Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə168/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   164   165   166   167   168   169   170   171   ...   208

Və Tarkinqton bu “ən qorxunc bədbəxtliyə” necə reaksiya verdi? O hiss

edirdimi ki, “Budur o! Bu – mənim ömrümün sonudur”. Heç də yox. Və öz

təəccübünə rəğmən o, kifayət qədər şən idi. Hətta bu məqamda da yumor hissi

onu tərk etmirdi. Yayılan “ləkələr” onu əsəbiləşdirirdi: ləkələr onun gözləri

önündə üzür və ətraf aləmi ondan örtürdü. Amma həmin ləkələrdən ən böyüyü

onun qarşısından üzüb keçəndə onlara müraciət edirdi: “O-o, xoş gördük! Bax

babacığaz yenə də gəldi! Maraqlıdır, belə gözəl bir səhər günündə o, görəsən,

hara yol alıb!”

Məgər tale belə bir mənəvi gücü əyə bilərdimi? Cavab belədir – bacarmazdı.

Vahiməli zülmət onun qarşısında açılanda Tarkinqton dedi: “Başa düşdüm ki,

insan bir çox başqa şeylərlə barışdığı kimi, mən də görmə qabiliyyətimi itirməklə

barışa bilərəm. Hətta əgər mən duyğu hisslərimin beşini də itirmiş olaramsa,

mən öz daxili aləmimdə yaşamaqda davam edə bilərdim. Axı biz bunu bilib-

bilməməyimizdən asılı olmayaraq, zəka gözümüzlə görür və öz daxili

dünyamızda yaşayırıq”.

Görmə qabiliyyətini qaytarmaq ümidiylə Tarkinqtona bir il ərzində on ikidən

çox cərrahi əməliyyata dözmək lazım gəldi. Və əməliyyatların hamısı yerli

anesteziya altında keçirilirdi! O, bundan hiddətlənirdimi? O bilirdi ki, bunu etmək

zəruridir. O başa düşürdü ki, bu, qaçılmazdır və o başa düşürdü ki, öz əzablarını

yüngülləşdirməyin yeganə üsulu – qaçılmaz olanla barışmaq və özünü ləyaqətlə

aparmaqdır. O, xəstəxanada ayrıca palatadan imtina etdi və xəstəliklərdən əzab

çəkən insanların olduğu yerə getdi. O, onları ruhlandırmağa çalışırdı. Yeni-yeni

əməliyyatlara məruz qalaraq – öz gözləriylə nə edildiyini başa düşə-düşə –

Tarkinqton özünü bəxtinin çox gətirdiyinə inandırmağa çalışırdı. “Necə də

gözəldir! – dedi o. – Elmin bu cür, insan gözü kimi mürəkkəb quruluşu olan or-

qanın üzərində əməliyyat keçirə bilməsi qədər ustalığa yiyələnməsi necə də

gözəldir!”

Əgər adi insan kor olardısa və on ikidən çox cərrahi əməliyyat keçirməli

olardısa, o, əsəb pozuntusu xəstəliyinə düçar ola bilərdi. Amma Tarkinqton dedi:

“Mən razı olmazdım ki, keçirdiklərimi bundan xoşbəxt hadisələrə dəyişəm”. Bu,

onu qaçılmaz olanla barışmağa öyrətdi. Demə, həyatda heç nə onun qüvvəsindən

üstün deyilmiş. Tarkinqton Con Miltonun kəşf etdiyini başa düşdü: “Bədbəxtlik

kor olmaqda yox, korluğa tab gətirməyi bacarmamaqdadır”.

Yeni İngiltərədən

73

olan feminist xanım Marqarita Fuller bir dəfə öz



kredosunu açdı: “Mən Kainatı qəbul edirəm!”

Qoca deyingən Tomas Karleyl bu sözləri İngiltərədə eşidəndə don-

quldamışdı: “Tanrıya and içirəm, bu, onun özü üçün daha yaxşıdır!” Və həqiqətən

də, Tanrıya and içirəm, sizə və mənə də qaçılmaz olanla barışmaq daha yaxşıdır!

Əgər biz hiddətlənəcəyiksə, etiraz edəcəyiksə və əzazilləşəcəyiksə, qaçılmaz

olanı dəyişməyəcəyik; amma özümüzü dəyişəcəyik. Mən bunu bilirəm. Mən bunu

artıq sınamışam.

Bir dəfə mən qarşımda baş vermiş qaçılmaz situasiya ilə barışmaqdan imtina

etdim. Özümü çox axmaqcasına aparırdım, əsəbiləşirdim və etiraz edirdim.

Mənim yuxusuz gecələrim dəhşətə çevrildi. Və mən öz üstümə qətiyyən

arzulamadığım şeyləri gətirdim. Nəhayət, bütöv birillik ruhi əzablardan sonra

downloaded from KitabYurdu.org




mən lap əvvəldən bildiyim şeylə, özümün heç nəyi dəyişə bilməyəcəyim fikriylə

barışmaq məcburiyyətində qaldım.

Mən çox illər əvvəl qoca Uolt Uitmenlə birlikdə gərək deyəydim:

Necə duruş gətirim gecəyə, fırtınaya, aclığa,

Kinayələrə, təsadüflərə, imtinalara,

Mən sakit necə olum ağaclar və heyvanlartək.

Mən fermada on iki il işləmişəm, amma heç vaxt görməmişəm ki, yağışın

olmaması səbəbindən çəmənlikdə otun yanması və ya sulu qar yağması və qatı

soyuqların düşməsi üzündən cersi cinsli inəyin hərarəti qalxmış olsun. İnək öz

sevgilisi olan buğanın başqa inəklə maraqlanması səbəbindən də həyəcanlanmır.

Heyvanlar gecələri, fırtınaları və aclığı sakit keçirir; buna görə də onlarda nə əsəb

pozuntuları, nə də mədə xorası olur, onlar heç vaxt dəli olmurlar.

Fikirləşirsiniz ki, mən taleyin həyat yolumuzda qarşımıza çıxardığı

kəşməkəşlərlə, sadəcə olaraq, barışmağımızın tərəfdarıyam? Heç bir halda! Bu

əsl fatalizmdir. Nə qədər ki situasiyanı öz xeyrimizə dəyişmək imkanı

mövcuddur, gəlin mübarizə aparaq. Amma sağlam düşüncə deyəndə ki, biz nə

cür varsa, elə o cür də qalacaq və başqa cür ola bilməyəcək şeylə qarşılaşmışıq,

onda dərrakəmizin sağlam qalması naminə irəliyə və geriyə boylanmayın və

olmayan şey üçün yas saxlamayın.

Kolumbiya Universitetinin dekanı olmuş Hoks mənə demişdi ki, o, “Ana

Qaz”ın

74

şeirlərindən birini öz devizi kimi seçmişdir:



Bu dünyada hər bir dərdin

Çarəsi var, ya da yoxdur tamam xilas.

Sən səy göstər, çarəni tap,

Əgər yoxsa, əzab vermə özünə əbəs.

Bu kitabın üzərində işlədiyim vaxt mən Amerikanın bir çox görkəmli işgüzar

adamları ilə söhbət etmişdim. Onların qaçılmaz olanla hesablaşmaları və onların

həyatında, çox qəribədir ki, narahatlığın olmaması məndə dərin təəssürat

yaratmışdı. Əgər onlar bu qabiliyyətə malik olmasaydılar, onda öz fəaliyyətləriylə

bağlı olan gərginliyə tab gətirə bilməzdilər. Budur, haqqında danışmaq istədiyim

bir neçə nümunə.

C.S.Penni, eyniadlı firmanın əsasını qoyan, bütün ölkə üzrə mağazalar

şəbəkəsinin mülkiyyətçisi mənə demişdi: “Əgər pullarımın hamısını axırıncı

sentinə qədər itirmiş olsaydım belə, yenə də narahat olmazdım, axı narahat

olmaq heç nəyə kömək etməyəcək. Mən, adətən, gücüm çatan hər şeyi edirəm,

nəticələr isə necə olacaq – onu bir Tanrı bilir”.

Henri Ford mənə təqribən eyni şeyi demişdi. “Mən hadisələri idarə edə

bilməyəndə, – demişdi o, – onların özünə imkan verirəm ki, məni idarə etsinlər”.

Mən K.T.Kellerdən narahatlıqdan necə qaçdığını soruşanda o cavab vermişdi:

“Mən çətin vəziyyətə düşəndə, onda, əgər bacarıramsa, gücüm çatan hər şeyi

edirəm. Əgər heç nə edə bilmirəmsə, bunu, sadəcə olaraq, unuduram. Gələcəklə

bağlı mən heç vaxt narahat olmuram. Axı bilirəm ki, yer üzərində yaşayan

insanlardan heç biri gələcəkdə nə baş verəcəyini öncədən görə bilmir. Həmin

gələcəyə təsir göstərəcək elə çox qüvvələr mövcuddur ki! Bu qüvvələri nəyin

idarə etdiyini heç kəs deyə bilməz. Heç kim onları başa düşə bilmir. Belədirsə,

onlar barədə narahat olmaq nəyə lazım?” Əgər onu filosof adlandırsaydılar,

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə