Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə174/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   170   171   172   173   174   175   176   177   ...   208

orta riyazi göstəricisi də bəlkə Napoleonda olduğundan heç də pis deyil? Kim

bilir?


Hər halda, bütün kral süvarisi və kral qoşunları da keçmişi qaytara bilməz.

Beləliklə, narahat olmaq vərdişi sizi məhv etməmişdən, axırınıza çıxmazdan

əvvəl onu üstələmək üçün gəlin altıncı qaydanı yadda saxlayaq:

Yonqarı mişarlamağa cəhd etməyin.

Xülasə

Qayda 1: Narahatlığı həyatınızdan silmək üçün həmişə özünüzü məşğul edin.



Özünü fəaliyyətlə yükləmək – məyusluq ruhunu qovmaq üçün nə vaxtsa

yaradılmış ən yaxşı dərmanlardan biridir.

Qayda 2: Boş şeylərə görə dilxor olmaq lazım deyil. Boş şeylərə – həyatda

onlar vur-tut qarışqalardır – xoşbəxtliyinizi alt-üst etməyə imkan verməyin.

Qayda 3: Narahatlığı həyatınızdan qovlamaq üçün böyük ədədlər qanununu

istifadə edin. Özünüzdən soruşun: “Bu hadisənin ümumiyyətlə baş verə biləcəyi

ehtimalı nə qədərdir?”

Qayda 4: Qaçılmaz olanla hesablaşın. Hansısa bir şəraiti dəyişməyin və ya

düzəltməyin qüvvəniz daxilində olmadığını bilirsinizsə, özünüzə deyin: “Bu,

belədir. Bu, başqa cür ola bilməz”.

Qayda 5: Narahatlığınıza “məhdudedici” qoyun. Bu və ya digər hadisənin nə

dərəcədə narahatlığa layiq olduğunu özünüz üçün qət edin və bundan çox

narahat olmayın.

Qayda 6: Qoy keçmiş öz ölülərini dəfn etsin. Yonqarları mişarlamayın.

68 Kvaker – İngiltərədə və ABŞ-da kilsə mərasimlərini inkar edən xristian

dini təriqətinin üzvü

69 Burada, ABŞ-da qəbul olunmuş Farengeyt şkalası nəzərdə tutulur. Bu,

Selsi şkalası üzrə 38 dərəcəyə yaxındır.

70 Farengeyt üzrə. Selsi üzrə – 27 dərəcəyə yaxın

71 Fletçerist – Horas Fletçerin (1849–1919) davamçıları. O bildirirdi ki,

sağlamlığı qoruyub saxlamaq üçün qidanı tamamilə çeynəmək zəruridir.

72 Tarkinqton But (1862–1947) – məşhur amerikalı yazıçı

73 Yeni İngiltərə – bir qrup ABŞ ştatının birləşdirilmiş adı: Men, Nyu-

Gempşir, Vermont, Massaçusets, Rod-Aylend, Konnektikut

74 “Ana Qazın şeirləri” adlı uşaqlar üçün ingilis xalq şeirləri toplusu nəzərdə

tutulur.


IV Hissə

SİZƏ RUHİ SAKİTLİK VƏ XOŞBƏXTLİK GƏTİRƏCƏK ƏQLİ ƏHVALİ-

RUHİYYƏ FORMALAŞDIRMAĞIN YEDDİ QAYDASI

On ikinci fəsil

downloaded from KitabYurdu.org



Həyatınızı tamamilə dəyişməyə qadir olan doqquz söz

Bir neçə il əvvəl radio ilə çıxış etdiyim vaxt məndən aşağıdakı suala cavab

verməyi xahiş elədilər: “Həyatda aldığınız ən vacib dərs hansıdır?”

Cavab vermək mənə asan idi: həyatda mənimsədiyim ən qiymətli dərs – bu,

fikirləşdiyimizin vacibliyini dərk etməyimizdir. Nə fikirləşdiyini mənə de və mən

kim olduğunu sənə deyim. Fikirlərimiz bizim şəxsiyyətimizin səciyyələrini

müəyyən edir. Bizim həyata münasibətimiz – taleyimizi müəyyən edən amildir.

Emerson deyib: “İnsan gün ərzində nə fikirləşirsə, odur”... Məgər o, başqa nə isə

ola bilərmi?

İndi mən artıq bilirəm ki, bizim sizinlə üzləşdiyimiz ən böyük problem –

həqiqətdə isə işlərimizin asılı olduğu az qala yeganə problem – düzgün əqli

əhvali-ruhiyyənin seçilməsidir. Əgər biz bu seçimi etməyə qabiliksə, onda öz

problemlərimizin hamısının həlli yoluna çıxmış olacağıq. Böyük filosof, Roma

imperiyasının hökmdarı Mark Avreli bu fikri doqquz sözlə – sizin taleyinizi

müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdi:

“Öz həyatımız haqqında nə düşünürüksə, bizim həyatımız elə odur”.

Həqiqətən də, əgər biz xoşbəxtlik haqqında fikirləşiriksə, biz özümüzü

xoşbəxt hiss edirik. Əgər bizə kədərli düşüncələr baş çəkirsə, biz qüssələnirik.

Əgər düşüncələrimizdə qorxu varsa, biz vahiməyə düşürük. Əgər azar-bezar

haqqında düşünürüksə, tamamilə mümkündür ki, biz xəstələnəcəyik. Əgər

uğursuzluq haqqında düşünürüksə, biz nədəsə mütləq fiaskoya uğrayacağıq.

Əgər özümüzə yazığımız gəlmək çirkabına qərq olmuşuqsa, hamı bizdən qaçacaq.

“Siz, – demişdi Norman Vinsent Pil, – özünüz haqqında nə düşünürsünüzsə, o

deyilsiniz; siz nə düşünürsünüzsə, məhz osunuz”.

Sizə belə gəlir ki, mən sizin bütün problemlərinizlə bağlı ibtidai nikbin

münasibəti təbliğ edirəm? Xeyr, əfsus ki, həyat o qədər də sadə deyil. Lakin mən

bunun lehinəyəm ki, biz özümüzdə bizi əhatə edən dünya ilə əlaqədar mənfi

deyil, müsbət münasibət formalaşdırmalıyıq. Başqa sözlə, biz problemlərimizin

həllinin qayğısına qalmalı, amma onlarla bağlı narahatlığa qərq olmamalıyıq.

Fərq nədədir?

Gəlin mən bu müddəanı aydınlaşdırım. Mən hər dəfə Nyu-Yorkun nəqliyyat

hərəkətinin intensiv olduğu hansısa bir küçəsini keçəndə hər dəfə maşının altına

düşməməyin qeydinə qalıram – lakin bu, məni narahatlıq girdabına salmır.

Qeydinə qalmaq – bu, öz problemlərimizin nədən ibarət olduğunu dərk eləmək

və onların həll olunması üçün sakitcə tədbirlər görmək deməkdir. Narahat olmaq

isə – fasiləsiz olaraq dairə üzrə fırlanmaq deməkdir ki, bu, əbəs yerə edilən və

insanı dərrakəsiz haladək gətirən işdir.

Ciddi problemlər içində olmaq mümkündür, lakin bu vaxt da küçədə başını

qürurla dik tutub və döş cibində qərənfil gülü ilə getmək lazımdır. Louell Tomas

məhz bu cür hərəkət edəndə mən onun yanında idim. Bir dəfə mən Louell

Tomasla işləmək şərəfinə layiq görülmüşdüm. Biz birlikdə Birinci Dünya

müharibəsi dövründə Allenbi-Lourensin kompaniyaları haqqında Tomas

Louellin məşhur filmlərini nümayiş etdirirdik. Louell Tomas və onun köməkçiləri

hərbi əməliyyatları təqribən altı cəbhədə lentə alırdılar. Və ən əsas olanı isə bu

idi ki, onlar özləriylə T.E.Lourensi və onun ekzotik ərəb ordusunu təsvir edən

downloaded from KitabYurdu.org




xroniki kinomaterial, həmçinin də Allenbinin Müqəddəs Torpağı istila etdiyi haq-

qında sənədli film gətirmişdilər. Tomas Louellin “Allenbi ilə Fələstində” və

“Lorenslə Ərəbistanda” filmlərinin nümayişi ilə müşayiət olunan çıxışları ona

Londonda və bütün dünyada sensasion uğur gətirmişdi. Londonda opera

mövsümünün açılışı altı həftəlik təxirə salınmışdı ki, Kovent-Qardendəki Kral

Opera Teatrında Tomas bu ağlasığmaz macəralar haqqında filmlərini davam

etdirə bilsin. Onun Londonda sensasion uğurundan sonra bir çox ölkələrə

triumfal turnesi baş tutdu. Ardınca o, Hindistanda və Əfqanıstanda həyat

haqqında film üzərində iki il işlədi. Ağlasığmaz uğursuzluqlar zəncirindən sonra

qeyri-mümkün olan baş verdi: o, Londona tamamilə müflis vəziyyətdə gəlib çıxdı.

Həmin dövrdə mən onunla bir yerdə idim. Bizim ucuz restoranlarda bahalı

olmayan yeməklər götürdüyümüz yadımdadır. Biz heç orada da qidalana

bilməzdik, əgər bir şotlanddan – məşhur aktyor Ceyms Makbidən pul borc

almasaydıq. Haqqında danışdığım əhvalatın məğzi isə budur: Louell Tomas hətta

çox böyük borc və ağır məyusluq içində olanda da narahatlığa qərq olmayıb, öz

problemləriylə məşğul idi. O bilirdi ki, özünə süstləşmək imkanı vermək olmaz,

əks-təqdirdə, hamı, hətta onun kreditorları da ondan üz çevirər. Buna görə də

hər gün səhər, öz işləri dalınca çıxmazdan əvvəl o, gül alır, onu yaxasına taxır və

Oksvord-stritdə başını qürurla dik tutaraq şən-şən gedirdi. Onun düşüncələri

müsbət yüklü və comərd idi və o özünə məyusluğa qərq olmağa və məğlubiyyət

barədə düşüncələrə qapanmağa imkan vermirdi. O, məğlubiyyəti oyunun

elementi kimi, həyatda uğura nail olmağa can atanlar üçün faydalı məşq kimi

nəzərdən keçirirdi.

Bizim əqli əhvali-ruhiyyəmiz fiziki qüvvələrimizə, demək olar, həqiqətə

bənzəməyən təsir göstərir. Məşhur ingilis psixiatrı C.E.Hedfild yazdığı çox gözəl

“Qüvvənin psixologiyası” kitabında bu faktın heyrətamiz izahını göstərir. “Mən üç

kişi ilə eksperiment keçirdim, – C.E.Heldfild yazır. – Mən onların fiziki qüvvəsinə

təlqinetmənin dinamometrin köməyi ilə ölçülən təsirini yoxladım”. O, sınaqdan

çıxarılan hər bir kişiyə dinamometri var gücləri ilə sıxmağı hökm etmişdi.

Eksperiment üç müxtəlif şəraitdə keçirilirdi.

Eksperiment sınaqdan çıxarılanların normal iş şəraitində keçiriləndə sıxılma

təzyiqinin orta qüvvəsi 101 funt təşkil etmişdi.

Ardınca eksperiment sınaqdan çıxarılanlar hipnozun təsirinə məruz

qalandan sonra keçirilirdi. Nəticədə onlar cəmi 29 funt – onların normal

güclərinin üçdəbirindən az sıxa bilmişdilər. “Sınaqdan çıxarılanlardan biri

boksçu idi; hipnozun təsiri altında ona zəif olduğu təlqin ediləndə boksçuya, öz

sözlərinə görə, belə gəldi ki, onun əli birdən uşaqda olan kimi balacalaşdı”.

Üçüncü eksperimentin gedişində Hedfild sınaqdan çıxarılanlara təlqin etdi ki,

onlar çox güclüdürlər. Bundan sonra onlardan hər biri orta hesabla 142 funt sıxa

bildi. Şüur güc ilə bağlı müsbət fikirlərlə doldurulanda bu vaxt onların gerçək

fiziki gücləri, demək olar, əlli faiz artırdı.

Bizim əqli əhvali-ruhiyyəmizin qüvvəsi bax belədir.

Yaşlılara otuz beş il ərzində müəllimlik etməyimin nəticəsində bilirəm ki,

kişilər və qadınlar düşüncə tərzlərini dəyişmək yolu ilə narahatlıqdan, qorxudan

və müxtəlif növ xəstəliklərdən yaxa qurtarmağa və öz həyatlarını yenidən

qurmağa qabildirlər. Mən bilirəm! Mən bilirəm! Mən bilirəm!!! İnsanların bütün

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə