Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə180/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   176   177   178   179   180   181   182   183   ...   208

olub; belə ki, heç kim ona təşəkkür etməyə cürət etməyib və bunu lazım da

bilməyib. Mümkündür ki, onlar gəlirlərin böyük hissəsinin onsuz da vergilərə

getdiyini və mükafatın buna görə verildiyini fikirləşiblər.

Bununla yanaşı, bəlkə əməkdaşlar eqoistik, əclaf və tərbiyəsiz olublar. Bəlkə

də belədir. Bəlkə də başqa cürdür. Mən bu haqda sizdən çox bilmirəm. Amma

dəqiq bilirəm ki, doktor Semyuel Conson deyib: “Təşəkkür etmək – insanın

yüksək səviyyədə mənəvi inkişafının nəticəsidir. Siz onu tərbiyəsiz adamların

arasında tapa bilməzsiniz”.

Görün, sizə nəyi izah eləmək istəyirəm: bu adam öz əməlinin müqabilində

ona təşəkkür ediləcəyini gözləyərək təbii və kədərləndirici səhvə yol verib. O,

insan təbiətini, sadəcə olaraq, bilmirdi.

Əgər siz bir kimsənin həyatını xilas etmiş olsaydınız, ondan təşəkkür

gözləyərdinizmi? Siz, ola bilsin ki, gözləyərdiniz – bax cinayət işləri üzrə məşhur

vəkil Semyuel Leybovits hakim vəzifəsinə keçənə qədər yetmiş səkkiz nəfəri

elektrik stulundan xilas etmişdi. Və siz necə düşünürsünüz, onlardan neçəsi ona

təşəkkür etmək və ya heç olmasa ona Yeni il açıqcası göndərmək üçün özünə

əziyyət verib? Neçə? Axtarın... Düzdür – heç biri.

İsa Məsih on nəfər cüzam xəstəsini bir günə sağaltmışdı. Amma bu cüzamlı

adamlardan neçəsi heç olmasa ona təşəkkür etmək üçün qayıtdı? Yalnız biri. Siz

bu haqda Lukadan olan Yevangeliyada oxuya bilərsiniz. İsa Məsih öz şagirdlərinə

müraciət edib və “Bəs doqquzu hanı?” soruşanda aydın oldu ki, onlar çıxıb

gediblər. Heç bir təşəkkürsüz itib-getmişdilər. İzin verin sizə sual verim: “Niyə siz

və mən, həmçinin də Texasdan olan biznesmen, elədiyimiz kiçik minnətlərin

müqabilində İsa Məsihin aldığından çox təşəkkür gözləyirik?”

Bəs məsələ pulla bağlı olanda? Burada məsələ daha da ümidsizdir. Çarlz Şvab

mənə bank xəzinədarını bir dəfə necə xilas etdiyini danışmışdı – xəzinədar banka

məxsus olan pullarla birjada möhtəkirlik edirmiş. Bu adamı həbsxanadan xilas

etmək üçün Şvab öz şəxsi pullarını ödəmişdi. Xəzinədar ona minnətdar idimi?

Bəli, amma bu uzun çəkməmişdi. Sonra isə o, Şvabın üstünə düşmüşdü, onu

söyür və ona böhtan atırdı – onu həbsxanadan xilas edən adama.

Əgər öz qohumlarınızdan birinə bir milyon dollar versəydiniz, ondan

təşəkkür gözləyərdinizmi? Endrü Karnegi məhz belə hərəkət etmişdi. O,

qohumuna bir milyon dollar miras qoymuşdu. Amma Karnegi, əgər o, bir

müddətdən sonra qəbrindən çıxsaydı, öz qohumunun onu lənətlədiyini eşidəndə

sarsılardı. Nəyə görə? Ona görə ki Endi üç yüz altmış beş milyon dolları xeyriyyə

müəssisələri üçün miras qoymuşdu və həmin qohumun ifadə etdiyi kimi, “ona

hansısa miskin milyon vəsiyyət etmişdi”.

Bax işlər bu cürdür. İnsan təbiəti həmişə insan təbiəti olub və o, çətin ki, sizin

həyatınız ərzində dəyişə. Belədirsə, onu olduğu kimi niyə də qəbul etməyəsən?

Buna Roma imperiyasına nə vaxtsa hökmdarlıq etmiş ən müdrik adam – Mark

Avreli kimi realistikcəsinə niyə də yanaşmayasan. Bir dəfə o, gündəliyində

yazmışdı: “Bu gün mən həddən artıq çox danışan adamlarla – diqqətləri özləri

üzərində cəmlənmiş, eqoistik və nankor adamlarla görüşəcəyəm. Lakin bu, məni

heyrətləndirmir, çünki mən dünyanı özümə belə adamlarsız təsəvvür edə

bilməzdim”.

downloaded from KitabYurdu.org




Bu, ağlabatandır, elə deyilmi? Əgər siz və mən nankorluqla bağlı həmişə

deyinəcəyiksə, bunda kimi günahkar bilməliyik? İnsan təbiətini, yoxsa özümüzün

bilməməzliyimizi? Odur ki, təşəkkür gözləməyək. Onda əgər kimsə birdən bizə

təşəkkür edərsə, bu, möcüzəli sürpriz olacaq. Əgər biz onu almasaq, buna görə

kədərlənməyəcəyik.

Bu fəsildə qeyd etməyə çalışdığım birinci tezis bax budur: təşəkkür etməklə

bağlı unutqanlıq insanlar üçün təbiidir; buna görə də, əgər siz təşəkkür

gözləyəcəksinizsə, onda özünüzə bir çox dərd-sər hazırlayırsınız.

Mən Nyu-Yorkda yaşayan bir qadın tanıyıram ki, o, tənha olmağından daim

şikayət edir. Qohumlardan heç biri onu görmək istəmir və bunda qəribə heç nə

yoxdur. Əgər siz onun yanına gəlsəniz, o, saatlarla sizə öz bacı və qardaşı uşaqları

üçün nələr etdiyi haqqında danışacaq: onlar qızılca, qulaqarxası (svinka) və

göyöskürək xəstəliyinə tutulanda onlara baxıb; onlar uzun illər onun yanında

yaşayıblar; o, bacısı qızlarından birinə kommersiya məktəbini bitirməyə kömək

edib; o, öz evini başqa bir bacısı qızı ərə gedənə qədər onun ixtiyarına verib.

Bacısı və qardaşı uşaqları ona baş çəkirlərmi? Bəli, vaxtaşırı onlar bunu borc

hissindən edirlər. Amma onlar bu başçəkmələrdən çox qorxurlar. Onlar bilirlər

ki, saatlarla oturub rübəndli gileyləri dinləməli, sonsuz tənbehlərə və öz

yazıqlığına eyham edən “ah”lara dözməli olacaqlar. O, bacısı qızlarını hədə və

danlaqlarla öz yanına gəlməyə məcbur edə bilməyəndə onda “ürəkkeçmə”

başlayır. Ürək pristupu baş verir.

Bu pristup onda, həqiqətən də, baş verir? Bəli. Həkimlər deyirlər ki, onun

“əsəbi ürəyi” var, o, taxikardiyadan əziyyət çəkir. Amma həkimlər həm də

deyirlər ki, onlar bu qadın üçün heç nə edə bilmirlər – onun xəstəliyi emosional

xarakter daşıyır.

Gerçəklikdə bu qadın sevgi və diqqətə möhtacdır. O, bunu “qədirbilənlik”

adlandırır. Amma o, heç vaxt nə qədirbilənlik, nə də sevgi almayacaq, çünki

bunları tələb edir. O, əmindir ki, bu, ona çatmalıdır.

Bu qadın kimi “qədirbilməzlikdən”, tənhalıqdan və yaxınların diqqətinin

olmamasından xəstəlik tapan minlərlə qadın mövcuddur. Onlar sevilmələrinin

yanğısını çəkirlər; lakin bu dünyada sevgi qazanmağın yalnız bir üsulu var: onu

tələb etməyə son qoymaq və təşəkkür alacağını gözləmədən öz sevgini bəxş

etmək.

Göylərdə pərvazlanan idealistlər bu cür mülahizə yürüdürlər? Heç də yox.



Bu, sadəcə olaraq, sağlam təfəkkürdür. Bu, sizin və mənim üçün arzusunda

olduğumuz xoşbəxtliyi qazanmağın yaxşı üsuludur. Mən bilirəm. Mənim ailəmdə

belə olub. Mənim atam və anam başqalarına ürəklə kömək edirdilər. Biz kasıb

idik və həmişə borc içində olmuşuq. Amma, buna baxmayaraq, valideynlərim hər

il Ayova ştatının Kaunsil-Blafs şəhərindəki yetim evinə göndərmək üçün pul tapa

bilirdilər. Anam və atam həmin yetim evinə heç vaxt getməmişdilər. Heç kim, çox

güman, onlara ianə etdiklərinə görə təşəkkür də etməyib – yalnız məktubla.

Amma onlar bolluca mükafatlandırılmışdılar, çünki balaca uşaqlara cavabında

minnətdarlıq arzulamadan və təşəkkür gözləmədən kömək etdiklərindən böyük

sevinc duyurdular.

Mən evdən gedəndən sonra hər il atama və anama Yeni il üçün çek göndərir

və bu pullara özlərinə ürəkləri istəyən nə isə almağı xahiş edirdim. Amma onlar

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə