Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə176/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   172   173   174   175   176   177   178   179   ...   208

iyirmi dörd saatın ərzində canını qurtara bilərdi. O, indi qocalıb, üstəlik də dul

qadındır. Etiraf edirəm ki, kədərli şəraitdir, amma o özünü heç olmasa belə

aparmağa səy göstərirmi ki, guya xoşbəxtdir? Xeyr. Əgər siz ondan özünü necə

hiss etdiyini soruşsanız, o cavab verəcək: “O-o, məndə hər şey qaydasındadır”,

lakin onun sifətinin ifadəsi, kədərli intonasiyası isə deyir: “İlahi, mənə necə çətin

olduğunu bircə biləydiniz!” Belə təsəvvür yaranır ki, o, sizi onun yanında xoşbəxt

olmağa özünüzdə cəsarət tapdığınıza görə mühakimə edir. Yüzlərlə qadın ondan

da ağır vəziyyətdədir: əri sığorta polisi üzrə ona kifayət qədər pul qoyub ki, o,

günlərinin axırına qədər ehtiyac çəkməsin; onun ərdə olan qızları ona həmişə

yiyə dura bilərlər. Amma mən onun gülümsədiyini nadir hallarda görmüşəm. O

şikayət edir ki, kürəkənlərinin üçü də simic və eqoistik adamlardır. Lakin, buna

baxmayaraq, özü onların evində aylarla qonaq qalır. Bundan başqa, o şikayət edir

ki, qızları ona heç vaxt hədiyyə almırlar, hərçənd özü gizlində pul yığır. Özünün

ifadə etdiyi kimi, pullar “qocalıq üçün” dala atılmalıdır. Bu qadın öz həyatını və öz

bədbəxt övladlarının həyatını zəhərləyir! Lakin bu elə belə də olmalıdırmı?

Bütün bunlar çox kədərlidir. Amma o, bunu istəsəydi, bədbəxt, kinli, həyatından

giley-güzar edən deyingən qarı yox, ailənin ehtiramlı və hamı tərəfindən sevilən

üzvünə çevrilə bilərdi – əgər o, bunu istəsəydi. Belə bir çevrilmənin baş verməsi

üçün bu qadın çilik-çilik olmuş həyatı üçün ağı deməklə məşğul olmaqdansa,

gərək özünü belə aparmağa başlasın ki, guya onun həyatı şəndir və o, öz

yaxınlarını heç olmasa azacıq sevir.

Mən İndianada bir nəfəri – H.C.Enqlerti tanıyıram ki, o, bu sirri kəşf etməsi

sayəsində hələ də sağ-salamatdır. cənab Enqlert on il əvvəl yatalaq xəstəliyi

keçirmiş, bundan sonra ağırlaşdırıcı hal kimi nefritə tutulmuşdu. O, çox həkimə

müraciət etmişdi, “hətta türkəçarələrə də” əl atmışdı, amma heç kim ona kömək

edə bilmirdi.

Tezliklə onda başqa ağırlaşdırıcı hallar da meydana çıxmağa başladı. Qan

təzyiqi kəskin yüksəldi. O, həkimin yanına getdi və bəlli oldu ki, təzyiq 214-ə

çatıb. Ona dedilər ki, vəziyyət kritikdir – xəstəlik inkişaf edəcək və yaxşı olar ki, o,

öz işlərini sahmana salsın.

“Mən evə getdim, – deyə o danışırdı, – və sığorta polisimin haqqının ödənilib-

ödənilmədiyini yoxladım. Sonra Yaradana bütün günahlarımı etiraf elədim və

qüssəli düşüncələrə qərq oldum.

Mən hamını bədbəxt eləmişdim. Həyat yoldaşım və ailə üzvlərim əzab çəkir,

özüm isə dərin depressiya halında idim. Bütün həftəni həyatımdan giley-güzar

edir və özümə yazığım gəlirdi. Amma tezliklə özümə dedim: “Sən özünü axmaq

kimi aparırsan! Bəlkə sən hələ bir il də yaşayacaqsan, belə isə o bir ilini xoşbəxt

yaşamağa niyə də cəhd eləməyəsən?”

Mən çiyinlərimi düzəltdim, geniş gülümsədim və özümü belə aparmağa

çalışdım ki, elə bil məndə hər şey qaydasındadır. Etiraf edirəm ki, başlanğıcda

mənə əhəmiyyətli dərəcədə çox səy göstərmək lazım gəlirdi, amma özümü şən və

həyatımdan məmnun görünməyə məcbur elədim və bu təkcə mənim ailəmə yox,

özümə də kömək etdi.

Tezliklə özümü, həqiqətən də, nisbətən yaxşı hiss eləməyə başladım – demək

olar, özümü göstərməyə çalışdığım kimi yaxşı. Sağlamlığım nəzərəçarpacaq

qədər yaxşılaşdı. Və indi, ehtimal olunan dəfnimdən çox-çox aylar keçəndən

downloaded from KitabYurdu.org



sonra mən təkcə sağ, sağlam və xoşbəxt deyiləm, həm də qan təzyiqim aşağı

düşüb. Mən bir şeyi möhkəm bilirəm: həkimin proqnozu mütləq özünü

doğrultmuş olardı, əgər mən ölüm və məğlubiyyət haqqında düşünməkdə davam

edərdimsə. Mən xəstəliyimi istisnasız olaraq düşüncə tərzimi dəyişməyim

sayəsində adlaya bildim”.

İzin verin sizə sual edim. Əgər şən, məmnun görkəm və müsbət,

sağlamlaşdıran düşüncə tərzi bu adamın həyatını xilas eləməyə kömək etdisə,

onda siz və mən niyə özümüzə heç olmasa bir dəqiqə imkan veririk ki, kədərli və

ruh düşkünlüyü vəziyyətində olaq? Biz məmnun və xoşbəxt adam rolunu

oynamağa başlayar-başlamaz tədricən xoşbəxt olmaq imkanımız olduğu halda,

özümüzü və ətrafımızdakı adamları niyə bədbəxt edirik və ruh düşkünlüyü

vəziyyətinə salırıq?

Çox-çox illər bundan əvvəl mən kiçik bir kitab oxumuşdum ki, o, mənim

həyatımda silinməz iz qoydu. Həmin kitab “İnsan necə fikirləşir” adlanırdı. Onun

müəllifi Ceyms Leyn Allendir və orada görün nə deyilir:

“İnsana bəlli olacaqdır ki, o, ətrafına və adamlara öz münasibətini dəyişəndə

onlar da onun özünə münasibətdə dəyişirlər... İnsanın öz fikirlərini radikal

surətdə dəyişməsinə bənddir və o, yenə də heyrətlə görəcəkdir ki, öz həyatının

maddi şəraiti necə sürətlə dəyişir. İnsanlar özlərinə nə istədiklərini yox, özlərinin

nə olduqlarını cəlb edirlər... bizim talelərimizi müəyyən edən ilahi bizim

özümüzdə yerləşir. Həmin ilahi – bu, bizim əsl mahiyyətimizdir... İnsanın nail

olduğu hər şey onun öz fikirlərinin birbaşa nəticəsidir... İnsan yalnız öz

düşüncələrini yüksəltməklə ayağa qalxmağa, qələbə qazanmağa və uğura

çatmağa qabildir. O yalnız öz fikirlərini yüksəltməkdən imtina edəcəyi təqdirdə

zəif, miskin və bədbəxt qala bilər”.

Həyat kitabında deyildiyi kimi, Yaradan insana özünün nəhəng ölçüdə

torpaqları üzərində hakimiyyət verib. Bu, sözsüz ki, möhtəşəm vergidir. Lakin bu

cür müstəsna, fövqəlpadşah ixtiyarı mənə lazım deyil. Mənim istədiyim hər şey –

bu, özüm üzərində hakimiyyət əldə etməkdir; öz fikirlərim və öz ruhum üzərində

hakimiyyət. Və ən gözəl olanı isə budur ki, mən bu hakimiyyətə heyrətamiz qədər

əhatəli surətdə nail olmaq və ürəyim istəyən hər bir vaxt buna necə çatmaq lazım

olduğunu bilirəm. Bunun üçün, sadəcə olaraq, öz hərəkətlərimi idarə etmək

lazımdır, onlar isə öz növbəsində mənim reaksiyalarıma təsir göstərəcəkdir.

Beləliklə, gəlin Uilyam Ceymsin bu sözlərini xatırlayaq: “Bizim şər

adlandırdığımızın bir çoxunu... əzabkeşin əqli əhvali-ruhiyyəsində adi dəyişiklik

etmək yolu ilə əksər hallarda qıvraqlaşdıran və ruh yüksəkliyi yaradan xeyirə

çevirmək olar – qorxu və ümidsizlikdən mübarizəyə keçmək lazımdır”.

Odur ki, gəlin öz xoşbəxtliyimiz uğrunda mübarizə aparaq!

Gəlin nikbin konstruktiv düşüncə tərzi əsasında öz xoşbəxtliyimiz uğrunda

mübarizəyə başlayaq. Bunun üçün mən sizə hər gün yerinə yetirilməli olan

proqram təklif edirəm. Bu proqram “Məhz bu gün” adlanır. Mən onun o qədər

stimullaşdırıcı olduğunu hesab edirəm ki, onu yüzlərlə nüsxədə paylamışam. Onu

mərhum xanım Sibilla F.Pertric otuz altı il əvvəl yazıb. Əgər siz və mən bu

proqrama riayət etmiş olsaq, öz həyəcanlarımızın əksər hissəsini kənarlaşdıra

bilər və fransızların “la joie de vivre”

76

adlandırdıqlarını hədsiz dərəcədə artıra



bilərik.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə