Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə173/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   169   170   171   172   173   174   175   176   ...   208

fikirləşsəydik və ehtiyatlı olsaydıq, südü xilas edə bilərdik. Lakin indi artıq

həddən çox gecdir – edə biləcəyimiz isə yalnız onu hesabdan silmək, bu haqda

unutmaq və başqa işlərlə məşğul olmaqdır”.

“Mən stereometriyanı və latını unutduqdan sonra, – dedi mənə Allen

Sanders, – bircə bu kiçik təcrübə yadımda uzun müddət qaldı. Həqiqətən də, real

həyata münasibətdə bu təcrübə mənə məktəbdə təhsil aldığım dörd ildə mənə

tədris olunan qalan bütün hər şeydən çox öyrətdi. Bu təcrübə mənə imkan

daxilində südü dağıtmamağı, amma o artıq dağılıbsa və əlüzyuyanın deşiyinə

axıb gedibsə, onu tamamilə yaddan çıxarmağı öyrətdi”.

Oxucuların bəzisi güləcək ki, hamıya bəlli olan “Gedənin dalınca ağlamazlar”

məsəli, yəni “İtiriləni geri qaytara bilməzsən” haqda bu qədər çox danışılır.

Bilirəm ki, o, banaldır və lap çox çeynənib. Bilirəm ki, onu artıq min dəfə

eşitmisiniz. Lakin mənə həm də bu məlumdur ki, əsrlər boyu toplanan müdriklik

həmin banal məsəllərdə öz ifadəsini tapıb. Onlar bəşəriyyətin çox böyük

təcrübəsi əsasında yaradılıb və sayı-hesabı olmayan nəsillər vasitəsilə ötürülüb.

Əgər siz bütün dövrlərin nəhəng alimlərinin narahatlıq haqqında yazdıqlarının

hamısını oxumuş olsaydınız belə, “Çayı hoppanmazdan əvvəl hop demə”, yəni

vaxtından əvvəl özün üçün çətinlikləri yaratma və “Dağıdılmış südə görə

ağlamayın” kimi çeynənmiş məsəllərdə olduğu qədər dərin müdrikliyi heç yerdə

tapmazdınız. Əgər siz bu iki müdrikliyi həyatınızda tətbiq etsəydiniz (onların

banal olduqları ilə bağlı deyinmək yerinə), bizim bu kitaba qətiyyən ehtiyacımız

olmazdı. Həqiqətən də, əgər biz qədim məsəllərin əksər hissəsini praktikada

tətbiq etsəydik, həyatımız, demək olar, kamil olardı. Lakin bilik yalnız tətbiq

olunarkən qüvvəyə çevrilir və bu kitabın məqsədi sizə nə isə yeni bir şeyi

bildirmək deyil. Kitabın məqsədi – artıq bildiyinizi sizə xatırlatmaq, sizi hərəkətə

gətirmək və bu həqiqətləri öz həyatınızda necəsə istifadə etməyə sövq etməkdi.

Mən qədim həqiqətləri yeni və koloritli dillə izah etmək vergisinə malik olan,

mərhum Fred Fuller Şeddə oxşayan adamlara həmişə heyran olmuşam. O,

“Filadelfia bülleten” jurnalının redaktoru idi. O, bir dəfə kollecin məzunlarına

müraciət edərək onlara sual vermişdi: “Sizdən kim nə vaxtsa odun mişarlayıb?

Əlinizi qaldırın!” Onlardan çoxu əlini qaldırdı. Ardınca o soruşdu: “Bəs sizdən kim

nə vaxtsa yonqar mişarlayıb?” Bir nəfər də əlini qaldırmadı.

“Əlbəttə, yonqarı mişarlamaq mümkün deyil! – deyə cənab Şedd bildirdi. –

Onlar artıq mişarlanıb! Eyni şey də keçmişlə bağlı baş verir. Siz artıq baş vermiş

və tamam olmuş nə ilə isə bağlı narahat olmağa başlayanda, sadəcə olaraq,

yonqarı mişarlamağa başlayırsınız”.

Məşhur beysbol ustası Konni Makkın səksən bir yaşı tamam olanda mən

ondan uduzulan oyunlara görə nə vaxtsa narahat olub-olmadığını soruşdum. “O-

o, əlbəttə, məndə belə olub, – deyə Konni Makk cavab verdi. – Amma bu

axmaqlıqdan çox illər bundan əvvəl yaxa qurtarmışam. Başa düşdüm ki, narahat

olmağın heç bir xeyri yoxdur. O, heç nə ilə kömək etmir. Axı artıq axıb çaya

getmiş su ilə buğdanı üyütmək mümkün deyil”.

Artıq axıb bulağa tökülmüş su ilə, sözsüz ki, buğdanı üyütmək və tirləri

mişarlamaq mümkün deyil. Amma siz buna görə narahat olmağa başlasanız, onda

qırışlar sifətinizdə şırımlar açacaq və sizdə mədə xorası əmələ gələcəkdir.

downloaded from KitabYurdu.org




Keçən il Şükran günündə mən Cek Dempsi ilə birlikdə nahar edirdim; biz

quşüzümü sousunda bişirilmiş hinduşka yeyirdik və o, mənə Tanni adlı boksçuya

uduzaraq ağır çəkidə dünya çempionu adını itirdiyi matç haqqında danışdı. Bu,

təbii ki, Cek Dempsinin heysiyyətinə zərbə idi. “Həmin matçın ortalarında, – deyə

o, mənə danışdı, – mən qəfildən dərk elədim ki, qocaya çevrilmişəm... Onuncu

raundun axırlarında mən ayaq üstə hələ də dayana bilirdim, amma bundan başqa

heç nə. Sifətim şişmişdi və büsbütün qançırla örtülmüşdü, gözlərim, demək olar,

açılmırdı... Hakimin Cin Tanninin əlini qələbə əlaməti olaraq yuxarı qaldırdığını

görürdüm... Mən artıq dünya çempionu deyildim. Yağışın altında izdihamın

arasından öz paltardəyişmə otağıma tərəf getdim. Keçəndə bəziləri mənim

əlimdən tutmağa çalışırdılar. Başqalarının gözləri yaşlı idi.

Bir ildən sonra yenə də Tanni ilə döyüşürdüm. Lakin bu, heç nə vermədi.

Mənim üçün boksla bağlı hər şey qurtarmışdı. Özümü narahat olmaqdan

saxlamaq mənə çətin idi, lakin özümə dedim: “Mən keçmişdə yaşamağa və ya

tökülmüş südə görə ağlamağa hazırlaşmıram. Mən zərbəyə kişi kimi tab

gətirəcəyəm və ona məni yerə sərməyə imkan verməyəcəyəm”.

Cek Dempsi özünü məhz elə bu cür də aparırdı. Necə? Özünə yenə və yenə

təkrar edirdi ki, “mən keçmişlə bağlı narahat olmayacağam?” Xeyr, bu, onu yalnız

öz keçmiş narahatlığını xatırlamağa məcbur edərdi. O, məğlubiyyətlə barışdı,

sonra isə bu hadisəni yaddaşından tamamilə sildi və diqqətini gələcək üçün

planların düşünülüb-daşınması üzərində cəmlədi. Brodveydə “Cek Depsi”

restoranını və 57-ci küçədə “Böyük şimal” hotelini açdı, boks üzrə yarışların və

nümayişkaranə matçların təşkil olunması ilə məşğul oldu. O, işinə o qədər qərq

olmuşdu ki, keçmişlə bağlı narahatlıq keçirməyə onun nə vaxtı, nə də istəyi

qalırdı. “Axırıncı on ili mən, – dedi Cek Dempsi, – dünya çempionu olduğum

vaxtlardan yaxşı yaşayıram”.

Mən tarixi və ya bioqrafik işləri oxuyanda, yaxud da insanları ekstremal

situasiyalarda müşahidə edəndə onlardan bəzilərinin öz narahatlıqlarını,

faciələrini kənara atmaq və kifayət qədər xoşbəxt ömür yaşamaqda davam etmək

qabiliyyəti məni həmişə heyrətləndirir və ruhlandırır.

Bir dəfə mən məşhur Sinq-Sinq həbsxanasında oldum. Ən çox məni sarsıdan

bu oldu ki, məhbuslar həyatlarından azadlıqda olan ən adi adamlardan heç də az

məmnun deyildilər. Mən bunu o vaxt həbsxananın rəisi olan Lyuis E.Loueslə

söhbət əsnasında qeyd elədim. O danışdı ki, cinayətkarlar Sinq-Sinq

həbsxanasına gətiriləndə başlanğıcda, bir qanunauyğunluq kimi, incik və

qəddarlaşmış halda olurlar. Lakin bir neçə aydan sonra onlardan ən ağıllıları öz

bədbəxtlikləri barədə xatırlamır, həbsxana həyatı ilə barışır və bu həyatı

bacardıqları qədər daha məqbul etməyə çalışırlar.

Loues mənə bir məhbus bağban haqqında danışdı ki, o, həbsxana divarları

arxasında tərəvəz və gül yetişdirə-yetişdirə mahnı oxuyurdu.

Sinq-Sinqdən olan, güllərə qulluq edə-edə mahnı oxuyan məhbus bizim

əksəriyyətimizdən çox sağlam düşüncə sahibi idi.

Əlbəttə, bizim hamımız səhvlərə və sarsaq hərəkətlərə yol veririk. Hə, nə

olsun ki? Onları kim etmir ki? Hətta Napoleon da keçirdiyi çox vacib döyüşlərin

üçdəbirində məğlubiyyətə məruz qalmışdı. Həyatda bizim məğlubiyyətlərimizin

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə