həyat yoldaşımla boş

şeylərə görə sözləşirdim. Avtomobil qəzasından sonra alnımda qalan çapıq məni

narahat edirdi.

Əvvəllər mənə belə gəlirdi ki, bu xoşagəlməz hallar çox böyükdür. Lakin

dərinlik mərmiləri məni o biri dünyaya göndərməklə hədələyəndə onlar mənə

necə də cılız görünürdü. Onda özümə and içdim ki, əgər mənə bir daha günəşi və

ulduzları görmək nəsib olarsa, bundan sonra artıq heç vaxt, heç vaxt narahat

olmayacağam. Heç vaxt!!! Heç vaxt!!! Heç vaxt!!! Həmin on beş dəhşətli saat

ərzində mən yaşamaq sənəti barədə Sirakyus Universitetində kitablardan təhsil

aldığım dörd ildə olduğundan çox şey öyrəndim”.

Biz çox vaxt ağır həyat sarsıntıları baş verən vaxt özümüzü dəyanətli

aparırıq, ardınca isə boş şeylərə, xırda sancmalara özümüzü yıxmağa imkan

veririk. Baxın, məsələn, Harri Veynin edam edilməsi barədə Semyuel Pepis öz

gündəliyində nə danışır. O, Veynin başının Londonda camaatın gözü qarşısında

necə kəsildiyini görmüşdü. cənab Harri edam meydançasına qalxanda o,

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə