Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə175/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   171   172   173   174   175   176   177   178   ...   208

həyatlarının ağlasığmaz metamorfozalarını yüz dəfələrlə müşahidə etmişəm.

Bunu o qədər tez-tez görmüşəm ki, onlar məni artıq qətiyyən təəccübləndirmir.

Mənim dərin inamım vardır ki, bizim ruhən dinc olmağımız və sevincimiz

özümüzün harada olmağımızdan, nəyin yiyəsi olduğumuzdan və ya cəmiyyətdə

hansı mövqe tutduğumuzdan deyil, istisnasız olaraq öz əqli əhvali-

ruhiyyəmizdən asılıdır. Xarici şəraitin buna, demək olar, heç bir aidiyyəti yoxdur.

Məsələn, budur, qoca, Harpers-Ferri şəhərində hökumət cəbbəxanasını ələ

keçirdiyinə və qulları üsyana çağırdığına görə dar ağacından asılmış Con

Braunun əhvalatı. O, dar ağacına yolu öz tabutunun üstündə oturaraq keçmişdi.

Onun yanında arabanın üstündə gedən həbsxana nəzarətçisi bundan

həyəcanlanmış və başını itirmişdi. Lakin qoca Con Braun sakit və soyuqqanlı

qalmaqda davam edirdi. Virginiyada Blu-Ric dağlarının yanından keçəndə o

səsləndi: “Necə mənzərəli yerlərdir! Bunu əvvəllər görmək üçün mənim heç cür

imkanım olmayıb”.

Bax bu isə Robert Falkon Skott və onun yoldaşlarının – Cənub qütbünə çatan

ilk ingilislərin nümunəsidir. Onların geriyə yolları, ümumiyyətlə, insana qismət

olmuş, çox güman, ən qorxunc sınaqlardan biri idi. Onların ərzağı və yanacağı

qurtardı. Onlar artıq irəli hərəkət edə bilmirdilər. Çünki dünyanın bu son

nöqtəsində boran on bir gün ara vermədən cövlan edirdi. Külək o qədər əzazil idi

ki, qütb buzu üzərində şırımlar açırdı. Skott və yoldaşları bilirdilər ki,

ölməlidirlər; səyahətə yola düşərkən özləriylə tiryək götürmüşdülər ki, zərurət

yaranacağı halda özlərini işgəncələrdən azad etmək imkanları olsun. Tiryəkin

böyük dozasını qəbul etmək kifayət idi ki, sakitcə yuxuya getmək və daha heç

vaxt oyanmamaq mümkün olsun. Amma onlar bu narkotikdən istifadə etmədilər

və ölərkən “şən və ruh yüksəkliyi yaradan mahnılar” oxuyurdular. Biz bu haqda

axtarış qrupunun səkkiz ay sonra onların donmuş meyitləri ilə birlikdə tapdıqları

vida məktubundan öyrəndik.

Bəli, əgər bizə yaradıcılıq ilhamı, mərdlik və sakitlik hopubsa, onda biz öz

tabutumuzun üstündə otura-otura təbiətdən zövq almağa və acından və

soyuqdan çadırlarımızda ölə-ölə “şən və ruh yüksəkliyi yaradan mahnılar”

oxumağa qadirik.

Milton kor olduğu vaxt bu həqiqəti hələ üç yüz il əvvəl başa düşmüşdü:

“İnsanın ağlı – öz daxilindədir və o özü

Cəhənnəmi cənnətə və cənnəti cəhənnəmə çevirməyə qabildir”.

Napoleonun və Elen Kellerin həyata münasibətləri Miltonun fikrini tamamilə

təsdiq edir. Napoleon insanların, adətən, can atdıqları hər şeyə nail olmuşdu:

şöhrət, hakimiyyət və var-dövlət. Lakin o, Müqəddəs Yelena adasında olanda

demişdi: “Mənim həyatımda heç vaxt – heç olmasa altı gün belə – xoşbəxtlik

olmayıb”; kor-kar-lal Elen Keller isə bildirirdi: “Mənim həyatım elə gözəldir ki!”

Əgər mən yarım əsrlik ömrüm ərzində nəyisə öyrənmişəmsə, bu da yalnız

odur ki, “özünüzdən başqa dünyada heç kim sizə ruhi sakitliyi gətirə bilməz”.

Mən, sadəcə olaraq, Emersonun yaratdığı “Özünə etibar” pyesinin sonunda

deyilmiş gözəl sözləri təkrar eləməyə cəhd edirəm. O yazırdı: “Sən siyasi sahədə

qələbə çalmağa müvəffəq olanda, gəlirlərinin artmasına nail olanda, evində

kimsə xəstələnib və sağalanda, uzun müddət olmayan dost qayıdanda, başqa bir

xoş hadisə baş verəndə səni sevinc bürüyür, zənn edirsən ki, qarşıda səni gözəl

downloaded from KitabYurdu.org



dövran gözləyir. Buna inanma. Sənin qəlbinə dincliyi özündən başqa heç kim

gətirə bilməyəcəkdir”

75

.

Möhtəşəm filosof-stoikçi Epiktet xəbərdar edirdi ki, biz “bədənimizdə əmələ



gələn şişlərin və irinlərin ləğv edilməsindən çox”, başımızdan axmaq fikirlərin

çıxarılmasına vaxt sərf etməliyik.

Epiktet bu haqda on iki əsr əvvəl danışırdı, lakin müasir səhiyyə onun

nöqteyi-nəzərini dəstəkləyərdi. Doktor C.Kenbi Robinson bildirmişdir ki, Con

Hopkins xəstəxanasının hər beş pasientindən dördü emosional gərginliyin və

streslərin doğurduğu xəstəliklərdən əziyyət çəkirdi. Çox vaxt belə vəziyyət üzvi

pozuntularla bağlı hallarda da müşahidə olunur. “Əvvəl-axır, – demişdi o, – bu

xəstəliklər insanın həyata və həyatın problemlərinə uyğunlaşmamasının

nəticəsidir”.

Böyük fransız filosofu Monten aşağıdakı on beş sözü öz həyatının devizi

etmişdi: “İnsan daha çox nə baş verdiyindən deyil, baş verənə özünün nə qiymət

verməsindən əzab çəkir”. Baş verənə verdiyimiz qiymət isə bütövlüklə bizim

özümüzdən asılıdır.

Mən nəyi nəzərdə tuturam? Soruşa bilərsiniz ki, əsəblərinizi indicə qırılacaq

naqillər kimi gərilmiş hala gətirən narahatlıqdan əzab çəkdiyiniz bir vaxtda

mənim sizin üzünüzə şax deməyə necə cəsarətim çatır – sizin düşüncə tərzinizi

iradənizin gücü ilə dəyişməyinizi sizdən bu qədər həyasızcasına tələb etməyə

necə cəsarətim çatır? Bəli, mən məhz bunda təkid edirəm! Və bu hələ hamısı

deyil. Mən sizə bunu necə etməyi göstərməyə hazırlaşıram. Bunun üçün sizin

tərəfinizdən, ola bilsin, azacıq səy tələb olunacaq, lakin sirr çox sadədir.

Tətbiqi psixologiya sahəsində korifey olan Uilyam Ceyms bir dəfə

aşağıdakıları müşahidə edib: “Hesab olunur ki, hərəkət əhvali-ruhiyyənin

nəticəsidir, amma, əslində, biri o birindən ayrılmazdır. Öz iradəmiz tərəfindən

bilavasitə nəzarət olunan hərəkətlərimizi nizamlamaqla biz iradənin nəzarətinə

tabe olmayan əhvali-ruhiyyəmizi dolayısı ilə nizamlaya bilərik”.

Başqa sözlə, Uilyam Ceyms hesab edir ki, biz “tək bircə iradəmizin gücü

hesabına öz emosiyalarımızı dərhal dəyişə bilmərik – lakin biz öz hərəkətlərimizi

dəyişməyə qabilik”. Biz öz hərəkətlərimizi dəyişəndə isə avtomatik olaraq

hisslərimizi dəyişdiririk.

“Beləliklə, – deyə o izah edir, – əgər siz kədərlisinizsə, siz dərhal şad ola

bilməzsiniz. Amma əgər siz şən görkəmlə əyləşib, hərəkət edib və danışmağa

başlasanız, onda bu, sizə qeyri-ixtiyari surətdə ruh yüksəkliyi gətirəcəkdir”.

Bu sadə tryuk, həqiqətən də, kömək edir? O, plastik cərrahi əməliyyat kimi

təsir göstərir! Bunu öz üzərinizdə sınamağa cəhd edin. Hər şeydən əvvəl, geniş,

şən-şən və ürəkdən gülümsəyin, çiyinlərinizi düzəldin, dərindən nəfəs alın və

hansısa bir şən mahnıdan bir bəndi oxumağa cəhd edin. Əgər siz oxuya

bilmirsinizsə, fitlə çalın. Əgər siz fit çala bilmirsinizsə, burnunuzun altında

zümzümə edin. Uilyam Ceymsin nəyi nəzərdə tutduğunu siz dərhal

anlayacaqsınız. Əgər siz özünüzə xoşbəxt adamın maskasını taxmısınızsa, onda

fiziki cəhətdən məyus və ruhi düşkünlük vəziyyətində ola bilməzsiniz.

Bu, təbiətin xırda əsas həqiqətlərindən biridir və o, sizin həyatınızda

möcüzələr törədə bilər. Mən Kaliforniyada bir qadın tanıyıram ki (onun adını

çəkməyəcəyəm), əgər o, bu sirri bilmiş olsaydı, öz bədbəxtliklərinin hamısından

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə