Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə163/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   159   160   161   162   163   164   165   166   ...   208

həyatının saxlanması üçün yalvarmırdı, o, cəllada yalvarırdı ki, boynundakı, ona

olmazın ağrı verən çibana toxunmasın.

İnsanın eynilə həmin səciyyəvi cəhətini admiral Berd qütb gecələrinin

dəhşətli soyuğunda və qaranlığında aşkar etmişdi. O deyirdi ki, tabeçiliyində

olanlar ciddi məsələlərdən çox boş şeylərə görə əsəbiləşirdilər. Onlar

təhlükələrə, həyatın ağır şəraitinə, çox vaxt 80 dərəcədən

70

aşağı olan soyuğa



dəyanətlə sinə gərirdilər. “Lakin hərdən olurdu ki, – deyə admiral Berd danışırdı,

– iki ürək dostu biri o birisinin öz alətlərini onun üçün ayrılan yerə qoyduğundan

şübhələndiyinə görə bir-biri ilə danışmırdı. Mən bir nəfəri tanıyırdım, o,

yeməkxanada yalnız o vaxt əyləşə bilirdi ki, tikəsini ağzında iyirmi səkkiz dəfə

cidd-cəhdlə çeynəyəndən sonra udan fletçeristi

71

görmədiyi yer tapmış olsun”.



“Qütb arxasındakı düşərgədə bu cür boş şeylər, – deyirdi admiral Berd, –

hətta intizamlı adamları da havalanmaq dərəcəsinə çatdırmağa qadir idi”.

Və siz admiral Berdə əlavə edə bilərdiniz ki, ailə həyatında da boş şeylər

adamları havalanmaq dərəcəsinə çatdırır və “dünyadakı ürək xəstəliklərinin

yarısını” meydana çıxarır.

Hər halda, mütəxəssislər belə hesab edirlər. Məsələn, qırx mindən çox

boşanma prosesini keçirmiş Çikaqodan olan hakim bildirir: “Uğursuz nikahların

əksəriyyətinin əsasında boş şeylər durur”. Nyu-York dairəsinin prokuroru Frenk

S.Hoqan isə deyib: “Bizim məhkəmələrimizdə baxılan cinayət işlərinin yarısı boş

şeylərdən baş verib. Kafe-barlarda dəliqanlılıq, evdə deyişmələr, təhqiredici

iradlar, hörmətsiz söz, kobud zarafat – bunlar elə həmin boş şeylərdir ki,

hücumlara və qətllərə aparır. Bizlərdən çox azımız həyat tərəfindən

qəddarcasına incik salınmışıq. Axı dünyada ürək xəstəliklərinin yarısını bizim

şəxsi ləyaqət hissimizə edilən əhəmiyyətsiz həmlələr, təhqiramiz iradlar, bizim

heysiyyətimizə toxunulması meydana çıxarır”.

Eleonora Ruzvelt birinci dəfə ərə gedəndə o, aşpazının yaxşı biş-düş

eləmədiyinə görə “bütöv günlər ərzində narahat olurdu”. “Amma əgər indi belə

olsaydı, – deyir missis Ruzvelt, – çiyinlərimi çəkər və bunu yaddan çıxarardım”.

Nə gözəl! Yaşa dolmuş insanlar özlərini məhz elə bu cür də aparmalıdırlar. Hətta

istisnasız despotizmi ilə seçilən II Yekaterina da aşpaz hansısa yeməyi xarab

edəndə yalnız gülürdü.

Biz missis Karnegi ilə bir dəfə dostumuzun evində Çikaqoda nahar edirdik. O,

əti doğrayarkən nəyisə düzgün eləmədi. Bu, mənim nəzərimə çarpmadı.

Nəzərimə çarpmış olsaydı da, buna əhəmiyyət verməzdim. Amma onun həyat

yoldaşı bunu gördü və bizim yanımızda onun üstünə düşdü. “Con, – deyə o

qışqırdı, – nə etdiyini görmürsən? Özünü stolun arxasında aparmağı sən axı nə

vaxt öyrənəcəksən!”

Ardınca o, bizə dedi: “O, həmişə səhv edir. O düzəlməyə heç cəhd də eləmir”.

O, ola bilsin ki, əti düzgün doğramağa çalışmırdı, amma mən onun səbrinə heyran

qalıram – o, bu qadınla iyirmi il necə yaşaya bilib. Açığını deyim ki, mən

pekinsayaq bişirilmiş ördək və köpək balığının üzgəclərini yemək və bu cür

həyat yoldaşının deyinmələrini eşitməkdənsə, daha çox xardal və sosiska ilə

qidalanmağa üstünlük verərdim – amma dinclik şəraitində.

downloaded from KitabYurdu.org




Bu ziyafətdən bir qədər sonra onlar bizə qonaq gəlmişdilər. Təşrif

buyurmazdan bir qədər əvvəl xanım Karnegi gördü ki, üç əl salfeti süfrəyə uyğun

deyil.

“Mən aşpazın yanına cumdum, – deyə o, qonaqlar gedəndən sonra mənə



danışdı, – və öyrəndim ki, o biri üç salfet camaşırxanaya göndərilib. Qonaqlar

artıq qapının qarşısında idilər. Salfetləri dəyişməyə vaxt yox idi. Özümü belə hiss

edirdim ki, indicə hönkürtü vurub ağlayacağam. Mən yalnız bir şey haqqında

fikirləşirdim: “Bu xırda səhlənkarlıq mənim bütün gecəmi axı niyə korlamalı idi?”

Sonra isə fikirləşdim ki, axı mən buna niyə yol verməliyəm? Stolun arxasına

gecəni yaxşı keçirmək qərarını möhkəm qət edərək əyləşdim. Və bütün ziyafət

ərzində əla əhvali-ruhiyyədə oldum”.

“Dostlarımız məni tündməzac, əsəbi qadın hesab etməkdənsə, yaxşı olar ki, –

dedi o, – qoy məni pinti evdar qadın hesab etsinlər. Hər halda (mənə məlum

olduğu qədər), salfetlərə heç kim diqqət yetirmədi!”

Məşhur hüquq prinsipində deyilir: “De minimis поп curat lex” – “Qanun boş

şeylərlə məşğul olmur”. Qayğıları başından aşan adam da boş şeylərə fikir

verməməlidir – əgər o, ruhi sakitliyini qoruyub saxlamaq istəyirsə.

Boş şeylərə görə əsəbiləşməmək üçün əksər hallarda götürülərsə, bizə tələb

olunan – beynimizdə məmnun olmağa istiqamətlənmiş yeni göstəriş

yaratmaqdır. Dostum, “Onlar Parisi görməli idilər” və bir düjün də başqa kitabın

müəllifi Homer Kroy bunu necə etmək lazım olduğu ilə bağlı heyrətamiz nümunə

göstərir. O, yeni kitabının üzərində işlədiyi vaxt dəli olmaq həddinə çatmışdı.

Homeri bu hala onun Nyu-Yorkda mənzilindəki istilik radiatorlarının cırıltısı

çatdırmışdı. Buxar taqqıldayır və fışıldayırdı. Homer Kroy da yazı stolunun

arxasında oturaraq əsəbindən fısıldayırdı.

“Və budur, – danışır Homer Kroy, – dostlarımla turist səyahətinə yollandım.

Ocaqda yanan budaqların çartıltısına qulaq asa-asa fikirləşdim ki, bu,

radiatorlardan gələn səsə oxşayır. Çartıldayan budaqların səsi niyə mənə bu

qədər ləzzət verir, radiatorların səsi isə niyə xoşuma gəlmir? Evə qayıdanda

özümə dedim: ocaqda budaqların çartıltısı sənə xoşdur, radiatorlardan gələn səs

isə təqribən elə o cürdür. Mən yatmağa gedirəm və bu səs məni narahat

etməyəcək. Elə belə də etdim. Bir neçə gün radiatorların səsini eşidirdim, lakin

tezliklə onu tamamilə unutdum.

Boş şeylərin bir çoxu elə bu cür baş verir. Onlar bizə xoş deyil və bizi ağlımızı

itirmək dərəcəsinə gətirir və bu ona görə belədir ki, biz boş şeylərin həyatımızda

əhəmiyyətini olduğundan çox şişirdirik...”

Dizraeli demişdi: “Həyat çox qısadır ki, onu boş şeylərə israf edəsən”. “Bu

sözlər mənə, – deyə Andre Morua “Zis Uik” jurnalında yazırdı, – bir çox

çətinlikləri adlamağa kömək etdi. Biz nifrət etməli və unutmalı olduğumuz boş

şeylərə görə öz kefimizin pozulmasına imkan veririk. Bizim bu torpaqda

yaşamaq üçün vur-tut bir neçə onillik vaxtımız qalır, biz isə heç vaxt geri

dönməyəcək bu qədər saatı bir ildən sonra unudacağımız inciklikləri götür-qoy

etməklə itiririk. Ətrafımızdakı insanların hamısı da bunları unudacaq. Xeyr, gəlin

öz həyatımızı insana layiq olan hərəkətlərə və hisslərə həsr edək, qoy bizi

möhtəşəm fikirlər, əsl bağlılıqlar, ölməz əməllər ruhlandırsın. Axı həyat

həddindən çox qısadır, onu boş şeylərə israf etmə”.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə