Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə177/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   173   174   175   176   177   178   179   180   ...   208

Məhz bu gün

1. Məhz bu gün mən xoşbəxt olacağam. Bu o deməkdir ki, mən “insanların

əksəriyyəti təqribən o qədər xoşbəxtdir ki, özlərinin nə qədər xoşbəxt

olacaqlarını qət ediblər” deyən Avraam Linkolnun sözlərini rəhbər tutacağam.

Xoşbəxtlik bizim daxilimizdədir; o, xarici şəraitin nəticəsi deyil.

2. Məhz bu gün mən hər şeyi öz arzularıma uyğunlaşdırmağa deyil, məni

əhatə edən həyata uyğunlaşmağa çalışacağam. Mən öz ailəmi, öz işimi və

həyatımın şəraitini necə varsa, o cür də qəbul edəcəyəm və onlara alışmağa

çalışacağam.

3. Məhz bu gün mən orqanizmimin qeydinə qalacağam. Mən səhər idman

edəcəyəm, bədənimə qulluq göstərəcəyəm, düzgün qidalanacağam, orqanizmimə

ziyan vurmamağa və ona etinasızlıqla yanaşmamağa çalışacağam ki, orqanizmim

tələblərimi yerinə yetirən ideal maşın olsun.

4. Məhz bu gün öz zəkamın inkişaf etdirilməsinə diqqət ayırmağa ça-

lışacağam. Faydalı nə isə öyrənəcəyəm. Zehni cəhətdən tənbəl olmayacağam. Səy

göstərməyi, fikirləşməyi və diqqəti cəmləməyi tələb edən nə isə oxuyacağam.

5. Məhz bu gün mənəvi özünükamilləşmə ilə məşğul olacağam. Bunun üçün

üç iş görəcəyimə ümid edirəm: mən kiməsə xeyiri dəyən iş görəcəyəm, amma

belə edəcəyəm ki, o, bundan xəbər tutmasın; ən azı iki iş görəcəyəm ki, onları

etmək istəməzdim – Uilyam Ceymsin məsləhət gördüyü kimi, sadəcə olaraq,

məşq xətrinə.

6. Məhz bu gün hamıya münasibətdə xoşniyyətli olacağam. Bacardıqca yaxşı

görkəmdə olmağa çalışacağam; imkan daxilində o pal-paltarı geyinəcəyəm ki,

mənə ən çox yaraşır, sakit səslə danışacağam, özümü lütfkarcasına aparacağam,

təriflərə səxavətli olacağam, heç kimi tənqid etməməyə çalışacağam, heç kimdə

qərəzlə irad axtarmamağa və kiməsə rəhbərlik etməyə, yaxud kimisə islah

etməyə çalışmayacağam.

7. Məhz bu gün ömrümün problemini birdəfəlik həll etməyə can atmayacaq,

yalnız bu günlə yaşamağa çalışacağam. İyirmi dörd saat ərzində elə işlər görə

bilərəm ki, bu işlərlə bütün ömrüm boyu məşğul olmaq lazım gəlsəydi, dəhşətə

gələrdim.

8. Məhz bu gün işlərimin proqramını tutacağam. Hər saatda nə edəcəyimi

yazacağam. Ola bilsin ki, bu proqrama dəqiqliklə riayət edə bilməyəcəyəm, amma

onu tərtib edəcəyəm. Bu, məni iki bədlikdən xilas edər: tələskənlikdən və

qətiyyətsizlikdən.

9. Məhz bu gün yarım saat vaxtımı dinclikdə keçirəcəyəm və sərbəst olmağa

çalışacağam.

10. Məhz bu gün qorxmayacağam, ələlxüsus da xoşbəxt olmaqdan qorx-

mayacağam, gözəllikdən həzz alacağam, sevəcəyəm və inanacağam ki, sevdiyim

adamlar məni sevirlər.

Əgər özünüzdə sizə rahatlıq və xoşbəxtlik gətirəcək əqli əhvali-ruhiyyə

yaratmaq istəyirsinizsə, birinci qaydanı yerinə yetirin:

Həyatı sevən insan kimi fikirləşin, özünüzü o cür aparın və siz özünüzü

həyatı sevən insan kimi duyacaqsınız.

On üçüncü fəsil

downloaded from KitabYurdu.org




Haqq-hesab çəkməyə can atmaq

çox baha başa gəlir

Uzun illər bundan əvvəl bir dəfə axşamçağı mənə Yellouston Milli Parkı

gəzmək nəsib olmuşdu. Mən digər turistlərlə birlikdə eyvanda əyləşmişdim. Biz

küknar və şam ağaclarının yetişdiyi ecazkar meşədən həzz alırdıq. Tezliklə bizim

qarşımızda meşələrin – gəlişini gözlədiyimiz – zalımı, qrizli ayısı peyda oldu. O,

gur işıqlandırılan yerə çıxdı və yaxınlıqda yerləşən hotellərin birinin

mətbəxindən atılmış tullantıları yeməyə başladı. Meşəçi, mayor Martindeyl atın

belində oturaraq coşmuş turistlərə ayılar haqqında danışırdı. Biz bildik ki, qrizli

qərb dünyasında yaşayan, bizondan və kadyak ayısından başqa, istənilən

heyvana üstün gələ bilər. Lakin həmin axşam ayı meşədən çıxmadı və gur işıq

altında təamı onunla bölüşməyə yalnız bir heyvana izin verdi – bu, skuns

77

idi.


Qrizli əla bilirdi ki, öz qüdrətli pəncəsinin bircə zərbəsiylə skunsu məhv edə

bilər. O, bunu niyə eləmədi? Ona görə etmədi ki, bunun özünü doğrultmadığını öz

təcrübəsindən bilirdi.

Mən də bunda əmin olmuşam. Mən uşaq yaşlarımda fermada yaşayanda

dördayaqlı skunsları Missuridə canlı çəpərdə tuturdum; yaşlı olanda isə Nyu-

Yorkun səkilərində hərdən ikiayaqlı skunslarla rastlaşırdım. Kədərli təcrübəm

mənə hər iki növə aid olan skunslara dəyib-dolaşmamağı öyrədib.

Biz öz düşmənlərimizə nifrət edəndə onlara özümüz üzərində hakimiyyət

veririk – onlar bizim yuxumuza, iştahamıza, qan təzyiqimizə, sağlamlığımıza və

xoşbəxtliyimizə mənfi təsir göstərirlər. Düşmənlərimiz, işdir, bizə nə qədər

narahatlıq, iztirab verdiklərini və nə qədər xoşagəlməz hallar yaşatdıqlarını

bilsəydilər, sevinclərindən atılıb-düşərdilər! Bizim nifrətimiz onlara ziyan

vurmur, amma bizim günümüzü və gecəmizi dəhşətə çevirir bu.

Necə fikirləşirsiniz, bu sözləri kim deyib: “Əgər eqoistik adamlar sizi öz

məqsədləri üçün isifadə etməyə çalışırlarsa, onların adını öz tanışlarınız

arasından silib atın, amma onlarla haqq-hesab çəkməyə cəhd etməyin. Haqq-

hesab çəkməyə çalışmaqla siz həmin adamlardan çox, özünüzə ziyan vurmuş

olursunuz”. Belə çıxır ki, bu sözləri hansısa bir gözəl qəlbli idealist deyib? Heç də

yox. Bu sözlər Miluoki şəhəri polis idarəsinin buraxdığı bülletendə peyda olub.

Haqq-hesab çəkmək cəhdi sizə nə ilə ziyan yetirə bilər? Bu, bir çox tərəfdən

təhlükəlidir. “Layf” jurnalında dərc olunmuş məqaləyə görə, bu hətta sizin

sağlamlığınızı da laxlada bilər. Məqalədə deyilir: “Hipertoniyadan əziyyət çəkən

şəxsiyyətin əsas səciyyəvi cəhəti – onun kinli olmasıdır; kin saxlamaq xroniki

hala çevriləndə xroniki hipertoniya və ürək xəstəlikləri doğurur”.

Beləliklə, İsa Məsihin “Öz düşmənlərinizi sevin” deyəndə yalnız düzgün etik

prinsipləri öyrətmədiyi, ümid edirəm ki, sizə aydındır. O, həm də iyirminci əsrin

tibb prinsiplərini öyrədirdi. Məsihin “yeddi dəfə yetmiş sayda” bağışlayın sözləri

yüksək qan təzyiqindən, ürək xəstəliklərindən, mədə xorasından və bir çox başqa

xəstəliklərdən qorunmağa kömək edərdi.

Tanışım olan bir xanımda bu yaxınlarda güclü ürəktutması olmuşdu. Həkim

ona yataq rejimi təyin etdi və heç nə ilə əlaqədar qətiyyən əsəbiləşməməyi tələb

elədi. Həkimlər bilirlər ki, əgər sizin ürəyiniz zəifdirsə, əsəbiləşmək sizi öldürə

bilər. Mən dedim sizi öldürə bilər? Bir neçə il əvvəl belə bir pristup Vaşinqton

ştatı, Spokane şəhərindəki restoranın sahibini, həqiqətən də, öldürdü. Qarşımda

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə